Azanın sözlərində və sözlərinin bu şəkildə sıralanmasındakı hikmətlər
Hüseyn əl-Cisr (rahmətullahi aleyh), "Risalə-i Hamidiyyə" əsərində belə deyir:
Allahın əmrilə müəzzin, günün müəyyən vaxtlarında, möminləri namaza, üstün mənalı düzgün sözlərlə dəvət etməkdədir. Yəni, o:
• İlk sözündə, 4 dəfə "Allahu Əkbər" deyərək, Allahın böyüklüyünü anmaqdadır.
Bununla, o, insanların, özlərini verdikləri
~ (1) dünyəvi;
~ (2) uxrəvi / axirətə aid;
~ (3) maddi; və
~ (4) mənəvi
dəyərli olan şeylərdən, Allahın daha üstün və böyük olub; bənzərsiz qapısının, hər cəhətdən (yəni, yuxarıda zikr edilən bu 4 cəhətdən) yönəlib can atmağa layiq olduğunu, hər kəsə açıqca bildirir.
• Sonra isə, 2 dəfə, "Əşhədu ən lə iləhə illəllah" deyərək, yəni, Allahın, ibadət edilməyə layiq tək ilah olduğuna 2 dəfə şəhadət edərək (şahidlik edərək), dünya və axirət ehtiyaclarını verəcək Olanın, o həqiqi İlah olduğunu xatırladır. Ki, həqiqətən də, Allahın lütf və yardımına, Onun Zatından başqa hər kəs və hər şey möhtac; və Onun uca Zatı, tək başına tam olaraq mustağnidir (zəngindir). Bu, Onun ən müəyyən sifətidir. Bundan dolayı, ehtiyacları ancaq Ondan istəmək, tövhid və elm əhli üçün, kafi (kifayət edici) bir dəlildir.
• Bunun ardınca, 2 dəfə də "Əşhədu ənnə Muhammədən Rasulullah" deyərək, Muhamməd (sallallahu aleyhi və səlləm)'in peyğəmbərliyinə şəhadət edib, xeyirli və əhəmiyyətli işlərin hamısında, Allah ilə qulları arasında bir vasitə olan Peyğəmbərimizin, görərək və ya dəlillərlə bilinən səmimi nəsihətləri və xeyirli yola tam dəlalətini (dəlil olmasını) xatırladaraq, hər cür səadəti təmin edəcək olan bu böyük ibadət də, o uca Peyğəmbərin təbliğləri daxilində olduğuna görə, mütləq yerinə yetirilməyə cəhd göstərilməsi gərəkdiyini xatırladır.
• Bundan sonra, daha əvvəl təkbir (Allahu Əkbər) və şəhadətlə işarət etdiyi sığınmaq lüzumunu açıqlayaraq, 2 dəfə də "Hayyə alə's-saləh" (Namaza gəlin!) deyir ki, namaza yönəlinməsini istəməkdən ibarət olan bu söz, əvvəlkilərin nəticəsidir.
Gizli qalan mənaları düşünülüncə, bunlar başa düşülmüş olur:
"Ey insanlar! Rəbbiniz, hər böyükdən daha böyük, uca sifətləri olan və qullarının ehtiyaclarını tamamlamaq lütfü və kərəmilə bənzərsiz olduğu, şübhəsiz və açıqca ortadadır.
Bununla bərabər, sizə göndərdiyi seçkin peyğəmbərin, belə bir Allaha ibadətə irşad etdiyi; və bu sayədə bütün muradlara qovuşmağa dəlalət etdiyi də məlumunuz olduğuna görə, bu böyük ibadətə (namaza) yönəlib o uca Allaha dua edərək yalvarın ki, bu sayədə böyük muradınıza qovuşasınız."
• Bu istəklərin ən böyüyü də, tam bir fəlah (qurtuluş) olub, digər səadətlər, onun budaqları; və 5 vaxt namaz da bu dəyərli meyvələri mükəmməl olaraq meydana qoya bildiyi üçün, 2 dəfə "Hayyə alə'l-fələh" (Qurtuluşa gəlin!) cümləsini sıralayır.
Əsasən namaz, əxlaqı gözəlləşdirmək və Allahın böyüklüyünü göz önünə gətirərmək fəzilətlərini ifadə edib təmin etdiyindən dolayı, axirət savabını qazandırır. Bundan dolayı, yerinə yetirməyə səy göstərənləri, fəlah və qurtuluşa çatdırır.
• Müəzzin, bu həqiqətləri yüksək səslə açıqladıqdan sonra, möminlərin cəhdlərini, fəzilətlərin ən mükəmməli və istəklərin ən əhəmiyyətlisi olan Allahın rizasına yönəltmək məqsədilə, 2 dəfə də təkbir gətirərək (Allahu Əkbər) deyərək, tövhid kəliməsilə bitirir.
Yəni demək istəyir ki, bu ibadətə yönəldiyinizdə, qəlbləriniz, Allahdan başqası ilə məşğul olmasın. Ən böyük istək və ən üstün məqsədiniz, ancaq uca Rəbbinizə yaxınlıq qazanmaq və (cənnətdə Onun) camalını (gözəlliyini) seyr etmək muradına çatmaqdan ibarət olsun.
Müəzzin'in oxuduğu bu mübarək kəlimələri eşidən möminlər də, onları təkrar edərlər ki, bu, onları (azanın kəlimələrini) təsdiq və qəbul etməklə bərabər, gərəyini yerinə yetirəcəklərini açıqca ifadə etmək deməkdir.
Ancaq namaza və fəlaha (qurtuluşa) yönəlmələrini istədiyi (yəni Hayyə alə's-saləh deyildiyi) vaxt, o cümlələri eynilə söyləməyib onların yerinə, "lə həvlə və lə quvvətə illə billəhi'l-aliyyi'l-azim / Uca olan Allahdan başqa güc və qüvvət (sahibi) yoxdur" deyərlər. Çünki amirin (əmr edənin) əmrini ifadə edən kəlimələri eynilə təkrar etmək, istehza və əyləncə sayılır. Dinləyənlərin burda söylədiyi bu cümlənin daha geniş mənası:
"Bəli, bu böyük ibadət (namaz)'la ən böyük murada çatmaq, ən üstün xeyir və bəxtiyarlıqdır. Lakin bizdən əngəlləri qaldırıb itaət və ibadətlərə qüvvət verəcək olan, ancaq şanı uca olan Rəbbimizdir. Bundan dolayı, bu mövzuda da Özündən kömək istəyirik."
demək olduğu üçün, (kəlimələrin) tam yerində olduğu, şübhəsizdir.
Bundan sonra, ibadət üçün ayrılan yerə toplanınca, müəzzin, o mübarək kəlimələri zehnlərə yerləşdirmək və əgər bir işlə məşğul olub (azanı) eşidə bilməmiş olanlar varsa, onlara da xatırlatmaq məqsədilə, (azanın sözlərini iqamədə) yenidən təkrar edər. Çünki Allahın uca hüzuruna girəcəkləri vaxt, onların tamamilə hazır olmaları, çox əhəmiyyətlidir. Hətta bunun üçün, o cümlələrin sonuna yaxınlaşınca, 2 dəfə də "Qad qaməti's-saləh / Namaz başladı" deyərək, dərhal namaza giriləcəyini müjdələyib açıqlayar.
