"Allah nurdur." (2)
Əbu Musa əl-Əşari (radiyallahu anh)'dan belə dediyi rəvayət edilmişdir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), 5 xüsusu təbliğ etmək üzərə, aramızda ayağa qalxaraq, belə dedi:
"Şübhəsiz, Allah, yatmaz. Zatən yatmaq, Onun şanına layiq deyildir.
O, qist'i aşağı endirər, yuxarı qaldırar.
Qullarının gündüz əməlindən əvvəl gecə əməli və gecə əməlindən əvvəl gündüz əməli, Onun qatına yüksəldilər. Onun görülməsini pərdələyən hicab, nurdur.
Əgər Allah, o hicabı (pərdəni) açacaq olsaydı, üzünün nurunun parıltıları, Onun gördüyü bütün məxluqatını yandırardı."
(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "Cehmiyyənin inkar etdiyi şeylərin bəyanı babı", hədis no: 195)
---------------------------------------
İzahı:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ayaqda xitab etməsi, təbliğ buyurduğu xüsusların:
• əhəmiyyətini muxatablarına yaxşıca sezdirmək;
• hər kəsin asanlıqla eşitməsini təmin etmək
üçün olsa gərəkdir. Digər xütbələrini də, bu məqsədlə, ayaqda oxuduğu, məlumdur. Ravi də, rəvayət etdiyi hədisin əhəmiyyətini bildirmək üçün, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ayaqda xitab etdiyini bildirmişdir.
-------------------------------
Hədisin:
"...Allah yatmaz..."
hissəsi haqqında, imam Sindi (əl-Hənəfi), belə deyir:
"Çünki yuxu, vücud və bədəndəki orqanların istirahəti üçündür. Yorğunluq və istirahət etmək ehtiyacı isə, Allah üçün, muhaldır (imkansızdır). Zəiflik və möhtaclığın bir gərəyi olan yuxu, hər cür əskikliklərdən münəzzəh olan Allah Taalanın şəninə layiq deyildir."
----------------------------
Hədisin ikinci hissəsi olan:
"...O, qisti, aşağı endirir, yuxarı qaldırır..."
dakı "qist" kəliməsi, fərqli şəkillərdə açıqlanmışdır:
• "Qist", lüğətdə, "ədalət və pay" deməkdir.
• "Qist" kəliməsilə, Allah qatındakı "mənəvi tərəzi"nin murad olunduğunu söyləyənlər də olmuşdur. Tərəzi, bəzi maddələrin ədalətlə təqsiminə yarayan alət olduğu üçün, ədalət mənasına gələn qist kəliməsilə ifadə edilmiş olur. Bu izaha görə, məna belə olur:
"Hüzuruna qullarının əməlləri yüksələn və qatından bütün canlıların ruziləri enən Allah Taala, əməllərə və ərzaqa dair mənəvi tərəzini endirib qaldırır."
Necə ki, tərəzi sahibi, əşyanı çəkərkən, əlini bir endirir, bir qaldırır və tərəzinin gözü bir alçalır, bir yüksəlir.
• "Qist" kəliməsilə: "ədalət tərəzi"sinin qəsd edilmiş olması da, möhtəməldir. Buna görə, məna belə olur:
"Allah, məxluqatı haqqında, ədalət tərəzisinə görə hökm və təqdir buyurur. Onun ədalət ölçüsü daxilindəki hökm və tasarrufları, tərəzi sahibinin, əlini endirib qaldırmasına bənzəyir."
Bu izaha görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) hədisin bu hissəsilə, Rahmən surəsinin 29-cu ayətində keçən:
"...كُلَّ يَوْمٍ هُوَ فِى شَأْنٍ..."
"...O, hər gün, yeni bir icad (və yaratma)'dadır..."
ayətinə işarət etməkdədir. O, sanki belə buyurur:
"Allah mütəmadiyən mülkündə ədalət tərəzisi ilə tasarruf edərkən, Onun üçün yatmaq, necə düşünülə bilər?"
• "Qist" kəliməsilə: "ruzi" mənasının murad olunduğu da, söylənmişdir. Çünki qist kəliməsi, lüğətdə, "nəsib və pay" mənasına gəlmişdir. Ruzidə, şəxsin payı və nəsibi olduğuna görə, burda ruzi mənası qəsd edilmiş ola bilər. Hədisdəki "endirmə və yüksəlmə"dən məqsəd də, "azaltmaq və çoxaltmaq"dır. Bu izaha görə, məna belə olur:
"Allah, ruzini çoxaldır və azaldır."
---------------------------------
Mətndəki:
"...Qullarının gündüz əməlindən əvvəl, gecə əməli..."
sözü:
Qulların gecə işlədikləri əməllərin, gözlədilmədən, sabahla bədabər, dərhal, Allahın hüzuruna çıxarıldığını və gündüz əməllərinin də, axşam, dərhal Onun qatına yüksəldildiyini ifadə edir.
Bilindiyi kimi, qulların işlədikləri əməlləri, Allah görür və bilir. Mələklərin bu əməlləri sabah və axşam Allahın qatına ərz etmələrindən məqsəd, hər əməl qarşısında, Allahın qul üçün ehsan buyurduğu mükafatın, mələklər tərəfindən öyrənilməsi və qulun dəftərində hifz edilməsidir.
------------------------------
"...Onun görülməsini pərdələyən hicab..." cümləsindəki "hicab":
Görmək istəyən ilə görülmək istənilən arasındakı pərdəyə deyilir.
Burda isə:
Dünyada, məxluqların Allahı görmələrinə mane olan şeylər deməkdir.
Hədisin bu hissəsi:
Allahın görülməsinə mane olan pərdənin, xatirə gələn və bilinən pərdələr cinsindən olmadığını bildirir və izzət, cəlal, əzəmət və kibriyya nuru, dolayısı ilə, Allah Taalanın, məxluqları tərəfindən görülmədiyini, məxluqların gözlərinin Ona baxa bilmək güc və qabiliyyətinə sahib olmadığını, bu səbəblə, Allah Taala'nın, Öz camalını məxluqlarına göstərmiş olsaydı, baxmağa taqəti olmayan bütün məxluqların yanıb məhv olacağını ifadə edir.
Gözləri məhv edən, qəlbləri heyrətdə buraxan və ağılları dəhşət içində qoyan İlahi hicab və pərdə, bu nurdur. Bu nur pərdəsi açılıb ortadan qaldırılsaydı, Allahın əzəmət və cəlalı, bütün məxluqları yandırardı. Necə ki, Allah Taala, Ənam surəsi 103-cü ayətdə belə buyurmuşdur:
لَّا تُدْرِكُهُ ٱلْأَبْصَـٰرُ وَهُوَ يُدْرِكُ ٱلْأَبْصَـٰرَ ۖ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ
"Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır."
