"Şükr edən orucsuza, səbr edən nafilə oruclunun savabının misli vardır"- hədisinin şərhi
Əbu Hureyrə (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Peyğəmbər ( ﷺ ) belə buyurmuşdur:
Şükür edən orucsuz, səbr edən nafilə oruclu mövqeyindədir.
---------------
Peyğəmbər ( ﷺ ) 'in səhabələrindən biri olan Sinan b. Sennə əl-Əsləmi (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə Allah Rəsulu ( ﷺ ) belə buyurmuşdur:
Şükr edən orucsuza, səbr edən nafilə oruclunun savabının misli vardır.
Not: Zəvaid'də belə deyilmişdir: Bunun isnadı səhih olub ricalı məvsuq (güvənilən) kimsələrdir.
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): 'Şükür edən orucsuz, səbr edən nafilə oruclu kimidir' deyən haqqındakı bab, hədis no: 1764, 1765
----------------------
İzahı:
Əbu Hureyrə (رضي الله عنه) 'ın hədisini, Imam Əhməd ( رحمه الله) , Tirmizi ( رحمه الله) və Hakim ( رحمه الله) də rəvayət etmişlərdir. Sinan (رضي الله عنه) 'ın hədisini Imam Əhməd ( رحمه الله) də rəvayət etmişdir.
İmam Əbul Həsən əs-Sindi əl-Hənəfi( رحمه الله) belə deyir:
"Yəni nafilə oruc tutmayıb qidasını alan və gücünü Allah'a itaət yolunda xərcləyən mömin, aclığa və susuzluğa dözərək nafilə oruc tutan kimidir. Çünki ikisi də insan oğlunun yaradılış məqsədi olan- Allah Taala'ya itaət yolundadırlar.
İkinci hədisin zahirinə görə, ikisinin savabı eynidir. Lakin məqsəd bu ola bilər:
Səbr edən oruclu savab qazandığı kimi, itaət və ibadətə güclü olaraq yönəlmək məqsədi ilə nafilə oruc tutmayan da savab qazanır."
Camiu's-Sağir şarihi (şərh edəni) əl-Azizi ( رحمه الله) də:
Hüccətü'l-İslam İmam Ğazzali ( رحمه الله) demişdir ki:
"Səbr ilə şükürdən hansının daha fəzilətli olduğu xüsusunda alimlər ixtilaf etmişlərdir. Bəzilərinə görə, şükür, səbirdən daha fəzilətlidir. Bəziləri, bunun əksini söyləmişdir. Bəzilərinə görə, səbir ilə şükür, fəzilət nöqtəsindən bərabərdir."
