Qulun tövbəsindən dolayı Allahın sevinməsi (1)

6308 - Rəvayət edilir ki, Abdullah b. Məsud (radiyallahu anh), 2 rəvayət:

~ birini - Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən;

~ digərini də - özündən danışıb demişdir ki:

~ Mömin bəndə, öz günahlarına baxanda elə düşünür ki, sanki dağın ətəyində oturmuş və az qala, bu dağ, onun başına uçacaqdır;

~ Günahkar bəndə isə, öz günahlarını, sanki burnuna qonmuş bir milçək sanır (və elə güman edir ki, əli ilə) onu qovacaqdır.

Sonra o (Abdullah b. Məsud, Peyğəmbər sallallahu aleyhi və səlləm'in hədisini danışıb) dedi:

"Allah, Öz qulunun tövbəsinə:

• üstündə yemək-içməyi yüklənmiş dəvəsilə birgə təhlükəli bir yerdə dayanan; və

• başını yerə qoyub yatan;

• oyandıqda, dəvəsinin qaçdığını görən;

• özü də, bərk istiyə və susuzluğa məruz qaldıqdan sonra,

'Yerimə qayıdım.' deyib geri qayıdıb bir qədər də yatan; və

• nəhayət, oyanıb başını qaldırdıqda, dəvəsini yanında görən

kimsədən daha çox sevinir."

------------------------------------------

6309 - Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allah Taala, qulunun tövbəsinə, çöldə itirdiyi dəvəsini təsadüfən tapan bir adamın duyacağı sevincindən daha çox sevinir."

(İbn Həcər Asaqalani, "Fəthu'l-Bari bi şərhi Sahih əl-Buxari", 80-ci kitab: "Kitabu'd-Dəavat / Dualar kitabı", 4-cü bab: "Tövbə")

------------------------------------------

İzahı:

İmam Buxari, ("Dualar" kitabının) 2-ci və 3-cü bablarında, istiğfar; sonra bu 4-cü babda tövbə mövzusunu (bu) dua kitabının başında işləyərək,

duaların qəbulunun, günahlardan təmizlənmək xüsusunda daha möhtəməl olduğuna işarət etmək istəmişdir.

Əbu'l-Fərəc ibnu'l-Cevzi'nin:

"Allahı təsbihmi edək (yəni subhanallahmı deyək), yoxsa istiğfarmı edək (yəni əstəğfirullahmı deyək)?" sualına verdiyi: "Kirli paltara ətir vurmaqdansa, onu təmizləmək lazım gəlmirmi?" şəklindəki cavab, məsələni olduqca gözəl açıqlamaqdadır.

"İstiğfar": "Ğufran" kəliməsinin istifəl vəznindəki şəklidir. Kəlimənin kökü: "bir şeyi kirdən qoruyacaq örtü ilə örtmək" mənasına gələn "ğafr" kəliməsidir.

Hər şeyin kirlənməsi, özünə görədir. Allahın, qullarına olan ğufranı, "onları əzabdan qoruması"dır. Tövbə isə, qulun, bir şəkildə günahlardan uzaqlaşmasıdır.

İslami bir məfhum olaraq isə, tövbə: "günahları pis olduğu üçün tərk etmək; işlənən günahlardan peşman olmaq; bir daha günah işləməməyə niyyət etmək; haqsızlığı rədd etmək, ya da haqsızlıq edəndən qurtulmaq istəmək"dir.

Böyük alimlərdən biri, tövbəni, həqiqətən, ya da təqdirən, "keçmiş bir günahı Allah üçün tərk etməyi istəmək" deyə tərif etmiş və bu tərifin, ən yaxşı və ətrafını cami (cəm edən) tərif olduğunu bildirmişdir.

Şeyxlərimizdən biri, tövbə üçün, bu şərtlərin varlığından bəhs etmişdir. İnsanın:

1. Günah işlədiyi məkanı tərk etməsi;

2. Öləcəyini başa düşüncə tövbə etmiş olmaması;

3. Günəşin qərbdən doğmuş olmaması (yəni, qiyamət qoparkən tövbə etmiş olmaması);

4. Günahı təkrar işləməməsi. Əgər tövbə edilən günah təkrar işlənərsə, ilk tövbənin batil olduğu başa düşülür.

Mənə (Asqalani)'yə görə:

~ Birinci şərt (yəni, günah işlənən yeri tərk etmək), müstəhəbdir.

~ İkinci və üçüncü şərtlər isə, şəxsən mükəlləfiyyət ilə bağlıdır.

~ Dördüncü şərtə gəlincə, bu, Qadı əbu Bəkr əl-Baqillani'yə nisbət edilmişdir.

Halbuki, "İstiğfarın fəziləti" babında (yəni, Dualar kitabının 2-ci babında) işarət etdiyimiz üzərə, 20 bab sonra gələcək olan hədis, bu son şərtin qeyr-i məqbulluğunu ortaya qoymaqdadır.

Həlimi, əsmu'l-hüsna (Allahın gözəl isimləri) içərisində yer alan "Təvvab" kəliməsinin təfsirini verərkən, "Qul, hər nə vaxt ki, özünə ibadəti seçərsə və işlədiyi günahlardan peşman olarsa, onun əvvəlcədən etdiyi yaxşılıqları yox etməyib itaətkar qullarına verməyi vəd etdiyi nemətlərdən onu məhrum buraxmadan, quluna rəhmətilə qarşılıq verən" demişdir.

Xattabi də, Allahın "ət-Təvvab" isminə, "Qul, günah işləyib tövbə etdikcə, onun tövbələrini qəbul edən" izahını vermişdir.

------------------------------------------

"Mömin bəndə, öz günahlarına baxanda elə düşünür ki, sanki dağın ətəyində oturmuş və az qala, bu dağ, onun başına uçacaqdır

Günahkar bəndə isə, öz günahlarını, sanki burnuna qonmuş bir milçək sanır (və elə güman edir ki, əli ilə) onu qovacaqdır." ifadəsi, raviyə aiddir.

Muhibbuddin ət-Tabəri, bu qisimdəki bənzətmənin,

~ Allahdan və Onun cəzasından çox qorxan möminlərin bir sifəti olduğunu; çünki onların, günah işlədiklərini qəti olaraq bilməklə bərabər əfv ediləcəklərini tam olaraq bilə bilmədiklərini;

~ Günahkar kimsələrin isə, Allahı bilmədikləri üçün, Ondan qorxmadıqlarını və bu səbəblə də, günah işləməyi xəfifə aldıqlarını bildirmişdir.

İbn əbi Həmzə isə, günahkarın qəlbi qaraldığı üçün günah işləməyi əhəmiyyətsiz gördüyü; bu səbəblə, özünə nəsihət edildiyi vaxt, ciddi davranmadığını söyləmişdir.

Bununla bərabər, hədisin, günahdan qorxmayan və bunu xəfifə alan bir möminin, facir (günahkar) olaraq dəyərləndiriləcəyini göstərdiyinə işarət etmişdir.

Hədisdə:

~ mümkün şeylərlə nümunə verilməkdə;

~ nəfis mühasibəsinə təşviq edilməkdə;

~ iman nemətinin varlığına dəlalət edən işarətlərin diqqətə alınması tövsiyyə edilməkdə;

~ fücurun da, iman kimi qəlblə bağlı olduğu vurğulanmaqdadır.

Bununla bərabər, günah səbəbilə insanları təkfir etməyi doğru görməyən Əhl-i Sünnət üçün bir dəlil olan bu hədis, günah səbəbilə insanları təkfir edən xavaricin (xaricilərin) qənaətinin yalnışlığını da göstərməkdədir.

İbn Battal da, möminlərin, kiçik olsun, böyük olsun, bütün günahlar səbəbilə Allahdan qorxmaları gərəkdiyini; çünki Allah Taalanın, kiçik şeylər üçün belə əzab edə biləcəyini və Allahın, etdikləri səbəbilə, mühakimə edilməyəcəyini ifadə etmişdir.

----------------------

-----------------------

Əlavələr:

Qulun tövbəsindən dolayı Allahın sevinməsi (2):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qulun-tovb%C9%99sind%C9%99n-...

Qulun tövbəsindən dolayı Allahın sevinməsi (3):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qulun-tovb%C9%99sind%C9%99n-...

 

 

 

Read 22 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR