Zamana söymək

 

7491- Əbu Hureyrə (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Uca Allah:

"Adəm oğlu, dəhrə/zamana söyərək, Məna əza/əziyyət verməkdədir. Halbuki, Mən, dəhrəm/zamanam. Hər əmr/iş, Mənim əlimdədir. Gecə və gündüzü ard-arda gətirirəm." buyurdu.

---------------------------------

İzahı:

Uca Allah:

"Adəm oğlu, dəhrə/zamana söyərək, Məna əza verməkdədir..." buyurmaqdadır.

Bu hədisə, bu ("Uca Allahın: 'Onlar, Allahın sözünü dəyişdirmək istəyərlər.' (Fəth/15) sözü")

başlığı altında yer verilməsindən məqsəd:

Allah Taala'ya "qavl/danışma" isnad edilməsindəndir.

"Mənə əza/əziyyət verməkdədir..."

Yəni: "Mənə, layiq olmayan şeyləri nisbət etməkdədir." deməkdir.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 97-ci kitab: "Tövhid", 35-ci bab: Uca Allahın: 'Onlar, Allahın sözünü dəyişdirmək istəyərlər.' (Fəth/15) sözü babı", hədis no: 7491)

----------------------------------------

4826- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Allah (azzə və cəllə), belə buyurur:

"İnsan oğlu, Mənə əziyyət edir. Zamana söyür. Halbuki zaman, Mənəm. Bütün işlər, Mənim əlimdədir. Gecə və gündüzü, ard-arda gətirirəm."

-----------------------------

İzahı:

Xattabi, belə deyir:

Bu hədis, bu mənaya gəlir:

"Zamanın sahibi, Mənəm. İnsanların zamana nisbət etdikləri işləri, Mən idarə edirəm. Zaman, işlərin meydana gəlməsi üçün zərf qılınmış bir müddətdir.

Ərəblər, özlərinə bir pislik isabət etdiyində, bunu zamana nibsət edər və: 'Veyl olsun, zamana!' kimi ifadələr istifadə edərlərdi."

İmam Nəvəvi də, belə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Allah, dəhr/zamandır." sözünə ən uyğun olan, bunun mərfu olaraq oxunmasıdır. Buna görə, burda məcaz vardır. Belə ki:

Ərəblər, fəlakətlər qarşısında zamana söyərlərdi. Bu ifadə ilə, onlara, belə mesaj verilmişdir:

"Zamana söyməyin. Çünki onu yaradan, Allah Taala'dır."

Sanki bu ifadə ilə, bu qəsd edilmişdir:

"Onu Yaradana söyməyin! Çünki siz, zamana söydüyünüzdə, Mənə söymüş olursunuz."

("Fəthu'l-Bari", 45-ci kitab: "Casiyə surəsi babı", 1-ci bab: "Bizi ancaq zaman həlak edər." (Casiyə/24) ayətinin təfsiri babı")

-----------------------------------

6181- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Uca Allah:

"Adəm oğlu, dəhrə/zamana söyür. (Halbuki) dəhr/zaman, Mənəm. Gecə və gündüz, Mənim əlimdədir."

---------------------------

İzahı:

Dəhrə/zamana söyməyin qadağan edilməsinin mənası budur:

Bir kimsə, xoş olmayan şeyləri edənin, dəhr olduğuna inanıb ona söyərsə, xəta etmiş olar. Çünki hər bir işi görən, Allahdır. Dolayısı ilə, sizlər, başınıza bu işi gətirənə söyəcək olsanız, bu söyüşünüz, Allaha qayıdar.

Bu xüsusda verilmiş izahların nəticəsi, 3'dür:

1. "Şübhəsiz, Allah, dəhrin özüdür." sözündən məqsəd: "işləri idarə, tədbir edən, Odur." deməkdir.

2. İfadədə, mudaf hazf edilmişdir. "Dəhrin sahibi, Odur." deməkdir.

3. İfadə, dəhri idarə edən (ard-arda gətirən) təqdirindədir. Bundan dolayı, dərhal arxasınca: "Gecə və gündüz, Mənim əlimdədir." deyə buyurulmuşdur.

Zeyd b. Əsləmin əbu Salihdən, onun əbu Hureyrədən rəvayətində də, bu ləfzlədir:

"Gecə və gündüz, Mənim əlimdədir. Onu Mən yeniləyir, Mən əskildirəm. Hökmdarları ortadan qaldıran, Mənəm."

Bu hədisi, Əhməd rəvayət etmişdir.

Qadı İyad, belə deyir:

"Məsələni təhqiq edə bilməyən bəzi kimsələr, dəhrin, Allahın isimlərindən biri olduğunu iddia etmişlərdir. Ancaq bu, yalnışdır. Çünki dəhr, dünyadakı zamanın müddətidir."

("Fəthu'l-Bari", 78-ci kitab: "Ədəb", 101-ci bab: "Dəhrə söyməyin." babı)

-------------------------------

Zamandan şikayətlənmək

Sual:

"Görəsən, zamandan şikayətlənməkdən, əvvəlkilərin bütün günahları zamana yükləmələrindən dolayı, zaman da, Allahın sənəti, məxluqu olduğuna görə, o şikayətlərdən uca Sənətkarın gözəl sənətinə bir etiraz mənası çıxmırmı?"

Cavab:

Xeyr, əsla! Bəlkə (saleh kimsələrdən belə bəzən) eşitdiyimiz şikayətlərin mənası budur ki:

Sanki şikayətçi deyir:

İstədiyim iş və arzu etdiyim şey və iştah duyduğum hala, hələ:

~ Allahın əzəli hikmətinin düsturları ilə tənzim olunan aləmin mahiyyəti, qabiliyyətli deyildir. (Yəni Allahın qanunları ilə davam edən aləmin qabiliyyəti, mənim istəklərimin qəbuluna kifayət etmir); və

~ Allahın kərəminin pərgarıyla nəqş olunan fələyin qanunu, əlverişli deyildir; və

~ İlahi iradə mətbəəsində çap olunan zamanın təbiəti, müvafiq deyildir. (Yəni Allahın iradəsilə işləyən zamanın şərtləri də, istəklərimin gerçəkləşməsinə uyğun düşmür); və

~ Ümumun maslahatına görə, aləmin sistemini təsis edən İlahi hikmət, mənim arzularımın reallaşmasına razı deyildir,

ki, bu mövcudat aləmi də, bu 4 səbəbdən dolayı, Rəbbimizin (qüdrət) əlindən:

• ağıllarımızın mühəndisliyi ilə;

• həvəslərimizin iştahı ilə

istədiyimiz meyvələri qopartsın!

Yəni Allahın əzəli elmi, yardımı, iradəsi, hikməti razı olmadıqca, insan ağlı və həvəsi, arzularını, Onun əlindən "qopara bilməz". Fərz edək ki, razı olmadığı halda versə, bəşər o veriləni əlində tuta bilməz, əlindən düşsə də qaldıra bilməz. Çünki O, razı deyildir.

Bəli, bir şəxsin həvəslənməsi üçün, böyük və geniş bir dairə, əhəmiyyətli hərəkətindən saxlanılmaz. Kainatta cari olan ümumi qanunlara uyğunluq ərz etməyən istəklər, əlbəttə qəbul olunmaz.

Sual:

"Çox alim və şairlər, öz zamanlarında böyük hakimləri, idarəçiləri, ifrat bir şəkildə tərifləmişlərdir. Halbuki o hakimlərin, idarəçilərin çoxuna, Sən (Ustad), zalım nəzərilə baxırsan. Demək, onlar, o mədhlərilə düz etməyiblər?"

Cavab:

"وَلَوْلاَ خِلاَلٌ سَنَّهَا الشِّعْرُ مَادَرٰى بُنَاةُ الْمَعَالِى كَيْفَ تُبْنٰى الْمَكَارِمُ

Yəni: "Şeir sənətinin öyrətdiyi əxlaq olmasaydı, yüksək əxlaqın baniləri, yaxşılıqların necə ediləcəklərini bilməzlərdi..." (Əbi Təmmam ət-Tai)

qaydası gərəyi, onların niyyətləri:

Əmirləri, idarəçiləri, pis işlərdən, lətif, incə hilələrlə, yəni onları tərifləyən yazılar qələmə alaraq vaz keçirmək; və onlara yaxşılıqlarda yarışmaq üçün, şairlərə yaraşan bir bəxşiş qoymaq idi. Onların əsl niyyətləri, bu idi.

Lakin idarəçilərə verdikləri o bəxşiş, böyük bir millətin çiyinlərindən alındığından, istibdadvari hərəkət etmişdilər, bu səbəbdən, (özləri də) zülmə bulaşmışdılar.

Demək, hərçənd niyyətdə doğru da olsalar, əməldə yalnış gediblər."

Sual:

"Niyə yalnış yol tutublar ki?"

Cavab:

"Çünki qəsidə və bəzi yazılarında, böyük bir xalqın yaxşı əməllərini, mənən qarət edib bir despota, zalıma verib, o qövmün bütününə aid olan yaxşı əməlləri, o zalımdan çıxmış kimi göstərdiklərindən, bu cəhətdən bilməyərək istibdadı alqışlamışlardır."

(Said Nursi, "Münazarat" risaləsi)

Read 56 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR