Vəlisiz nikah caizdirmi?

3136. əbu Hureyrə (radiyallahu anh) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

...Lə tunkəhu'l-əyyimu həttə tustə'məra. Və lə tunkəhu'l-bikru həttə tustə'zənə...

Yəni:

"Dul qadının əmri istənmədikcə (yəni, dul, sözlü bir şəkildə evlənmək istəməsini bildirməsini istəmədikcə); (habelə), bakirə qızın icazəsi alınmayınca, onları evləndirmək olmaz."

- Səhabələr dedilər: "Ey Allahın rəsulu! Bakirə qızın icazə verməsini, necə bilmək olar?"

- Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu: "Onun susması ilə."

Hədisi, Muslim ("Səhih", hədis no: 3458) rəvayət etmişdir.

-------------------------

3137. ibn Abbas (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

...Əyyimu əhəqqu binəfsihə min vəliyyihə; və'l-bikru tustə'zənu fi nəfsihə. Və iznuhə sumətuhə...

Yəni:

"Dul qadın, özünü evləndirməkdə, vəlisindən daha çox haqq sahibidir. Bakirədən də, özü haqqında, icazə istənilər. Onun icazəsi isə, susmasıdır."

Hədisi, Muslim ("Səhih", hədis no: 3461) rəvayət etmişdir.

Müəllif deyir: Bu hədis, bir əvvəlki hədisin (3136 no-lu hədisin) hökmünü ifadə etməkdədir. Hətta (vəlilərin bu işdəki funksiyası cəhətindən), bir əvvəlki hədisdən daha açıqdır.

-----------------------

3138. əbu'l-Əhvas'ın, Əbdü'l-Əziz b. Rəfi isnadı ilə nəqlinə görə, əbu Sələmə (radiyallahu anh), belə deyir:

Bir qadın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək: "Atam məni, istəmədiyim (xoşuma gəlməyən) bir kişi ilə evləndirdi." dedi.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm), qadına: "Sənin, nikahın yoxdur. Get, istədiyin adamla evlən." deyə buyurdu.

Hədisi, Səid b. Mansur rəvayət etmişdir. Hədis, "mürsəl-ceyyid"dir. ("əd-Dirayə", 319, 320)

Bu hədis, vəlilərin, qızları, istəmədikləri kişilərlə evlənməyə məcbur edə bilməyəcəklərini, açıqca göstərməkdədir.

----------------------------

3139. Hüseyn b. Muhamməd'in, Cərir b. Hazim ---> Eyyub ---> İkrimə

isnadı ilə nəqlinə görə, ibn Abbas (radiyallahu anh), belə demişdir:

Bakirə bir qız, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, atasının, özünün istəmədiyi (xoşuna gəlməyən) bir kişi ilə evləndirdiyini dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, (bu nikahı qəbul edib-etməməkdə), muxayyər (seçimində sərbəst) buraxdı.

Hədisi, Əhməd b. Hənbəl (l, 273) rəvayət etmişdir. Raviləri, siqadır. ibnu'l-Qattan, bu hədisə, səhih demişdir. ("əd-Dirayə", 221)

Bu hədis də, eyni şəkildə, bu mövzuya (yəni, vəlisiz nikahın caizliyinə) açıq bir dəlildir.

Hədis, isnad cəhətindən tənqidə açıqdır. "əd-Dirayə"də, bunun haqqında, uzun-uzadı danışılmaqdadır. Lakin, bu tənqidin zərəri, yoxdur.

Müəllif, deyir:

ibnu'l-Əsir, "ən-Nihayə"sində, "əl-əyyim" kəliməsinin, əsasən, -bakirə və ya dul, boşanmış və ya əri ölmüş- subay qadın mənasına gəldiyini bildirməkdədir. ("ən-Nihayə", l, 65) Bizcə, geriyə, "kiçik uşağ"a "əyyim" deyilib-deyilməyəcəyi qalır. Nəvəvi'nin "Muslim şərhi"ndə, dilçi alimlərin, kiçik uşağa da "əyyim" deyiləyəci xüsusunda, ittifaq içində olduqları bildirilməkdədir. ("Minhac", l, 455).

"İsti'zən / izn, icazə istəmək", ancaq, icazə verməyə səlahiyyəti olan kimsələr üçün bəhs mövzusu ola bilər. Kiçik qız uşağının icazə verməyə səlahiyyəti olmadığına görə, "əyyim" kəliməsindən, o qəsd edilmiş ola bilməz! Dolayısı ilə, hədis, büluğ yaşına çatmış qadınlar üçündür. Bu (xüsus), açıqdır.

"İsti'mər / əmr verməsini istəmək, yəni, qadının, sözlü bir şəkildə evlənmək istəməsini bildirməsini istəmək" isə, "İsti'mər: 'Bakirə olmayan qadının (qəlbinin) razı salınması (xoş edilməsi) üçündür." şəklindəki görüş, son dərəcə uzaqdır.

Belə deyə bilərsən:

"Əyyim' kəliməsi ilə, sizin söylədiyiniz (bakirə və ya dul, boşanmış və ya əri ölmüş subay qadın, yəni, ümumi mənada bütün subay qadınlar) mənası qəsd edilincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in (yenidən): 'Bikr / Bakirə, icazəsi alınmadıqca, evləndirilə bilməz.' şəklindəki ifadəsi, necə bir fayda təmin etmiş olur? Çünki, bakirə, zatən bəhsi keçən ümumiliyə daxildir."

Biz, bu suala, belə cavab veririk:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), bakirələr, ümumiyyətlə utancağ olduqlarından, bəhsi edilən ümumilik xaricində zənn edilməsinlər deyə, elə buyurmuşdur və bu ifadəsilə, bakirələrin hökmünün, görüşlərinin alınması şəklində olduğunu açıqlamışdır. Ümumi ifadədən (yəni, əyyim kəliməsinin, bakirə və ya dul, boşanmış və ya əri ölmüş subay qadın) sonrakı təxsis (yəni, sadəcə bakirə qıza yenidən xas qılmaq), dulla bakirənin arasındakı fərqi açıqlamaq üçündür. Bu görüşü, səhabənin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə: "Bakirənin icazəsi, necə olur?" Yəni, "Bakirə, utancağ olur. Heç bir şey demədiyi halda, evliliyə icazə verdiyi, necə bilmək olar?" demələri də, bunu dəstəkləməkdədir. Bunu bil!

Muslim'in "Səhih"ində (hədis no: 3462), ibn Abbas (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Dul, özünü evləndirməkdə, vəlisindən daha çox haqq sahibidir. Bakirədən də, özü haqqında, icazə istənilər. Onun icazəsi isə, susmasıdır." buyurmuşdur.

Bəziləri, bu rəvayət üzərinə, "əyyim" rəvayətini həml edib belə dedilər: "Əyyim, 'səyyib/dul' mənasındadır."

Buna görə, bizim görüşümüz, daha isabətli olmaqdadır. Çünki, bu fərqli sözlərin cəmindən başa düşülən məna, dulların evləndiriləcəklərində, görüşlərinə baş vurulması və onların, öz nəfslərinə (yəni, özlərini evləndirdiklərində), vəlilərindən daha haqqlı olduqlarıdır. (Bu, dul bir qadının, vəlisi olmadan nikahlanmasının, caiz olduğunu ifadə edir. Şafi (rahiməhullah), bu görüşü mənimsəməmişdir.) Bakirələrdən də, özü haqqında icazə istənilər. Gərək dul, gərəksə də bakirələrin hökmlərinin ayrı-ayrı açıqlanması, bakirələrə ehtimam göstərmək və -utanma hisləri çox olduğundan- "icazələrinə ehtiyac yoxdur- şəklində yalnış anlaşılmağı önləmək üçündür.

Bundan dolayı, bakirələrin halı, ayrı zikr edildi.

Uşaq yaşdakı dul qadına gəlincə, onun, öz nəfsi və malı üzərində, hər hansı bir vəlayəti olmadığından, verəcəyi icazənin qəbul (tərəfi) yoxdur.

Nəvəvi, "Minhac"da (l, s. 455), belə deyir:

"Ümumu, qiyas yolu ilə təxsis etmək, üsul əhli nəzdində, caizdir." (Yəni, "Dulun, özünü evləndirməsinə haqq sahibi olması" ifadəsini, "uşaq yaşdakı dulun, öz nəfsinə və malına malik olmaması"na təxsis etmək, xas qılmaq, yəni hədisi belə başa düşmək, üsul alimləri nəzdində, caizdir.)

"əd-Dirayə"də (s. 322), belə deyilir:

ibn Abbas (radiyallahu anh) hədisi, mərfu olub, "Dul, özünü evləndirməsində, vəlisindən daha çox haqq sahibidir. Bakirə qızdan da, onu evləndirmək üçün, atası icazə istəyər." şəklindədir.

Hədisi, Muslim ("Səhih", hədis no: 3463) rəvayət etmişdir.

Vəlinin, bakirəni evlənməyə məcbur edə bilməyəcəyi qənaətində olan bəzi alimlər, buna, belə cavab vermişlərdir:

Hədisin müxalif məfhumu (haşiyə-1), buna dəlalət edir. Bu yolla (yəni, müxalif məfhumla) hökm çıxarmaq, müctəhidlər arasında ixtilaflıdır. Bunun qəbul edilməsi halında, müxalif məna, ümumilik ifadə etməz. Nəticə olaraq, hədis, büluğ yaşı əvvəli ilə əlaqəlidir mənasına həml edilir.

Digər tərəfdən, hədisin məntuqu (haşiyə-2) da, buna müxalifdir. Çünki hədisdə, bakirə qızın icazəsinin alınmasından bəhs edilməkdədir. Əgər bakirə, vəlisi tərəfindən evlənməyə məcbur ediləcək olsa, ondan icazə almağa ehtiyac qalmır.

Bakirə ilə dul arasındakı ayrım, bu səbəbə də söykənə bilər:

Dulun, şəxsən özünə evlilik təklif edilə bilər. O da, vəlisindən, özünü evləndirməsini tələb edər. Bakirə isə, atasından istənilər və onun icazəsinə ehtiyac duyular.

Bunlar, bakirə ilə dul arasındakı fərqin, -vəlisinin nikahlamağa icbar edib-edə bilməyəcəyi- cəhətindən olduğunu, görəsən hardan çıxardılar?"

--------------------------

(Haşiyə-1:

Müxalif məfhum:

Üsulçulara görə, "məfhum-u müxaləfət", məntuqun hökmünün ziddinin, sükut keçilən məsələ haqqında sabit olduğuna, ləfzin dəlalət etməsidir.

əl-Amidi, onu belə tərif edir:

"Ləfzin sükut keçilən şeyə dəlalətinin, zikr edilənə dəlalətinin əks istiqamətdə olmasıdır." (əl-Amidi, "əl-İhkam", lll, 99)

Üsul kitablarında açıqlanan bir çox qisim və növləri olan məfhum-u müxaləfətə misal olaraq, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Varlının öz borcunu gecikdirməsi, zülümdür." (Buxari, "Havalat", 1; Muslim, "Musaqat", 33) hədisidir.

Bu hədisin məfhum-u müxalifindən, ödəmə imkanı olmayan kimsənin borcunu gecikdirməsinin, zülüm sayılmayacağı nəticəsi çıxar.

Məfhum-u müxaləfətin dəlil olub-olmadığı mövzusu dakı ixtilaf:

Alimlər, şəri nassın müxalif məfhumu ilə ihticac etməyin (dəlil olaraq istifadə etməyin) səhih olub olmaycağı məsələsində, başlıca 2 görüş halında ixtilaf etmişlərdir:

Çoxluğu təşkil edənlər, müəyyən şərtlər çərçivəsində, müxalif məfhumun dəlil olaraq istifadə edilə biləcəyini, Hənəfilərlə daha başqa bir qisim alimlər isə, Şari'in (şəriəti göndərən, qanun qoyan Allah'ın) sözündə, müxalif məfhumun dəlil olaraq istifadə edilməyə əlverişli olmadığını söyləmişlərdir.

Müəllifin burda keçən "Şari'in sözü" qeydinin də ifadə etdiyi kimi, Hənəfilər, müxalif məfhumu, ayət və hədislər bağlamında işlətməməkdə, bunun əvəzinə, insanlar arasında cari olan davranışlarda istifadə edilən ifadələr bağlamında bu prinsipə etibar etməktədirlər. (bax: Mustafa Səid əl-Hinn, "Əsəru'l-İxtilaf fi'l-Qavaidi'l-Usuliyyə fi ixtilafi'l-fuqaha", Muəssəsətu'r-Risalə, Beyrut, 1418/1998)

Mətnimizə gələcək olsaq:

Yəni, "Dul, özünü evləndirməkdə, vəlisindən daha səlahiyyətlidirsə; dul olmayan (yəni, bakirə), vəlisindən səlahiyyətli deyildir." hökmü çıxır.

Haşiyə-2:

Məntuq nədir?

Lüğətdə, "danışmaq, söyləmək" mənasındakı "nutq" kökündən ismu'l-məful olan "məntuq": "danışılan, söylənilən, sözdə bildirilmiş olan" mənasına gəlir.

Bir fiqh üsulu termini olaraq isə: "sözün, söyləndiyi yerdə, dəlalət etdiyi məna" şəklində tərif edilmiş və bu mənanın, zikr edilən ləfzin hökmü və bir halı xüsusiyyətində olduğu bildirilmişdir. Bu hökmün söylənib-söylənməməsi isə, əhəmiyyətli deyildir. Bəhsi edilən mənaya danışma (nutq) yolu ilə çatıldığı üçün, "məntuq" adı verilmişdir. Məsələn:

"Əgər onların (ata-ananın) biri və ya hər ikisi, sənin yanında qocalıq yaşına dolarsa, onlara: 'Uf!' belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (İsra/23)

ayətinin şəxsən öz ləfzindən, açıq bir şəkildə, ata-anaya qarşı "uf" deməyin haram olduğu başa düşülməkdədir.

Bəhsi keçən bu ayətdən:

~ çıxarılan mənaya - məntuq;

~ belə bir çıxarış etməyə də - məntuqun dəlaləti

deyilir.)

-------------------------------

3140. ibn Abbas (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ataları tərəfindən, istəmədikləri (və ya xoşlarına gəlmədikləri) kişilərlə evləndirilən bir bakirə və dulun nikahını rədd etmişdir.

Hədisi, Daraqutni ("Sünən", lll, 224), zəif bir isnadla rəvayət etmişdir. Doğru olanı, bu hədisin, mürsəl olduğudur. ("əd-Dirayə", 221)

Bu hədis də, nikahın səhih olması üçün, vəlinin şərt olmadığını açıqca ifadə etməkdədir. "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də, bu mövzu ilə bağlı olaraq, bu açıqlama yer almaqdadır:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Bakirənin icazəsi alınmayınca, evləndirmək olmaz." şəklindəki ifadəsi, büluğ yaşına gəlmiş bakirə qızı, atası və ya başqa birinin, evlənməyə məcbur edə bilməyəcəyinə dəlildir."

"əl-Umdə" əsərinin şarihi (yəni, əsəri şərh edən), bunun, imam əbu Hənifə'nin görüşü olduğunu bildirmişdir. Onun bu hədisi əsas alması, son dərəcə isabətlidir. Çünki, "bakirə" kəliməsindəki ümumiliyə, bu görüş, daha yaxındır. Bu görüşə, belə bir əqli dəlillə də dəstək vermək olar:

İcazə almaq, ancaq, icazə verməyə səlahiyyəti olan kimsə cəhətindən bəhs mövzusudur. Kiçik qızın isə, icazə vermə səlahiyyəti yoxdur. Dolayısı ilə, o, hədisin bu hökmünə daxil deyildir və hədis, büluğ yaşına çatmış qızlara məxsusdur. Nəticə olaraq, büluğ yaşına çatmış qızlara şamil olması, ağla, daha yaxındır.

ibnu'l-Munzir, deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Bakirənin icazəsi alınmadıqca, evləndirilməz (və ya nikahı yoxdur)." buyurduğu, sabitdir. Bu ifadə, ümumidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əmrinə müxalif edilən hər cür əqd, qeyr-i məqbuldur. Çünki, Onun əmri, hər kəsi bağlamaqdadır. Heç kimin, sünnətdən -yenə, bir sünnət olmadıqca- hər hansı bir şeyi istisna etməyə, haqqı yoxdur. əbu Bəkr (radiyallahu anh)'ın, öz nəfsi haqqında hər hansı bir səlahiyyətə sahib olmayan kiçik yaşdakı qızı Aişə (radiyallahu anha)'nı Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə evləndirdiyi bilindiyinə görə, bu, hədisin ümumiliyindən müstəsna olmuş olur.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ibn Abbas (radiyallahu anh) hədisindəki: "Bakirə qızdan da, atası icazə alar." şəklindəki ifadəsi, atanın, büluğ yaşına çatmış bakirə qızı evlənməyə məcbur edə bilməyəcəyini, açıqca ifadə etməkdədir.

Cərir'in,

Əyyub ---> İkrimə ---> ibn Abbas (radiyallahu anh)

isnadı ilə, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, atası tərəfindən istəmədiyi bir kişi ilə evləndirilən bakirənin nikahını rədd etdiyi" haqqındakı xəbər də, bunu göstərməkdədir.

-------------------------

"Ümum (bir istifadədə, lüğət mənasına uyğun olaraq bütün fərdləri istisnasız bir şəkildə əhatə edən ləfz), müxalif məfhum'dan daha əvladır."

