Maidə surəsi 111-ci ayətin təfsiri (2)
Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gətirin!”– deyə vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”– demişdilər.
(Maidə/111)
---------------------------------
Təfsiri:
Vəhy, ərəbcə, ilham deməkdir. O, bir neçə qismə ayrılır:
• Cəbrailin peyğəmbərlərə göndərilməsi mənasında bir vəhy;
• Bu ayətdə olduğu kimi ilham mənasında vəhy.
Yəni:
"Mən, onlara ilham etmiş və qəlblərinə belə bir məna buraxmışdım." deməkdir.
Necə ki, uca olan Allahın:
"Rəbbin bal arısına vəhy (ilham) etdi." (Nəhl/68); və
"Musanın anasına vəhy (ilham) etdik." (Qasas/7)
buyruqları, bu qəbildəndir.
• Yuxuda və oyaq ikən bildirmək mənasına da gəlir.
• əbu Ubeydə belə deyir:
"Vəhy etdim, əmr etdim mənasına gəlir."
(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Maidə/111 təfsiri)
