İlham nədir? (5)
3689- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Sizdən əvvəlki ümmətlər arasında, muhaddəs insanlar vardı. Əgər Mənim ümmətim arasında (belə) biri olacaqsa, şübhəsiz ki, o, Ömərdir."
(Not: Bu hədisi, Buxari, 60-cı kitab: "Nəbilərə dair hədislər kitabı"nda, 54-cü babda, hədis no: 3469 no-lu hədis olaraq da rəvayət etmişdir.)
-------------------------------
Əbu Hureyrə (radiyallahu anh)'da rəvayət edildiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"And olsun ki, sizdən əvvəlkilər arasında -yəni İsrail oğulları arasında- nəbi olmadıqları halda, özlərilə danışılan adamlar vardı. Əgər Mənim ümmətim arasında onlardan biri varsa, o da, Ömərdir."
İbn Abbas (Həcc surəsi 52-ci ayətdə keçən: "və lə nəbiyyin" buyuruğunu):
"...bir peyğəmbər və bir muhaddəs..." deyərək ("bir muhaddəs" ləfzini əlavə edərək) oxumuşdur.
---------------------------------
İzahı:
"Muhaddəsun" ləfzi, "muhaddəs" kəliməsinin cəm halıdır. Bunun açıqlaması xüsusunda, fərqli görüşlər vardır.
• "Özünə ilham olunan kimsə" deyə açıqlanmışdır. Əksəriyyətin görüşü də, budur.
• "Xüsusi bir məqsəd olmamaqla birlikdə, dilindən doğru şeylər tökülən kimsədir." deyə də, açıqlanmışdır.
"Şübhəsiz Allah, haqqı, Ömərin dili və qəlbi üzərinə qoymuşdur." hədisi də, bunu dəstəkləməkdədir. Bu hədisi, Tirmizi, ibn Ömər təriqi ilə rəvayət etmişdir.
(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 62-ci kitab: "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələrinin fəzilətləri kitabı", 6-cı bab: "Ömər b. əl-Xattab, əbu Hafs əl-Quraşi əl-Adəvi (radiyallahu anh)'ın tərifə layiq xüsusiyyətləri babı")
-----------------------------------
-----------------------------------
6154- Aişə (radiyallahu anha)'dan rəvayət edildiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Sizdən əvvəlki ümmətlər arasında, muhaddəs kimsələr vardı. Əgər Mənim ümmətim arasında (belə) biri varsa, şübhəsiz ki, o, Ömərdir."
----------------------------------
Şərhi:
Elm adamları, "muhaddəsun" ilə nə qəsd edildiyi xüsusunda, ixtilaf etmişlərdir.
• ibn Vehb: "İlham edilənlər" deyə açıqladığı kimi;
• "İsabət edənlər" deyə də açıqlanmışdır. Bir xüsusda, bir zənn üzərə olduqları vaxt, sanki onlara bir şey ilham edilmiş və onlar da o zənn üzərə olmuşlardır.
• Onlarla, mələklərin danışdığı da söylənmişdir. Bir rəvayətdə də, "mutəkəlləmun": "özlərilə danışılanlar" deyə qeyd edilmişdir. Buxari də:
"Doğruluq, onların dilindən tökülər." deyə açıqlamışdır.
Hədisdə, övliyanın kəramətlərinin sabit olduğu dilə gətirilməkdədir.
(Nəvəvi, "əl-Minhac fi şərh-i Sahihi'l-Muslim b. Haccac", 44-cü kitab: "Səhabələr (radiyallahu taala anhum)'un fəzilətləri kitabı", 2-ci bab: "Ömər (radiyallahu anh)'ın fəzilətlərindən bəzilərinə dair bab")
