Gülə Gülə Ramazan-ı Şərif

Nə tez keçdi bir ay ...

Ruhumuzun ən ucqar küncünü belə quraqlıqdan qurtaran rəhmət yağışı; səhər kimi qaranlıqsız, bahar kimi xəzansız, riyasız, yalansız olan ümid mövsümü; bütün günahlarımızdan arındığımız məğfirət çeşməsi, dünyanın kazuratını (çirkini və pisliyini) silib süpürən qüsl dəstəmazı ... Gedirsən eləmi? ..

Həkim-i Loğmanın şəfalı dərmanı, Hz. Xızırın ab-ı həyat çeşməsi; Hz. İsanın nəfəsi, Hz. Məryəmin cənnətdən enən süfrəsi ... Üzərində yolçuluq əlamətləri varmı? Gələrkən mərifət, məhəbbət, zikr, fikir, şükür, hikmət, hüzur hediyyələriylə gələn; gedərkən razılıq, fəzilət, kamillik, məğfirət ərmağanlarını buraxan oruc üzlü sevgili həsrətinə necə dayanacağıq? ..

Hər anında küçələrimizdə sədalanan Quran, ürək dənizlərini duyğulandırdı ... Mələklər ölçüsündə dalğalar günah dağlarını yıxdı; israf atəşini, şəhvət yanğınını söndürdü; azğın olan nəfsə oruc zəncirini taxıb, islah etdi; qürur, qürur xəstəliklərini cəhənnəmin dibinə atdı; qəbir quyusunu, cənnətin gözləmə salonuna, ölüm qorxusunu vüslət aşkına çevirdi; yanlış fikir, vəsvəsə kimi ağılı, ürəyi gəmirən nə qədər qurd varsa hamısını məhv etdi; səfehləşən sifətlərə ciddilik, həddindən artığa qaçan duyğulara istiqamət, ürəyə dərin məhəbbət, ağla təfəkkür və bacarıq, dilə zikr və təsbih verdi ... Ey bizə Quranı gətirən, hər gəlişində Quran bayramı etdirən əziz qonaq. Kaş ki bir ömür içimizdə qalsaydın, getməsəydin olmazdımı? .. 

İftar süfrələrinə qoyulan çeşid çeşid nemətdi, nemətin ətrafında xalqa olan təfəkkürdü, itaətdi, ubudiyyətdi (ibadət); sahur süfrələrinə yağan yağışın adı hüzurdu, bərəkətdi. Uşaqlar kimi qaçmışdıq təravih namazı qılmağa, dadı damağımızda qaldı, nə tez bitdi .. eynilə dondurma kimi .. indi uşaq kimi ağlayaq mı? .. Azanlar ruhumuza işlədi, müəzzinlərin içli sədaları ürəyimizi ürək etdi, cana can qatdı .. Tam qanadlanıb uçacağımızı sanarkən, ayrılıq zamanı gəldi çatdı, doğurdan ayrılacağıqmı?

Yetimlər yetimlikdən qurtardın; kimsəsizlərin yanına, dərdləri dərdlənən kimsələr göndərdin ... Çılpağa paltar, aca aş, fəqirə zənginlik, acizə güc, xəstəyə şəfa oldun ... Cəmiyyətin asayişinə bahar gətirdin; döyüşlər dindi, cinayətlər intihar etdi, oğrular əlini yudu. Sanki cənnətdə nəfəs alır kimiydik, nə gözəl idi həyat səninlə. Heç bitməsini istəmədiyimiz yuxu, nə olar, dayan, oyanmaq istəmirik.

Ey şərəfli Ramazan, bizə şərəf verən mübarək ay ... İndi getsən də, səni içimizdə yaşadacağıq, sənsiz qalmayacağıq heç ... Təkrar gəldiyində bizi çox axtarmayacaqsan, buraxdığın yerdə olacağıq. 

Madam getmək istəyirsən, haydi elə isə get ... Uğurlar olsun, gülə gülə Ramazan-ı Şərif.

Read 638 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR