Maidə surəsi 3-cü ayətin təfsiri (2)

...ٱلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَرَضِيتُ لَكُمُ ٱلْإِسْلَـٰمَ دِينًا...

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim." (Maidə/3)

-------------------------------

Təfsiri:

Bu ayətlə bağlı, bir neçə məsələ vardır:

✓ Birinci məsələ: "Dinin bu gün tamamlanması, əvvəlkinə nöqsanlıq verirmi?"

Bu ayətlə bağlı, bir sual vardır. O da, budur:

Ayətdəki, "Bu gün dininizi sizin üçün kamil etdim." ifadəsi, dinin, bundan əvvəl nöqsan olması mənasına gəlir ki, bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ömrünün çox hissəsini üzərində keçirdiyi dinin, naqis bir din olduğunu; və mükəmməl dini, ancaq ömrünün sonunda qısa bir zaman yaşadığı mənasına gəlir.

Bil ki, müfəssirlər, belə bir müşkildən qurtulmaq üçün, ayəti bu şəkillərdə izah etmişlərdir:

1. Haqq Taala'nın, "Bu gün dininizi sizin üçün kamil etdim." buyuruğundan məqsəd, Müsəlmanların qorxularını ortadan qaldırmaq və onların düşmənlərindən daha qüdrətli olduğunu göstərməkdir. Bu, eynilə, bir padşahın, düşməninə qalib gəldiyi vaxt, "Bu gün, mülkümüz (dövlətimiz), mükəmməl hala gəldi." deməsi kimidir.

Bu izah, zəifdir. Çünki o padşahın mülkü, zatən düşmənini məğlub etmədən əvvəl əskik idi.

2. "Bu gün, halal və haramı öyrənmək xüsusunda mükəlləf olduğunuz şeylərdən, ehtiyac hiss etdiklərinizi sizə tamamladım."

Bu izah da, zəifdir. Çünki Haqq Taala, o gündən əvvəl, Müsəlmanların ehtiyac duyduqları şəri qanunları onlara tamamilə verməmişdirsə, bu açıqlamanın, ona ehtiyac duyulduğu zamandan sonra verilməsi deməkdir ki, bu da, caiz olmaz.

3. Bu, (Şafi məzhəbinə mənsub alimlərdən biri) Qaffal əş-Şaşi'nin söylədiyi və tərcihə daha uyğun olan bu görüşdür:

"Din, qətiyyətlə naqis (əskik) olmaz. Əksinə, o, hər zaman kamil (tam)'dır. Yəni, Allah qatından enən qanunlar, hər zaman, o vaxt üçün kifayət edir. Lakin Haqq Taala, dini göndərməyə başladığı ilk vaxtlarda, o gün üçün mükəmməl olan şeyin, sonrası üçün mükəmməl olmayacağını və onda bir uyğunluğun qalmayacağını bilirdi. Bax bu səbəblədir ki, bir hökm gəldikdən sonra nəsx edilmiş və ya yox ikən gəlib dinə əlavə edilmişdir. Ancaq peyğəmbərliyin son zamanlarında, Allah Taala, şəriəti tam və kamil hala gətirmiş və onun qiyamətə qədər davam etməsinə hökm etmişdir. Bundan dolayı, İslam şəriəti, hər zaman kamil olmuş deməkdir. Ancaq:

~ başlanğıcdakı mükəmməllik, müəyyən bir zamana qədər olan mükəmməllik;

~ son zamanındakı isə, qiyamətə qədər davam edəcək bir mükəmməllikdir.

Bax bu səbəbdən ötürü, Haqq Taala, "Bu gün dininizi sizin üçün kamil etdim." buyurmuşdur.

-------------------------------------------

✓ İkinci məsələ: "Qiyası qəbul edənlər və qəbul etməyənlər"

Qiyası qəbul etməyənlər,

"Ayət, qiyas etməyin batil olduğuna dəlalət etməkdədir. Çünki ayət, Allahın, bütün hadisələr haqqında hökm vermək üçün nass qoymuş olduğunu göstərir. Çünki əgər bəzi şeylərin hökmü açıqlanmamış olsaydı, din, kamilləşməmiş olardı. Hər şey haqqında nass mövcud olduğuna görə, qiyas əgər o nassa uyğun bir şəkildə ediləcək olsa, bu, əbəs və mənasız bir iş olardı. Əgər nass'ın xilafına qiyas ediləcək olsa, bu da batil olar." demişlərdir.

Qiyası qəbul edənlər, buna belə cavab vermişlərdir:

"Ayətdə bəhs edilən dinin kamilləşməsinin mənası, budur:

Allah Taala, hər şeyin hökmünü bəyan etmişdir. Lakin bunların bir qismini, nass ilə; bir qismini də, hökmünün bilinməsinin yolunu qiyas etmək olduğunu bildirərək bəyan etmişdir. Çünki Allah Taala, hadisələri 2 qismə ayırmışdır:

~ Birincisi: Hökmlərini nass ilə bildirdiyi hadisələr;

~ İkincisi isə: Hökmləri, birinci (nass ilə bildirdiyi) qismə qiyas edilərək əldə edilə biləcək hadisələrdir.

Haqq Taala, qiyas etməyi və mükəlləflərin qiyasa görə əməl etmələrini əmr edincə, bu, bir növ bütün hökmləri açıqlamaq kimi olmuşdur. Hal belə olunca da, bax bu, dini kamilləşdirmək olur."

Qiyası qəbul etməyənlər, buna qarşı da belə cavab vermişlərdir:

"Haqqında nass olmayan bir hadisənin hökmünü, haqqında nass olan bir hadisənin hökmünə bənzətməyi gərəkdirən yol:

1. Ya qəti dəlilə söykənir;

2. Ya da söykənmir.

~ Əgər birinci ehtimal bəhs mövzusudursa, onun doğruluğunda mübahisə edilməz (çünki haqqında yenə nass vardır). Çünki biz, qəti müqəddimələrə istinad edilən qiyasın, bir hüccət olduğunu qəbul edirik. Ancaq nə var ki, belə qiyasda isabət edən, bir nəfər olur; isabət etməyən isə, cəzaya layiq olur və qadı'nın o xüsusdakı hökmünü nəqz etmiş olur. Siz (qiyası qəbul edənlər) isə, belə demirsiniz.

~ Əgər ikinci (yəni qəti dəlil söykənməyən) ehtimal bəhs mövzusudursa, bu, hər kəsi, bunun, Allahın dini olub-olmadığını tam bilmədən, qalib zənnə görə bir şeyə hökm etməyə müqtədir və səlahiyyətli qılmaq sayılır. Məlumdur ki, belə bir şey, dini kamilləşdirmək sayılmaz. Əksinə, bu, insanları, zənn təhlükəsinə atmaq olur."

Qiyası qəbul edənlər də, buna belə cavab vermişlərdir:

"Hər müctəhid, qalib zənninə görə əməl etməklə mükəlləf qılınınca; və hər mükəlləf də, özünün qəti olaraq Allahın hökmü ilə əməl etdiyinə inanınca, bax bu zaman, belə bir sual ortadan qalxar."

-----------------------------------------

✓ Üçüncü məsələ:

Alimlərimiz belə demişlərdir:

"Bu ayət, rafizilərin görüşünün batil olduğuna dəlalət etməkdədir. Çünki Haqq Taala, kafirlərin, dini dəyişdirməkdən artıq ümid kəsdiklərini açıqlamış və bunu da, "Artıq onlardan qorxmayın, Məndən qorxun." bəyanı ilə təkid etmişdir. Bundan dolayı, Əli b. əbu Talib (radiyallahu anh)'ın imamlığı (xəlifəliyi) xüsusunda, itaət edilməsi vacib olacaq şəkildə gərək Allahdan, gərək Allah rəsulundan qəti bir nass mövcud olsaydı, bu nassı gizləmək və ya dəyişdirmək istəyən, bu ayətə görə, artıq bu işdən ümidini kəsmiş olardı. O vaxt da, səhabədən heç birinin, elə bir nassı inkara, dəyişdirməyə və ya gizləməyə gücü çatmaması lazım gələrdi. Ancaq hal belə olmayıb, əksinə, belə bir nassın zikri belə geçmədiyinə və özündən nə bir əsər, nə də bir xəbər olmadığına görə, biz, belə bir nassın mövcudluğunu iddia etməyin bir yalan olduğunu və Əli (radiyallahu anh)'ın xilafətinə dair bir nass'ın mövcud olmadığını başa düşmüş oluruq."

---------------------------------------

✓ Dördüncü məsələ:

Əsər sahibləri (mühəddislər), belə demişlərdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu ayətin nüzulundan sonra, ancaq 81 və 82 gün yaşadı və İslam dininin əhkamında bu ayətdən sonra, qətiliklə bir əlavə, nə bir nəsx, nə də bir dəyişiklik vaqe olmadı.

Beləcə bu ayət, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, sanki vəfatının yaxınlaşdığını xəbər vermək kimi olmuşdur və bu, qeybdən bir xəbər vermədir. Bu da, bir möcüzədir.

Bunu təkid edən bir xüsus da, rəvayət edilən bu xüsusdur:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu ayəti səhabələrə oxuduğu vaxt, onlar, əbu Bəkr (radiyallahu anh) xaric, son dərəcə sevinmiş və böyük bir sevinc göstərmişdilər. Əbu Bəkr (radiyallahu anh) isə, ağlamışdı. Ona, nə üçün ağladığı soruşulduğunda,

"Bu ayət, Allah rəsulunun vəfatının yaxın olduğuna dəlalət etməkdədir. Çünki kamaldan sonra zaval vardır." demişdir.

Bundan dolayı, bu hadisə, bu ayət vəsiləsilə, özündən başqasının vaqif olmadığı bir sirrə (mənaya) vaqif olduğu üçün, əbu Bəkr əs-Siddiq (radiyallahu anh)'ın elminin mükəmməlliyinə bir dəlil olur.

