"Ölülərinizə lə iləhə illəllahı təlqin edin." hədisini izah edərsinizmi?

1444- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Ölülərinizə (ölüm döşəyində olanlarınıza) Lə iləhə İlləllah'ı təlqin edin."

---------------------

1445- Əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Ölülərinizə (ölüm döşəyində olanlarınıza) Lə İləhə İlləllah'ı təlqin edin."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Cənaiz (Cənazələr kitabı): "Ölüyə (ölüm döşəyində olana) Tövhid kəliməsini təlqin etmək haqqında gələn hədislər babı")

-----------------------

İzahı:

1444 no-lu Əbu Hureyrə (radiyallahu anh) hədisini, Muslim də rəvayət etmişdir.

1445 no-lu Əbu Səid (radiyallahu anh) hədisini:

• Əhməd;

• Muslim;

• Tirmizi;

• əbu Davud;

• Nəsai və

• Beyhaqi

də rəvayət etmişlərdir.

---------------------

Təlqin: "xatırlamaq"dır. Hədisdəki "məvta" kəliməsi: "ölüm döşəyində olanlar" deyə açıqlanmışdır. Kəlimənin əsl mənasının "ölülər" olduğu məlumdur. Bu kəlimə, "meyyit"in cəm halıdır.

"əl-Mənhəl Azbi'l-Məvrud şərh-u Sunən-i əbu Davud" müəllifi, Mahmud Muhamməd Xattab əs-Subki, hədisin açıqlaması bəhsində belə deyir:

"Yəni ölüm döşəyinə girən xəstələrinizə, tövhid kəliməsini xatırladın. Bu kəlimələri söyləmələri üçün, əmr verməyin, açıqca istəməyin və israr etməyin. Çünki o saat, sıxıntı və kədər saatıdır. Bu xüsusda ediləcək israr, Allah qorusun, ölünün halının dəyişməsinə səbəbiyyət verə bilər."

Yəni xəstəliyin şiddəti və sıxıntının izdirabı yanında, tövhid kəliməsi üçün israr edilərsə, bunun icabında xəstə:

"Məndən nə istəyirsiniz?" və ya:

"Söylədiyinizi söyləyə bilmərəm."

kimi nöqsan sözlər sərf edə bilər ki, bunun iman baxımından təhlükəsi böyükdür.

------------------------

Təlqin və xatırlatma belə olur:

Xəstənin başında olanlardan biri, açıq səslə öz-özünə tövhid kəliməsini oxuyar. Xəstə onun səsini eşidincə, bu kəliməni dilə gətirər. Beləcə, məqsəd hasil olmuş olar.

Yuxarıda bildirildiyi kimi, "məvta"dan məqsəd, "ölüm döşəyinə girənlər"dir.

İbn Hibban və başqaları, bu babda rəvayət edilən hədisləri dəlil göstərərək, belə açıqlama gətirmişlərdir. İbn Ömər (radiyallahu anh)'dan mərfu olaraq rəvayət edilən bu hədis də, bu izahı açıqlayar:

"Ölülərinizə, tövhid kəliməsini təlqin edin. Çünki öləcəyi zaman, bunu söyləyən heç bir müsəlman yoxdur ki, Allah, onu cəhənnəm atəşindən qurtarmasın."

Bütün imamlar, ölüm döşəyindəkinə bu təlqinin edilməsinə hökm etmişlərdir. Nəvəvi, Muslim'in şərhi'ndə belə deyir:

"Bu təlqinə aid əmr, məndubluq üçündür. Alimlər bu təlqinin məşruluğu üzərində ittifaq etmişlərdir və xəstəyə bu kəliməni çoxca və ard-arda söylətməkdən, kərahət duymuşlardır. Çünki xəstəliyin şiddəti dolayısıyla xəstə, edilən isrardan xoşlanmaya bilər və ya uyğun olmayan bir söz ağzından çıxara bilər. Alimlər demişlərdir ki:

Xəstə bu kəliməni söylədikdən sonra, başqa bir şey danışmadıqca, ikinci dəfə təkrarlaması üçün təlqin edilməməlidir."

Tirmizi'də bəyan edildiyinə görə, Abdullah ibni Mübarək (radiyallahu anh), səkərata (ölüm sərxoşluğuna) girdiyi zaman, bir adam ona tövhid kəliməsini təlqin etmiş və təlkini dəfələrlə təkrarlamışdı. Bunun üzərinə, Abdullah ibni Mübarək:

"Mən tövhid kəliməsini bir dəfə söyləyincə, danışmadığım müddətcə tövhid kəliməsi üzərindəyəm." demişdir.

Cumhura görə isə, bu təlqin, məndubdur. Hədisin zahiri, təlqinin vacibliyini gərəkdirir. Alimlərdən kiçik camaat, vacibliyinə hökm etmişlərdir. Əli əl-Qari (rahmətullahi aleyh)'in dediyinə görə, Maliki'lər, bu təlqinin vacibliyi xüsusunda alimlərin ittifaqını nəql etmişlərdir.

------------------------

Dəfndən sonra təlqinin hökmü:

"əl-Fiqh alə'l-Məzəhibi'l-Ərbaa"da bəyan edildiyinə görə:

• Şafi və Hənbəli məzhəblərinə görə, bu təlqin, müstəhəbdir.

-----------------------------

• Hənəfi üləma isə:

"Bu təlqinin edilməsi üçün əmr edilməz və edənlər də bundan əngəllənməz." demişlərdir.

2190. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ölülərinizə, lə iləhə illəllahı təlqin edin. Çünki, ölərkən son sözü lə iləhə illəllah olan kimsə, cənnətə girmədən əvvəl başına bəzi şeylər gəlsə belə, bir gün cənnətə girər."

Hədisi, ibn Hibban, "Səhih"ində (Vll, 304); və Əhməd b. Hənbəl, "Müsnəd"ində (lll, 3) nəql etmişlərdir. "Kənzu'l-Ummal"da (Vlll, 81) belə qeyd edilmişdir. "Təlxisu'l-Habir"də (l, 152), hədisi, sadəcə ibn Hibban'ın nəql etdiyi qeyd edilməkdə və belə deyilməkdədir:

İbnu'l-Cevzi xəta etmiş və hədisi, Buxari'nin rəvayət etdiyini bildirmişdir. Halbuki bu hədis, Buxari'də mövcud deyildir. əl-Muhib ət-Təbəri'yə gəlincə, o, hədisin muttəfəqun aleyh (üzərində ittifaq edilmiş) olduğunu iləri sürmüşdür; lakin hədis, belə deyildir.

2191. Talha və Ömər (radiyallahu anhumə)'dan belə nəql edilmişdir:

Biz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i belə buyurarkən eşitdik:

"Elə bir kəlimə (dua) bilirəm ki, bir kimsə ölərkən onu desə, ruhu cəsədindən çıxarkən rahatlıq hiss edər və o kəlimə qiyamət günü, o şəxsə nur olar."

Bir başqa nəqlə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Allah, onu rahatladar; rəngini parladar və o şəxs, özünü sevindirəcək şeyi görər."

buyurduqdan sonra, cümlənin "Lə iləhə illəllah" olduğunu bildirmişdir.

Bu hədisi, əbu Yə'lə "Müsnəd"ində (ll, 13); və Hakim, səhih bir isnadla rəvayət etmişlərdir. (Suyuti, "Şərhu's-Sudur", s. 15)

Bu 2 hədis, ölmək üzərə olan kimsəyə "lə iləhə illəllah" cümləsinin təlqin ediləcəyinə dair açıq bir dəlildir.

2192. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Ölülərinizə, lə iləhə illəllahı təlqin edin; ancaq onlara, diqtə etdirməyin (yəni, zorla dedizdirməyin). Çünki, onlar ölüm səkəratı (sərxoşluğu) içindədirlər." buyurmuşdur.

Hədisi, Deyləmi, ("Kənzu'l-Ummal", Vlll, 81) rəvayət etmişdir. Hədisin isnadı, onun qaydasına görə, zəifdir.

Bu hədis də, ölmək üzərə olan kimsələrə təlqin ediləcəyinə və bunun necə ediləcəyinə dair açıq bir dəlildir.

Şeyx dedi:

Təlqinin necə ediləcəyi, "əd-Durru'l-Muxtar" və başqa əsərlərdə, belə bildirilir:

Ölmək üzərə olan kimsəyə, özünü çətinliyi salmamaq üçün, "Sən də et!" şəklində istənilmədən təlqin edilər. İnsan, təlqini 1 dəfə desə, bu, kifayət edər. Son nəfəsini verməkdə olan kimsə, dünya kəlamı danışmadığı müddətcə, verilən təlqin, təkrar edilməz.

Burda, bunu xatırlatmaqda fayda vardır:

Bir rəvayətin isnadının zəif olması, hər hansı bir problem doğurmaz. Çünki o, əsas qaydanı (qiyası) gücləndirmək üçün nəql edilmişdir. Nəvəvi, bu haqda belə deyir:

Alimlər, bu təlqinin verilməsi xüsusunda, ittifaq etmişlərdir. Ancaq, təkrar-təkrar və ard-arda söylənməsini, məkruh görmüşlərdir. Çünki bu, -ölmək üzərə olan bu kimsənin halı çətin olduğu və çox çətinlikdə olduğu üçün-, onu narahat edər. Beləcə, qəlbən, təlqindən nifrət edər və ya uyğun olmayan bir söz söyləyər.

Alimlər, belə demişlərdir:

Ölmək üzərə olan kimsə, təlqin cümləsini 1 dəfə söylədiyində, artıq təkrar edilməz. Ancaq, bundan sonra, başqa bir söz də danışarsa, təlqin cümləsi dünyadakı son ifadəsi olsun deyə, təkrar, üstü qapalı təklif edilər.

2193. əbu Dərda və əbu Zərr (radiyallahu anhumə)'nin bərabər nəqllərinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Ölərkən yanında Yasin oxunub Allahın özünə asanlaşdırmayacağı heç kim yoxdur." buyurmuşdur.

Hədisi, əbu Nuaym rəvayət etmişdir (Əli əl-Müttəqi, "Kənzu'l-Ummal", Vlll, 80).

"əd-Durru'l-Mənsur"da, əbu Dərda'nın bu rəvayətinin, ibn Mərduyə və Deyləmi tərəfindən rəvayət edildiyi nəql edilməkdədir.

əbu Zərr (radiyallahu anh) rəvayətinin isə, əbu'ş-Şeyx və Deyləmi tərəfindən nəql edildiyi bildirilməkdədir.

2194. Məqil b. Yəsər (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"O surəni (Yasini), məvtanıza (ölmək üzərə olanlara) oxuyun." buyurmuşdur.

Hədisi, əbu Davud (Cənaiz/20) rəvayət etmiş və haqqında bir söz danışmamışdır. "Büluğu'l-Məram"da (l, 100), hədisin, əbu Davud və Nəsai ("əs-Sünənu'l-Kubra", Vl, 265) tərəfindən rəvayət edildiyi və ibn Hibban'ın hədisə səhih dediyi ("Səhih", Vll, 269) qeyd edilməkdədir.

Müəllif belə deyir:

Bu 2 hədis, ölmək üzərə olan kimsənin yanında nə oxunacağına dair açıq bir dəlildir. Əbu Dərda və əbu Zərr'in bərabər rəvayət etdikləri hədisin isnadını isə, bilə bilmədim. Lakin ibn Həcər'in, "Təlxisu'l-Habir"də, haqqında sükut etməsi səbəbilə, bu hədis, həsən və ya səhihdir.

Digər tərəfdən, mövzunun, insan ölmədən əvvəl ona verilən təlqin ilə bağlı olduğunu bilmək lazımdır.

Bir də, cənazə torpağa verildikdən sonra olan təlqin vardır.

"Təlxisu'l-Habir"də, Taberani'nin nəqlinə görə ("əl-Mu'cəmu'l-Kəbir", Vlll, 249), əbu Umamə belə demişdir:

Öldüyümdə, mənə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ölülərimizə edilməsini əmr etdiyini edin. Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə belə buyurdu:

"(Din) qardaşlarınızdan hər hansı biri ölüb qəbri üzərinə topraq atdıqdan sonra, biriniz, qəbrinin baş tərəfində ayağa qalxıb belə desin: 'Yə fulən ibnu fulənə'

(Yəni: Ey filan xanımın oğlu!)

Çünki o, eşidər, lakin cavab verə bilməz.

Sonra O, belə buyurdu:

O: 'Yə fulən ibnu fulənə' desin.

(Yəni: Ey filan xanımın oğlu!)

Bundan sonra, oturaraq, belə desin:

'Yə fulən ibnu fulənə'

(Yəni: Ey filan xanımın oğlu!)

- Məzardakı kimsə:

'Ərşidnə, yərhəmukəllah.'

(Yəni: Bizi, irşad et, Allah sənə rəhmət etsin.) deyər, ancaq siz, bunu eşitməzsiniz.

Təlqin edən şəxs, belə desin:

'Uzkur mə xəractə aleyhi minə'd-dunyə. Şəhədətu ən lə iləhə illəllah; və ənnə Muhammədən abduhu və rasuluhu. Və ənnəkə radiytə billəhi Rabbən; və bi'l-İsləmi dinən; və bi Muhammədə Nəbiyyən; və bi'l-Qurani iməmən.'

(Yəni: Dünyadan, nə üzərə (yəni, hansı iqrar üzərə) çıxdığını, yəni, Allahdan başqa ilah olmadığına; Muhammədin, Onun qulu və rəsulu olduğuna şəhadət etdiyini xatırla! Rəbb olaraq, Allahdan; din olaraq, İslamdan; Peyğəmbər olaraq, Muhamməd'dən; imam olaraq, Qurandan razı olduğunu xatırla!)

Çünki, Münkər və Nəkir'dən hər biri, digərinin əlini tutaraq:

'Qalx! Hüccəti özünə təlqin edilən şəxsin yanında oturmayaq.' deyər.

(Bu vaxt), bir nəfər ayağa qalxaraq:

'Ey Allahın rəsulu! Bəs (təlqin edən), ölünün anasının adını bilmirsə? (yəni, belə olsa, necə olacaq?)'

- Allah rəsulu (sallallahu aleyhi və səlləm):

'Onu, (ilk) anası Həvva'ya nisbət edərək: 'Ey Həvvanın oğlu!' deyər.' buyurdu.

Bu hədisin isnadı, səhihdir. əd-Diyə, "Əhkam"ında (l, 166-167), hədisin güclü olduğunu söyləmişdir. (Taberani, "əl-Mu'cəmu'l-Kəbir", Vlll 249)

"əd-Durru'l-Muxtar"da, belə deyilməkdədir:

Cənazə qəbrə qoyulduqdan sonra, təlqin yoxdur. Ancaq, təlqin edənə də, 'Etmə!' deyilməz.

"əl-Cəvhərə"də: "Bu, Əhl-i Sünnətə görə, məşrudur." deyilməkdədir.

"Raddu'l-Muhtar"da isə, belə bir açıqlama vardır:

~ Bəziləri, rəvayət etdiyimiz xəbərin zahirini əsas alaraq, 'Dəfn edilmiş ölüyə təlqin edilər.' deyərlərkən;

~ Bəziləri: 'Təlqin edilməz!' demişlərdir.

~ Bəziləri isə: 'Bu, əmr edilməz. Edənə də, 'Etmə!' deyilməz.' demişlərdir. (ibn Abidin, "Raddu'l-Muxtar", l, 891)

Tahavi isə, belə deyir:

"əl-Məzid" və "ət-Təcnis" adlı əsərlərdə: "Öldükdən sonra təlqini, alimlərimizdən bəziləri tətbiq etmişlərdir." cümləsi yer almaqdadır.

"əl-Fətəva əl-Aləmgiriyyə"də isə, belə deyilir:

Məzhəbimizdə, zahiru'r-rivayə'yə görə, öldükdən sonra, təlqin verilməz.

əl-Hidayə şərhi "Ayni" ilə "Mi'racu'd-Dirayə"də, belə qeyd edilmişdir. Biz, ölərkən və öldükdən sonra, buna görə hərəkət edərik. "əl-Mudmarat"da da belədir. (I, 100)

"Raddu'l-Muhtar"da, "əd-Durru'l-Muxtar"ın "Edənə, etmə deyilməz." ifadəsi açıqlanarkən, belə deyilir:

"Fəthu'l-Qadir"də: "Ölülərinizə, lə iləhə illəllahı təlqin edin." hədisindəki "ölülərinizə" kəliməsinin həqiqi mənada olduğu görüşünü dəstəkləmək məqsədilə, mövzu çox uzadılamışdır. Lakin "əl-Munyə" şərhində, belə deyilir: "Əksəriyyətə görə, 'ölüləriniz' kəliməsindən məqsəd, kəlimənin məcazi mənasıdır. "əl-Mi'rac"da, "İncibaziyyə" və "əl-Kafi"nin bu görüşünün, mötəzilənin görüşü olduğunu söylədikləri yer almaqdadır. Çünki mötəziləyə görə, öldükdən sonra (qəbr içində) dirilmə, imkansızdır. Əhl-i Sünnətə gəlincə isə, 'Ölülərinizə təlqin edin.' hədisi, həqiqi mənasına həml edilmişdir. Çünki, uca Allah, xəbərlərdə yer aldığı üzərə, o şəxsi dirildir. "əl-Mi'rac" müəllifi, bundan sonra, az əvvəl zikr etdiyimiz xəbərlərə yer verir və sonra isə, belə deyir: "Şərhu'l-Munyə"də, belə deyilmişdir: Ölü, torpağa verildikdən sonra, ona təlqin qadağan edilməz. Çünki, bunda, hər hansı bir zərər yoxdur. Əksinə, fayda vardır. Çünki ölü, xəbərlərdə ifadə edildiyi üzərə, xatırlatmaqla təklikdən qurtular." (ibn Abidin, "Raddu'l-Muhtar", l, 890)

Qısacası, ölü, torpağa verildikdən sonra, təlqin, hədislərdə, əmr siğası ilə varid olduğu üçün, hədd-i zatında, müstəhəbdir. Lakin, bu günlərdə, rafizilərin şüarı halına gəlmişdir və Əhl-i Sünnət, bunu tərk etmişdir. Çünki, bu hərəkətdə, töhmətə uğramaq qorxusu vardır. Bundan dolayı, təlqin edilməz. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Töhmətə uğrayacağınız şeylərdən çəkinin." buyurmuşdur.

Bu xəbəri, Buxari, -Allamə əl-Münavi'nin 'Künuzu'l-Həqaiq' adlı əsərində (l, 5) bildirdiyi üzərə- "Tarix"ində nəql etmişdir.

Günümüzdə isə, ittiham edilməkdən əmin olunduğu təqdirdə, ölüyə təlqin vermək, gözəl qəbul edilir.

Allah, ən gözəl biləndir...

"Ölülərinizə təlqin edin." hədisinə gəlincə, hədisdə keçən "ölü" kəliməsi, əksəriyyətin ifadə etdiyi üzərə, (həqiqi mənasına deyil), məcazi mənasına həml edilmişdir. İbn Hibban'ın fərqli olaraq nəql etdiyi: "Çünki, son sözü lə iləhə illəllah olan, cənnətə girər." cümləsi, mətndə keçmişdi. Bu da, ifadənin məcaz olduğunun bir qərinəsidir.

(Təhanəvi, "İ'lau's-Sünən")

------------------------------------

• Malikilər'ə görə, dəfndən sonrakı təlqin, məkruhdur.

Read 106 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR