Allahın yaratdığı ilk şey ağıldırmı?

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allah Taalanın ilk yaratdığı şey, ağıldır. Allah Taala, ağlı, ilk dəfə yaratdığı vaxt, ona dedi: 'İnsanlara, səninlə verəcəm, (yenə) səninlə geri alacam."

----------------------

Şərhi:

Mütəkəllimun'un (kəlam alimlərinin) inandıqları kimi, bu hədisdə keçən ağlın, araz (haşiyə) olması, mümkün deyildir. Bəlkə bundan məqsəd:

Adı "əql" (ağıl) olan və təlim görməyə möhtac olmadan, zatı və cövhərlərilə əşyanı idrak edən mələkdir.

Vəhy və ilham yolu ilə, həqiqi elmi/bilgiləri, nəbilər və övliyaların Lövh-i Məhfuz'a bənzəyən qəlblərinə nəqş etməsi etibarı ilə, bu mələyə: "Qələm" də deyilir.

Bundan dolayı, başqa bir hədisdə:

"Allah Taala'nın ilk yaratdığı şey, qələmdir." buyurulmuşdur.

Burdakı "qələm"in, ismi "əql" olan bir mələk mənasına gəldiyi qəbul edilməzsə, 2 hədis arasında bir ziddiyyət hasil olur. Müxtəlif etibarlar ilə, bir şeyin bir çox ismi olması, mümkündür.

~ Zatı etibarı ilə "ağıl": Allah Taala ilə məxluqat arasında vasitə olması etibarı ilə "mələk";

~ Vəhy və ilham yolu ilə elmi/bilgini qəlblərə nəqş etmə işi onunla hasil olduğu üçün "qələm"

adını almışdır.

Necə ki, Cəbrail (əleyhissəlam)'a da:

~ Zatı etibarı ilə: "Ruh";

~ Sirlərin özünə verilmiş olması səbəbilə: "Əmin";

~ Qüvvətinin kamalı etibarı ilə: "Zu-Mirrah" (qüvvətli); "Şədidu'l-Quva" (çox qüvvətli)

~ Məqamının Allah Taalaya yaxın olması etibarı ilə: "Zi'l-Ərşi'l-Məkin" ("Ərşin sahibi yanında böyük hörmət sahibi") (Təkvir surəsi/20)

~ Mələklərdən bəzilərinin özünə tabe olması etibarı ilə "Muta" (Təkvir/21)

deyilmişdir.

-------------------------------

(Haşiyə:

Araz: öz-özünə varlıq qazanmayıb başqa bir cövhərlə meydana gələn hal və keyfiyyətlər. Məsələn, qəndin rəngi və ya dadı kimi.)

------------------------------

(Ğazzali, "Faysalu't-Təfriqa bəynə'l-İsləm və'z-Zəndəqa")

Read 170 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR