Nəhl surəsi 68-ci ayətin təfsiri (2)

Təfsiri:

Ustad Said Nursi (rahiməhullah), "Şualar" adlı əsərində (s. 131), ayəti belə təfsir edir:

"...Evet, balarısı, fıtratça ve vazifece öyle bir mu'cize-i kudrettir (qüdrət möcüzəsidir) ki, koca Sûre-i Nahl (böyük Nəhl surəsi), onun ismiyle tesmiye edilmiş (adı ilə adlandırılmışdır). Çünkü:

1. O küçücük bal makinesinin zerrecik başında onun ehemmiyetli vazifesinin mükemmel programını yazmak; ve

2. Küçücük karnında, taamların en tatlısını (balı) koymak ve pişirmek; ve

3. Süngücüğünde, zîhayat âzâları (canlı orqanları) tahrip etmek ve öldürmek hâsiyetinde bulunan zehiri, o uzuvcuğuna ve cismine zarar vermeden yerleştirmek,

nihayet dikkat ve ilimle ve gayet hikmet ve irade ile ve tam bir intizam ve muvazene ile olduğundan,

şuursuz, intizamsız, mizansız olan tabiat ve tesadüf gibi şeyler, elbette müdahale edemezler ve karışamazlar.

İşte, bu üç cihetle mu'cizeli bu san'at-ı İlâhiyenin (İlahi sənətin) ve bu fiil-i Rabbâniyenin (Rabbani fellərin) bütün zemin yüzünde (yer kürəsində), hadsiz arılarda, aynı hikmetle, aynı dikkatle, aynı mizanda, aynı anda, aynı tarzda zuhuru ve ihâtası, bedahetle (açıq bir şəkildə) vahdeti ispat eder..."

-----------------------------

Ustad Nursi (rahmətullahi aleyh), ayətin möcüzə yönünü, arının xilqətindəki sənət yönündən ələ almaqdadır. Arının yaradılışındakı 3 fərqli sənət, birlikdə meydana çıxmaqdadır:

1. Başında (beynində) həyat proqramının kodlanmış olması;

2. Qarnında yeməklərin ən dadlısının (balın) bişirilməsi;

3. İynəsində isə, öldürücü zəhərin yerləşdirilməsi.

----------------------------

1. "O küçücük bal makinesinin zerrecik başında onun ehemmiyetli vazifesinin mükemmel programını yazmak..."

Arının:

• şüurlu, hikmətə uyğun, son dərəcə qüsursuz şəkildə, yuvasından kilometrlərlə uzaqlaşıb təkrar yuvasına dönməsi;

• digər arılarla "arı dansı" şəklində münasibət qurması;

• günəşin mövqeyi dəyişsə də, yuvalarını və su qaynaqlarının yerlərini tapa bilmələri;

• digər zərərli həşəratlara qarşı, təşkilatlı bir şəkildə qarşı durmaqları;

• yuvanın qapısını bağlayıb sürətıi bir şəkildə qanad çırparaq yuvaya girən zərərli eşşək arılarını, hərarətlərini artıraraq öldürmələri

kimi qeyr-i adi fellər sərgiləmələri onu göstərir ki, arılar, mütləq bir elm və hikmətin, sövq və idarəsi altındadırlar.

-----------------------------

2. "Küçücük karnında, taamların en tatlısını koymak ve pişirmek..."

Arılar, topladıqları çiçəyin nektarlarını yeməkdədirlər. Bu nektarlar, onların mədələrində həzm edilir və bir "mətbəx" kimi dünyanın ən şirin və zövq verici qidası, arının qarnında hazırlanır. Sonra arı, bu hazırladığı balı qusaraq, 6 bucaqlı pətəklərə doldurur.

Mədə, həzm mərkəzidir. Aldığı qidaları həzm edir, bağırsaqlara ötürür, o da, vücuda ehtiyac olan qisimləri aldıqdan sonra, digərlərini ifraz kanalı ilə xaricə atır.

Arıda isə, mədə, "mətbəx" funksiyası görür. Arı, bitkilərin fotosintez edərək qidaları istehsal etmələri kimi, o da çiçək nektarlarını toplayıb su ilə birləşdirərək, qarnında bişirir və şəfalı bal istehsal edir.

Bal, mədədə hazırlandığı və orqanizmin qida ehtiyaclarını qarşılayacaq bir quruluşa sahib olduğu halda, mədə həzm vəzifəsinə keçib balı həzm etmir. Bal hazır olduğunda, arı, balı ağzından xaricə axıdır. Burda, qeyr-i adi bir hal vardır. Belə ki:

Qidaların ən ləzzətlisi arının mədəsində hazırlandığı, arı da ləzzət dərəcəsində bala məftun olduğu halda, balı qusaraq pətəklərə doldurması və həzm etməməsi, arının xilqəti nöqtəsində, möcüzə bir keyfiyyətdir.

--------------------------------

3. "Süngücüğünde, zîhayat âzâları (canlı orqanları) tahrip etmek ve öldürmek hâsiyetinde bulunan zehiri, o uzuvcuğuna ve cismine zarar vermeden yerleştirmek..."

Arının zəhəri, digər arılar üçün öldürücü və canlıların cisimlərini zədələyəcək bir tərkibə sahib olduğu halda, o zəhərin, arının cismi içərsində ona zərər vermədən yerləşdirmək və arının içində hazır bir silaha çevirmək, fövqə'l-adi bir feldir. Bənzər bir hal, ilan zəhərinin, dişləri arasından axıb başqa canlıları öldürdüyü halda, özünü zəhərləməyəcək şəkildə, ilanın orqanizmində depolanmasıdır.

Bu çərçivədə, Ustad Nursi, İlahi fellərdən arının xilqətinə yönələn fel və sənətin, arının müdafiə mexanizmində möcüzə bir keyfiyyət ortaya qoyduğunu bizə göstərməkdədir.

Read 57 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR