EDAM CƏZASI...

Edam Cəzası ...
Allahu Təala "Qisasda sizin üçün həyat vardır" deyərkən "Ey ağıl sahibləri!" nidâsıyla insanları bu mövzuda düşünməyə; "Qisas da öldürmə demək olduğuna görə, həm öldürmə həm də həyat necə bir arada olacaq?" sualına, ağılları doğru işlədərək cavab tapmağa təşviq edir.
İlahi nidanınyerli yerində olduğunun bir dəlili də günümüzə qədər, ağıllı olduqlarını düşünən insanların edam cəzasını müzakirələrinə baxmayaraq aradan qaldırma mövzusunda ittifaq edə bilməmiş olmalarıdır. Bir gün edam cəzasından ittifaq edəcəklərini ümid edirəm.
Ya ümumi ya da xüsusilə öldürmə günahına məxsus olaraq qisasa və edam cəzasına qarşı çıxanlar bu dəlillərə istinad etmişdirlər:
1. İnsanlığın faydasına olduğu səbəbiylə belə olsa insanın təbiəti qisas və edamdan nifrət etməkdə, vicdanı onu rədd etməkdədir.
2. Öldürmə hadisəsi bir insan itkisi olduğu kimi edam da ikinci bir cana qıymaq, insan itkisidir.
3. Qisas yolu ilə adam öldürmək ürəkdəki mərhəmətsizlik və intiqam duyğusundan qaynaqlanır. Bu duyğular pisdir, maarifləndirmə yolu ilə qəlbdən çıxarılmalıdır. Cana qıymaq da pisdir, ancaq bunu əngəlləmək üçün ikinci bir cana qıymaq yerinə qatili həbs etmək, çətin işlərdə istifadə yolu ilə maarifləndirmək, günahı bu tədbirlərlə əngəlləmək uyğundur. Qatili xəstə olaraq qəbul etmək də mümkündür. Çünki insan ağıl xəstəsi olmadan cana qıya bilməz; necə ki, digər ağıl xəstələri xəstəxanalardan müalicə görürsə qatillərin də buralarda islah və müalicə edilmələri lazımdır.
4. Qanunlar çıxdıqları zaman mövcud olan cəmiyyətə, onun içində olduğu şərtlərə və ehtiyaca uyar, buna uyğun olaraq çıxarılar. Bu səbəblə hər hansı bir qanunun davamlı qüvvədə olması işin təbiətinə ziddir. Qisas qanunu da belədir. Bu gün cəmiyyətlər fərdlərinə möhtacdırlar. Öldürülən yaxınları da qatilin cəzalandırılmasını istəyirlər. Bu iki istək və ehtiyacı bir arada təmin edəcək çarə, qatili öldürməyib ömür boyu həbs və s. şəkillərdə cəzalandırmaqdır.
Quran-ı Kərim bu etirazlara bu cavabı verir: "Yer üzündə fəsad çıxarıb fitnə-fəsad etməyə və ya bir cana qarşılıq olmadan birini öldürən kimsə bütün insanları öldürmüş kimidir, bir canı yaşadan isə bütün insanlara həyat vermiş kimidir" (Maidə 5/32).
Heç bir fərq güdmədən yaşamaq haqqını verən və əhəmiyyətini vurğulayan bu ayəyə görə cana qıymağı, iki adam arasında və ya bir fərdə yönəlmiş bir məsələ, bir cinayət, bir hərəkət olaraq düşünmək səhvdir. Ya haqsız yerə cana qıyma önlənər, bütün insanlığın həyat haqqı zəmanət altına alınar, yaxud da yaşamaq hüququ davamlı olaraq təhlükəyə məruz qalar. Cəmiyyət deyilən quruluş fərdlərdən ibarətdir, əsl və həqiqət olan fərdlərin. Fərdin həyatını qorumaq mümkün olmazsa fərdlərdən ibarət cəmiyyətin həyatını qorumaq da mümkün olmaz.
Yuxarıda sadalanan etirazları tək tək cavablamaq üzrə də bunları söyləmək mümkündür:
a) Demək olar ki, hər insan özünü öldürmək istəyən, buna təşəbbüs edən insanı, onu öldürmə bahasına da olsa əngəlləyər. Necə ki bütün hüquq sistemləri nəfsi müdafiəni hüquqa uyğunluq hallarından saymışdırlar. Cəmiyyətlər də ölkələrinə, həyatlarına, həyati mənfəətlərinə göz dikən, hücum edən cəmiyyətlərə qarşı müharibə elan edib feli olaraq vuruşurlar. Bu iki hadisə, həyatı və gərəklərini qorumaq əsas məsələ olanda insanların öldürülməsinin, insan təbiət və vicdanına zidd olmadığını göstərir.
b) Bir cəmiyyətdə maarifləndirmə (təhsil) müvəffəqiyyətli olur, insanlar ağır cəzalardan söhbət getmədən də adam öldürmə cinayətini işləməz hala gəlirlər, bu vəziyyət elmi məlumatlara söykənərək təsbit edilərsə nadir hala gələn öldürmə cinayəti üçün fərqli cəzalar və tədbirlər düşünülə bilər. İslam, maktulün (öldürülən) yaxınlarına qisas tələbindən vaz keçmə və qarşılığını (əvəz) istəmə haqqı verərək bu qapını açmışdır. Elmi olaraq qisas xaricindəki tədbir və sanksiyaların adam öldürmə cinayətini önlədiyi və ya çox nadir hala gətirdiyi təyin olunana qədər isə qisas cəzası seçimsiz olma xüsusiyyətini qoruyacaqdır.
c) Mərhəmət və şəfqət gözəl duyğular olmaqla bərabər yerində istifadə edilməz; zülmə, haqların çeynənməsinə, insanların can güvənliyinin ortadan qalxmasına səbəb olur, öldürüləni unutdurur, həmişə qatil lehinə işlədilirsə məqbul olmaqdan çıxır, zəiflik olaraq qiymətləndirilir.
d) Cinayətin öz cinsindən bir fellə cəzalandırılması meyli şəxsi və nəfsani bir duyğu olmaqdan çıxır, ədalət və haqqın gerçəkləşməsinə yönəlirsə, bir maarifləndirmə və cinayəti önləmək vasitəsi olaraq qiymətləndirilsə, ona pis gözlə baxıla bilməz.
e) Cinayəti ağıl və ruh xəstəliyi ilə əlaqələndirmək və cinayət törədənləri həbsxanalara və edam darağacına deyil, xəstəxanalara göndərməyi təklif etmək əslində cinayəti təşviq etməkdən əlavə bir nəticə gətirməz. Necə ki bu gün ekspertlərin əksəriyyəti bu qənaətə qatılmamış, cinayəti bir xəstəlik deyil, cəza gərəkdirən cinayət saymışdırlar.
f) İndiki vaxtda bir çox ölkənin qanunvericiliyində edam cəzası vardır. Bu qanunları qoyanlar əhəmiyyətli gördükləri cinayətlərdə -cinayət törədəni həbsxanada işlədərək ondan istifadə etmək yerine- edam etməyi uyğun görmüş, yaşamaq haqqını qorumaq üçün zəruri tapmışlar. Qatilin ekonomikyardımı, insan həyatını qorumaqdan (bu səbəbdən qisas sayəsində qorunacaq olan insan həyatından) daha əhəmiyyətli və faydalı ola bilməz.
g) Səhvən edam ehtimalının qarşısını almaq üçün İslam, ən kiçik bir şübhə tapılanda belə qanunda müəyyən cəzaların tətbiq olunmasını istəmişdir.
Yazıçı:
Xeyrəddin Qaraman (Prof. Dr.)
