Cərbəzə nədir?
Ustad Nursi, "Münazarat" risaləsində, cərbəzə haqqında belə deyir:
"Cerbezenin şe'ni, bir seyyieyi sümbüllendirerek hasenata galip etmektir.
Meselâ, şu aşiretin her bir ferdi bir günde attığı balgamı, cerbeze ile, vehmen tayy-i mekân ederek, birden bir şahısta tahayyül edip, başka efrâdı ona kıyas ederek, o nazar ile baksa veyahut bir sene zarfında birisinden gelen râyiha-i kerîheyi, cerbeze ile, tayy-ı zaman tevehhümüyle, birden dakika-i vâhidede o şahıstan sudurunu tasavvur etse, acaba ne derecede evvelki adam müstakzer, ikinci adam müteaffin olur? Hatta, hayal gözünü kapasa, vehim dahi burnunu tutsa, mağaralarından kaçsalar hakları var. Akıl onları tevbih etmeyecektir.
İşte şu cerbezenin tavr-ı acîbi, zaman ve mekânda müteferrik şeyleri toplar, bir yapar. O siyah perde ile herşeyi temâşâ eder. Hakikaten cerbeze, envaıyla garâibin makinesidir. Görünüyor ki, cerbeze-âlûd bir âşıkın nazarında umum kâinat birbirine muhabbetle müncezip ve rakkasâne hareket ediyor ve gülüşüyor. Çocuğunun vefatıyla mâtem tutan bir validenin nazarında, umum kâinat hüzn-engizâne ağlaşıyor. Herkes istediği ve haline münasip gördüğü meyveyi koparır. Bu makamda size bir temsil irad edeceğim. Meselâ, sizden bir adam yalnız bir saat tenezzüh etmek üzere gayet müzeyyen ve müzehher bir bahçeye girse, nekaisten müberrâ olmak cinân-ı Cennetin mahsûsâtından ve her kemâle bir noksanı karıştırmak şu âlem-i kevn ü fesâdın mukteziyatından olmakla, şu bahçenin müteferrik köşelerinde de bazı pis ve murdar şeyler bulunduğu için, inhirâf-ı mizac sevki ve emriyle, yalnız o taaffünatı taharrî ve o murdar şeylere idame-i nazar eder. Güya onda yalnız o var! Hülyanın hükmüyle fena hayal tevessü ederek o bostanı bir selhâne ve mezbele sûretinde gösterdiğinden, midesi bulanır ve istifrağ eder, kemâl-i nefretle kaçar. Acaba beşerin lezzet-i hayatını gussedâr eden böyle bir hayale, hikmet ve maslahat rû-yi rıza gösterir mi?"
Yəni:
Cərbəzənin xüsusiyyəti budur ki, bir xəta sünbülləndirilərək, çoxaldılıb qol-budaq saldırılaraq, yaxşılıqlar üzərində qalib edilir. Cərbəzəli adam, sadəcə pislikləri görmək və göstərmək surətilə, sanki heç bir gözəllik yox imiş kimi davranmağa çalışır.
Məsələn, bir qəbilənin hər bir fərdi, bir gündə atdığı bəlğəmi, cərbəzə ilə ağlını sadəcə pis şeyləri görməkdə istifadə edən şəxs, xəyalən, qəbilə fərdlərinin məkandakı ayrılıqlarını xəyalından qaldıraraq, o qədər adamın çıxardığı bəlğəmi, birdən bir fərddə təxəyyül edib, digər fərdləri də ona qiyas edərək, o nəzərlə baxsa, necə bir xəyali adam canlandırıldığı anlaşılmazmı?
Və yaxud bir il zərfində birindən gələn pis qoxunu, cərbəzə ilə hadisələrə baxan şəxs, o bir illik zaman fərqini nəzərindən qaldıraraq, bir dəqiqədə, anidən o şəxsdən çıxdığını təsəvvür etsə, canlandırdığı adamın necə bir xəyal məhsulu olduğu başa düşülməzmi?
İndi bu cərbəzəli adamın xəyalını düşününcə, görəsən nə dərəcədə əvvəlki bəlğəm deposu adam, pislik içində; pis qoxu deposu olan ikinci adam da, pis qoxu içindədir (bir özün düşün)?
Hətta xəyal, gözünü bağlasa; vəhm də burnunu tutsa, cərbəzəli adamın xəyalən istehsal etdiyi pis mənzərələr qarşısında mağaralarından qaçsalar, haqları var. Ağıl, o xəyal və vəhm hissini, bu iyrənc tablolardan dolayı qınamayacaqdır.
Bax cərbəzənin, yəni ağlı hikmətdə deyil, ifratda istifadə etməyin anlaşılmaz halı budur ki:
Cərbəzə, zaman və məkanda ayrı-ayrı şeyləri toplayıb bir qılar. Yəni fərqli-fərqli zaman və yerlərdə olan işləri, bir yerdə və bir zamanda baş vermiş kimi göstərər. O qara pərdə ilə ağlını örtən cərbəzə pərdəsilə, hər şeyi tamaşa edər. Həqiqətən cərbəzə, hər növü ilə, qərib, əcaib şeylər meydana gətirən maşın kimidir.
Görülmürmü ki,
~ ağlını cərbəzəyə bulaşdırmış bir aşiqin nəzərində, kainatdakı hər şey, sevgi ilə bir-birini cəzb etməkdə, çəkməkdə; və oynayaraq hərəkət edib gülüşməkdədirlər?; və ya
~ uşağının vəfatı ilə matəm tutan bir ananın nəzərində, ümum kainat, ah-nalə qopararaq ağlaşmaqdadırlar?
Hər kəs, istədiyi və halına münasib gördüyü meyvəni qoparar. Bu məqamda, sizə bir təmsil zikr edəcəm:
Məsələn, içinizdən bir adam, yalnız bir saat gəzişmək üzərə çox gözəl bəzənmiş və çiçəkli bir baxçaya girir,
-nöqsanlıqlardan bəri olmaq da, cənnət baxçalarının xüsusiyyətlərindən; və hər kamal şeyə bir nöqsan qarışdırmaq, bu aləmin icabından olmaqla-
bu baxçanın ayrı-ayrı künclərində də bəzi pis və murdar şeylər mövcud olduğu üçün, təbiətinin xarablığı səbəbilə, yalnız o çürümüş şeyləri araşdırır; və o murdar şeylərə davamlı nəzər edir; Guya bu baxçada, yalnız o pis və murdar şeylər var olduğunu zənn edir!
Nəticədə, gördüyü xəyalın hökmülə də, xəyal genişləyərək, o gözəl baxçanı bir zibillik və heyvan kəsilən yer surətində göstərdiyindən, mədəsi bulanıb qusacaq; bu gözəl baxçadan tiksinərək qaçacaq.
Görəsən, bəşərin həyat ləzzətini qüssədar edən belə pis bir xəyala, hikmət (bəşərin əqli mühakiməsi) və maslahat (yaxşılığın pisliyə qalib olması) halı, razı olacaqlardırmı?!