------------------------------------------

✓ Beşinci məsələ:

Alimlərimiz, belə deyirlər:

"Bu ayət, dinin, ancaq Allah tərəfindən yaradılması və var etməsilə olduğunu göstərməkdədir. Bunun dəlili, Allahın, dinin kamilləşdirilməsi işini, Özünə nisbət edərək, 'Bu gün sizin dininizi kamil etdim.' buyurmasıdır. Dinin Allah tərəfindən kamilləşdirilməsi, ancaq, dinin əsli (özü) də Allahdan olarsa, bəhs mövzusudur.

Bil ki, biz,

~ "Din, əməl etməkdən ibarətdir." və ya

~ "Din, mərifətdən (Allahı tanımaqdan) ibarətdir." və yaxud da

~ "Din, inanc, iqrar və əməlin cəmindən ibarətdir."

dediyimizdə, bunların hamısı, eyni mənaya gəlir. Bundan dolayı, bu mövzudakı istidlal, açıq və zahirdir.

Mötəzilə'yə gəlincə isə, onlar bunu, dinin bəyan edilməsinin və hökmlərinin açıqlanmasının kamilləşdirilməsi mənasına həml etmişlərdir. Şübhə yoxdur ki, onların bu mənaları, həqiqətdən məcaza keçməkdir.

---------------------------------------------

Sonra Haqq Taala,

"Sizə olan nemətimi tamamladım." buyurmuşdur ki, bu,

"Din və şəriəti kamilləşdirmək surətilə, sizə olan nemətimi tamamladım." deməkdir. Sanki O (Allah Taala), belə buyurmaqdadır:

"Bu gün, sizin dininizi kamilləşdirdim və bu kamilləşdirmə vəsiləsilə də, sizə olan nemətimi tamamladım. Çünki İslam nemətindən daha tam və mükəmməl başqa bir nemət daha yoxdur."

Bil ki, bu ayət, imanın yaradıcısının da Allah olduğuna dəlalət etməkdədir. Çünki biz, İslam dininin bir nemət olduğunu söyləyirik. Hər nemət, ancaq Allahdandır. Bundan dolayı, İslam dininin də Allahdan olması lazımdır. Biz, ancaq, bu 2 səbəbdən dolayı, İslamın bir nemət olduğunu dedik:

1. Muhamməd ümmətinin dilində məşhur olan bu sözləridir:

"İslam nemətindən dolayı Allaha həmd olsun."

2. Allah Taala, bu ayətdə,

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım." buyurmuş, beləcə, burdakı neməti mübhəm olaraq zikr etmişdir (yəni, hansı nemət olduğunu bildirməmişdir.) Bu nemət ilə, daha əvvəl zikr edilən dinin qəsd edilmiş olduğu, açıqdır.

"Əgər, 'Neməti tamamlama' ifadəsilə:

~ müsəlmanların, düşmənlərinə üstün qılınmasının; və ya

~ bu şəriəti, özünə heç bir nəsxin yol tapa bilməyəcəyi bir hala gətirmiş olmasının

murad edilməsi, niyə caiz olmasın ki?"

deyilərsə, buna belə cavab verərik:

• Bunlardan birinci (yəni düşmənlərə qalib gətirilmək) ehtimalı, zatən Haqq Taala'nın:

'...Bu gün kafirlər, sizi dininizdən döndərməkdən əllərini üzdülər...' (Maidə/3) ifadəsilə anlaşılmaqdadır. Ayətdəki bu ifadəni, eyni mənaya həml etmək, bir təkrardır.

• İkinci (bu şəriətə nəsxin bir daha girə bilməyəcəyi) ehtimalına gəlincə, İslam dinini ayaqda saxlamaq, nemətin bir növ tamamlanması olunca, dinin əslinin də bir nemət olması lazımdır. Bundan dolayı, İslam dininin bir nemət olduğu sabit olmaqdadır.

Bu sabit olunca, biz deyirik ki:

"Hər nemət, Allahdandır."

Bunun dəlili,

وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ ٱللَّهِ...

"Sizə verilən nemətlərin hamısı Allahdandır..." (Nəhl/53) ayətidir.

Bu 2 müqəddimə sabit olunca, İslam dininin də Allahın yaratması və var etməsilə meydana gəldiyinə qəti olaraq hökm etmək lazımdır.

---------------------------------------

Daha sonra, Allah Taala:

...وَرَضِيتُ لَكُمُ ٱلْإِسْلَـٰمَ دِينًا...

"...və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim..."

buyurmuşdur ki, bu, "İslam dini, Allah qatında bəyənilən və razı olunan dindir." deməkdir.

Bunun belə olduğunu,

وَمَن يَبْتَغِ غَيْرَ ٱلْإِسْلَـٰمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ...

"İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz..." (Al-i İmran/85) ayəti də dəstəkləməkdədir.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)

Read 99 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR