Ən böyük Müəllim: Peyğəmbər

 

Abdullah b. Amr (radiyallahu anhuma)'dan belə dediyi rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir gün hücrələrindən birindən çıxıb məscidə girdi. Bu əsnada, 2 xalqa (şəklində oturmuş 2 camaat) ilə qarşılaşdı. Bunlardan bir xalqa, Quran oxuyur və Allaha dua edirdi. Digər xalqa da, elm öyrənir və öyrədirlərdi. (Bunun üzərinə) Nəbi (sallallahu aleyhi və səlləm):

"(Bunların) hamısı, xeyir üzərindədirlər:

~ Bunlar Quran oxuyurlar və Allaha dua edirlər. Əgər Allah istəsə, onlara (istədiklərini verər) və istəməzsə verməz.

~ (Digər camaata işarətlə) Bunlar da, (elm) öyrənirlər və öyrədirlər.

Mən də, ancaq Müəllim (təlim edən, öyrədən) olaraq göndərildim."

deyə buyurdu və (dərhal) bunların yanına oturdu."

(Not:

Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:

"Bu sənəd, zəifdir. Çünki ravilərdən Davud, Bəkr və Abdu'r-Rahmən zəifdirlər.")

------------------------------------

İzahı:

Hədisin ilk hissəsi, gərək Quran oxumaq və dua etməklə məşğul olanların; və gərəksə də, elm öyrənən və öyrədənlərin, xeyir üzərində olduqlarını bildirir.

Bunu izləyən cümlələrdə isə, Quran oxumaq və dua etməklə iştiqal edənlərin, Allahdan istədiklərinə qovuşmalarının qəti və məlum olmadığı ifadə edilməkdədir. Zatən bilindiyi kimi, Allah, istədiyini edər və heç bir şeyi etməyə məcbur deyildir. Nəyi iradə edərsə, o olur.

Hədisdə Quran oxuyan və dua edənlərin, istədiklərinə çatıb-çatmamaları, Allahın diləməsi qeydinə bağlanır.

Elmlə məşğul olanlara aid hissədə isə, bunların istəklərinin yerinə gətirilib-gətirilməyəcəyi xüsusuna təmas edilməmişdir.

İmam Sindi belə deyir:

"Bu xüsusa təmas edilməməsi, elm əhlinin diləklərinin Allah tərəfindən qəbul edilməsinin qəti və şübhəsiz kimi olduğuna işarətdir.

Dolayısı ilə, xeyirli olan bu 2 xidmət növü (dua və öyrənmək, öyrətmək) arasındakı böyük fərqə, hədis işarət etmiş olur."

Bəzi alimlər də:

"Allah kimin haqqında xeyir diləyərsə, ona (dində) fiqh verər."

hədisini, bu yolla təvil edərək:

"Fəqihlərdən başqa heç kim, özü üçün Allah Taala'nın xeyir dilədiyini bilə bilməz. Lakin fəqihlər, bu hədisə istinad edərək bilərlər."

demişlərdir.

Ancaq bu da var ki, bu təvil, şəriətin ümumi qayda və hökmlərinə uyğun deyildir. Fəqihlər daxil heç kim, aqibətindən və İlahi əzabdan özünü əmin görə bilməz.

--------------------------------

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Mən, ancaq müəllim olaraq göndərildim."

buyurması və elmlə məşğul olan səhabələr camaatına qatılması:

• elm əhlinin qiymətini;

• onlara qarşı göstərdiyi üstün məhəbbətini və xüsusi münasibətini

bildirir.

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə, 17-ci bab: "Alimlərin fəziləti və elm tələbinə təşviq babı", hədis no: 229)

Read 130 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR