"Dönüşünüz Onadır." nə deməkdir? (2)

Ustad Nursi (rahmətullahi aleyh), "Mesnevi-i Nuriye" əsərində belə deyir:
"İ’lem eyyühe’l-aziz (Bil, ey əziz)! İnsanın ba’de’l-mevt (ölümdən sonra) Hâlık-ı Rahman ve Rahîm’e rücûu (Rahmən, Rahim, Xaliq olan Allaha dönüşü) hakkında ilanat yapan şu
 وَ اِلَيْهِ تُرْجَعُونَ ۞ وَ اِلَيْهِ الْمَصٖيرُ ۞ وَ اِلَيْهِ مَاٰبِ
gibi âyetlerde:
~ büyük bir beşaret ve teselli olduğu gibi;
~ ehl-i isyana da büyük tehditleri 
îma (işarət) vardır.
Evet, bu âyetlerin sarahatine (açıqca ifadə etdiyinə) göre: 
Ölüm; zeval (bitmək), firak (ayrılıq), adem (yoxluq) kapısı ve zulümat kuyusu olmayıp, ancak Sultan-ı ezel ve ebed’in huzuruna girmek için bir medhaldir (giriş qapısıdır). Bu beşaretin (müjdənin) işaretiyle, kalp, adem-i mutlak (mütləq yoxluq) korkusundan, eleminden (əzabından) kurtulur.
Evet, küfrün tazammun ettiği (ehtiva etdiyi) cehennem-i maneviyeye (mənəvi cəhənnəmə) bak! 
اَنَاعِنْدَظَنِّعَبْدٖى بٖى 
"Mən, qulumun, Mənim haqqındakı zənni yanındayam."
hadîs-i kudsîsi sırrınca, Cenab-ı Hak, kâfirin zan ve itikadını daimî bir azab-ı elîme kalbeder (ağrılı bir əzaba çevirər).
Sonra iman ve yakîn (yəqin) ile Cenab-ı Hakk’ın likasından (Allaha qovuşmaqdan) sonra, rızasından sonra, rü’yetinden (Allahı cənnətdə görməkdən) sonra mü’minler için hasıl olan lezzetlerin derecelerine bak! 
Hattâ cehennem-i cismanî (cismani cəhənnəm), ârif olan mü’min için, âsiye (üsyankar) kâfirin cehennem-i manevîsine (mənəvi cəhənnəminə) nisbeten cennet gibidir."
-------------------------------------
İnsan, öldükdən sonra yoxluğa atılmayıb, "Rahmən və Rahim olan Xaliqə rücu" edəcək, yəni Ona qayıdacaq, Onun hüzurunda hesab verdikdən sonra, əbədi səadət və ya əzab diyarlarına köç edəcəkdir. Bu həqiqəti xəbər verən ayətlərdə:
~ Möminlər üçün böyük bir müjdə olduğu kimi;
~ Küfür və üsyan əhli üçün də, böyük
təhdidlər vardır.
"Rücu"/dönüş ilə bağlı bu ayətlər, ölümün yoxluq olmadığını, insana ehsan edilən həyat nemətinin, qəbirdən sonra da əbədə qədər davam edəcəyini xəbər verməkdədirlər.
Mömin olan insan, bu dünyada da, bir cənnət həyatı yaşayar. 
~ Allahın qulu və əsəri olmaq;
~ Onun yaratdığı bu kainat sarayında, Ona qonaq olmaq;
~ Varlıq aləmini, İlahi isim və sifətlərin təcəlliləri olaraq görmək;
~ Nemətlərdən istifadə edərkən, bunları Mərhəmət sahibi Allahın iltifatı olaraq dəyərləndirmək,
başlı-başına səadət vəsilələridirlər.
Küfür əhli isə, bu səadət vəsilələrindən məhrum olmaqla birlikdə, sahibsiz olmaq, ölümü yoxluq olaraq görmək kimi bir çox cəhətlərlə, dünyada da bir cəhənnəm həyatı yaşayar.
Arif olan bir möminə görə, bu kafirin bu dünyada çəkdiyi mənəvi əzab, cəhənnəmdəki cismani əzablar yanında, cənnət kimidir. Yəni imansızlığın mənəvi əzabı, atəş əzabından çox daha şiddətlidir.
Küfür və inkarın 2 cür əzabı vardır:
~ Biri: cismani cəhənnəm;
~ Digəri isə: inkar və küfürdən hasil olan mənəvi əzab. 
Mənəvi əzab, əksəriyyətlə, yoxluq inancından hasil olan əbədi ayrılıq və yoxluğa məhkum olmaq qorxusudur.
Kafirlər, əbədiyyət aləmini inkar edib, ölümü bir yoxluq gördükləri üçün, Allah cəza olaraq, onların zənlərinə və inandıqlarına uyğun olaraq, yoxluğu mütəmadi başlarına gələcək bir afət imiş kimi göstərəcək. Yəni Allah, onları, cəhənnəmdə də hər an yox olmaq təhlükəsi içində bir hal ilə əzablandıracaq. 
Bax bu mənəvi əzabın özündə, Allahdan və varlıq aləmindən mütləq ayrılmaq və yox olmaq mənası hökm etdiyi üçün, maddi və cismani cəhənnəmdən daha əzablı və dəhşətlidir.

Read 19 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR