Davamlı Tövbə edib sonradan eyni Günahı işləməkdən necə qurtula bilərəm?
1- İnsan olaraq xətaya və günahlara düşə biləcək fitrətdə yaradıldıq. Bütün insanlar xəta edə bilərlər, edirlər də. Yalnız Allah Təalanın nəbiləri bundan qorunmuşdur. O halda, biz xəta etməkdən ötəri deyil də xəta işləməyə qarşı laqeydlikdən, laübalılıqdan
Hədəfimiz, yaxşılıqlarla pisliklərin mizana qoyulduğu gün yaxşılıqların ağır gəlməsi üçün çalışmaqdır. Unutmayaq ki, bir tək yaxşılığın artıq olması qazanmağımız, cənnətə girməyimiz deməkdir. Hədəf bəlli, problem bəlli, çarə bəllidir.
2- Tövbədən bezmək, tövbələri adiləşdirmək, oyun-oyuncaq halına gətirmək deyə bir şey yoxdur. Min dəfə, milyon dəfə də olsa başqa bir yol yoxdur. Nəfəs alıb verdiyimiz kimi tövbə yolunu istifadə edərik.
3- Günahlar mövzusunda diqqət yetirilməsi lazım olan həssas nöqtələrdən biri çevrə, ətraf-mühit məsələsidir. İnsan tək başına yaşaya bilmədiyinə görə özünə yaxşı bir ətraf, çevrə təşkil etməlidir. Yaxşını tapa bilməyən isə ən az pis olanı axtarmalıdır. Əgər bir günahda israr edilirsə bu, o günaha təşviq edən ətraf mühitin təsirinin aradan qaldırılmadığını göstərir. Əvvəlcə ətraf-mühit təmizliyi üçün çalışmaq şərtdir. Saleh qullarla oturub-durmaq, qidadan göz təmizliyinə qədər hər sahədə halala yönəlmək məcburiyyətindəyik.
Nurəddin Yıldız.