İmam Şafi, bu dəlillərin məntuğunu rədd etmiş və: "Dul, özünü evləndirməkdə, vəlisindən daha çox haqq sahibidir." hədisinin müxalif məfhumunu dəlil olaraq istifadə etmişdir (yəni, dul, özünü evləndirməkdə, vəlisindən daha çox haqq sahibidirsə; dul olmayan, yəni, bakirə qız, vəlisindən daha çox haqq sahibi deyildir).

O, belə deyir:

"Bu hədis, bakirə qızların hökmünün, dulların əksinə olduğunu göstərməkdədir."

ibn Rüşd, deyir:

"Ümum, alimlər arasında, ittifaqla, müxalif məfhumdan daha əvladır. Xüsusilə, Muslim'in rəvayət etdiyi: 'Bakirə qızın icazəsi istənilər.' hədisi, belədir. Bu hədis, ixtilaf edilən məsələdə, çox açıqdır."

ibn Hazm da: "Büluğ yaşına çatmış bakirə qızı, atasının, qızın istəyi olmadan nikahlamağa məcbur edəcəyinə cəvaz verənlərin bir dəlili olduğunu, bilmirik." demişdir.

ibn Cərir də, büluğ yaşına çatmış bakirə qızların nikahlanmağa məcbur edilə bilməyəcəyi görüşünü mənimsəmiş və: "Dul, öz nəfsi haqqında (yəni, özünü evləndirməkdə), vəlisindən daha çox haqq sahibidir." hədisinə, belə cavab vermişdir:

"Əyyim / dul' -gərək kişi; gərək qadın; gərək subay, gərəksə də dul- subay kimsəyə deyilir. Çünki, uca Allah:

وَأَنكِحُوا۟ ٱلْأَيَـٰمَىٰ مِنكُمْ وَٱلصَّـٰلِحِينَ مِنْ عِبَادِكُمْ...

Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin.' (Nur/32) ayətində, 'əyyim' kəliməsi, bu mənada istifadə edilmişdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Bakirədən də, özü haqqında, icazə istənilər. Onun icazəsi isə, susmasıdır." hədisində, bakirələrlə dulların icazəsini bir-birindən ayırmaq üçün, "bikr = bakirə" kəliməsini təkrarlamışdır.

"Əyyim" kəliməsini, "səyyib" şəklində təvil edən, xəta edər və ümmətin sələfinə və xələfinə müxalif olmuş olar. Çünki onlar, ataların, gərək bakirə, gərəksə də dul kiçik yaşdakı qızlarını evlənməyə məcbur edəcəklərini ittifaqla bildirmişlərdir. Qızların muamara'sını (əmrini istəmək, fikrini almağı), istitbatu'n-nəfs (nəfsini xoş tutmaq) mənasına həml etmək, hər hansı bir dəlilə söykənmədən, ifadənin zahirinin xaricinə çıxmaq olar. Belə bir təvilə icazə veiləcək olsa, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Dul qadının əmri istənmədikcə (yəni, dul, sözlü bir şəkildə evlənmək istəməsini bildirməsini istəmədikcə), evləndirilə bilməz." şəklində səhih olaraq rəvayət edilən hədisindəki ifadəsini də təvil etmək, caiz olar.

Beyhaqi'nin nəqlinə görə, Şa'bi, belə deyir:

"Qızları, evlənməyə, ancaq, ataları məcbur edə bilər."

Deyirəm ki:

Ancaq Şa'bi, bu ifadəsinin sənədini zikr etməmişdir. Səhih bir yolla, Şa'bi'dən, bu görüşün əksi də rəvayət edilmişdir. İbn əbi Şeybə'nin, Abdə b. Süleyman ---> Asim isnadı ilə nəqlinə görə, Şa'bi, belə deyir:

Ata, -gərək bakirə, gərəksə də dul- qızını evləndirərkən, onun, sözlü bir şəkildə evlənmək istəməsini bildirməsini istəyər.

Beyhaqi, bundan sonra,

Cərir b. Hazm ---> Əyyub ---> İkrimə ---> ibn Abbas (radiyallahu anh)

isnadı ilə, atası tərəfindən, istəmədiyi (və ya xoşuna gəlməyən) bir kişi ilə evləndirilən bakirə qızın nikahını, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in rədd etdiyini nəql etdikdən sonra, belə deyir:

"İbn Cərir, bunda xəta etmişdir. İkrimə'dən məhfuz olan (qorunan) rəvayət, mürsəldir."

Deyirəm ki:

(Bizə görə), Cərir b. Hazm, siqa və böyük bir alimdir. O rəvayətə mərfuluq qatmaqdadır. Dolayısı ilə, hədisin mürsəl rəvayətinin, hər hansı bir zərəri yoxdur. Necə belə olsun ki?! Daraqutni və ibnu'l-Qattan'ın rəvayətinə görə, Sevri və Zeyd b. Hibban, bu hədisi, Əyyub'dan, mərfu olaraq rəvayət etmişlərdir. Onun rəvayətini, Zeyd, "Sünən"lərində, Nəsai (lll, 284) və ibn Macə (Nikah/12),

Muammər b. Süleyman ---> Zeyd b. Hibban ---> Əyyub ---> İkrimə

isnadı ilə, ibn Abbas (radiyallahu anh)'dan rəvayət etmişlərdir.

Beyhaqi'nin bundan sonrakı rəvayəti, bu rəvayətin səhih olduğuna dəlildir. Beyhaqi, belə deyir: Bu hədis, başqa bir yoldan, müttəsil (bitişik, qopuq olmadan), İkrimə'dən rəvayət edilmişdir.

Bu da, xətadır. Hədisin isnadında, Abdu'l-Məlik b. əz-Zimari mövcuddur. Daraqutni: "Abdu'l-Məlik, qüvvətli deyildir. O, bu rəvayətində xəta etmişdir. Doğrusu, bu hədis, mürsəldir." deyir.

Bizcə bu, -daha əvvəl ifadə etdiyimiz üzərə- Zimari'nin, hədisə mərfuluq şəklindəki bir əlavəsidir. Hakim, "əl-Müstədrək"ində, ondan hədis rəvayət etmişdir. İbn Hibban, "əs-Siqat"ında, ona yer vermişdir. "əl-Kamal" müəllifinin, Ömər b. Əli əs-Sufi'dən nəqlinə görə, "Abdu'l-Məlik, siqadır."

Beyhaqi, daha sonra, belə deyir:

Bu rəvayət, səhih olsa belə, atası, qızını, sanki özünə bərabər olmayan birilə evləndirmiş və Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, onu, muxayyər qılmış kimidir.

Abdu'l-Məlik b. Bureydə'nin, Aişə (radiyallahu anha)'dan nəql etdiyi hədis də, bu şəkildə açıqlanır. Bizə görə, bir hökm səbəbilə birlikdə nəql edildiyində, zahir olanı, hökmün o səbəbə bağlı olduğudur. Hökmün, bunun xaricində bir səbəbə bağlanması isə, başqa bir dəlil gərəkdirir.

Burda, hökm, "muxayyərlik"; səbəb də, "bakirə və dulun evləndirildiyi şəxsdən xoşlanmaması" şəklində bildirilmişdir. Ravi, burda, bir başqa səbəb daha zikr etməmişdir.

Bundan sonra, Beyhaqi: "Hədis, mürsəldir. İbn Bureydə, Aişə (radiyallahu anha)'dan hədis eşitməmişdir." deyir.

Burda, bu xüsusu xatırlatmaqda fayda görməkdəyik:

Muslim, əsərinin müqəddimə qismində: "Hədisi səhabədən rəvayət edən ravinin, onu görmə və eşitmə imkanı, bir hədisin mərfu olması üçün, -ittifaqla- kifayət edir." deyir. İbn Bureydə'nin, Aişə (radiyallahu anha)'dan hədis eşitmə imkanı cəhətindən, heç bir şübhə yoxdur. Çünki o, hicrətin 15-ci ilində dünyaya gəlmiş və bir çox səhabədən hədis eşitmişdir. Onun, Aişə (radiyallahu anha)'dan nəql etdiyi rəvayət, bu hədisin mərfu olduğu şəklində başa düşülür. Digər tərəfdən, "əl-Kamal" müəllifi, ibn Bureydə'nin, Aişə (radiyallahu anha)'dan hədis eşitdini, açıqca bildirməkdədir. Aişə (radiyallahu anha)'nın ifadəsində yer alan: "Atamın etdiyini qəbul etdim." şəklindəki cümlə, bu nikahın, -Beyhaqi və onun kimi düşünənlərin əksinə- evləndirilən qızın icazəsinə bağlı olduğunu göstərir.

Beyhaqi, daha sonra, nikah bölməsində, bu nikahın, qızın icazəsinə bağlı olmadığını bildirəcəkdir. (Il, 78)

Deyirəm:

Abdullah b. Bureydə hədisini, Aişə (radiyallahu anha)'dan, Nəsai ("Sünəni'l-Kubra", Vl, 87), bu şəkildə nəql edir:

Bir qız, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, belə dedi: "Ey Allahın rəsulu! Atam, kiçik olan etibarını yüksəltmək məqsədilə, məni, qardaşının oğlu ilə evləndirdi."

Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), nikah işini, qızın üzərinə buraxdı. Qız dedi: "Mən, indi atamın etdiyinə icazə verdim. Ancaq, mən, qadınların bu mövzuda, atalarının bir şeyə sahib olmadıqlarını (yəni, səlahiyyətləri olmadıqlarını) öyrənmələrini istədim."

Hədisi, ibn Macə (Nikah/12), bir başqa yoldan rəvayət etmişdir. Onun rəvayəti, "ibn Bureydə'nin, atasından nəqlinə görə, bir qız gəldi..." şəklindədir. Hədis, "Nasbu'r-Rayə"də (ll, 16), bu şəkildədir.

2 rəvayət arasındakı fərqlilik, zərər verməz. Çünki, ibn Bureydə, bu hədisi, bir dəfə, atasından; bir dəfə də, Aişə (radiyallahu anha)'dan eşitmiş ola bilər. Nə var ki: "ibn Bureydə'nin, atasından nəqlinə görə..." şəklində rəvayət edən, səhih bir şəkildə rəvayət edə bilər. "ibn Bureydə'nin, Aişə (radiyallahu anha)'dan nəqlinə görə..." şəklindəki rəvayət cəhətindən isə, hər hansı bir problem yoxdur. Onun, Aişə (radiyallahu anha)'dan hədis eşitdiyi, "əl-Kamal" müəllifinin ifadəsilə sabitdir. Tərcihə layiq olan da, budur. Bundan dolayı, Nəsai, hədisi, öz nəzərində səhih olan "Sünən"i almışdır. ("Nikah"/36) Ən doğrusunu, uca Allah bilir.

Bizim dəlilimiz isə, Daraqutni'nin ("Sünən", lll, 236), əl-Vəlid b. Muslim'dən nəql etdiyi, başqa bir hədisdir. ibn əbi Zi'b'in, Nafi'dən nəqlinə görə, ibn Ömər (radiyallah anh), belə demişdir:

"Bir adam, bakirə qızını evləndirdi. Ancaq qızın, evləndirildiyi kişidən xoşu gəlmədi. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), o qızın nikahını rədd etdi." (Hədis, səhihdir!)

ibn Həcər, "əd-Dirayə"də (s. 222) belə deyir:

"Hədisin raviləri, siqadır. Lakin ibn əbi Zi'b'in, Nafi'dən hədis eşitmədiyi deyilmişdir. Ancaq, bu görüş, rədd edilmişdir. Çünki o, Daraqutni'nin rəvayətində, 'Hədisi, mənə, Nafi xəbər verdi.' deyə, açıqca bildirməkdədir."

Zikr etdiyimiz hədislərə müxalif olan rəvayətlərə gəlincə, bunları da, cavabları ilə bərabər nəql etmək istəyirik. Bu hədislərdən:

1. "əd-Dirayə"də, belə yer almaqdadır:

Nəsai xaric, "Sünən" imamlarının, Aişə (radiyallahu anha)'dan nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Vəlisinin icazəsi olmadan nikahlanan bir qadının nikahı, batildir; nikahı, batildir; nikahı, batildir."

Bu hədis haqqında:

~ Tirmizi (Nikah/14), həsən;

~ ibn Hibban isə ("Səhih", lX, 384), səhih

demişdir.

Bu rəvayətə verəcəyimiz cavaba gəlincə:

Rəvayət, ümumi olub, bu bölmədə nəql etdiyimiz hədislərlə bir qismi, təxsis edilmişdir. Hədis,

~ "Vəlisinin icazəsi olmadan evlənən kiçik qız ilə, cariyənin nikahının batil olduğu" mənasına həml edilmişdir. Ya da:

~ O, kamalın nəfyinə həml edilir. Ədəbsizliyə nisbət edilməsin deyə. (Yəni, batillik, qız, ədəbsiz olaraq vəsf edilməməsi üçün, "icazəsiz nikahının mükəmməl olmaması" mənasına həml edilmişdir.)

Nökərin, ağasının icazəsi olmadan evlənməsi haqqında da, buna bənzər bir rəvayət vardır. "əd-Dirayə"də, "Ağasının icazəsi olmadan evlənən nökər, zinakardır." şəklində, bir rəvayət yer almaqdadır.

Bu hədisi, Tirmizi ("Nikah"/21), Cabir (radiyallahu anh)'dan rəvayət etmiş və səhih olduğunu bildirmişdir. Hakim'in də ("əl-Müstədrək", ll, 194), belə bir rəvayəti vardır.

Aişə (radiyallahu anha)'nın, bu hədisin əksinə olan feli (tətbiqatı), bəhsi edilən rəvayətin zahiri mənasında olmadığını, gücləndirməkdədir. Onun feli (tətbiqatı), "əd-Dirayə"də, belə bildirilir:

Aişə (radiyallahu anha), qardaşı Abdu'r-Rahmən'in qızı Hafsa'nı, əl-Munzir b. Zubeyr ilə evləndirir. O vaxt, qardaşı Abdu'r-Rahmən (radiyallahu anh), Şam'da idi. Şamdan qayıtdığında, qızının evləndirilməsindən dolayı, qəzəblənir. Sonra isə, bu nikaha icazə verir.

Hədisi, imam Malik ("əl-Muvatta", "Talaq"/15), səhih bir isnadla rəvayət etmişdir.

 

Məzhəbimizə qarşı olan rəvayətlərdən bir digəri:

2. Zeylai'də, Hakim'in "əl-Müstədrək"indən (ll, 169) mərfu olaraq nəql edilən bu hədisdir:

"Vəlisiz nikah, yoxdur." (Hədis, səhihdir. əbu Davud "Nikah"/19; Tirmizi "Nikah"/14; ibn Macə "Nikah"/15, Əhməd b. Hənbəl, lV, 394; Beyhaqi, Vll, 107 də, bu hədisi rəvayət etmişlərdir.)

Yenə, Zeylai'nin nəqlinə görə, Hakim, belə deyir:

"Bu hədis, Şeyxeyn'in (Buxari və Muslim'in), 'Səhih'lərinə almayacaqları bir hədis deyildir."

Bu rəvayətə veriləcək cavab, birincisinin eynisidir.

 

Müxalif dəlillərdən bir digəri:

3. Zeylai'nin ("Nasbu'r-Rayə", ll, 13), əbu Hureyrə (radiyallahu anh)'dan nəql edilən, bu hədisdir:

"Bir qadın, özünü evləndirə bilməz. Özünü evləndirən, zina etmiş sayılır."

Hədisi, Daraqutni ("Sünən", lll, 227); və "Səhih"ində, ibn Xuzeymə rəvayət etmişdir. (Hədis, zəifdir.) "Nasbu'r-Rayə"də: "Bu hədis haqqında, çox ağır olmayan tənqidlər vardır." deyilməkdədir.

Bu hədisə veriləcək cavab da, daha əvvəl keçmişdir. O cavabı yaxşı başa düşüb təhqiq etməkdə, fayda vardır.

Digər tərəfdən, evlənən qadın, büluğ yaşına çatmış qız və ya dul olsa belə, bəzi hallarda, vəlisiz olaraq nikahlanmasının batil olduğunu, biz (Hənəfilər) də söyləməkdəyik. Məsələn, belə bir qadın, özünə bərabər olmayan bir kişi ilə evlənər və vəlisi, bu nikaha razı olmazsa, nikah, qeyr-i məqbul olar. Bu halda, yuxarıda nəql edilən hədisin mənası, belə olur:

Vəlisinin icazəsi olmadan nikahlanan bir qadının nikahı, bəzi hallarda batildir. Çünki, ümumilikdə, vəli, -bərabər olmayan bir kişi ilə evlənməsi xaric- qadının nikahlanmasına mane olmaz.

Cəssas, belə deyir:

Bəzi rəvayətlərdə, bu hədis, "Vəlilərinin icazəsi olmadan evlənən qadın" şəklində keçir. Bu, bizə görə, ağasının icazəsini almadan öz-özünə evlənən cariyə ilə bağlıdır.

Həmçinin, Aişə (radiyallahu anha) və Zühri, bu hədisə müxalif davranmışlardır. Halbuki, hər ikisi də, bu hədisin raviləri arasında yer almaqdadırlar. Aişə (radiyallahu anha)'nın müxalif feli (tətbiqatı), qardaşı Abdu'r-Rahmən'in qızını evləndirməsi hadisəsində, daha əvvəl keçmişdi. Beyhaqi, Onun bu felini, belə təvil edir:

Aişə (radiyallahu anha), qardaşı qızının, Munzir b. Zubeyr ilə evlənməsi üçün, əvvəlcədən hazırlıq görmüş; sonra, nikah əqdini, bir başqası öz öhdəsinə götürmüş; ancaq evləndirmə hadisəsi, Aişə (radiyallahu anha)'ya isnad edilmişdir. Abdu'r-Rahmən b. əl-Qasim'dən rəvayət edilən bu ifadə, bu görüşü dəstəkləməkdədir: Aişə (radiyallahu anha)'nın, qohumlarından birinə elçi düşülür və onu, Özündən istəyirlər. O da, bunu təsdiqləyir. Geriyə, sadəcə nikah əqdi qalınca, Aişə (radiyallahu anha), qohumlarından bir kişiyə: "Onu, sən evləndir. Çünki qadın, nikah əqdini üstlənə bilməz." deyir.

Xəbər, "əd-Dirayə"də (s. 220), belə yer almaqdadır.

Bu rəvayət, Aişə (radiyallahu anha)'nın, büluğ yaşına çatmış bir qadını, vəlisinin icazəsi olmadan nikahlanmasının, fasid olduğunu göstərməz. Xəbərdən başa düşülən tək şey, Aişə (radiyallahu anha)'nın, -qadınlar utancaq yaradıldıqları üçün- onların, nikah təklifini qəbulu, tələffüz edə bilməyəcəkləri qənaətini daşıdığıdır. Çünki O, qohumlarından bir kişiyə: "Onu, sən evləndir." demişdir. Bu xəbərdə, Aişə (radiyallahu anha)'nın, özündən (sən evləndir deyə) istədiyi şəxsin, özünə talib olunan qadının vəlisi olduğuna dair, hər hansı bir dəlil yoxdur. Bu kişinin, o qadının vəlisi olduğunu qəbul etsək belə, xəbər, ən yaxın vəli nikahda hazır olmadığı təqdirdə, səlahiyyətin, daha uzaq olan vəliyə keçdiyini göstərir. Halbuki, Şafii məzhəbində səhih olan, bunun tam əksidir.

Bu nəql, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də (ll, 67) yer almaqdadır.

Zühri'nin, öz nəql etdiyi rəvayətə müxalif felinə (tətbiqatına) gələcək olsaq, bunu, ibn Abdi'l-Bərr, belə nəql edir:

"Zühri: 'Bir qadın, vəlisinin icazəsi olmadan evləndiyində, bu, caiz olar.' demişdir. Şa'bi, imam əbu Hənifə və imam Züfər'in görüşü də, bu yöndədir." ("əl-Cəvhəru'n-Naqi", l, 75)

Bir ravinin, öz rəvayətinə müxalif tətbiqatı, bizə görə, o rəvayəti zədələyir.

Bəhsi edilən rəvayətin tənqidə açıq bir başqa tərəfi daha vardır. O da: "Vəlisinin icazəsi olmadan evlənən qadının nikahı, batildir." hədisi,

Süleyman, ibn Lehia, Haccac b. Ərtad vasitəsilə, Zühri'dən rəvayət edilmişdir. İbn Cureyc'in, bu hədisi, Zühri'dən soruşduğu və onun da, bilmədiyi nəql edilir. Bunu, Tahavi, şeyxi ibn əbi İmran'dan,

Yəhya b. Main ---> ibn Uleyyə ---> ibn Cureyc

isnadı ilə nəql edir. (I, 5)

Beyhaqi, "Bu rəvayəti, ibn Cureyc'dən, ibn Uleyyə'dən başqa nəql edən olmamışdır." deyərək, tənqid etmişdir. Bu tənqidin isə, hər hansı bir dəyəri yoxdur. İbn Uleyyə'nin bu rəvayətdə tək qalması, nəyə görə problemə yol açmalıdır?! Bilindiyi kimi, o, hafiz imamlardandır.

~ İbn Hənbəl, belə deyir: "Basra'da (ravini və ya xəbəri) araşdırmaqda son sözü, ibn Uleyyə söyləyər."

~ Şu'bə, "İbn Uleyyə, mühəddislərin seyyididir." demişdir.

Digər tərəfdən, ibn Uleyyə, bu rəvayətdə tək qalmış da deyildir. Əksinə, Bişr b. Mufaddal, onun şeyxindən rəvayət edərək, mutabəat etmişdir (haşiyə). İbn Adiyy, "əl-Kamil" əsərində, belə deyir: "Şazakuni'nin, Bişr b. əl-Mufaddal'dan nəqlinə görə, ibn Cureyc, Zühri'dən, bu hədisi soruşmuş, o da bilməmişdir."

"əl-Kamal" müəllifinin, öz isnadı ilə, əbu Davud'dan belə bir nəqli vardır:

ibn Uleyyə və Bişr b. Mufaddal xaric, mühəddislərdən xəta etməyən kimsə yoxdur. "əl-Cəvhəru'n-Naqi"də, belə qeyd edilmişdir.

İbn Uleyyə və Bişr'in bu görüşləri, Zühri'nin görüşü ilə dəstəklənməkdədir. O, "Vəlisinin icazəsi olmadan evlənən qadının nikahı, batildir." şəklində bir hədis olduğunu bilsəydi, ona müxalifət etməzdi.

Hakim'in, əbu Burdə ---> atası isnadı ilə rəvayət etdiyi: "Vəlisiz nikah yoxdur." hədisinə gəlincə, bu hədisdəki "vəli"dən məqsəd: "qadının evləndirilməsilə bağlı əlində səlahiyyət olan şəxs" ola bilər. Bu da, kiçik qız cəhətindən, atası; və ya cariyənin ağası; ya da azad və büluğ yaşına çatmış qadın cəhətindən şəxsən özüdür.

Nəticə olaraq, bir qadını evləndirmə səlahiyyəti əlində olmayan kimsə, bunu edə bilməz. "Vəli" kəliməsinə, dil cəhətindən belə bir məna yükləmək, mümkündür.

Uca Allah:

...فَلْيُمْلِلْ وَلِيُّهُۥ بِٱلْعَدْلِ...

"Fə'l-yumlil vəliyyuhu bi'l-adli = vəlisi, ədalətlə imla etdirsin/yazdırsın" (Bəqərə/282) buyurmuşdur.

Bəzi alimlər, bu səlahiyyətin, haqq sahibində olduğunu söyləmişlərdir. Haqq sahibinə "vəli" deyildiyinə görə, qadınlıq orqanı öz səlahiyyətində olan şəxsə də, "onun vəlisi" deyilə bilər. Bu görüşü, Tahavi'də (ll, 6) görmək, mümkündür.

əbu Hureyrə (radiyallahu anh)'ın nəql etdiyi: "Bir qadın, özünü evləndirə bilməz." şəklindəki hədisə gələcək olsaq, qadın, əqd məclisinə gələcəyindən dolayı, bəhsi keçən hökm (yəni, özünü evləndirə bilməməsi), məkruhluq mənasına həml edilmişdir. Çünki, nikahın elan edilməsi əmr edilmişdir. Bundan dolayı, insanlar, nikahın ediləcəyi yerə toplanarlar. Nəticə olaraq, qadının, öz şərəfini qorumaq üçün belə bir toplantı yerinə gəlməsi, məkruh görülmüşdür. Cəssas'ın "Əhkamu'l-Quran"ında (l, 403), belə bir açıqlama yer alır:

"Özünü evləndirən qadın, zinakardır." şəklindəki ifadə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sözündən daha çox, əbu Hureyrə (radiyallahu anh)'ın sözünə bənzəməkdədir. Çünki, Abdu's-Səlam b. Harb, bu ifadəni, məvquf olaraq nəql etmiş və mərfu rəvayətdən ayrılmışdır.

Beyhaqi, belə deyir:

"Abdu's-Səlam'ın, bunu əzbərləmiş olması, daha qalib görünməkdədir. Çünki o, mərfu rəvayətlə məvqufu, bir-birindən ayırmışdır."

Bu açıqalamanı, "ət-Tə'liqu'l-Muğni alə'd-Daraqutni" (ll, 384) adlı əsərdə görmək, mümkündür.

 

Bizim bir digər dəlilimiz isə, Beyhaqi'nin ("Sünən", Vl, 234) fərqli yollardan nəql etdiyi, bu xəbərdir:

"Əli (radiyallahu anh), razılığını alaraq anasının evləndirdiyi bir qadının nikahını təsdiq etmişdir."

Beyhaqi, bu rəvayəti nəql etdikdən sonra, belə deyir:

"Bu hədis, əbu Qays əl-Əvdi'yə söykənməkdədir. Onun ədaləti isə, ixtilaflıdır."

Bizim bundakı görüşümüz, fərqlidir. (Belə ki):

~ Buxari, əbu Qays əl-Əvdi'nin rəvayətini, dəlil olaraq istifadə etmişdir;

~ Tirmizi isə, onun hədisini, səhih olaraq görmüşdür;

~ ibn Hibban, "əs-Siqat"ında, əbu Qays əl-Əvdi'yə yer verməkdədir.

Mən, -mühəddislərdən Beyhaqi xaric-, əbu Qays əl-Əvdi'nin ədalətinin ixtilaflı olduğunu söyləyən bir başqası olduğunu bilmirəm.

Bu xəbər, başqa bir yoldan da gəlmişdir. ibn əbi Şeybə'nin ("Musannəf", lll, 457), ibn Fudayl ---> atası ---> əl-Hakəm isnadı ilə nəqlinə görə, "Əli (radiyallahu anh)'a, vəlisinin icazəsi olmadan bir qadınla evlənib sonra cinsi münasibətə girən bir kişi (haqqında məsələ) ərz edildi. O da, bunu məqbul saydı."

Bu xəbər, bir-birini dəstəkləyən bir çox yoldan rəvayət edilmişdir. ("əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", ll, 75)

(Təhanəvi, "İ'lau's-Sünən")

-----------------------------------

Əlavələr:

• Qadına ən yaxın olan vəli, onun oğludur. Sonra, sonuna qədər oğullarının oğullarıdır. Sonra da, atası və sona qədər atalarının atalarıdır. "Muhit"də də belədir.

• Oğul və atasından sonra, qadının nikahdakı vəlisi:

~ ata-ana bir qardaşıdır ---> sonra

~ ata bir qardaşıdır ---> sonra

~ ata-ana bir qardaşının oğludur ---> sonra

~ ata bir qardaşının oğludur.

Bu, nə qədər aşağı enərsə ensin, beləcə davam edər.

Sonra:

~ ata-ana bir əmisidir ---> sonra

~ ata bir əmisidir ---> sonra

~ ata-ana bir əmisinin oğludur ---> sonra

~ ata bir əmisinin oğludur ---> sonra da

bu tərtib/sıra üzərə, nə qədər aşağı enərsə ensin, bunların oğullarıdır.

Sonra:

~ atanın, ata-ana bir əmisi ---> sonra

~ atanın, ata bir əmisi ---> sonra da

bu tərtib/sıra üzərə, bunların oğullarıdır.

Sonra da:

Qadına ən uzaq olan asabə (yəni, ata tərəfindən qohumlardan olan) kişilərdir. Uzaq olan bir əminin oğlu kimi..."Tatarxaniyyə"də də belədir.

Daha sonra vəlayət/vəlilik sırası, sultan'ın ---> sonra hakimin və hakim tərəfindən təyin edilmiş olan kimsənindir. Hakim, ancaq, vəliyə möhtac olan bir kimsənin nikahını, bu iş, öz öhdəsinə verildiyi vaxt kəsə bilər. Əks təqdirdə, vəli olmaz.

("əl-Fətəva əl-Hindiyyə")

Read 7.399 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR