Kəlam sifəti (2)

Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "İhya'u-Ulumi'd-din" (1-ci cild, 2-ci kitab, 3-cü bölmə: "Əqidə qaydaları") əsərində, Allahın kəlam sifəti haqqında belə deyir:

• Altıncı əsas: Allah Taalanın kəlam sifətilə danışdığını bilməkdir. Allahın kəlam sifəti, Zatı ilə qaim bir özəllik olub səs və hərf növündən deyildir. Varlığı, başqasının varlığına bənzəmədiyi kimi; söz söyləməsi də, başqalarının söz söyləməsinə bənzəməz. Həqiqətdə, söz, nəfsin özüdür. Bəzi hərəkət və işarətlər, mənalara dəlalət etdikləri kimi, hərflərə çevrilən səslər də, nəfsdəki sözləri göstərirlər.

Cahil şairlərin belə fərq etdiyi bu halı, axmaq bir qrup, necə fərq edə bilmirlər, ki, kəlam sifətini inkar edirlər?! Bəli, bir şair belə deməkdədir:

"Şübhəsiz, söz, qəlbdədir; dil, qəlbin ifadə edicisidir."

Ağıl və zəkası, özünü:

"Dilim hadisdir (sonradan var olmuşdur); ancaq hadis olan qüdrətimlə, dilimdə meydana gələn şey (yəni oxuduğum Quran), qədimdir."

deməkdən özünü əngəlləməyən şəxsin, ağlından ümidini kəs və onu, xitab edəcəyin şəxs qəbul etmə.

Qədimin: "özündən əvvəl heç bir nəsnə (şey) olmayan" demək olduğunu qavramayan və

• bismillahdakı "bə" hərfinin, "sin" hərfindən əvvəl gəldiyini; və

• "sin" hərfinin, "bə" hərfindən sonra gəlməklə

qədim ola bilməyəcəyini başa düşməyən şəxsi, diqqətə alma, belə birinə əhəmiyyət vermə. Çünki Allahın, bəzi qullarını irşad ilə Özünə yaxınlaşdırmaq, bəzilərini də uzaqlaşdırmaq mövzusunda, bilə bilmədiyimiz bir çox sirləri vardır. Necə ki, bir ayətdə, Allah Taala, belə buyurur:

...وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ

"...Allahın azdırdığı kimsəni, doğru yola gətirəcək kimsə yoxdur." (Ğafir/33)

Musa (əleyhissəlam)'ın dünyada hərf və səs ünsürü daşımayan İlahi bir söz eşitdiyini mümkün görməyən, axirətdə də, cisim və rəng olmayan bir Varlığın (Allahın) görülməsini inkar etsin...

Əgər rəng, cisim, miqdar və kəmiyyət olmayan və bu vaxta qədər başqasına görülməyən bir şeyin görülə biləcəyini əql edə bilirsə, söz üçün düşündüyünü, qulaq üçün də düşünsün.

Əgər Allah Taala'nın bir elm sifəti olduğunu və bunun, bütün varlıqları bildiyi elm sifəti olduğunu düşünə bilirsə, bütün ibarələrilə dəlalət olunan və Allahın Zatına məxsus tək bir kəlam sifəti olduğunu da düşünməlidir.

Əgər:

• 7 qat göylərin, cənnət və cəhənnəmin varlıqlarının, kiçik bir yarpağa yazıldığını, qəlbin zərrə miqdarı bir yerində qorunduğunu;

• cənnət və cəhənnəmin:

bir toxum qədər olan göz bəbəyinə girmədikləri halda ordan göründüklərini; qəlbə girmədikləri halda, qəlbin ən kiçik küncündə qorunub saxlandığını; kağıza girmədikləri halda, kiçik bir kağızda yazıldıqlarını

əql edə bilirsə, demək ki, İlahi kəlam:

• dillərlə oxunaraq;

• qəlblərdə hifz edilərək;

• Mushaflarda yazılaraq;

• kəlamın zatının, bura hulul etməsilə

gerçəkləşmiş deyildir. Çünki səhifələrdəki yazılara, kəlamın özü girsə idi, "Allah" ləfzinin kağıza yazılması sırasında, Allahın zatının bu kağıza girməsi lazım olardı.

Eyni şəkildə, "atəş" yazıldığında da, atəşin kağıza girməsi və bunun nəticəsində kağızın yanması, labüd olardı...

-----------------------------------

• Yeddinci əsas:

Allah Taalanın Zatı ilə qaim sifəti qədim olduğu kimi, digər bütün sifətləri də, qədimdir. Çünki Allahın, sonradan meydana gələn və dəyişikliyə uğrayan nəsnələrə (şeylərə) mahal olması, muhaldır (imkansızdır).

Doğrusu, Zatı üçün gərəkli olan qidəmlik sifətinin, sifətləri üçün də qaçılmaz olmasıdır. Dəyişmə halındakı şeylər, Ona ariz ola bilməz, sonradan olan nəsnələr, Ona girə bilməz. Allah Taala, ta əzəldən bəri, gözəl sifətlərin sahibi olduğu kimi, əbəddə də, dəyişməkdən münəzzəhdir. Çünki sonradan olan nəsnələrdə yer alan, bu hadis nəsnələrdən qurtula bilməz, hadis nəsnələrdən qurtula bilməyən isə, hadisdir. Cisimlərə sonradan var olma, yəni hudusluq özəlliyi, dəyişikliyə uğramalarından ötürü verilmişdir. Elə isə, cisimləri Yaradan, dəyişikliyi qəbullanmada, necə cisimlərə şərik ola bilər?

Bu əsas üzərinə:

"Allah Taala, Zatı ilə qaimdir; hadis olan, bu kəlama dəlalət edən səslərdir."

hökmü bina edilir.

• Yenə bir atanın, hələ doğulmamış uşağı ilə bağlı olaraq, doğulub böyüdüyündə, özünə təhsil verdirəcəyini düşünməsini, belə bir arzu daşımasını,

• uşaq da doğulub, təhsil yaşına çatdığında, Allahın, atanın qəlbindəkilərə uyğun düşən bir elmi/biliyi/məlumatı, özündə (uşaqda) yaradıb, atası ilə qaim olan və özünün (uşağın) yetişməsinə/çatmasına doğru davam edən bu istəklə məmur qılınacağını

əqlə uyğun görən kimsə, Allahın:

إِنِّىٓ أَنَا۠ رَبُّكَ فَٱخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى

"Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!" (Taha/12)

sözlərinin dəlalət etdiyi istəyinin də, Allahın zatı ilə qaim olub, Musa peyğəmbərin yaradılmasından sonra bu istəyi başa düşə biləcək bir biliyin özündə yaradıldığını, bu əmrə muxatab olub Allahın qədim olan kəlamını dinlədiyini də, əqlə uyğun görməlidir.

Read 27 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR