Güc çatdırıla bilməyəcək şeylərlə mükəlləf tutulmaq (təklif-u mə lə yutaq)
Güc çatdırıla bilməyəcək şeylərlə mükəlləf tutulmaq (təklif-u mə lə yutaq)
Lüğətdə: "bir şeyə düşkün olmaq; bir işi çətinliyinə rəğmən üstlənmək" mənasındakı "kələf" kökündən meydana gələn "təklif": "bir şəxsə, edilməsi çətin olan bir işi yükləmək" deməkdir. (bax: Raqib əl-İsfahani, "əl-Müfrədat", "klf" maddəsi)
Şər'i xitabla mükəlləf tutulan; söz və davranışlarına şəri (günah və savab kimi) nəticələr bağlanan ağıllı və baliğ (büluğ yaşına varmış) insana da, "mükəlləf" deyilir.
Kəlam elmində, "təklif" mövzusu, Allah Taalanın, güc çatdıra bilməyəcəyi bir şeylə, qulunu mükəlləf tutmasının, əqlən mümkün olub-olmaması cəhətindən ələ alınmışdır.
------------------------------------
Maturidiyyə'nin görüşü:
Nurəddin əs-Sabuni, "əl-Bidayə fi Usuli'd-Din" əsərində belə deyir:
Alimlərimiz (Allah hamısına rəhmət etsin) belə dedilər:
Allah Taala'nın, qullarını, onlar tərəfindən meydana gətirilməsi mümkün olmayan şeylərlə mükəlləf tutması, caiz DEYİLDİR.
Əşariyyə kəlamçıları, buna müxalifət etmişlərdir. Çünki bizə (Maturidilərə) görə:
~ koru, görməklə;
~ şikəsti, yeriməklə mükəlləf tutmaqda olduğu kimi;
~ acizi mükəlləf qılmaq,
hikmətdən uzaqdır. Bundan dolayı, şanı uca, hikmət sahibi olan Allaha, belə bir şey nisbət edilə BİLMƏZ.
Məsələnin dərinləşdirilməsinə gəlincə, "mükəlləf tutmaq" demək: "Failinə zəhmət (külfət) verəcək bir işi, İMTAHAN məqsədilə əmr etmək" deməkdir. Elə ki, edərsə mükafatlandırılacaq; etməzsə cəzaya məruz qalacaqdır. Belə bir şey də, ancaq qul tərəfindən meydana gətirilməsi düşünülə bilən xüsuslarda ola bilər, muhal/imkansız olan şeylərdə deyil.
------------------------------
Sual:
~ Allah Taala:
"Ey Rəbbimiz! Gücümüz çatmayacaq şeyləri, bizə yükləmə." (Bəqərə/286) buyurmuşdur. Əgər bəhs mövzusu xüsus (yəni güc çatdırılmayacaq şeylərlə yüklənmək) caiz olmasaydı, ondan Allaha sığınmaq da, doğru olmazdı.
~ Yenə Allah Taala'nın, mələklərə:
"Bunların (əşyanın) isimlərini Mənə xəbər verin." (Bəqərə/31) buyurması da, bu növdəndir. Halbuki O (Allah), mələklərin bundan xəbərsiz və aciz olduğunu bilirdi.
~ Ayrıca, rəvayət edilən bu hədis də, bizim (Əşarilər) üçün bir dəlil təşkil edir: "Allah Taala, qiyamət günündə, surət (rəsm, heykəl) çəkənlərə: 'Bunlara can verin.' deyə buyuracaqdır." (Buxari, "Libas"/88)
Cavab:
✓ Birinci ayətdə (Bəqərə/286)'da, güc çatdırıla bilməyəcək şeylərlə yüklənilməkdən çəkinilməkdədir.
Bizə (Maturidilərə) görə, Allah Taala'nın, bir şəxsə gücünün çatmayacağı bir dağı və yaxud divarı yükləməsi, onun da bu səbəblə ölməsi, caizdir. Lakin:
İNSANI, BİR DAĞI VƏ YA DİVARI DAŞIMAQLA:
~ DAŞIDIĞI TƏQDİRDƏ MÜKAFATLANDIRACAQ;
~ DAŞIMADIĞINDA İSƏ, CƏZALANDIRACAQ
ŞƏKİLDƏ MÜKƏLLƏF TUTMASI, MÜMKÜN DEYİLDİR.
Çünki bu, bir az əvvəl bildirdiyimiz üzərə, hikmətdən uzaqdır.
✓ Allah Taala'nın, mələklərə: "Əşyanın isimlərini Mənə xəbər verin." (Bəqərə/31) tərzindəki əmrinə gəlincə, bu, həqiqi mənada mükəlləfiyyət olmayıb, sadəcə mələklərin acizliyini, açıq bir şəkildə ortaya qoymaq hikmətinə aid əmir qəlibinin ifadələndirdiyi, muxatabın acizliyini və qabiliyyətsizliyini bildirici bir xitab tərzidir. Bu isə, caizdir.
✓ Yenə, rəsm və heykəllərə can verilməsini əmr etmək də, həqiqi mənada mükəlləf tutmaq olmayıb insana işlədiyi haramdan dolayı bir növ əzab etməkdir. Bu hadisənin (əzab verməyin), imtahan yeri (dünyada) deyil, cəza və mükafat yurdu olan qiyamətdə baş verməsi də, görüşümüzü dəstəkləyən bir xüsusdur.
-----------------------
Sual:
Allah Taala, iman etməyəcəklərini bildiyi halda, əbu Cəhl ilə Fironu imanla mükəlləf tutmuş deyildirmi? Əlbəttə ki, uca Allahın bildiyinə zidd olan bir şeyin gerçəkləçməsi, muhaldır/imkansızdır...
Cavab:
Belə bir sualdan nəticə olaraq ortaya çıxan
~ ilk şey, icmaya müxalifətdir;
~sonra da, uca Allahın xəbər verdiyi bir həqiqəti heçə saymaqdır.
1. İcmaya müxalifət, bundan doğmaqdadır ki, bütün müsəlmanlar, insan qüdrəti daxilində olmayan bir şeyin təklif edilməsinin (yəni insanı bunla mükəlləf tutmağın) əsla vaqe olmadığı xüsusunda ittifaq etmişlərdir. İxtilaf sadəcə, bunun əqlən caiz olub-olmadığı cəhətindəndir.
Sualı soruşan şəxs, bu ayətin verdiyi xəbəri təkzib edəcək bir hala düşmüşdür:
لَا يُكَلِّفُ ٱللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا...
"Allah hər kəsi, yalnız onun gücü çatdığı qədər mükəlləf edər..." (Bəqərə/286)
Muhal/imkansız olan bir şey isə, kimsənin gücü daxilində deyildir.
2. Müxalifin: "Uca Allahın bildiyinə zidd olan bir şeyin meydana gəlməsi, muhaldır/imkansızdır." tərzindəki sualına gəlincə isə, deyirik ki,
• muhal/imkansız: Varlığını fərz etmək, əqlən mümkün olmayan,
• mümkün isə: Varlığını fərz etmək, əqlən caiz/mümkün olan şeydir.
Bir şeyin varlığının və ya yoxluğunun əqlən düşünülməsi, Allah Taalanın elminə və iradəsinə nisbət EDİLMƏDƏN öz zatına görə olur. Bunun isbatı da, belədir:
Biz, kainatın, varlığı da, yoxluğu da bir-birinə bərabər olan mümkün olduğunda ittifaq etmişik. Halbuki uca Allah, onun var olacağını bilmişdir. Kainatın bu anda bilfiil/felən var olması da, onun/kainatın vacib (var olması zəruri) olmasını gərəkdirməz. Çünki Allahın var olacağını bildiyi şey "vacib"; var olmayacağını bildiyi şey də "muhal" olsaydı, mümkünün gerçəkləşməsinə imkan qalmaz və bu təqdirdə, İlahi iradə, mümkün olan 2 şeydən birini digərinə tərcih etmək üçün deyil, vacib olanı muhal olandan ayırd etmək üçün təcəlli etmiş olardı. Bu isə, ağlı başında olan kimsələrin mənimsəməyəcəyi bir xüsusdur.
--------------------------
Sual:
Allah Taala tərəfindən bilinən bir şeyin xilafının gerçəkləşməsi mümkün olsaydı, uca Allaha cəhalət nisbət edilmiş olardı...
Cavab:
Cəhalətə nisbət etmək, bir şeyin şəxsən var olması mövzusunda bəhs mövzusu edilə bilər; yoxsa onun varlığını təsəvvür etmək xüsusunda deyil.
Allah Taalanın o şey haqqındakı elmi, varlığının mümkün olmaqla bərabər felən var olmayacağı tərzindədir. Bu isə, Allaha cəhalət nisbət etmək deyil, əksinə, Onun elmini isbat və qəbul etməkdir.
