Təhəccüd Namazı


Təhəccüd Lüğətdə "yatmaq, oyanmaq” mənasına gəlir. Bir termin olaraq isə “gecə qalxıb namaz qılmaq” mənasındadır. Yatsı namazından yatmadan və ya bir az yatandan sonra qalxıb qıIınan namaza “gecə namazı (səlatu-ləyl)” deyilir. Bir müddət yatandan sonra gecə yarısından imsaq vaxtına qədər qıIınarsa, təhəccüd adlanır. Bu namaz iki rükətdən səkkiz rükətə qədərdir. Hər iki rükətdə bir salam vermək daha fəzilətIidir.


Qur`ani-Kərim`də təhəccüd namazı ilə əlaqəli belə buyurulur:


 “Ya Rəsulum gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıI ki, Rəbbin səni (bununla) bəyənilib təriflənən bir məqama (axirətdəki ən büyük şəfaət məqamına) göndərsin.” (İsra, 17/79.)


 Təhəccüd namazına möminləri təşviq edən müxtəlif ayə və hədislər mövcuddur. Allah-Təala belə buyurur:


Ya Peyğəmbər həqiqətən Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir.” (Müzəmmil, 73/20.)


Haqq-Təala başqa ayələrdə gecə namazına qalxanları belə tərif edir:


Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq mərhəmətinə ümid bəsləyərək) Rəbbine dua edər və onlara vərdiyimiz ruzilərden sərf edərlər.” (Səcdə, 32/16.)


“Rahmanın əsil bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.” (Furqan, 26/63-64.)


“Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.” (Zariyat, 51/17-18.)


Başqa bir ayədə de təqvaya çatanların Allaha səhər vaxtı istiğfar edənlər olduğu bildirilir. (Ali-İmran, 3/16-17.)


Səhər vaxtı gecənin son altıda biridir. Ancaq sübh namazının vaxtı girdikdə onun sünnəsindən başqa nafilə namaz qılmaq məkruhdur.


Abdullah İbn Ömər başına gələn hadisəni belə nəql edir:


“İbni Ömər yuxuda özünü bir cəhənnəm çuxurunda görür. Bir mələk yaxınlaşaraq “Sən qorxma, sən buradan çıxacaqsan” deyir. Yuxunu Peyğəmbərə danışdıqda Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurur:


Abdullah necə də yaxşı bir bəndədir. Amma qalxıb gecə namazı da qılsaydı daha yaxşı olardı."


Abdullah b.Ömər bundan sonra gecə yuxusunu azaltmışdır.” (Zəbdi, Səhihi-Buxari müxtəsəri, Təcrid-i Sarih Tercemesi, VII nəşr, 1982, Ankara, IV, 29, 30,H. No: 576)


Hz Bilal (Allah ondan razı olsun) Rəsululahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir:


“Gecə namazına davam edin! Çünki gecə namazı qılmaq sizdən öncəki saleh bəndələrin adəti, Rəbbinizə yaxınlaşmağın bir yolu, pislikləri örtən və günahlardan uzaqlaşdıran bir vasitədir.” (Tirmizi, Dəavat, 101, H. No:3549


Başqa bir hədisdə belə buyurulur: “Fərz namazından sonra ən fəzilətli namaz gecə namazıdır.”  (Müslim, Siyam, 202: Tirmizi, Məvaqit, 207: Nəsai, Qiyamul-Leyl, 6: e. İbn Hənbəl, ll, 344)


Hz. Aişə Abdullah İbn Ömərin sualına cavabən Rəsulullahın gecə namazını belə izah edir:


“Bir gecə icazə istəyib dəstəmaz aldı. Namaz qıldı, uzun-uzadı ağladı, sübh namazı üçün Bilal gəldi. Keçmiş və gələcək günahları bağışlandığı halda nə üçün bu qədər özünü yorduğunu soruşduqda Nəbi (sallallahu aleyhi və səlləm):


“Mən çox şükür edən bir qul olmayımmı? Üstəlik AIIah bu gecə Ali-İmran surəsinin son on ayəsini nazil etdi -deyərək sözünə belə davam etdi, Bu ayələri oxuyub və ya bunları çənəsi arasında çeynəyib üzərində düşünməyənlərə yazıqlar olsun.” (Buxari, Təhəccüd, 6; Müslim, Münafiqun, 79-81; Tirmizi, Səlat, 187.)


Abdullah İbn Abbas da xalası və Allah Rəsulunun yoldaşı olan Meymunənin evində qonaq qalarkən Allah Rəsulunun gecə ibadətini belə tərif etmişdir:


 “Nəbi (sallallahu aleyhi və səlləm) gecənin son üçdə birində qalxdı, göyə baxaraq Ali-İmran surəsinin son on ayəsini oxudu, sonra dəstəmaz alaraq namaz qıldı. Mən də onun etdiyi kimi etdim. Ağladı. İki-İki on iki rükət və bir rükət də vitr olmaq şərtilə on üç rükət namaz qıldı, sonra Bilal azan oxuduqda iki rükət namaz qıldı. Daha sonra isə camaata sübh namazını qıldırdı.” (Buxari, Təfsir surə 3, bab17-18.)


Başqa bir rəvayətde gecə yarısında və ya gecə yarıdan bir az öncə qalxdığı, Ali-İmran surəsinin son on ayəsini oxuduğu, dəstəmaz alıb on üç rükət namaz qıldıqdan sonra müəzzinin səsi gələnə qədər yatağa uzandığı nəql edilir. (609. Buxari, Təfsir surə 3, bab 19-20.)


Bundan əlavə Qədr gecəsini Ramazan və Quraban bayramı gecələrini, Ramazanın son on gününün gecələrini və Şaban ayının on beşinci gecəsini ibadətlə keçirmək mənbdubdur. Bu ibadət bütün gecəni və ya gecənin çox hissəsini əhatə edir. Çünki bu mövzuda müxtəlif hədislər vardır. (Bax. Züheyli, e.a.ə., ll, 47-48.)


Təhəccüd vaxtı “Seyyidul-İstiğfar” adlanan bu duanı oxumaq məndubdun


 “Allahummə əntə Rabbi lə iləhə illə əntə. Xaləqtəni və ə`nə abdukə və ənə alə a`hdikə və və`dikə məstətatu. Ə`uzu bikə min şərri mə sanətu, Əbuu ləkə bi nim`ətikə aleyyə və Əbuu bizənbi, fəğfirli, fə innəhu lə yağfiruzzunubə illə əntə.”


Mənası: “Allahım sən mənim Rəbbimsən, səndən başqa ilah yoxdur, məni sən yaratın, mən sənin qulunam, gücüm çatdığı qədər sənə vərdiyim söz və əhdimi yerinə yetirərəm. Etdiklərimin şərindən sənə sığınıram.Mənə vərdiyin nemətləri təsdiq, günahları isə etiraf edirəm. Məni bağışla, səndən başqa günahları bağışlayacaq heç kimsə yoxdur.” (Buxari, Deevat, 2, 16; Tirmizi, Dəavat, 15, Istiazə, 57.)


Yuxarıda adı çəkilən gecələri ibadətlə keçirmək üçün məscidlərdə və ya başqa bir yerdə toplaşmaq məkruhdur. Çünki bunu Peyğəmbər və əshabı etməmişdir. Bu gecələrə məxsus xüsusi ibadət nəql edilməmişdir. Ancaq qəza namazı və istənilən qədər gecə namazı qılmaq, Qur`an oxumaq, Allahı zikr etmək, təfəkkür, təsbih və dua etmək olar.

Read 14.072 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR