Qeybdən xəbər vermək küfrdürmü? - 2

 

Sual:

Allah Taala:

~ "Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizə böyük bir mükafat verilər." (Al-i İmran/179);

~ "O, qeybi Biləndir. Razı qaldığı elçidən başqa Öz qeybini kimsəyə açmaz. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur ki, hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”. (Cin/26-28);

Yuxarıdakı ayətlərdə, qeybin sadəcə Allaha məxsus olduğu; və Allahın, qeybi, rəsullardan istədiyinə bildirəcəyi zikr edilir. Halbuki kitablarda, bəzi vəlilərin qeybdən xəbər verdikləri nəql edilməkdədir.

Yuxarıdakı ayətlər, bu kimi xəbərləri çürütmürmü? Və ya burda qəsd edilən qeybin, başqa bir xüsusiyyətimi vardır?

Cavab:

Əvvəlcə, qeybin:

• biri "mütləq";

• digəri "izafi"

olmaq üzərə 2 qismə ayrıldığını bildirərək başlayaq.

• "Mütləq qeyb": heç bir məxluqun bilə bilməyəcəyi qeyb növüdür ki, Quranda zikr edilən "5 qeyb" bunlardandır. Allah Taala, Loğman surəsi 34-cü ayətdə belə buyurmaqdadır:

"Həqiqətən:

1. O Saat haqqında elm, yalnız Allahdadır.

2. Yağışı O yağdırır; və

3. Bətnlərdə olanı, O bilir.

4. Heç kəs sabah nə qazanacağını bilə bilməz; 5. Heç kəs harada öləcəyini də bilməz.

Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır."

Allah Taala, bunların biliyini heç kimsəyə verməmişdir.

• "İzafi qeyb" isə: məxluqlardan bir qisminin, Allah Taala'nın bildirməsilə bilə biləcəyi qeyb növüdür.

Peyğəmbərlərin xəbərdar edildikləri qeybi hadisələr, belədir. Əsasən, bir insan üçün qeyb olduğu halda, başqa biri üçün qeyb olmayan xüsuslar da, bu sahəyə girir. Qəlbimizdən keçən xüsuslar, buna nümunədir. Hər kəs, öz qəlbindən keçənləri bilir; dolayısı ilə, bu, onun üçün qeyb deyildir. Ancaq bunu bir başqası bilə bilməyəcəyi üçün, onun cəhətindən qeybdir.

Qeybi:

1. "Meydana gəlmiş"; və

2. "Hələ baş verməmiş"

qeyb növləri şəklində ayrı bir təsnifə tabe tutmaq da mümkündür.

~ Qiyamət, 1-ciyə nümunədir.

~ Kainatın hər hansı bir yerində meydana gələn kosmik hadisələr ilə; dünyanın bilmədiyimiz bir yerində baş verən hadisələr, insan oğlunun bilik sərhədləri xaricində qaldığı müddətcə, 2-ci kateqoriyaya nümunədir.

Sualda zikr edilən ayətlərdə də keçdiyi kimi, Allah Taala, qeybin bir qismini elçilərinə bildirəcəyini bəyan etmişdir. Quranda da, gərək Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in, gərəksə də digər peyğəmbərlərin, Allah Taalanın bildirməsilə qeybdən xəbərlər verdiklərini ortaya qoyan ayətlər mövcuddur. Məsələn:

• "O (Yusuf) dedi: “Sizə veriləcək yemək gəlməmişdən əvvəl, mən, bunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir." (Yusuf/37);

• "Allah onu (İsanı) İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. EVLƏRİNİZDƏ YEDİYİNİZ və SAXLADIĞINIZ ŞEYLƏRİ, SİZƏ XƏBƏR VERƏRƏM. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır." (Al-i İmran/49)

"Qeybi Allahdan başqası bilməz." ifadəsi, hansı mənada istifadə edildiyinə bağlı olaraq, həm doğrulana, həm də yalnışlana bilər. Belə ki:

~ Əgər bu ifadə ilə, Allah Taala'nın bildirməsi olmadan, qeybi heç kimin bilə bilməyəcəyi qəsd edilirsə, bu, doğrudur.

~ Əgər, "Allah, qeybi heç kimsəyə bildirməz. Dolayısı ilə, heç kim qeybi bilə bilməz." mənasında istifadə edilirsə, bu, yalnışdır.

Çünki sual sahibinin zikr etdiyi 2 ayət, "Allahın seçdiyi elçilər" istisnası ilə çərçivələnməkdədir. Yenə yuxarıda zikr etdiyimiz ayətlər, Yusuf və İsa'nın (Allahın salamı hər ikisinin üzərinə olsun) qeyb sahəsinə girən xüsuslardan xəbərdar edildiklərini açıq bir şəkildə bildirməkdədir.

Peyğəmbərlər xaricində başqalarına da qeybin bildirilə biləcəyi məsələsinə gəlincə, Kəhf surəsində keçən Musa və Xızır qissəsi (65-82-ci ayətlər), peyğəmbərlər xaricində də bir qisim qeybi biliklərdən xəbərdar edilən insanların varlığını qəbul etməyimizi gərəkdirməkdədir.

Bu istidlala, Xızırın peyğəmbər olduğu söylənərək etiraz edilə bilər. Ancaq peyğəmbərlərdən bəhs edən ayətlər üzərində bir miqdar düşünsək, görərik ki, Quranda zikri keçən peyğəmbərlərin hamısının, ya peyğəmbər olduğu açıqlanmış, yaxud peyğəmbərlərin adlarının ard-arda zikr edildiyi sırada o peyğəmbərin adı keçmişdir.

Bunun bir tək istisnası, Üzeyr (əleyhissəlam)'dır. Quranda bir tək yerdə adı keçən və yəhudilər tərəfindən "Allahın oğlu" (Tövbə/30) olaraq vəsfi xəbər verilən Üzeyr (əleyhissəlam)'ın da, peyğəmbər olduğu qəti deyildir. Əsasən, onu zikr edən ayətin ifadəsi və konteksti də, yuxarıda verdiyimiz kriteriyalara uyğun gəlməməkdədir.

Xızır haqqında isə, Quranda: "qatımızdan rəhmət verilmiş və elm öyrədilmiş bir qul" ifadəsi keçməkdə; və Musa (əleyhissəlam) ilə olan ibrətamiz yolçuluqları haqqında danışılmaqdadır. Bunun xaricində, onun peyğəmbərliyinə, təbliğinə, göndərildiyi qövmə və s. dair heç bir təfsilat yoxdur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'dən də, onun peyğəmbər olduğunu ifadə edən açıq və qəti bir ifadə nəql edilməmişdir.

Dolayısı ilə, onun qeybə dair bilik sahibi olması, qeybdən xəbərdar edilmə xüsusiyyətinin, sadəcə peyğəmbərlərə məxsus olmadığını, açıqca göstərməkdədir.

Yenə Süleyman (əleyhissəlam)'a, kraliçanın taxtını göz açıb-bağlayıncaya qədər gətirə biləcəyini söyləyən və dediyini edən -"Kitabdan bir elm sahibi olan"- (Nəml/40) kimsənin də (Asaf b. Bərxiya)'nın, peyğəmbər olmadığı açıqdır.

Məsələnin Quran təməlində dəyərləndirilməsi nəticəsində ortaya çıxan mənzərə, qısaca budur.

Bir də, rəvayətlərə baxdığımızda, başda Səhabə təbəqəsi olmaq üzərə, qeybdən xəbərdar qılınan saleh və vəli qullardan nəql edilənlər, xeyli çoxdur. Ömər b. əl-Xattab (radiyallahu anh)'ın Sariyə qissəsi kimi.

Müfəssir Zəmaxşəri:

"O, bütün qeybi bilir. Qeybindən, kimsəni xəbərdar etməz. Ancaq seçdiyi/razı olunmuş bir elçi müstəsna." (Cin/26-28)

ayətlərini, öz (Mötəzilə) məzhəbi yönündən təfsir etmiş və ayətlərin, "vəlilərə izafə edilən kəramətləri ibtal" etdiyini iləri sürmüşdür. (Kəşşaf təfsiri, lV, s. 619-620)

Fəxrəddin ər-Razi, onun bu istidlalını zikr etdikdən sonra, bu ayətdə keçən "qeybindən" sözünün, "qiyamətin qopma vaxtı" haqqında olduğunu söyləyir. Yəni ayət, qiyamətin nə vaxt qopacağını -"razı olunmuş elçi" müstəsna olmaq üzərə- kimsənin xəbərdar edilmədiyini bildirməkdədir.

Dolayısı ilə, bu ayətdən yola çıxaraq, qeybin, sadəcə "razı olunmuş elçi"yə bildiriləcəyini, başqa heç kimin qeybdən xəbərdar qılınmayacağını söyləmək, isabətli deyildir. Cin surəsi 25-ci ayətdə qiyamətdən bəhs edilməsi də, bu istidlalı dəstəkləyən əhəmiyyətli bir nöqtədir.

Ancaq burda, bir problem daha vardır:

Əgər bu ayətlər, sadəcə qiyamətin qopma vaxtından bəhs edirsə, yenə ayətlərin ifadəsi, bu xüsusun, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə bildirildiyini ifadə edir deməkdir. Halbuki bir çox hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, qiyamətin nə vaxt qopacağını bilmədiyini söylədiyi bilinməkdədir. (Məşhur Cibril hədisi, bunlardandır).

Bu problemə də, imam Razi, qiyamət yaxınlaşdığında, onun qopma vaxtının bəzi varlıqlara izhar ediləcəyini söyləyərək cavab verir və buna da:

"O gün göy üzü, buludlarla yarılacaq və mələklər, bölük-bölük endiriləcək." (Furqan/25)

ayətilə istidlal edir. Çünki ayətdə zikri keçən mələklərin, endirildikləri vaxt, qiyamətin qopduğunu biləcəklərində, şübhə yoxdur. ("Məfatihu'l-Ğeyb", Cin surəsi 26-28 təfsiri)

Görüldüyü kimi, Razi'nin bu problemə gətirdiyi cavab, tətmin edici olmaqdan uzaqdır. Eyni şəkildə, imamın, qeybin vəlilərə də bildirildiyi mövzusundakı istidlal tərzi də, (mövzunun özü yox, istidlal tərzi), əbu Həyyan'ın haqlı tənqidlərinə məruz qalmışdır. (bax: əbu Həyyan, "əl-Bahru'l-Muhit", X, s. 305-307)

Bu ayətin, -bir qisim qeybi biliklərin sadəcə Peyğəmbərə bildirildiyini, Onun xaricindəki heç bir varlığın heç bir qeybi məlumatdan xəbərdar edilmədiklərini- göstərdiyini söyləmək, ayətə səthi yaxınlaşmaq deməkdir. Çünki:

1. Bu ayətdə qəsd edilənin, "bəşər elçi", yəni "peyğəmbər" olduğu, açıqdır. Əgər bunu, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə təxsis etsək (xas qılsaq), bir az yuxarıda zikr etdiyimiz peyğəmbərlərin verdiyi qeybi xəbərlərin şəxsən Quranda zikr edildiyi vaqeəsini açıqlaya bilməyəcəyik.

2. Yenə belə bir təxsis, mələklərin də "qeybi bilməyənlər" kateqoriyasında yer almasını gərəkdirir. Halbuki insanlar üçün qeyb olan bir çox xüsusun, mələklər üçün qeyb olmadığı, bununla bərabər dəlilləndirilməyə ehtiyac duymayacaq qədər açıqdır.

3. Yenə burda, "rəsul" kəliməsi keçməkdədir. Bu halda, ayətin "nəbi"ləri istisna xarici tutduğunu söyləmək lazımdır ki, bu da, vaqeəyə zidddir. (bax: Alusi, "Ruhu'l-Maani", XXX, 97)

Uca Allahın, bir qisim qeybi biliklərdən xəbərdar etdiyi insanların, sadəcə peyğəmbərlər olmadığı; vəlilərin də -peyğəmbərlər qədər olmasa belə- bəzi qeybi olan şeylərdən xəbərdar qılındığı mövzusundakı Əhl-i Sünnət etiqadı, qaynağını, bu məsələ ilə bağlı hədislərdən almaqla birlikdə, mövzunun, Quran ayətlərilə istidlal yönü, sadəcə zikr etdiyimiz nöqtələrdən ibarət deyildir.

Sadəcə etiqadi bir xüsus olması səbəbilə deyil, eyni zamanda, həm nəzəri, həm də praktiki olaraq "bilik qaynaqları" (epistemologiya) məsələsilə yaxından əlaqəsi səbəbilə, mövzuya davam edək. Belə ki:

Quranda keçən "hikmət" məfhumunun, "qeybdən xəbərdar olmağ"ı da ehtiva etdiyi; hətta "vəhy" məfhumunun, yenə Quran tərəfindən sadəcə peyğəmbərlərə məxsus olaraq istifadə edilməməsi kimi arqumentlər (bax: Maidə/111; Qasas/7), mövzunu sadəcə peyğəmbərlərlə məhdudlaşdırmağın mübahisəli olduğunu göstərməkdədir. Yuxarıda qeyd etdiyimiz kimi, Cinn/26-28 ayətlərinin, Allah Taalanın, qeybi sadəcə Peyğəmbərlərə bildirdiyi tərzində başa düşülməsinin isabətli olmadığı ortadadır.

Peyğəmbərlər xaricindəki insanların qeybi xəbərlərdən xəbərdar edilmə vasitələrindən biri - "ilham"dırsa; bir digəri də, şəxsən Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərəfindən "nübüvvətin 1/46 cüzü" olaraq ifadə etdiyi - (sadiq) yuxudur. (bax: Buxari, "Tə'bir"/5; Tirmizi, "Ru'ya"/2-3)

Allah Taala tərəfindən, gərək yuxu, gərəksə də ilham və başqa bir vasitə ilə xəbərdar qılınan qeybi biliyin, Müsəlman şüurundakı yeri və təsiri mövzusunda, praktiki təcrübələrdən hərəkət edərək, çox şey söylənə bilər. Məsələn, əbu Əyyub əl-Ənsari (radiyallahu anh)'ın məzarının, Allah dostlarından Ağşəmsəddin (rahmətullahi aleyh)'in kəşfi ilə təsbit edilməsi, üzərində düşünülə biləcək nümunələrdən sadəcə biridir.

İbn Teymiyyə, bu mövzunu işlədiyi bir yerdə (bax: "Məcmuu'l-Fətava", Xlll, s. 68-69), belə deyir:

"Zövq, vəcd, mükaşəfə və muxataba əhlinin hüccətinə gəlincə, bunlardan haqq əhli olanlar, vaqeəyə uyğun səhih ilhamlara mazhardırlar (mazhar: bir şeyin zahir olduğu yer). Necə ki, "Sahihan"da (Buxari və Muslimin "Səhih"lərində), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu nəql edilmişdir:

"Sizdən əvvəlki ümmətlərdə, 'muhaddəslər' (ilham sahibləri) var idi. Əgər ümmətimdə də (muhaddəs) biri varsa, Ömərdir."

Ömər (radiyallahu anh) da, belə deyərdi:

"İtaətkar insanların ağızlarına yaxın durun və onların söylədiklərini eşidib dinləyin. Çünki onlar üçün sadiq/doğru işlər təcəlli edər."

İbn Teymiyyə, burda, mövzumuzla bağlı başqa bəzi rəvayətlər də zikr edərək, sözlərini davam etdirir. Söylədiklərini, olduğu kimi burda bəhs edərək, yazını uzatmaq istəmirik.

Saleh qullardan qeyblə bağlı mükaşəfələrin meydana çıxması, əbu Həyyan'ın dediyi kimi (bax: "Bahru'l-Muhit", X, s. 305-7) "nadiratdan" (nadir baş verən şeylərdən)'dirmi, yoxsa ər-Razi, ibn Həcər Asqalani'nin "Fəthu'l-Bari"də (VII, s. 383) dediyi kimi, yayğın olaraq görülən bir haldırmı?

Görünən budur ki, səhabə təbəqəsindən etibarən, bu ümmətin salehlərindən nəql edilən və nəsildən-nəsilə ötürülən kəramətlər, təvatür səviyyəsindədir.

Günümüzdə, bu və bənzəri bir çox mövzu, mübahisə gündəminə daxil edilərkən, "bəzi qruplar tərəfindən istismar edildiyi" gərəkçəsinin, sıxlıqla istifadə edildiyi diqqət çəkir. Doğru olsa belə, bu nöqtənin, məsələnin özünə təsiri olmadığı, açıqdır.

Deyək ki, günümüzdə bəzi saxtakarlar, qeybi bildiklərini iddia edərək, cahil xalqı aldadır və bu nöqtə üzərindən mənfəət təmin edirlər. Bu problemin qarşısına keçməyin yolu, "mövcud" bir şeyin "namövcud"/yox olduğunu söyləməkdirmi?

Bunun, doğru bir metod olmadığını ayrıca bildirməyə gərək yoxdur. İnsanların, bu və ya bu şəkildəki anlayışı, nə Haqqı Haqq olmaqdan, nə də batili batil olmaqdan çıxarır.

Read 109 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR