"Dində məcburiyyət yoxdur." (Bəqərə/256)
"Dində məcburiyyət yoxdur." (Bəqərə/256)
-------------------
Təfsiri:
Alimlər, ayətin mənası xüsusunda 6 fərqli görüşə sahibdirlər.
1. Bir görüşə görə, bu ayət, nəsx edilmişdir. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm), ərəbləri, İslam dinini qəbul etmək üzərə məcbur etmiş, onlarla döyüşmüş, İslam dininə girməkdən başqa onlardan hər hansı bir şeyi qəbul etməmişdir.
Bu görüş, Süleyman b. Musa'ya aiddir. Onun dediyinə görə, bu ayəti:
"Ey peyğəmbər! Kafirlər və münafiqlərlə cihad et." (Tövbə/73)
ayəti nəsx etmişdir.
Ayrıca, bu görüş, ibn Məs'ud (radiyallahu anh)'dan və müfəssirlərin bir çoxundan da rəvayət edilmişdir.
-------------------
2. Bu ayət, nəsx edilməmişdir. Xüsusi olaraq, kitab əhli haqqında nazil olmuşdur. Cizyəni ödədikləri təqdirdə, İslama girmək üzərə məcbur edilməyəcəklərini ifadə etməkdədir.
İslama girmək üzərə məcbur ediləcək kimsələr isə, bütpərəstlərdir. Onlardan, İslama girməkdən başqa bir şey qəbul edilməz. Bax:
"Ey peyğəmbər! Kafir və münafiqlərlə cihad et." (Tövbə/73) ayəti, bu kimsələr haqqında nazil olmuşdur.
Bu da, Şabi, Qatadə, əl-Həsən və Dahhak'ın görüşüdür.
Bu görüşün lehinə dəlil isə, Zeyd b. Əsləm'in atasından nəql etdiyi bu rəvayətdir:
Əsləm belə deyir:
Mən, Ömər b. əl-Xattab'ın yaşlı bir xristian qadına belə dediyini eşitdim:
"Ey qadın! İslama gir, əmin-amanlıqda olarsan. Şübhəsiz, Allah, Muhammədi haqq din ilə göndərmişdir."
Qadın isə, belə cavab verdi:
"Mən, yaşlı bir qadınam. Ölüm isə, mənə çox yaxındır."
Bunun üzərinə, Ömər (radiyallahu anh) belə dedi:
"Şahid ol, Allahım!"
Daha sonra da:
"Dində məcburiyyət yoxdur." ayətini oxudu.
-------------------
3. İbn Abbas (radiyallahu anh)'a görə, bu ayət, Ənsar haqqında nazil olmuşdur. Belə ki:
Hicrətdən əvvəl, Mədinədə, yəhudilər, ərəblər və az miqdarda da xristianlar yaşayırdılar. Yəhudi və xristianların dinləri və kitabları olmasına baxmayaraq, ərəblərin dinləri və kitabları yox idi.
Ərəblər, Mədinəyə, Yəmən'dən köçərək gəlmiş Evs və Xəzrəc olmaq üzərə 2 qəbilə idilər.
Yəhudilər isə, Nadir oğulları, Qureyza oğulları və Qaynuqa oğulları olmaq üzərə 3 böyük qəbilə idilər.
Bir dinləri və kitabları olmayan ərəblər, yəhudilər qarşısında dinsiz və kitabsız olduqlarından dolayı, onlara həmişə qibtə edirdilər. Hətta cahiliyyə dövründə, bəzi Mədinəli qadınlar:
"Əgər doğacaq bu uşağım yaşayarsa, onu, yəhudilərin içərisində buraxacağam." deyə əhd edərdilər.
İslam gəldikdən sonra, Ənsardan bəzilərinin uşaqları, bu şəkildə yəhudilərin arasında qalmaqda idilər.
Allah Rəsulu (sallallahu aleyhi və səlləm), yəhudi olan Nadir oğullarını, Mədinədən sürgün etdiyində, bu uşaqların ailələri, Nəbi (sallallahu aleyhi və səlləm)'in yanına gəlib:
"Ey Allahın elçisi! Onları Mədinə'dən çıxarırsan. Amma onlar içində bizim uşaqlarımız və qardaşlarımız var. Onlar necə olacaq?" diyə soruşdular. Bunun üzərinə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm):
"Onlar muxayyər (sərbəst) buraxıldılar. Əgər sizi seçərlərsə, sizindirlər. Yox, onları (yəhudiləri) seçərlərsə, o zaman onlardandırlar." buyurdu.
Bunun üzərinə, Ənsardan olanlar, öz uşaqlarını İslama girmək üzərə məcbur etdiklərində:
"Dində məcburiyyət yoxdur." ayəti endi.
Daha sonra, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yəhudilərlə qalmağı tərcih edənləri yəhudilərlə birlikdə Mədinədən sürgün etdi.
Bu, Səid b. Cubeyr'in, əş-Şabi'nin və Mücahid'in görüşüdür.
Yalnız bu da var ki, o (ibn Abbas) belə demişdir:
Ənsar'ın uşaqlarının Nadir oğulları arasında olmalarının səbəbi, süd analarından süd əmməkləri idi.
ən-Nəhhas belə deyir:
"İbn Abbas'ın bu ayətə dair görüşü, sənədinin səhhəti dolayısı ilə, görüşlərin ən uyğun olanıdır. Belə bir şey də, zatən şəxsi görüşə istinad edərək iləri sürülə bilməz."
-----------------------
4. əs-Süddi belə deyir:
Bu ayət, 2 oğlu olan Ənsardan əbu Husayn haqqında nazil olmuşdur.
Şam'dan zeytun yağı gətirən tacirlər, Mədinə'yə gəlmişdilər. Bu tacirlər Mədinə'dən çıxmaq üzərə olduqları vaxt, əl-Husayn'ın 2 oğlu, onların yanına vardılar. Onlar, əl-Husayn'ın oğullarını xristianlığa dəvət etdilər. Bunlar da xristianlığı qəbul edib onlarla bərabər Şam'a getdilər.
Ataları Əbu Husayn, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, onların bu davranışlarından şikayət etdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) isə, onları geri gətirəcək kimsələr göndərməsi arzusu olduğunu bildirdi. Bunun üzərinə də:
"Dində məcburiyyət yoxdur." ayəti endi.
---------------------
5. Bu ayətin bir mənası da:
"Qılınc gücü ilə İslama girmiş kimsəyə, 'məcbur edildi' deməyin."
Bu da, beşinci görüşdür.
------------------
6. Altıncı görüşə görə də, bu ayət, əsir alınan uşaqlar və qadınlar haqqındadır.
Bunlar kitab əhlindən (yəhudi və xristianlardan) olduqları və yaşca böyük olduqları təqdirdə, İslama girmək üzərə məcbur edilməzlər.
Kiçik olsun və ya böyük olsun, əgər bunlar məcusi (atəşpərəst) və ya bütpərəst isələr, İslama girmək üzərə, məcbur edilərlər. Çünki onları əsir alan kimsələr, bu kimsələr bütpərəst qaldıqları müddətcə, onlardan istifadə edə bilməzlər. Necə ki, onların kəsdikləri yeyilməz, qadınları da nikahlanmaz. Onlara malik olan bir kimsə, onlardan iyrənər, mülkü olmalarından dolayı da, onlardan bütpərəst qaldıqları müddətcə faydalanmasına imkan olmaz. Bu baxımdan, onları İslama məcbur etmək caizdir.
Buna bənzər bir görüşü, ibnu'l-Qasım da, Malik'dən rəvayət etmişdir.
Əşhəb isə, belə deməkdədir:
Bunlar, özlərini əsir alan kimsənin dini üzərədirlər. Qəbul etməyəcək olarlarsa, İslama girmək üzərə, məcbur edilərlər.
Kiçik uşaqların isə, dini olmaz. Bu baxımdan, batil bir dinə girməmələri üçün, İslam dininə girmək üzərə məcbur edilərlər.
Sair küfr növlərinə gəlincə isə, bunlar cizyəni verdikləri təqdirdə, İslama girmək üzərə onları məcbur etmərik. İstər ərəb olsunlar, istər olmasınlar. İstər Qüreyşli olsunlar, istər başqa bir qəbilədən.
(imam Qurtubi, "əl-Cami li Əhkamil-Quran" təfsiri)
----------------------
----------------------
Əlavələr:
✓ Dahhak, Süddi və Süleyman b. Musa'dan rəvayət edildiyinə görə, bu ayə,
...يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ جَـٰهِدِ ٱلْكُفَّارَ وَٱلْمُنَـٰفِقِينَ ~
Yə əyyuhə'n-Nəbiyyu! Cəhidi'l-kuffəra və'l-munafiqin.
Yəni:
"Ey Nəbi! Kafirlər və münafiqlərlə cihad et." (Tövbə/73);
~ ...فَٱقْتُلُوا۟ ٱلْمُشْرِكِينَ...
"Müşrikləri öldürün." (Tövbə/5)
ayələrilə nəsx edilmişdir. (haşiyə)
----------------
(Haşiyə:
Nəsx, nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99q%C9%99r%C9%99-sur%C9...)
-----------------
✓ Həsən və Qatadə'dən rəvayət edildiyinə görə, bu ayə, cizyə vermələri şərtilə, öz dinləri üzərə üzərə qalmalarına icazə verilən kitab əhli haqqındadır. Ərəb müşrikləri haqqında deyildir. Çünki onlar, cizyə versələrdi belə, öz halları ilə baş-başa buraxılmayacaqlardı. Ya Müsəlman olacaqlar, ya da qılıncdan keçiriləcəklərdi.
✓ Bir rəvayətə görə, bu ayə, yəhudilikdə qalan və Müsəlman olmaları üçün ataları tərəfindən məcbur edilən bəzi ənsar uşaqları haqqında nazil olmuşdur. Bu görüş, ibn Abbas (radiyallahu anh) ilə Səid b. Cubeyr (radiyallahu anh)'dan rəvayət edilmişdir.
✓ Bir rəvayətə görə, belə deyilmişdir: "Döyüşdən sonra Müsəlman olanlar haqqında, 'Məcbur olduqları üçün Müsəlman oldular.' deməyin. Çünki, İslamı bəyənib səhih bir şəkildə Müsəlman olan kimsə, məcburiyyət altında sayılmaz."
əbu Bəkr əl-Cəssas (əl-Hənəfi), deyir:
"Dində ikrah (məcburiyyət) yoxdur." ifadəsi, xəbər formasında gəlmiş bir əmrdir. Bu ayə, müşriklərlə döyüşməyin əmr edilməsindən az əvvəl enmiş ola bilər. Bu ayə, müşriklər xaricindəki digər kafirlər haqqında, eynilə bu ayələr kimidir:
~ ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ فَإِذَا ٱلَّذِى بَيْنَكَ وَبَيْنَهُۥ عَدَٰوَةٌ كَأَنَّهُۥ وَلِىٌّ حَمِيم
Yəni:
"...Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar." (Fussilət/34);
~ ...ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ ٱلسَّيِّئَةَ
Yəni:
"Sən pisliyi yaxşılıqla dəf et." (Mu'minun/96);
~ ...وَجَـٰدِلْهُم بِٱلَّتِى هِىَ أَحْسَنُ...
Yəni:
"Onlarla ən gözəl şəkildə mücadilə et." (Nəhl/125);
~ وَإِذَا خَاطَبَهُمُ ٱلْجَـٰهِلُونَ قَالُوا۟ سَلَـٰمًا...
Yəni:
"...cahillər onlara xoşagəlməz bir söz dedikdə: 'Salam!'– deyərlər." (Furqan/63).
İslamın ilk zamanlarında, döyüşmək qadağan idi. Bu qadağa, müşriklərə qarşı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in peyğəmbərliyinin həqiqi olduğu dəlillərlə isbatlandığı; və həqiqət bəyan edildiyi halda, inad edib Müsəlmanlığı qəbul etməmələrinə qədər davam etdi. Bu mərhələdən sonra, Müsəlmanlara, onlarla döyüşmələri əmr edildi.
"Dində məcburiyyət yoxdur." ayəti,
فَٱقْتُلُوا۟ ٱلْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ
Yəni:
"Müşriklərə harda rast gəlsəniz, onları öldürün." (Tövbə/5) ayəti; və
müşriklərlə döyüşməyi fərz qılan digər ayələrin enməsilə, ərəb müşrikləri haqqında nəsx edildi.
Cizyə verib Müsəlmanların hakimiyyəti altına və zimmətinə girməyi qəbul etmələri şərtilə, kitab əhli kimsələr haqqında isə, bəhs edilən ayətin hökmü (yəni, onları İslama girməyə məcbur etməmək hökmü) davam etdi.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ərəb müşrikləri haqqında, ya müsəlman olmaları; ya da qılıncdan keçirilmələri xaricində, başqa bir tətbiqata razı olmaması da, buna dəlalət etməkdədir.
Bu ayətin hökmünün, indi də, bütün kafirlər haqqında sabit olması da, mümkündür. Çünki, hər hansı bir müşrik, yəhudiliyə və ya xristiyanlığa keçərsə, Müsəlman olmağa cəbr edilməz. Cizyə verməsi şərtilə, onun yeni dinində olmasını, qəbul edərik.
Bu hökmün, kitab əhlinin dininə girən digər kimsələr haqqında da sabit olması, Şafi'nin bu sözünü qeyr-i məqbul olduğuna dəlalət etməkdədir:
"Məcusi və ya xristiyan bir kimsə, yəhudiliyə keçərsə, onu, əvvəlki dininə dönməyə və ya Müsəlman olmağa məcbur edərəm."
Bəhs edilən ayə, bu sözün qeyr-i məqbul olduğuna dəlalət etməkdədir. Çünki ayədə, din xüsusunda, kimsəni məcbur etməməyimiz əmr edilməkdədir. Bu da, ümumi bir əmr olub, -bildirdiyimiz şəkildə- bütün kafirlər haqqında istifadə edilə bilər.
İndi, biri çıxıb, belə bir etiraz edə bilər:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), özlərilə döyüşülməsini əmr etdiyi; və haqlarında Müsəlman olmalarından, ya da qılıncdan keçirilmələrindən başqa bir şeyi qəbul etmədiyi ərəb müşrikləri, din xüsusunda məcbur edilmiş olmaqdadırlar. Bilindiyi kimi də, məcburiyyət nəticəsində dinə girən kimsə, müsəlman sayılmaz. (Elə isə), İslama girmələri üçün onlara tətbiq edilən təzyiq və cəbri, necə açıqlayacaqsınız?"
Bu etirazın sahibinə, belə cavab verərik:
Onlar, İslama inanmağa deyil; müsəlman olduqlarını izhar etməyə məcbur edildilər. Çünki, inanma xüsusunda məcbur etmək, bizə görə, doğru deyildir. Bu səbəblə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Allahdan başqa ilah yoxdur deyənə qədər, insanlarla döyüşməklə əmr olundum. Onu dediklərində, -cəzaya haqq qazanmaları xaricində- canlarını və mallarını Məndən qoruyarlar. (Qəlblərindəki inanclarından dolayı) hesablarını görmək, Allah (azzə və cəllə)'yə aiddir." (ibn Macə, "Fitən/1")
Peyğəmbər (sallallahu aleyhi və səlləm), döyüşün, müşriklərin zahirən müsəlmanlıqlarını ortaya qoymalarını təmin etmək üçün olduğunu bildirmişdir. Qəlblərdəki inanclarına gəlincə, bu, Allaha qalmış bir şeydir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), Öz nübüvvəti (peyğəmbərliy)'inin doğruluğuna dair dəlil və bürhanları onlara göstərmədən, sadəcə onlarla döyüşməmişdi. Həm qəlbən inanmalarını, həm də müsəlman olduqlarını izhar etmələrini təmin etmək üçün, peyğəmbərliyinin doğruluğuna dair dəlilləri, onların gözləri qarşısına qoymuşdu. Bu dəlillər, İslama inanmalarını və müsəlmanlıqlarını izhar etmələrini gərəkdirirdi. Onlarla döyüşməsi, müsəlmanlıqlarını izhar etmələri üçün idi.
Zahirən də olsa, müsəlman olduqlarını söyləmələrində, böyük faydalar var idi. Müşrik bir kimsə, inanmasa da, müsəlman olduğunu zahirən söylədiyində,
~ müsəlmanların məclisinə qatılacaq;
~ oxunan Quranı dinləyəcək;
~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in göstərdiyi dəlilləri müşahidə edəcək;
~ Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, davamlı olaraq İslama dəvət edəcək; inancının xarablığını ona açıqlayacaqdı.
Digər tərəfdən, uca Allah, onların nəslindən tövhidə inanan, sağlam imanlı uşaqların gələcəyini bildiyi üçün, bu halda olan müşriklərin öldürülmələri, caiz olmazdı. Çünki, onların nəslindən imanlı kəslərin gələcəyi, bilinirdi.
Məzhəbimizin (yəni, Hənəfi məzhəbinin) fəqihləri, dedilər:
İman etməyə məcbur edilən zimmilər, zahirən müsəlman olarlar. Köhnə dininə dönməsin deyə, öz halına tərk edilməz. Ancaq dönərsə də, öldürülməz. Öldürülmədən müsəlmanlıqda qalmağa məcbur edilər. Çünki müsəlmanlığını izhar etdiyində məcbur edilmiş olması, onu, hökmən müsəlman olmaqdan çıxarmaz. Ancaq bu hal, onun, İslama, qəlbən inanmadığına dəlalət edər. Çünki, -bildirdiyimiz kimi- bəzi müşriklər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in özlərilə döyüşməsi və "Allahdan başqa ilah yoxdur deyənə qədər insanlarla döyüşməklə əmr olundum. Onu dediklərində, -cəzaya haqq sahibləri olmaq xaricində- canlarını və mallarını, Məndən qoruyarlar." deməsi qarşısında müsəlman olmuşdular. Peyğəmbər (sallallahu aleyhi və səlləm), döyüş mühitində müsəlman olduğunu izhar edən kimsəni, hökmən müsəlman saymışdır.
Eyni şəkildə, zimmilərdən də müsəlman olmağa məcbur edilən və müsəlman olduqlarını izhar edənlərin, hökmən müsəlman sayılması lazımdır. Lakin bunlar, mövcud olan bir şübhədən dolayı öldürülməzlər. İxtilafsız olaraq bilməkdəyik ki, daru'l-harb'dan bir əsir, öldürülmək üzərə (öldürülmə) məhəllinə gətirildiyində, müsəlman olduğunu söyləyəcək olarsa, müsəlman qəbul edilir. Bunun, qorxudan dolayı müsəlman olduğu deyilə bilməz və müsəlman kimsə hökmündə qəbul edilər. Zimmi də, bunun kimidir.
(əbu Bəkr Razi əl-Cəssas, "Əhkamu'l-Quran" təfsiri)
