Səlim qəlb nə deməkdir? - 2
يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ • إِلَّا مَنْ أَتَى ٱللَّهَ بِقَلْبٍ سَلِيمٍ
" O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq səlim bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!” (Şuəra/88-89)
------------------------------------
Ayətdəki "səlim" sözü ilə bağlı, bu 3 izah verilmişdir:
1. Ən doğru izaha görə, bununla:
"Qəlbin, cəhalətdən və pis təbiətdən uzaq (səlim) olması" qəsd edilmişdir. Bu, belədir. Çünki bədənin sihhət və səlaməti, uyğun olan təbiət, tərkib və birləşmədən ibarət olunca; onun xəstəliyi də, bu 3 şeyin birinin pozulması deməkdir. Eynilə bunun kimi, qəlbin sihhət və səlaməti də, uyğun olan şeylərin mövcud olması deməkdir ki, bu uyğun şeylər də: elm və gözəl təbiətdir.
Qəlbin xəstələnməsi isə, bu 2 şeydən birinin mövcud olmaması deməkdir. O halda, İbrahim (əleyhissəlam)'ın:
"Allaha səlim qəlb ilə gələnlər müstəsna." ifadəsi, qəlbin:
"Batil etiqadlardan, dünyəvi şəhvət və ləzzətlərə meyl etməkdən uzaq və bəri olması" deməkdir.
İndi əgər:
"Bu ayətin zahiri, səlim qəlb sahibi kimsənin, qurtulması gərəkdiyinə; bu xüsusda dilin və əlin səlim olmasına ehtiyac qalmadığına dəlalət edər." deyilərsə, buna bu şəkildə cavab verilə bilər:
İnsana əsas təsir edən, qəlbidir. Dili və üzvləri isə, qəlbinə tabedir. Bundan dolayı, insanın qəlbi səlim olarsa, bunlar (əli və dili də) səlim olarlar. Əgər insanın əli və dili səlim deyilsə, bundan, qəlbinin də səlim olmadığı başa düşülər.
-------------------------------------
2. Səlim: "Allah qorxusundan dolayı, insanları tənqid edəndir."
------------------------------------
3. Səlim: "Salamat olan; İslam olan; müsaləmət edən (sülh sevən); və təslimiyyət göstərən" deməkdir.
Ən doğrusunu Allah bilir.
(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)
