Səhabələr ədalətlidirlərmi?

 

Bu yazıda, mühəqqiq İslam alimləri tərəfindən təsbit edilən və İslam tarixini dəyərləndirməkdə diqqət edilməsi lazım gələn bəzi ölçülərə təmas ediləcəkdir. Belə ki:

• Birinci ölçü:

Müctəhid imamlar, üsul alimləri və mühəddislər tərəfindən ittifaqla müdafiə edilən cəhətlərdən biri, budur:

Zəif hədis, əməllərin fəziləti mövzusunda olduğu kimi, hekayələr xüsusunda da hüccətdir. Lakin bu hökm, zəifliyin iləri səviyyədə olmaması şərtinə bağlıdır. Məsələn, hədisin ravilərindən hər hansı birinin "hədis uydurmaq" ittihamı ilə günahlandırılmaması lazımdır. Əks təqdirdə, bəhs mövzusu hədisə, heç bir şəkildə etibar edilməz. Buna müqabil olaraq, bir insanı cərh etmək və əleyhində bir hökm vermək üçün, cərh və tən'ə məruz qalmamış səhih bir hədisə etibar edilər.

-------------------------------------

• İkinci ölçü:

Şübhəsiz ki, bütün səhabələr, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in və müctəhid imamların şəhadətilə, "adil"dirlər. Bu (ədalət)'ə zidd düşən hər hansı bir rəvayət, əgər səhih bir sənədlə rəvayət edilməmişdirsə -ki, əksəriyyəti belədir- qətiyyələ rədd ediləcəkdir. Yox əgər səhih bir sənədlə rəvayət edilmişdirsə -ki, bu da çox nadirdir- təvil edilməsi və qəti olan ədalətlərinə uyğun düşəcək şəkildə açıqlanması lazımdır. Mühəqqiq imamların təsbit etdikləri bu qayda, səhabəyə əskikliyin isnad edildiyi hər rəvayətdə, göz önündə tutulmalıdır. Əks təqdirdə dəlalətə düşər və ümmətin ən xeyirlilərinin heysiyyətlərinə toxunmaq kimi bir uçuruma yuvarlanar və bu işlə, beləcə, Allah və rəsulunun qəzabına məruz qalarıq.

--------------------------------

• Üçüncü ölçü:

Cərh və tə'dil'də (haşiyə), mühəqqiq alimlərin təsbit etdiyinə görə, "İmamlığı və ədaləti sabit olan, təzkiyə edənləri və tərifləyənləri çox olmaqla bərabər, tənqid edənləri çox az olan bir kimsə, cərhə məruz qaldığı vaxt, bu etirazın bir məzhəb təəssübü və ya başqa bir səbəbdən qaynaqlandığına dair bir qərinə mövcuddursa, bəhs mövzusu etiraza əhəmiyyət verilməz və o kimsənin adil olduğuna hökm edilər. Məsələn, ibn Main'in, imam Şafi əleyhindəki hökmü, nə qədər izah edilsə və minlərlə açıqlama gətirilsə belə, yenə qəbul edilməz. Çünki ibn Main'in, imam Şafi haqqında haqlı olmadığı, qəti olaraq sabitdir. (Tacəddin əs-Subki, "ət-Tabaqatu'l-Kubra", I/188-197).

Yuxarıda danışdığımız dəyərləndirmə, ümmətin alimləri haqqındadır. Bir alim haqqında hökm verərkən, bu qədər diqqətli olmaq lazım gəldiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələri haqqında necə hərəkət etmək lazım gəldiyini bir özünüz düşünün (Burda, səhabə düşmənliyilə tanınan rafizilər qəsd olunmuşdur).

-------------------------

(Haşiyə:

✓ "Cərh" kəliməsi: Lüğətdə, "maddi və mənəvi olaraq yaralamaq" deməkdir.

Hədis terminologiyasında isə, yaddaşı qüvvətli və diqqətli bir alimin:

~ fisq və yalançılıq kimi özündə mövcud olan; və ya

~ güvənilən ravilərin rəvayətinə müxalifət etmək kimi rəvayətində yer alan

bir qüsurdan dolayı, həm özünün, həm də rəvayətinin rədd edilməsidir.

Raviyə belə bir qüsur nisbət edən kimsəyə - "carih"; qüsurlu şəxsə də - "məcruh" deyilir.

✓ "Tə'dil" kəliməsi: Lüğətdə, "dürüstlük; qəlbdə doğru olduğuna dair qənaət yaranan şey" mənasına gələn "adl" və ya "ədalət" kəliməsindən meydana gəlmiş bir məsdər olub, "düzəltmək, doğru hökm vermək, təzkiyə etmək" deməkdir.

Bir hədis termini olaraq da, "ravini, rəvayətinin qəbulunu gərəkdirən sifətlərlə vəsf etmək" mənası daşıyır.

Ravini belə sifətlərlə vəsf edən kimsəyə - "muaddil"; haqqında ədalət sahibi olduğu deyilən kimsəyə də - "adil" deyilir.

"Cərh və tə'dil" isə, bəzi xüsusi ləfzlər istifadə edərək, rəvayətlərinin qəbulu və ya rəddi cəhətindən, ravilərin hallarından və haqlarında istifadə edilən ləfzlərin mərtəbələrindən bəhs edən bir hədis ricalı elmidir.

Qaynaqlarda, bu elmi ifadə etmək üzərə:

~ "rəvayəti qəbul və ya rədd ediləcək ravilər elmi" (mərifətu mən tuqubbilə rəvayətuhu və mən turaddu";

~ "sağlam və və zəif ravilər elmi" (ilmu's-siqat və'd-duafa");

~ "zəif və tərk edilmiş ravilər elmi" (ilmu'd-duafa və'l-mətrukin);

~ "ravilərin sahib olması lazım gələn sifətlər elmi" (mərifətu əvsafi'r-ruvat);

~ "ravilər tərəzisi elmi" (ilmu mizəni'r-rical); və

~ "rical tənqidi elmi" (ilmu nəqdi'r-rical)

kimi adlar da istifadə edilmişdir.

------------------------------------

• Dördüncü ölçü:

Şübhəsiz ki, səhabə (Allah hamısından razı olsun), günahdan məsum deyillərdir. Əhl-i sünnətə görə, peyğəmbərlər xaricində heç kim, məsum deyildir. Buna görə, heç bir səhabənin məsum olması gərəkməz. Ancaq onlar, özlərindən meydana gələn günahların, sabit olan ədalətlərini cərh etməsindən mühafizə edilmişlərdir. İnsanlıq halı gərəyi onlardan bir xəta və ya böyük bir günah meydana gəldiyində -necə ki, bəzi səhih hədislərdə, onlardan bəzilərinin, bəzi böyük günahlar işləmiş olduğu sabitdir- dərhal tövbə edər, onu ortadan qaldırmaq üçün, özlərinə cəza tətbiq edilməsini tələb edərlərdi. Onlar, nəfslərini hesaba çəkib özlərini qınayar və çoxca saleh əməl işləyərlərdi. Hətta bəzən onlardan zəllənin (mükəlləfin bir qəsdi olmadan etdiyi yalnış və ya işlədiyi günahın) meydana gəlməsi, Allah qatında dərəcələrinin yüksəlməsinə və məqamlarının daha da ucalmasına səbəb olardı.

---------------------------------------

• Beşinci ölçü:

Müsəlmanların eyiblərini görməzdən gəlmək, onları üzrlü görmək və onlar haqqında hüsn-ü zənn etmək, hər müsəlmana fərzdir. Onların yalnış əməllərini araşdırmaq, onlarda xəta tapmağa çalışmaq, onların xoşuna gəlməyən şeyləri onlara isnad etmək, onları -özlərində olan bir xislətlə də olsa- həqir görmək, haramdır. Ümmətin sıravi fərdləri qarşısında davranılması lazım gələn hal belə ikən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələrinə qarşı necə davranılması lazım gəldiyini, bir özünüz düşünün!

Diqqət edilərsə, Haqq Taala, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Özündən rəvayət etmiş olduğu qüdsi bir hədisdə, bunları buyurmaqdadır:

"Kim bir dostuma düşmənlik edərsə, ona hərb elan edərəm." (Buxari, "Riqaq"/38)

------------------------------------

• Altıncı ölçü:

Səhih bir yolla rəvayət edilən və səhabənin ədalətini cərh edirmiş kimi görünən davranışların böyük bir hissəsi, təvil və ictihad nəticəsi reallaşmışdır. Dolayısı ilə, onlar, bu cür ictihadlarından dolayı savab qazanarlar.

-------------------------------------

• Yeddinci ölçü:

~ əbu'l-Abbas ibn Teymiyyə deyir:

"Səhabəyə pis bir şey isnad edən və onlara (səhabələrə) tən edən rəvayətlərin əksəriyyəti, ya bütünü ilə yalandır və ya bəzi şeylər əlavə edilərək, yaxud bəzi şeylər çıxarılaraq, səhabəni zəmm (pisləmə) ifadə edəcək şəklə çevrilmişdir. Belə şeylər, əbu Muhamməd Lut b. Yəhya və Hişam b. Muhamməd b. əs-Saib əl-Kəlbi kimi yalançılıqla tanınan şəxslər tərəfindən rəvayət edilmişdir.

əl-Kəlbi, şiə olub, yalanda ən iləri gedənlərdəndir. Atasından və əbu Mixnəf'dən rəvayət etməkdədir. Halbuki, hər ikisi yalançılardan olub rəvayətləri tərk edilmişdir."

İbn Teymiyyə, ifadələrinin davamında, cərh və tədil alimlərinin, əl-Kəlbi haqqındakı görüşlərini və onun yalançılığı və rəvayətlərinin qeyr-i məqbulluğu xüsusunda ittifaq etdiklərini nəql edir. ("Minhacu's-Sünnə", lll, 179)

əbu Mixnəf'ə gəlincə, ibn Kəsir, onun haqqında belə deyir:

"O, şiədir. Rəvayət etdiyi hədislər, ümmət nəzdində zəifdir." ("Minhacu's-Sünnə", lll, 179)

~ Yenə ibn Kəsir, başqa bir vəsilə ilə, onun haqqında belə deyir:

"O, xüsusilə şiəliklə bağlı məsələlərdə, şübhəlidir." ("əl-Bidayə və'n-Nihayə", Vlll, 202)

~ Hafiz Zəhəbi isə, deyir:

"əbu Mixnəf, doğru-yalnış demədən nəqllər edən və sözünə etibar edilməyən bir tarixçidir. Ona güvənilməz. Necə ki, əbu Xatim və başqaları, onun rəvayətlərini tərk etmişlərdir." (Zəhəbi, "Mizanu'l-İ'tidal", lll, 419)

~ Fətəni, "Lut b. Yəhya (əbu Mixnəf), yalançıdır." deyərkən;

~ İbn Arraq da: "Lut b. Yəhya əbu Mixnəf, rəvayətlərinin dəyəri olmayan yalançıdır." deməkdədir.

--------------------------------

• Səkkizinci ölçü:

Alimlər, hədisin, səhih nass'lara və sabit olan əsas dini qaydalara -onlarla arası birləşdirilə bilməyəcək səviyyədə- zidd düşməsini, onun uydurma (mövzu) olmasının əlamətlərindən saymışlardır. Bundan dolayı, İslam tarixini incələyən bir kəsin, sənəd zəncirinin sağlamlığına qənaət gətirdikdən sonra; rəvayəti, dirayət cəhətindən dəyərləndirməsi və sadəcə nəqllə kifayətlənməməsi lazım gəlməkdədir. Necə ki, hədis hafizləri, rəvayətin səhih olması üçün, o rəvayətin "illət" və "şuzuz"'dan uzaq olmasını, başqa bir ifadə ilə, hədisin gizli qüsurlardan (illət) və daha güclü olan dəlillərə zidd olmasından uzaq olmasını (şuzuz) şərt qoşmuşlardır. Bax hədis alimlərinin dirayət elmi deyə adlandırdıqları elm də, budur. Eynilə, əhl-i beytin lehində və ya onlara qarşı döyüşənlərin əleyhində bir mövzu daşıyan hədisin ravisinin "rafizi" olmasını, hədisin mövzu olduğunun əlamətlərindən biri saymışlardır.

Bir rafizi olan ibn əbi'l-Hədid, Əli (radiyallahu anh)'a isnad edilən "Nəhcü'l-Bəlağa" adlı kitabın şərhində belə deyir'

"Şəxslərin fəzilətlərinə dair hədis uydurmağın əsası, şiəyə söykənməkdədir. Çünki onlar, müxaliflərinə olan düşmənliklərindən dolayı, ilk olaraq, Əli (radiyallahu anh)'ın fəziləti haqqında fərqli hədislər uydurmuşlardır." (İbn əbi'l-Hədid, "Şərh-u Nəhci'l-Bəlağa", III/36)

Hafiz ibn Həcər Asqalani belə deyir:

"Şəxslərin fəzilətiləri haqqında danışan hədislərə (fədail'ə) gəlincə, rafizilərin, əhl-i beyt haqqında uydurduqları rəvayətlər, sayıla bilməyəcək qədər çoxdur. Buna müqabil olaraq, əhl-i sünnətdən bəzi cahillər də, Müaviyə və Şeyxeyn (əbu Bəkr və Ömər)'in fəzilətləri ilə bağlı olaraq, bəzi hədislər uydurmuşlardır. Halbuki Allah Taala, Şeyxeyn'i bu kimi uydurmalara möhtac buraxmamış və onların dərəcələrini bundan çox daha uca qılmışdır." (Asqalani, "Lisanu'l-Mizan", l/13)

----------------------------------

• Doqquzuncu ölçü:

Heç bir tarixçi, nəql etdiyi hər mövzuda, sadəcə səhih rəvayətlərlə kifayətlənməmişdir və onlardan heç biri, nəql etdiyi hər şeyin, mübahisəsiz və tənqid edilə bilməyəcək bir tarixi həqiqət olduğunu iddia etməmişdir.

----------------------------------

• Onuncu ölçü:

Son olaraq, mühəqqiq (həqiqətləri incələyən və dəlillərilə bilən) alimlərin, tarixşünaslara tövsiyyələri bunlardan ibarətdir:

Tarixşünas bir nəfər, tarix kitablarında gördüyü bir məlumatla, ancaq bu hallarda kifayətlənə bilər:

~ Bir hədis hafizi tərəfindən, xəbərin sənədinin və ümumi halının açıqca təsbit edilməsi;

~ Siqa (güvənilən) birinin xəbəri, hədis hafizlərindən nəql etməsi

hallarında, bu məlumatla kifayətlənilə bilər.

Xülasə, tarix kitabları oxuyan şəxsin, son dərəcə ehtiyatlı və diqqətli olması lazımdır.

 

Read 30 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR