Ammarı kim öldürmüşdü?

Ammar b. Yasiri kim öldürmüşdü?

İkrimə (radiyallahu anh)'dan belə rəvayət edilir:

(Bir dəfə) ibn Abbas, mənə və oğlu Əliyə dedi:

"Əbu Səid əl-Xudri'nin yanına gedib və nə dediyinə qulaq verin."

Biz gedib gördük ki, o, bağda işləyir. O (bizi görən kimi) ridasını (beldən yuxarı geyimini) götürüb ona büründü. Sonra danışmağa başladı. Nəhayət, məscidin tikilməsini xatırladıqda, (belə) dedi:

"Biz, kərpicləri 1-1 götürüb daşıyırdıq. Ammar isə, 2-2 (götürürdü). Peyğəmbər (sallallahu aleyhi və səlləm), (Ammarın canfəşanlığını) görəndə, (ona yaxınlaşdı) və onun üstündəki tozu çırpa-çırpa belə buyurdu:

'Yazıq Ammar! Onu, baği (təcavüzkar) bir dəstə öldürəcəkdir. (Ammar), onları cənnətə; onlar isə Ammarı cəhənnəmə dəvət edəcəklərdir (çağıracaqlardır.)"

- (əbu Səid) dedi:

"Ammar (bu sözləri eşidib) dedi:

'Mən, bu fitnədən Allaha sığınıram." 

-------------------------------------

Şərhi:

"Ammar isə, 2-2 (götürürdü)..."

Ammar (radiyallahu anh), kərpicin birini öz yerinə; digərini də Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yerinə daşıyırdı. Buna görə, xeyir işlərində məşəqqətə girmək, caizdir. Bununla bərabər, maslahatın gərəkdirdiyi ölçüdə və məscid tikməyin fəziləti səbəbilə, başçıya hörmət göstərib onun yerinə iş görülə bilər.

--------------------

"...onun üstündəki tozu..."

Burda, Allah yolunda çalışan birinə, feli və sözlü olaraq yaxşılıq edib ona qarşı qürur verici davranış sərgiləmək, bəhs mövzusudur.

--------------------

"...dəvət edəcəklərdir..."

Burda, Ammarı öldürənlər qəsd edilmişdir. Necə ki, hədisin baş qismi, başqa bir sənədlə, "Onu, özünün cənnətə dəvət edəcəyi baği bir kütlə/bir qrup öldürəcək..." şəklində nəql edilmişdir.

"Ammar, Siffin döyüşündə, Əli (radiyallahu anh)'ın yanında yer almışdı. Onu öldürənlər isə, Müaviyə'nin yanında, Əli (radiyallahu anh)'a qarşı döyüşürlərdi. Məlum olduğu üzərə, Müaviyə'nin də yanında bəzi səhabələr vardı. Elə isə, onların cəhənnəmə dəvət etməsi, necə mümkün ola bilər?" 

şəklində bir etiraz yönəldilsə, bu şəkildə cavab verərik:

"Bəzi səhabələr, cənnətə dəvət etdiklərini zənn edirlərdi. Onların hər biri, müctəhid idi. Dolayısı ilə, onlar, zənlərinə tabe olduqlarından dolayı, qınana bilməz. Burdakı cənnətə dəvət etməkdən məqsəd: 'cənnətə çatdıracaq vasitəyə dəvət etmək'dir. O da, dövlət başçısına itaət etməkdir. Bənzər şəkildə, Ammar da onları, Əli (radiyallahu anh)'a itaətə çağırırdı. Çünki o dövrdə, itaət edilməsi lazım olan dövlət başçısı, O (Əli) idi. Qısacası, hər 2 tərəf, bir-birinin əksinə çağırış edirdi. Ancaq onların bu şəkildə davranmaları, üzrlü görülür. Çünki qənaətləri yönündəki təvillərinə görə belə davranmışlardı."

İbn Battal, Muhəlləb'ə tabe olaraq belə deyir:

"Baği (azğın, təcavüzkar) bir qrup ifadəsi, Xaricilər haqqında istifadə edildiyi vaxt, münasib düşür. Necə ki, Əli (radiyallahu anh), özlərini camaata çağıran Ammarı, onlara elçi olaraq göndərmişdi. Ancaq bu ifadə, səhabələrdən hər hansı biri üçün istifadə edilə bilməz."

Bir çox şarih (hədisi şərh edən) də, bu mövzuda ona tabe olmuşdur. Ancaq bu görüş, bir neçə yöndən tənqid edilə bilər:

1. Xaricilər, Ammar'ın öldürülməsindən sonra Əliyə baş qaldırmışdılar. Bu mövzuda, elm əhli arasında bir görüş fərqliliyi bəhs mövzusu deyildir. Çünki xaricilik, tahkim hadisəsindən sonra başlamışdır. Tahkim isə, Siffin döyüşünün bitməsindən sonra gerçəkləşmişdi. Ammar isə, qətiliklə, bu hadisədən əvvəl öldürülmüşdü. Ölümündən əvvəl Əli (radiyallahu anh)'ın, onu, xaricilərə elçi olaraq göndərməsi düşünülə bilməz.

2. Əli (radiyallahu anh)'ın, Ammar (radiyallahu anh)'ı elçi olaraq göndərdiyi topluluq, Kufə xalqıdır. Cəməl döyüşündən əvvəl Kufəyə göndərərək, Kufəlilərdən Aişə və onunla birlikdə hərəkət edənlərə qarşı, öz yanında döyüşmələrini istəmişdi. Aişə (radiyallahu anha) ilə bərabər hərəkət edən səhabələr vardı. Hətta Müaviyə'nin yanında yer alan səhabələrdən, daha fəzilətli olanlar vardı. Dolayısı ilə, Muhəlləb, yağışdan qaçdığı halda, yağmura düşmüşdür. Bununla bərabər, onlara xaricilər demək, son dərəcə yalnışdır. 

3. O, əskik olan bu rəvayətdə keçdiyi üzərə, hədisi ləfzi olaraq anlayıb açıqlamışdır.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 8-ci Kitab: "Namaz", 63-cü bab: "Məscid tikilməsində köməkləşmək babı", hədis no: 447)

Read 95 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR