Müctəhid kimdir?
Müctəhid də olması lazım olan gərəkli şərtlər:
Hökm istinbat edəcək olan bir müctəhid'də bu şərtlərin olması lazımdır:
1. Ərəbcə bilmək.
Fəqihlər, bir müctəhid üçün, ərəb dilini bilməyin zəruri olduğu üzərində ittifaq etmişlərdir. Çünki Quran, bu dillə nazil olduğu kimi, Onu açıqlayan Sünnət də, eyni dillə ifadə edilmişdir.
Hüccətü'l-İslam İmam Ğazzali, bu haqda belə deyir:
"Müctəhidin, ərəblərin danışmalarını anlayacaq və kəlimələri istifadə etməkdəki adətlərini biləcək qədər ərəbcəyə vaqif olması şərtdir; ta ki, o, kəlamın sarihini (açıq), zahir və mücməlini, həqiqət və məcazını, amm (ümumi) və xassını, möhkəm və mütəşabihini, mütləq və muqayyədini (mütləq olmaya , məhdud olan) nass və fəhvasını (məna, məfhum) , yalnış və doğru məhfumunu bilsin. Bu da, ancaq ərəb dilində ictihad dərəcəsinə yetişən kimsələrdə mövcud olur."
Burdan anlaşılır ki, Ğazzali, müctəhidin ərəbcəni tam mənası ilə bilib onda ictihad dərəcəsinə və onu anlama baxımından, əsl bir ərəb səviyəsinə yetişməsini şərt qoşur.
Əsasən, hər hansı bir ərəb, Ərəb dilinin bütün özəlliklərini bilə bilməz və onu bütün incəlikləri ilə istifadə edə bilməz.
Ərəbcədə müctəhid olan da, fiqhi hökmlərdə müctəhid olan da belədir.
Bunların elmi də, dilin bütün müfrədatını, üslublarını və fərqli qəbilələrin ləhcələrini əhatə edə bilməz; çünki müctəhidin istinbat etmək istədiyi hökmlərin ilk qaynağı olan Quran, ərəbcənin ən bəliğ və fasihini təşkil edər. Bu etibarla, hökm çıxaracaq olan kimsə, Quranın bəlağat və sirlərini bilməlidir ki, bu sayədə, Onun üçün aldığı hökmləri idrak edəcək səviyyəyə gəlmiş olsun.
İslam şəriətində tədqiqat aparan (araşdıran) kimsənin, fiqhi nass'lardan hökm çıxarma qüdrəti, ərəbcənin sirr və incəliklərini bilməsi nisbətindədir.
Şatibi, İslam şəriətində araşdırma aparanları, ərəbcəni anlayış dərəcəsinə görə, belə sıralayır:
"• Ərəbcəni anlamaqda mübtədi (yeni başlayan) kimsə, şəriəti anlamaqda da, mübtədidir.
• Ərəbcəni anlamaqda mutavassıt (orta) olan kimsə, şəriəti anlamaqda da, mutavassıtdır ki, bu, son dərəcəyə yetişməmişdir.
• Ərəbcəni anlamaqda da son dərəcəyə yetişən kimsə, şəriəti də anlamaqda son dərəcəyə yetişər.
Dolayısı ilə, onun anlayışı, şəriətdə, hüccət olar; eynilə, səhabələrin və Quranı haqqıyla bilən alimlərin anlayışlarının hüccət olması kimi.
Bunların səviyyəsinə yetişməyən kimsələrin, şəriət mövzusundakı anlayışları, öz səviyyələri nisbətində əskikdir. Anlayışı əskik olan hər kəsin görüşü isə, nə bir hüccət olar, nə də başqaları tərəfindən qəbul edilər." (Şatibi, əl-Muvafaqat, c. 4, s. 114)
Bu ifadə əslində doğrudur, çünki müctəhid bir hüccətdir. Müctəhid olmayanlar, onun sözü ilə əməl edərlər.
Bu mərtəbəyə ancaq, anlayış baxımından böyük səhabələr və onların elmini miras olaraq alan, müctəhid imamlara yaxın bir mərtəbəyə yetişənlər, sahib ola bilər.
Müctəhid imamların hamısı, əlbətdə, fiqhdəki imamlıqları nisbətində, ərəbcədə də imam idilər.
Onlardan bəzilərinin ərəbcə bilmədiyini iddia edənlər, quru bir iftira atmaqdan başqa bir şey etməməkdədirlər.
(Əbu Zəhra, "Fiqh üsulu", s.329-330)
