Azan möminləri sadəcə namaza çağırmaq üçündürmü?
Ustad Said Nursi (rahmətullahi aleyh), "Məktubat" adlı əsərində, belə deyir:
"Mesâil-i şeriattan bir kısmına "taabbüdî" denilir, aklın muhakemesine bağlı değildir, emrolduğu için yapılır. İlleti, emirdir.
Bir kısmına "mâkulü'l-mânâ" tabir edilir. Yani, bir hikmet ve bir maslahatı var ki, o hükmün teşriine müreccih olmuş; fakat sebep ve illet değil. Çünkü hakikî illet, emir ve nehy-i İlâhîdir.
Şeâirin taabbüdî kısmı, hikmet ve maslahat onu tağyir edemez. Taabbüdîlik ciheti tereccuh ediyor; ona ilişilmez. Yüz bin maslahat gelse, onu tağyir edemez.
Öyle de, 'Şeâirin faidesi, yalnız malûm mesâlihtir.'
denilmez ve öyle bilmek, hatadır. Belki o maslahatlar ise, çok hikmetlerinden bir faidesi olabilir.
Meselâ, biri dese,
'Ezanın hikmeti, Müslümanları namaza çağırmaktır. Şu halde, bir tüfek atmak kâfidir.'
Halbuki, o divane bilmez ki, binler maslahat-ı ezâniye içinde o bir maslahattır. Tüfek sesi o maslahatı verse, acaba nev-i beşer namına, yahut o şehir ahalisi namına:
~ hilkat-i kâinatın netice-i uzmâsı ve nev-i beşerin netice-i hilkati olan ilân-ı tevhid(e); ve
~ rububiyet-i İlâhiyeye karşı izhar-ı ubûdiyet'e
vasıta olan ezanın yerini nasıl tutacak?"
------------------------------------
İzahı:
"Mesâil-i şeriattan bir kısmına "taabbüdî" denilir, aklın muhakemesine bağlı değildir, emrolduğu için yapılır. İlleti, emirdir.
Bir kısmına "mâkulü'l-mânâ" tabir edilir. Yani, bir hikmet ve bir maslahatı var ki, o hükmün teşriine müreccih olmuş; fakat sebep ve illet değil. Çünkü hakikî illet, emir ve nehy-i İlâhîdir."
Yəni:
~ Şəri məsələlərin bir qisminə, "təəbbudi" deyilir. Bu cür məsələlər, ağlın mühakiməsinə bağlı deyildir, əmr olunduğu üçün edilir. İlləti (əsas səbəbi), Allahın əmridir.
~ Bir qisminə də, "mə'qulu'l-məna" deyilir. Yəni, bir hikmət və maslahatı var ki, o hökmün qoyulmasına mürəccih (tərcih etdirici səbəb) olmuşdur, lakin, bu hikmət və maslahat, o hökmün qoyulmasının (əsas) səbəbi və illəti deyildir. Çünki (İlahi hökmlərdəki) həqiqi illət, Allahın əmri və ya qadağasadır."
Şəriətin, 2 növ hökmü vardır:
1-ci qism: "Təəbbudi" hökmlərdir. Bu cür hökmlərin hikməti ağılla bilinmir və tamamilə Allahın əmr və qadağan etməsinə bağlıdır.
2-ci qism: "Mə'qulu'l-məna" dediyimiz, "mənası ağılla bilinə bilən" İlahi hökmlər (əmrlər və qadağalar)'dır. Bu qism, İlahi əmrlər və ya qadağalarda mövcud olan (həqiqi olmayan) illət və hikmətlərin bilinə biləcəyi qisimdir.
"Şeâirin taabbüdî kısmı, hikmet ve maslahat, onu tağyir edemez. Taabbüdîlik ciheti tereccuh ediyor; ona ilişilmez. Yüz bin maslahat gelse, onu tağyir edemez."
Yəni:
İslam şüarlarının (yəni Allah tərəfindən qoyulan, Ona qulluq etməyə vəsilə olan, hörmət göstərilməsi və qorxulması lazım gələn müəyyən ibadət, işarət və simvollarının) təəbbudi qismini, hikmət və maslahat dəyişdirə bilməz. (Çünki) təəbbudilik cəhəti üstün gəlməkdədir, bundan dolayı ona ilişilməz. Yüz min maslahat olsa da, onu dəyişdirə bilməz.
"Öyle de, 'Şeâirin faidesi, yalnız malûm mesâlihtir.' denilmez ve öyle bilmek, hatadır. Belki o maslahatlar ise, çok hikmetlerinden bir faidesi olabilir."
Yəni:
Eynilə də, "İslam şüarlarının faydaları, yalnız məlum (bizim bildiyimiz) faydalardır." deyilməz və belə bilmək, xətadır. Əksinə, o maslahatlar isə, çox hikmətlərdən bir faydası ola bilər.
"Meselâ, biri dese,
'Ezanın hikmeti, Müslümanları namaza çağırmaktır. Şu halde, bir tüfek atmak kâfidir.'
Halbuki, o divane bilmez ki, binler maslahat-ı ezâniye içinde o bir maslahattır. Tüfek sesi o maslahatı verse..."
Yəni:
Məsələn, bir nəfər desə ki:
'Azanın hikməti, Müsəlmanları namaza çağırmaqdır. Belə olduğu halda da, bir tüfəng atmaq kifayət edir...'
Halbuki bu dəli bilmir ki, azanla, yalnız Müsəlmanları namaza çağırmaq, azanın minlər maslahatları içində, yalnız bir maslahatdır. Tüfəng səsi, o maslahatı təmin etsə də...
"Acaba nev-i beşer namına, yahut o şehir ahalisi namına:
~ hilkat-i kâinatın netice-i uzmâsı ve nev-i beşerin netice-i hilkati olan ilân-ı tevhid(e); ve
~ rububiyet-i İlâhiyeye karşı izhar-ı ubûdiyet'e
vasıta olan ezanın yerini nasıl tutacak?"
Yəni:
Görəsən, (bir tüfəng səsi), insanlıq və yaxud o şəhər əhalisi naminə:
~ Kainatın yaradılmasındakı ən böyük nəticə və insanın yaradılış nəticəsi olan tövhidin elanına; və
~ Allahın rububiyyətinə qarşı öz ubudiyyətini (qulluğunu) izhar etməyə
vasitə olan azanın yerini necə tuta biləcəkmi?!"
Ustad Nursi (rahiməhullah), azanın, 2 şeyə vəsilə olduğundan bəhs açmaqdadır:
1. Kainat və İnsanın yaradılışındakı ən böyük nəticə olan Tövhidin elanı;
2. Allahın rububiyyətinə (tərbiyə ediciliyinə) qarşı ubudiyyət (qulluq) izhar etmək.
Hər 2 maddəni qısaca açıqlayaq:
1. Kainat və İnsanın yaradılışındakı ən böyük nəticə olan Tövhidi elan etmək.
Varlıqlar yaradılmamışdı və Allahdan başqa heç bir şey yox idi. Uca Allah, Zat'ının tanınmasını və bilinməsini istədi. İsim və sifətlərinin təcəllisi olaraq kainatı yaratdı. Yəni yaradılışdan məqsəd, Allahın Özünü tanıtmaq istəməsidir.
Allah, Özünü gizləmiş və əsərlərini ortaya çıxarmışdır. Çünki əsər, ustasını daha yaxşı tanıtmaqdadır. Məqsəd, gizli xəzinələrini ortaya çıxarmaq və o vasitə ilə, Zatını tanıtmaq olunca, əsərini izhar edib Özünü gizləmək, daha mükəmməl bir şəkildə Zatın tanınmasını nəticə verir. Allahın xəzinələri isə, isimlərində gizlidir. Çünki mükəmməl bənzərsiz gizli bir camal, Öz gözəlliklərini aynada görmək və gözəlliyinin dərəcələrini şüurlu olanların gözləri ilə də görmək istəyər. Bu da, Özünün isim və sifətlərini görərək əsərlərini bilən, başa düşən, təqdir edənlərin varlığını gərəkdirir. Bunu da ən mükəmməl yerinə yetirən, insandır.
İnsan da, bir əsər olaraq, Allahı isim və sifətlərilə tanıtmaqdadır. Yəni kainatı bir ağaca bənzətsək, insan onun ən cami (cəm edici), mükəmməl meyvəsidir. Ağacda nə varsa, insanda onun nümunəsi vardır. Yəni, kainatda təcəlli edən isim və sifətlər, bir tək insanda da təcəlli etməkdədir.
İnsanın bu isim və sifətlərə ayna olması isə, 3 cəhətlədir:
1. Zidd'lər etibarı ilə ayna olmaq
İnsan, özündə olan nöqsan sifətlər və xüsusiyyətlər ilə, Allahın əskiksiz və mükəmməl olan isim və sifətlərini göstərir.
Necə ki, qaranlıq, işığa bir aynadırsa (yəni, qaranlıq nə qədər çox olarsa, işıq daha çox görünür), eynilə bu misalda olduğu kimi, insan:
~ Zəifliyi və acizliyi ilə, hər şeyə gücü çatan Allahın qüdrətini və Qadir ismini göstərməkdədir.
~ Cəhalətilə, Allahın hər şeyi əhatə edən elmini və Alim ismini göstərir.
~ Möhtaclığı ilə, Allahın sonsuz zənginliyinə və Ğaniyy (sonsuz sərvət sahibi) isminə ayna olduğu kimi,
~ Sonsuz ehtiyacları ilə də, heç bir şeyə möhtac olmayan Saməd isminə aynadır.
Bunlar kimi, insan, Allahın bir çox isim və sifətlərinə, ziddlər etibarı ilə aynadır.
2. Nümunələr etibarı ilə ayna olmaq
İnsan, özünə verilən nümunələrlə, Allahın isimlərinə ayna olmaqdır. Məsələn:
"Mən, necə bu evin sahibi və təsərrüfatçısı isəm; Allah da, bu böyük kainat sarayının Ustası və Mütəsərrifidir."
Misaldan məqsədimiz budur:
~ Yəni, insan, özündə mövcud olan cüzi və məhdud elmilə, Allahın hər şeyi əhatə edən elmini və Alim ismini göstərir.
~ Azacıq qüdrətilə, Allahın sonsuz qüdrətinə və Qadir isminə aynalıq edir.
~ Yenə məhdud görməsilə, Haqq Taalanın sonsuz görməsinə və Basir isminə aynalıq edir.
~ Məhdud eşitməsilə də, Allahln sonsuz eşitməsini və Səmi ismini göstərir.
Bunlar kimi, insan, özündə mövcud olan cüzi və məhdud xüsusiyyətlərindən yola çıxaraq, Allahın sonsuz isim və sifətlərinə çatır.
3. "İsimlərin naxışları" ilə ayna olmaq
İnsan, Allahın isimlərinin naxışlarını göstərərək də, bunlara ayna olmaqdadır. Məsələn:
~ Yaradılışı etibarı ilə, yoxdan var edilməsilə - "Xaliq" isminə ayna olarkən;
~ Sənətli bir şəkildə yaradılması ilə də - "Sani" isminə aynadır.
~ Ona gözəl bir surət verilməsi və orqan və hisslərlə bəzədilməsi cəhətilə - "Musavvir" və "Müzəyyin" isimlərinə aynadır.
~ Özünə edilən ikramlarla - "Kərim" isminə;
~Lütflərlə - "Lətif" isminə; və
~ Gözəl bir şəkildə tərbiyə edilməsilə də - "Rəbb" isminə aynadır.
--------------------------------------
2. Allahın rububiyyətinə (tərbiyə ediciliyinə) qarşı ubudiyyət (yəni qulluq) izhar etmək.
"Rububiyyət", lüğəvi mənası etibarı ilə, "Bir şeyi, yavaş-yavaş kamalına (yəni o şeyin kamal mərtəbəsinə) qovuşdurmaq" deməkdir.
Yəni:
Haqq Taala'nın, bütün zaman və məkanlarda, hər bir varlığa, möhtac olduğu şeyləri verməsi, tədbir və tərbiyə etməsi deməkdir. Rububiyyət isə, Allahın Rəbb ismindən qaynaqlanmaqdadır.
Haqq Taala, hər şeyə bir kamal nöqtə təyin etmiş və o kamal mərtəbəyə çatmaq üçün, o şeyə bir meyil vermişdir. Bütün varlıqlar da, özləri üçün təyin edilən kamal mərtəbəyə çatmaq üçün, hərəkət etməkdədirlər.
Bax, kainatda, atomlardan (zərrələrdən) qalaktikalara qədər hər varlığın, tək başına və ya toplu olaraq, hədəfləri olan kamal nöqtəyə olan hərəkətləri əsnasında, Allahın onlara kömək etməsi və yolları qarşısında olan maneələri dəf etməsi, Onun tərbiyəsindən, Rəbb ismindən qaynaqlanmaqdadır.
Ustad Nursi'nin yazmış olduğu "Risale-i Nur" külliyyatında, Rububiyyət'in keçdiyi yerlər incələndiyində, diqqətimizi ən çox çəkən, budur:
Rububiyyət kəliməsi, əksəriyyətlə, "səltənət" kəliməsilə bir-birini tamamlayıcı olaraq istifadə edilmişdir.
Bu, o demək olur ki, Rububiyyət'in terminoloji mənasını ağla yaxınlaşdıran məna, "səltənət" həqiqətində gizlidir. Səltənət nə qədər yaxşı qavranılarsa, Rububiyyət həqiqəti də, bir o qədər yaxşı başa düşüləcəkdir.
Quranda ən dərin məsələlər, elmi təhsili olmayan bəsit düşüncəli insanlara təşbih və təmsillərlə dərs verildiyi kimi; bu Qurani metod, Ustad Nursi tərəfindən, Risale-i Nurda da ən müşkül məsələlərin izahında istifadə edilmişdir. Bunlardan biri də, Allahın Rububiyyətinin, səltənət misalı ilə və bir Sultanın öz taxtında oturub, hökümət işlərini idarə etməsi həqiqətilə ağla yaxınlaşdırılmasıdır.
Bir padşah, hökümətinin hər bir dairəsində, bir çox ismə (ünvana) sahibdir. Məsələn:
~ Ədliyyə dairəsində - ədalətli hakim;
~ Mülkiyyə dairəsində - sultan;
~ Elmiyyə dairəsində - xəlifə; və
~ Əskəriyyə dairəsində - böyük komandir
olduğu kimi...
Özü tək olduğu halda, səltənət və hökümətinin bütün dairələrində, xüsusi telefonu ilə və əmirlərindən qaynaqlanan qanunlarının tətbiq edilməsilə, pərdə arxasında təsərrüf və idarə etməkdədir.
Eynilə bu misalda olduğu kimi, əzəl və əbəd sultanı olan Rabbu'l-aləmin, ən kiçik varlıq təbəqəsi olan zərrələr aləmindən, ta ki ərşə qədər bir-biri üstündəki fərqli aləmlərdə təsərrüf etməkdədir və geniş bir hakimiyyətə sahibdir.
Allah Taala'nın rububiyyət səltənətində, köməkçiləri yoxdur. Bir padşah, aciz olduğu üçün, hökümət dairələrində, məsələn, əsgəriyyə dairəsində - zabitlərə möhtacdır. Bu məmurlar, padşahın səltənətinə şərik olmasalar da, padşahın icraatlarında, ona bir növ şərikdirlər.
Lakin Haqq Taala'nın rububiyyətində və icraatında, heç bir şəriki və köməkçisi yoxdur. Bütün varlıqlar və hər cür səbəblər, Onun səltənətində bir pərdə mahiyyətindəki məmurlardır. Vəzifələri isə, o rububiyyətin səltənət qanunlarına itaət etmək, öz dillərilə Onun böyüklüyünü kainata elan etmək və zahirən çirkin görünən bəzi işlərə pərdə olmaqdır.
"Risale-i Nur"da, Rububiyyət terminini tamamlama cəhətindən, səltənət təbirindən sonra Ustad Nursi'nin ən çox istifadə etdiyi kəlimə, "Hakimiyyət"dir.
"Rububiyyətin hakimiyyəti": Kainatdakı bütün hadisələrə, yəni, ərşin böyük və geniş dairələrindən, insanların qəlblərindən keçən ən gizli arzu, istək və dualara qədər hər şeyi eşitməsi, bilməsi və idarə etməsi qədər çox geniş dairədə, bu Rububiyyətin hökmran olması deməkdir.
Allah Taala, bütün bu işləri idarə edərkən, hər hansı bir iş, digər bir işə; bir fel digər bir felə əngəl olmaz; və bunlar, bir-birinə qarışmazlar. Belə bir rububiyyətə isə, zərrə miqdar müdaxilənin və şərikliyin qarışması, mümkün deyildir. Köməyə möhtac olan insanlar belə, işlərinin nizam və intizam içərisində davamı və hər hansı bir qarışıqlıq çıxmaması üçün hakimiyyətlərində xaricdən başqa birinin müdaxiləsini şiddətlə rədd etməkdədirlər. Bir şəhərdə - 2 mer'in; bir ölkədə - 2 başçının olması halında, ən kiçik məsələnin belə problemsiz həll edilməməsi, bunun ən bariz dəlillərindəndir.
Allahın rububiyyətindəki səltənət və hakimiyyəti, o qədər həşmətlidir ki, göyləri və yeri, Öz əmrinə itaətkar 2 "hərbi hissə" və "ordu" vəziyyətinə gətirmişdir. Elə bir ordu ki, ruziləri, silahları, təlimləri, tərxisləri və ehtiyac hiss etdikləri şeyləri ayrı-ayrı olduğu halda, bunların heç biri yaddan çıxmadan, ən kiçik bir qarışıqlıq olmadan, xətasız olaraq verilməkdədir. "Səma qarnizonu"nun əsgərləri olan qalaktikalar, ulduzlar, günəş, ay və s. heybətli böyüklükləri və heyrət verici hərəkətlərilə birlikdə, bir saniyə belə öz vəzifələrində ehmalkarlıq və əmrə itaətsizlik etmirlər. Belə bir tablo, Rububiyyətdəki hakimiyyətin, nə qədər həşmətli olduğunu, kor gözlərə belə göstərməkdədir.
Səmanın dünyamıza ən yaxın təbəqəsi olan atmosferdə, buludların şəkillənməsi və yağışın yağdırılmasında da, Rububiyyətin heyrət verici səltənətini və hakimiyyətini açıq bir şəkildə görmək mümkündür. Əmrə itaət və intizamlı hərəkət etmək cəhətindən, "ulduzlar ordusu"ndan geri qalmayacaq bir tərzdə, buludların göy üzündə bir anda toplanmaları, istirahət üçün dağılmış bir ordunun bir boru səsilə toplanmaları kimi, bir vəziyyət göstərməkdədirlər. Sanki göy gurultusunun səsi, "ictima üçün toplanın!" əmrini ifadə etməkdədir.
"İkinci hərbi hissə" olan yer üzündə, xüsusilə də bahar mövsümündə, bitki və heyvanların yüz minlərlə növlərindən təşkil edilən ordu, Rububiyyətin səltənət və hakimiyyətinin, ayrı bir yönünü göstərməkdədir. Qış mövsümündə, bir qismi istirahətə çəkilən, bir qismi də tərxis edilən (yəni öldürülən) yer üzü ordusu, baharla birlikdə, yenidən yalnışsız, qarışdırılmadan, sənətli və intizamlı bir şəkildə varlıq meydanına çıxarılmaqdadırlar. Bu ordunun həşmət və böyüklüyü dərəcəsində, Rububiyyətin səltənət və hakimiyyətinin də nə qədər böyük olduğu, daha rahat bir şəkildə başa düşülməkdədir.
Aləmlərin Rəbbi olan Allah, hər şeyi əmrinə və hökmünə boyun əydirdiyi kimi; bütün varlıqları bir-birinin köməyinə gətirməklə də, Rububiyyətinin mərhəmətini göstərməkdədir. Elementləri və mədənləri, bitkilərin köməyinə; buludları, havanı və günəşi, dəhşətli böyüklüklərilə birlikdə, tam bir təvazö içərisində, canlılara xidmət etdirməkdədir. Bitkiləri, öz həyatlarını fəda etmək bahasına, heyvanların köməyinə; heyvanları da, insanların köməyinə gətirməkdədir. Hətta Rububiyyətin sonsuz şəfqəti, yeni doğulmuş bütün uşaqlara, ehtiyacları olan qidaları ehtiva edən südü, gözlənilməz bir tərzdə göndərməkdə və onun rahatı üçün, həyatını fəda etdirəcək bir şəfqəti, anasının qəlbinə yerləşdirməkdədir.
Kainatı bir saray şəklində yaradan Allah Taala, hər şeyi insanın ehtiyacları üçün də çalışmaqdadır. Elə ki,
• Günəşi:
~ İşıqlandırıcı bir lampa;
~ Yeməklərini bişirən və evini isidən - bir ocaq
xüsusiyyətində yaratmışdır.
• Yeri hərəkət etdirib beşik kimi yırğalayaraq, mövsümləri yaratmış və insan üçün hər cür ehtiyacının mövcud olduğu komfortlu bir ev halına gətirmişdir.
• Dağları, hər cür dəyərli mədənlərin içində olduğu məxzənlər və sarsıntılardan qoruyan dirəklər mahiyyətində yaratmışdır.
• Buludlara su təmizləmə cihazı kimi bir süzgəclik və yüklərini ən uzaq diyarlara çatdırma qabiliyyətindəki nəqliyyat gəmiləri kimi xüsusiyyətlər vermişdir.
Bütün bunların, insanın mənfəətinə baxan tərəflərilə zikr edilməsi, Haqq Taala'nın mərhəmətinin böyüklüyünü xatırlatmaq, rəhmətinin genişliyini nəzərə vermək və insana verilən dəyərin, qazandığı şərəfin fərqinə varmasını xatırlatmaqdır.
Sual:
İnsana niyə bu qədər əhəmiyyət verilməkdədir?
Cavab:
Bu əhəmiyyət, insanın, Rububiyyət səltənətinə qarşı təsbih, təzim və şükür vəzifələri kimi çox əhəmiyyətli 3 vəzifəni yerinə yetirə biləcək, geniş və hədd qoyulmayan istedadlara sahib bir muxatab olmasından dolayıdır. Yəni:
~ Rububiyyətin qüsursuzluğu və nöqsansız icraatları - insanın, öz qüsurunu görərək bağışlanmaq istəməsini və Rəbbi'nin də bütün qüsurlardan uca, kainatın bütün nöqsanlıqlarından uzaq olduğunu, təsbih, yəni "Subhanallah" kəliməsilə elan etdirmək istəməkdə;
~ Rububiyyətin sonsuz qüdrəti - insanın sonsuz zəifliyini və acizliyini hiss edib, özünü tərbiyə və hər şeyi özünə itaət etdirən Zat'ın yaratdığı əsərlərə qarşı heyrət etməsini və tə'zim, yəni "Allahu Əkbər" deyərək, Onun böyüklüyünü elan edib, yalnız Ona sığınmaq və təvəkkül etməsini istəməkdə;
~ Rububiyyətin tükənməz rəhmət xəzinələrinin varlığı isə - insanın öz ehtiyacları ilə birlikdə, bütün canlıları bəsləyib-böyüdən Rəbbi'nin ehsanlarını və nemətlərini düşünərək, təhmid, yəni "Əlhəmdulilləh" deyib şükür vəzifəsini yerinə gətirməsini istəməkdədir.
İndiyə qədər danışdığımız həqiqətlərdən, bu başa düşülməkdədir:
Bir-birinə müqabil, 2 məqam vardır:
1. Möhtəşəm bir səltənətlə hökm edən "Rububiyyət məqamı dairəsi";
2. Səltənətin qanunlarına və məqsədlərinə uyğun hərəkət etməklə böyük bir şərəf qazanan "ubudiyyət məqamı dairəsi".
~ "Rububiyyət dairəsi", səltənətinin ən əhəmiyyətli qayələri və məqsədləri olan Öz gizli gözəlliyini və mükəmməlliyini göstərmək və qiymətli sənətlərini sərgiləməsilə hünərlərini izhar etmək üçün, kainatı bir sərgi salonu kimi yaratmışdır. Buna müqabil olaraq,
~ "Ubudiyyət dairəsi"ndə olan şüur və ağıl sahibi varlıqlar isə, bu gizli gözəlliyi və mükəmməl sənəti görərək, Sənətkarına sevgi bəsləmək; nemətlərindən istifadə etməklə təşəkkür etmək kimi vəzifələri yerinə yetirməklə, tamamilə birinci dairə olan Rububiyyət hesabına çalışmaları gərəkdiyidir.
Madam ki, kainatda zərrə miqdar, Haqq Taala'nın səltənət və hakimiyyətindən xaric bir şey yoxdur. İnsan isə, ağıl, qəlb və bir çox hissləri ilə "Rububiyyət dairəsi"nin ən əhəmiyyətli muxatabı olma xüsusiyyəti qazanmışdır.
Elə isə, bütün varlıqların halları və dillərilə istədikləri bütün dualarını qəbul etməsilə və cavab verməsilə onların dillərini bildiyini göstərən Haqq Taala'nın, şüurlu bir qisim varlıqlarla danışması və onların danışıqlarına müdaxilə etməsi, Rububiyyətin gərəyidir.
Onun ən mükəmməl bir tərzdə danışması isə, aləmlərin Rəbbi olma sifətilə xitab etdiyi, Quran-i Kərim'dir. Qurana da diqqət etdiyimizdə, bunları görməkdəyik:
1. Rububiyyətin kainatdakı işləyişini;
2. İnsanın, qulluq vəzifəsini necə yerinə yetirəcəyini
tərif etmək.
(Said Nursi, Məktubat, 29-cu Məktub, Birinci Risalə olan Birinci qisim, 9-cu Nüqtə, s. 381)
