İsra surəsi 1-ci ayətin təfsiri

 

سُبْحَـٰنَ ٱلَّذِىٓ أَسْرَىٰ بِعَبْدِهِۦ لَيْلًا مِّنَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ إِلَى ٱلْمَسْجِدِ ٱلْأَقْصَا ٱلَّذِى بَـٰرَكْنَا حَوْلَهُۥ لِنُرِيَهُۥ مِنْ ءَايَـٰتِنَآ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ

"Dəlillərimizdən bəzisini Ona (Peyğəmbərə) göstərmək üçün, Öz qulunu, gecə vaxtı, Məscidu'l-Haram'dan, ətrafına xeyir-bərəkət verdiyimiz Məscidu'l-Aqsaya aparan Allah, hər cür nöqsandan münəzzəhdir. Şübhəsiz ki, O, Eşidəndir, Görəndir."

----------------------------------------

Təfsiri:

Ayətlə bağlı bir neçə məsələ vardır:

✓ Birinci məsələ: Sübhan və Təsbih kəlimələri

"Nəzm" kitabının müəllifi, belə deyir:

"Subh, ərəb dilində, 'uzaqlıq' mənasındadır. Buna:

إِنَّ لَكَ فِى ٱلنَّهَارِ سَبْحًا طَوِيلًا

İnnə ləkə fi'n-nəhəri səbhən tavilən.

"Şübhəsiz ki, gündüz, sənin üçün uzun-uzadı işlər vardır." (Müzzəmmil/7) ayəti dəlalət edir.

O halda, "Səbbəhəllahu taala / Allah Taalanı təsbih etdi." ifadəsi, "O, Allahı, Ona yaraşmayan şeylərdən uzaqlaşdırdı, tənzih etdi." deməkdir.

"Təsbih" ləfzi ilə bağlı əqli izahları, Hədid surəsinin başında verdik. Bu ləfz, fərqli bəzi mənalara da gəlməkdədir:

1. "Namaz" mənasına...

Haqq Taala'nın,

فَلَوْلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلْمُسَبِّحِينَ

Fələvlə ənnəhu kənə minə'l-musəbbihin.

"Əgər o, çox təsbih edənlərdən olmasa idi." (Saffat/143) ayəti, bu mənadadır.

"Subhə" kəliməsi, nafilə namaz mənasına gəlir. Namaz qılana da, "musəbbih / təsbih edən" deyilmişdir. Çünki namaz qılan, namazı ilə Allaha ehtiram göstərmiş və Onu, Ona yaraşmayan şeylərdən tənzih etmişdir.

2. Quranın,

قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ

Qalə əvsətuhum: Ə ləm əqul ləkum ləvlə tusəbbihun?"

"Onların ən insaflısı dedi: 'Məgər mən, sizə Allahı təsbih etməlisiniz deməmişdimmi?” (Qələm/28) ayətində, "təsbih", "istisna" (inşallah demək) mənasında istifadə edilmişdir. Yəni, "İnşallah deməli deyilmiydiniz?" deməkdir. Bunun izahı da, "inşallah" deyərək Allahı təzimə söykənir.

3. Hədisdə,

Ləəhraqət subuhətin vəchihi mə ədrakət min şəyin.

"Onun üzünün subuhatı, çatdığı hər şeyi yandırardı." deyə varid olmuşdur. Bunun mənasının, "Allahın üzünün nurları" olduğu söylənildiyi kimi; onu biri gördüyündə, "subhanallah" deyəcəyi "üzünün parlaqlığı" mənasına gəldiyi də söylənilmişdir.

-------------------------------------------

"Əsra" kəliməsi

Haqq Taala, "əsra / gecə apardı" buyurmuşdur. Dilçi alimlər, həm "əsra", həm də "səra" felinin eyni mənaya gəldiyini söyləmişlərdir.

Ayətdə, "biabdihi / qulunu" buyurulmuşdur. Müfəssirlər, bununla (yəni qul kəliməsilə), Muhamməd (sallallahu aleyhi və səlləm)'in qəsd edildiyi xüsusunda ittifaq etmişlərdir.

Atam imam (alim) Ömər b. Huseyn (rahmətullahi aleyh)'in belə dediyini eşitmişdim:

"Şeyx imam əbu'l-Qasim Süleyman əl-Ənsari'nin belə dediyini eşitdim:

'Muhamməd (sallallahu aleyhi və səlləm), Miracda ən yüksək pilləyə çatınca, Allah Taala, ona:

'Ey Muhamməd! Səni nə ilə şərəfləndirim?' deyə vəhy edincə, O:

'Ey Rəbbim! Məni, Özünə qul olmağa nisbət edərək (yəni qulun olduğumu söyləyərək).' deyə buyurdu. Allah Taala da, bunun üzərinə, bu ayətini endirdi."

Ayətdəki "ləylən / bir gecə" kəliməsi, zərf olaraq mənsubdur (təsirlik haldadır). Buna görə, əgər:

"İsra, zatən gecə seyri deməkdir. Bundan dolayı, 'leylən' deməklə, ayrıca bir gecə deyilməsinin hikməti nədir?" deyə soruşularsa, belə cavab verərik:

Bu kəlimənin nəkirə (qeyr-i müəyyən bir nəsnəyə işarət edən isim) olaraq gətirilməsilə, bu isranın (gecə seyrinin) müddətinin qısa olduğu; və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, gecənin bir parçasında, normalda 40 gecəlik yol olan Məkkədən Şama aparıldığını qəsd etmişdir. Bu, belədir. Çünki bu kəliməni nəkrə olaraq gətirmək, qismilik (bir qism) mənasına dəlalət etmişdir.

--------------------------------------

İsra'nın vaxtı

Alimlər, ayətdəki bu gecənin hansı gecə olduğu xüsusunda ixtilaf etmişlərdir:

~ Muqatil, o gecənin, hicrətdən 1 il əvvəlki bir gecə olduğunu söyləmişdir.

~ Kəşşaf sahibi (Zəmaxşəri) isə, Ənəs və Huseyn (radiyallahu anh)'dan, bunun, Peyğəmbərin, peyğəmbər olmasından əvvəl olduğunu nəql etmişdir.

Ayətdə, "مِّنَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ / Məscidu'l-Haram'dan" buyurulmuşdur.

Alimlər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in götürüldüyü yerin hara olduğu xüsusunda ixtilaf etmişlərdir. Bu cümlədən olaraq, bu yerin, şəxsən Məscidu'l-Haram olduğu söylənilmişdir ki, bu, ayətin ləfzinin zahirinin də ifadə etdiyi şeydir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Mən, bir gecə, Məscidu'l-Haramdan Beytullahda Hicr (Hatim)'in yanında, yuxu ilə oyaqlıq arasında ikən, Cəbrail, Buraq ilə gəldi." (Muslim, İman/264) buyurmuşdur.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Miraca, əbu Talibin qızı ümmü Hani'nin evindən götürülüb aparıldığı da söylənilmişdir. Bu görüşə görə, ayətdəki "Məscidu'l-Haram" ifadəsilə, Məscidi əhatə etdiyi üçün, bütün Haram bölgəsi qəsd edilmişdir. İbn Abbasdan da, "Haramın bütünü, Məscidu'l-Haramdır." deyə bir rəvayət gəlmişdir. Bu, əksər alimlərin görüşüdür.

------------------------------------------------

Məscidu'l-Aqsa

Alimlər, Məscidu'l-Aqsa'dan, Beytu'l-Maqdis'in qəsd edildiyi xüsusunda ittifaq etmişlərdir. Məscidu'l-Aqsa ilə, Məscidu'l-Haram arasındakı məsafə çox uzaq olduğu üçün, Məscidu'l-Aqsa'ya, Məscidu'l-Aqsa (ən uzaq məscid) deyilmişdir.

Haqq Taala, "ٱلَّذِى بَـٰرَكْنَا حَوْلَهُۥ / Ətrafına xeyir-bərəkət verdiyimiz" buyurmuşdur. Bu bərəkət:

~ meyvə və çiçək vermə ilə təfsir edildiyi kimi;

~ oranın, Peyğəmbər mənzili, mələklərin eniş yeri olması səbəbilə olduğu da söylənilmişdir.

Bil ki, ayətdəki "ila /a,ə ədatı", məsafənin sonunu bildirməkdədir. Buna görə, məqsəd, yəni ayətdəki "إِلَى ٱلْمَسْجِدِ ٱلْأَقْصَا / Məscidu'l-Aqsa'ya" ifadəsi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bu məscidə qədər çatdığına dəlalət edir. Ancaq, o məscidə girib-girməməsi xüsusuna dair isə, ayətin ləfzində hər hansı bir dəlalət yoxdur.

Haqq Taala, "لِنُرِيَهُۥ مِنْ ءَايَـٰتِنَآ ۚ / Ona, ayətlərimizdən bəzisini göstərək deyə" buyurmuşdur. Yəni, "O gecədə, Allahın qüdrətinə dəlalət edən möcüzələri və diqqətə layiq hadisələri Ona göstərək deyə" deməkdir.

---------------------------------------

İbrahim ilə Muhammədin miracları

İndi, ayətdəki,

"O (peyğəmbər)'ə ayətlərimizdən bəzisini göstərək deyə..." ifadəsi, Allah Taala'nın, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə o möcüzələrin və diqqətə layiq şeylərin bir qismini göstərdiyinə dəlalət edir. Çünki, 'min əyətinə / ayətlərimizdən' kəliməsindəki 'min / dan,dən' ədatı, 'bəzi' mənasına gəlir. Halbuki Haqq Taala, İbrahim (əleyhissəlam) haqqında:

'Biz, İbrahimə, göylərin və yerin mələkutunu göstərirdik.' (Ənam/75) buyurmuşdur.

Dolayısı ilə, (belə olduğu halda), İbrahimin miracının, Muhamməd (sallallahu aleyhi və səlləm)'in miracından üstün olması lazım gəlir..." deyilərsə, belə deyərik:

İbrahim (əleyhissəlam)'ın görüb müşahidə etdiyi, göylərin və yerin mələkutudur (haşiyə). Muhamməd (sallallahu aleyhi və səlləm)'in gördüyü şey isə, Allahın ayətlərinin bir qismidir. Allahın ayətlərinin daha üstün olduğunda isə, şübhə yoxdur.

-----------------------------------

(Haşiyə:

Mələkut nədir?

https://suallarlaislam.com/.../m%C9%99l%C9%99kut-al%C9...

-----------------------------------

Daha sonra, Haqq Taala,

إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ

"Şübhəsiz O, eşidəndir, görəndir." buyurmuşdur.

Bu, "Qulunu gecə aparan O Zat, Muhamməd (sallallahu aleyhi və səlləm)'in sözlərini haqqı ilə eşidən, etdiklərini haqqı ilə görən; o fel və sözlərinin riyadan uzaq, təmiz, doğruluq və saflıqla iç-içə olduğunu, haqqı ilə biləndir. Bax bundan ötürü, belə bir ehsanı, ancaq Ona vermişdir."

Bu ifadə ilə, "Allah, mirac xüsusunda, müşriklərin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə dediklərini eşidən, Ona qarşı etdiklərini görəndir." mənası da verilmişdir.

------------------------------------

✓ İkinci məsələ: Miracın keyfiyyəti

Bu isra hadisəsinin necə olduğu xüsusunda, ixtilaf edilmişdir:

~ Müsəlmanların əksəriyyəti, Haqq Taalanın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in şəxsən bədənini (ruhu ilə bərabər) götürüb apardığı xüsusunda, ittifaq etmişlərdir.

~ Çox azı isə, "Allah, onu, sadəcə ruhən götürüb apardı." deyilmişdir.

Muhamməd b. Cərir ət-Tabəri'nin təfsirində, Huzeyfə (radiyallahu anh)'ın:

"Bu hadisə, bir yuxu idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bədəni isə, yerindən tərpənməmişdi. Allah, onu, sadəcə ruhən götürüb aparmışdı." dediyi rəvayət edilmişdir. Bu söz, həm Aişə (radiyallahu anha)'dan, həm də Müaviyə (radiyallahu anh)'dan eynilə rəvayət edilmişdir.

Bil ki, bu mövzuda söylənə biləcək söz, bu 2 məqama çatıb dayanır:

1. Miracın, əqlən isbat edilməsi;

2. Bunun, felən vaqe olması.

------------------------------------

1. Mirac, əqlən mümkündür!

• Birinci məqama gəlincə: Bu, miracın baş verə biləcəyinin, əqlən isbat edilməsidir.

Biz deyirik ki:

Sürətdə bu mərhələyə varmış olan bir hərəkət, bizatihi (zatı etibarı ilə) mümkündür. Allah Taala da, bütün mümkinata (mümkün olan şeylərə) qadirdir. O halda, bu, bu nöqtəyə çatmış olan bu şəkildəki sürətli bir hərəkətin, imkansız olmadığına dəlalət edər.

Bundan dolayı, biz, burda da, bu 2 müqəddiməni bəyan etmək ehtiyacı hiss edirik. (Belə ki):

~ Birinci müqəddimə: Bu nöqtəyə çatmış olan bir hərəkətin, hədd-i zatında mümkün olduğunun isbat edilməsindən ibarət olan bu müqəddimənin dəlilləri, bunlardır:

a. Ən böyük fələk, gecənin başından sonuna qədər, dairəsinin tamamının yarısı qədər hərəkət edir. Mühəndislikdə, belə bir qayda sabitdir, vardır:

Çapın (diametrin), öz dairəsinə nisbəti, 1-in 3-ə və 7-yə nisbəti kimidir. O halda, yarım diametrin, öz dairəsinin yarısına nisbətinin də 1-in 3-ə və 7-yə nisbəti kimi olması lazımdır.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Məkkədən, ən böyük fələyin üzərinə çıxdığının söylənməsi halında, O, sadəcə yarım diametr miqdarınca hərəkət etmiş olur. Bu qədər zaman içində, dairənin yarısının hərəkəti reallaşınca, yarım diametr qədər hərəkətin reallaşması, əvləviyyətlə mümkün bir şey olur.

Bundan dolayı, bu, gecənin 1/3-i miqdarında, Məkkədən ərşin üzərinə çıxmağın, əslində mümkün bir şey olduğuna dair, qəti əqli bir dəlildir. Hal belə olunca da, bu yüksəlmə işinin, bütün bir gecədə reallaşması, əvləviyyətlə mümkün olur. Allah, ən doğrusunu biləndir.

b. Yenə mühəndislikdə, belə bir qayda daha vardır:

Günəşin kütləsi, yer kürəsindən 160 dəfə böyükdür (indiki hesablara görə, bu say, 333.400 dəfədir). Sonra biz, buna baxmayaraq, günəş yuvarlağının doğmasının, fərq edilə bilməyəcək bir zaman içində gerçəkləşdiyini görməkdəyik. Bax bu da, hərəkətin, bu qədər bir sürətə çata bilməsinin, hədd-i zatında mümkün olan bir şey olduğuna dəlalət edər.

3. Qatı cisimlərin, aləmin (dünyanın) mərkəzindən, ərşin üzərinə çıxmaları əqlən mümkün olduğu kimi; lətif, ruhani maddələrin də, ərşin üzərindən, aləmin mərkəzinə doğru enmələri də, mümkündür.

Bundan dolayı, əgər Muhamməd (sallallahu aleyhi və səlləm)'in, bir gecədə, miracda olmasının əqlən imkansız olduğu söyləniləcək olarsa, o vaxt, Cəbrail (əleyhissəlam)'ın da, bir anda, ərşdən Məkkəyə endiyinin söylənilməsi də, imkansız olar. Əgər biz, bunun imkansız olduğunu söyləsək, o vaxt, bu, bütün peyğəmbərlərin peyğəmbərliklərini tən etmək olmuş olar.

Miracın reallaşdığını söyləmək, nübüvvət (peyğəmbərlik) məsələsinin qəbul edilməsinə söykənməkdə olan bir məsələdir. Beləcə, bu qədər bir sürətə çatmış olan bir hərəkətin imkansız olduğunu söyləyənlərin, Cəbrailin, bir anda, ərşdən Məkkəyə enməsinin imkansız olduğunu söyləmələrini gərəkdirdiyi sabit olmuş olur. Bu, deyilə bilməyəcəyinə görə, onların iləri sürdükləri şey də söylənə bilməz.

İndi, əgər onlar,

"Biz, Cəbrailin, bir yerdən digər bir yerə intiqal edən (keçən) bir cisim olduğunu söyləmirik. Biz, Cəbrailin enişindən qəsd edilənin, Muhamməd (sallallahu aleyhi və səlləm)'in ruhundan maddi pərdələrin qaldırılması; beləcə də, Cəbrailin zatında təcəlli edən mövcud şeylərin bir qisminin, Onun ruhunda meydana gələn mükaşəfə və müşahidələr olduğunu deyirik." deyərlərsə, belə cavab verərik:

Vəhyi bu şəkildə başa düşmək, filosofların görüşüdür.

Müsəlmanların əksəriyyətinə gəlincə, onlar, Cəbrailin, cisim olduğunu; Onun nüzulunun (enişinin), fələklər aləmindən Məkkəyə intiqal etməsindən ibarət olduğunu qəbul edirlər. Hal belə olunca da, zikr edilən ilzam (susdurmaq), güclü və qüvvətli olur.

Rəvayət olunduğuna görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), mirac hadisəsindən bəhs edincə, hər kəs Onu yalanlayır və əbu Bəkr'in yanına gələrək, ona:

"Sənin dostun, belə, belə deyir." deyirlər.

Bunun üzərinə, əbu Bəkr:

"Əgər O, bunu demişdirsə, mütləq doğrudur." deyir.

Daha sonra da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəlir. Peyğəmbər də, ona, məsələni təfsilatlı bir şəkildə danışır. Bu məsələ ilə bağlı olaraq, Peyğəmbər (sallallahu aleyhi və səlləm), hər nə buyurursa, əbu Bəkr, "Doğru söylədin." deyərək, Onu təsdiq edir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), (miracla bağlı olaraq) sözünü tamamlayınca, əbu Bəkr:

"Mən, Sənin, həqiqətən Allahın rəsulu olduğuna şəhadət edirəm." deyir.

Bunun üzərinə, Peyğəmbər də, ona:

"Mən də, sənin, həqiqətən siddiq olduğuna şəhadət edirəm." deyə buyurur.

Xülasə:

Əbu Bəkr (radiyallahu anh), belə demək istəmişdir:

"Mən, Onun peyğəmbər olduğunu qəbul etdiyimdə, Onu, bundan (yəni Miracdan) daha böyük bir şey xüsusunda təsdiq etmiş oldum. O halda, mən, Onu, bu (mirac) xüsusunda necə yalanlaya bilərəm?!"

4. Bütün inanc və din mənsublarının əksəriyyəti,

~ İblis'in mövcudluğunu;

~ Adəm oğullarının qəlbinə vəsvəsə ilqa etdiyi (buraxdığı)'nın o olduğunu; və

~ Onun, Adəm oğullarının qəlbinə vəsvəsə vermək üçün, bir anda, şərqdən qərbə keçə biləcəyini

qəbul edirlər.

Bundan dolayı, onlar, iblis haqqında bu qədər sürətli bir hərəkətin ola biləcəyini qəbul etdiklərinə görə, onların, eyni şeyi, Peyğəmbərlərin böyükləri haqqında da qəbul etmələri əvləviyyətlə lazım gəlir.

Bax bu ilzam, iblisin, bir yerdən digər bir yerə keçə bilən (lətif) bir cism olduğunu qəbul edənlərə qarşı, güclü bir ilzamdır.

Ancaq iblisin, pis, şərir (şərli) ruhlardan olduğunu, onun, nə cisim, nə də maddi bir xüsusiyyət daşımadığını söyləyənlərə gəlincə, bu ilzam, onlara maraqlı deyil.

Ancaq nə var ki, din mənsublarının əksəriyyəti, iblisin, bir yerdən digər bir yerə keçə bilən lətif bir cisim olduğu xüsusunda, bir-birinə müvafiqdirlər.

Buna görə, əgər onlar,

"Yaxşı, fərz edək ki, mələklər və şeytanlar, lətif cisimlər olduqları üçün, onlar haqqında belə bir hərəkətin gerçkləşməsi, doğrudur. Bu cür hərəkətin, onların zatlarında mövcud olması, imkansız deyildir. Ancaq insana gəlincə, bu (yəni insan), qatı bir cisimdir. Bundan dolayı, belə bir hərəkətin reallaşması, insan üçün necə düşünülə bilər?" deyərlərsə, belə deyərik:

Biz, ancaq, sürət etibarı ilə bu nöqtəyə çatmış olan bir hərəkətin reallaşmasının, hədd-i zatında mümkün olduğuna, mələklərin və şeytanların halları ilə istidlal etdik.

Ancaq bu hərəkətin, hədd-i zatında mümkün olması halında, onun insan bədənində də gerçkləşməsinin mümkün olmasının izahına gəlincə, bax bu, əgər Allah izn verərsə, izahı, yaxında veriləcək olan başqa bir mövzudur.

5. Quranda, küləklərin, Süleyman (əleyhissəlam)'ı, qısa bir müddət içində uzaq diyarlara apardığı zikr edilməkdədir. Necə ki, Haqq Taala, Süleymanın (bu) hərəkəti haqqında, Quranda belə buyurur:

وَلِسُلَيْمَـٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌ ۖ ...

"Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra yenə bir aylıq məsafəni qət edən küləyi də, Süleymana ram etdik..." (Səbə/12)

Yəni, bu ayətə görə, Süleyman (əleyhissəlam), bir gündə, 2 aylıq bir məsafə qət edirdi.

Hətta biz deyirik ki, çox şiddətli əsən küləklərin, bir anda, bir yerdən çox uzaq olan başqa bir yerə gedə bildiklərini, hislərimiz də göstərməkdədir. Ki, bu da, belə sürətli bir hərəkətin, hədd-i zatında mümkün olduğuna dəlalət edir.

6. Quran, qatında kitabdan elmi olan bir kimsənin (Asaf b. Bərxiya'nın), Bəlqis (Səbə kraliçası)'nın taxtını, Yəmənin ən uc nöqtəsindən, Şam diyarının ən uc nöqtəsinə, göz açıb bağlamaq müddəti içində gətirdiyinə dəlalət etməkdədir. Bunun dəlili, Haaq Taalanın:

قَالَ ٱلَّذِى عِندَهُۥ عِلْمٌ مِّنَ ٱلْكِتَـٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُك...

"Kitabdan xəbəri olan bir başqa kimsə isə, belə dedi: 'Mən onu sənə bir göz qırpımında gətirərəm!” (Nəml/40) ifadəsidir.

Bu, bəzi şəxslər üçün belə mümkün olunca, biz, bunun, əsasən mümkün bir şey olduğunu başa düşmüş oluruq.

7. Bəzi kimsələr, belə deməkdədirlər:

Canlılar, görüləcək şeyləri, ancaq, işıq şüalarının onun 2 gözündən çıxıb görüləcək şeylə birləşdiyində görürlər. Bundan dolayı, biz, gözümüzü açıb bir adama baxdığımızda, onu görürük. Bu görüşə görə, bizim gözlərimizdən çıxan şüalar, çox qısa bir anda, o adama çatmış və onun üzərinə düşmüş olur.

Bax bu da, belə bir sürət həddinə çatmış olan hərəkətin, imkansız olan şeylər cümləsindən deyil, mümkün olduğuna dəlalət edir.

Beləcə, verdiyimiz bu izahlarla, sürət cəhətindən bu nöqtəyə çatmış olan belə bir hərəkətin, əsasən var olması mümkün olan bir şey olduğu sabit olmuş olur.

-----------------------------------------

~ İkinci müqəddimə: Belə bir hərəkət, hədd-i zatında mümkün olunca, onun, Muhamməd (sallallahu aleyhi və səlləm)'in bədənində gerçəkləşməsinin də imkansız olmaması gərəkdiyini bəyan xüsusundadır.

Bunun dəlili, budur:

Biz, cisimlərin, mahiyyətlərinin tamamı xüsusunda, bir-birilərinə bərabər olduqlarını qəti dəlillərlə bəyan etmişdik. Bundan dolayı, belə bir hərəkət, bəzi cisimlərdə gerçəkləşincə; onun, digər cisimlərdə də gerçəkləşməsinin mümkün olması lazım gəlir ki, bu da, belə bir hərəkətin, Muhamməd (sallallahu aleyhi və səlləm)'in bədəni üçün gerçəkləşməsinin, əsasən mümkün bir şey olduğuna qətiliklə hökm etməyi gərəkdirir.

Bunun belə olduğu sabit olunca, biz deyirik ki:

Aləmin Yaradıcısının, bütün mümkinata qadir olduğu, dəlil ilə sabitdir. Belə bir sürət həddinə çatmış olan bir hərəkətin, Muhamməd (sallallahu aleyhi və səlləm)'in bədəni üçün də gerçəkləşməsinin mümkün olduğu da sabitdir. Bundan dolayı, Allah Taala'nın, buna (bu şey mümkün olduğu üçün) qadir olması lazım gəlir. Bu halda da, bu müqəddimələrin hamısında, mirac hadisəsinin felən gerçəkləşməsinin, hədd-i zatında mümkün bir şey olduğu nəticəsi əldə edilir.

Bu mövzuda söylənə biləcək son söz, budur:

Burda, geriyə, sadəcə bu hadisəyə heyranlıq duymaq və təəccüb etmək qalır. Ancaq nə var ki, bu heyrət də, sadəcə bura (yəni bu mirac hadisəsinə) xas deyildir. Tam əksinə, bu, bütün möcüzələr üçün də bəhs mövzusudur.

Bundan dolayı,

~ bir əsanın, 70.000 əsanı və ipi udduğunu, sonra da, o anda, əvvəlki kimi kiçik bir əsa halına çevriləcək bir əjdəha olması da, heyrət verici bir haldır (Şüəra/45);

~ yenə, böyük bir dağdan böyük bir dəvənin çıxması (Hud/64);

~ böyük bir dağın (Sina dağının), havada sanki bir çətir kimi tutulması da, heyrət verici bir haldır (Bəqərə/63).

Yenə, bütün möcüzələr haqqında, eyni hal bəhs mövzusudur.

Bundan dolayı, sadəcə bir heyrət, bütün bunları inkar etməyi və qəbul etməməyi gərəkdirirsə; o vaxt, möcüzələrin isbatı ilə bağlı bütün görüşlərin, sözlərin, hökmlərin, fasid, əsli-əsası olmadığına qəti hökm etmək lazımdır. Halbuki möcüzələrin isbatı və qəbul edilməsi, nübüvvət əsasının qəbul edilməsinin nəticəsi olaraq fəri (təfərrüata dair) bir xüsusdur.

Yox əgər, sırf bir təəccüb inkar etməyi gərəkdirmirsə, bax burda da gərəkdirməz.

Miracın, imkansız bir şey deyil; mümkün olduğunu söyləməyin izahı xüsusundakı sözün tamamı, bundan ibarətdir. Allah, ən doğrusunu bilir...

--------------------------------------

Miracın vaqe olması:

✓ İkinci məqam: Miracın, baş verib-baş verməməsini incələməklə bağlıdır.

Mühəqqiq alimlər, belə demişlərdir:

"Haqq Taalanın, gecə, Muhamməd (sallallahu aleyhi və səlləm)'i, həm ruhu, həm bədəni ilə, Məkkədən Məscidu'l-Aqsa'ya apardığına, həm Quran, həm də hədislər dəlalət etməkdədir."

Miracın ruhani olduğu görüşü:

Buna dəlalət edən Quran ayəti, budur. Bu dəlili, bu şəkildə izah edə bilərik:

"Abd" (qul): bədən ilə ruhun cəminin adıdır. Bundan dolayı, bu gecə aparma işinin, bədən və ruh cəmindən ibarət olan bir qul üçün gerçəkləşməsi lazımdır.

Bil ki, bu istidlal, insanın:

~ sadəcə ruhmu;

~ yoxsa sadəcə bədənmi;

~ yoxsa həm ruh, həm bədənmi

olduğu məsələsinə söykənir.

İnsanın, sadəcə ruh olduğunu söyləyənlər, bu xüsusda, bu izahları vermişlərdir:

1. İnsan, ömrünün başından sonuna qədər davam edən tək bir şeydir. Halbuki bədənin cüzləri, hər zaman dəyişmə, təbəddül və intiqal (keçid) içindədir. O halda, insan, bu bədəndən başqa bir şeydir.

2. İnsan, bəzən, öz bədəninin bütün parçalarının fərqində olmasa belə, özünü bilir. O halda, insan, bu bədəndən başqa bir şeydir.

3. İnsan, normal fitrəti gərəyi, "əlim, ayağım, beynim və qəlbim..." deyir. Digər orqanları üçün də, hal eynidir. Beləcə, o, bütün bunları özünə izafə edir. Halbuki mudaf, mudafun ileyh'dən (haşiyə) başqadır. O halda, insanın xüsusi zatının, bütün bu üzvlərdən başqa bir şey olması lazım gəlir.

------------------------------------------------------------------------

(Haşiyə:

Mudaf və Mudafun ileyh:

İsimlərin yiyəlik hal vasitəsilə bir-birinə birləşməsinə, "izafə" (təyini söz birləşməsi) deyilir. Azərbaycan dilində isə, bu söz birləşməsi, "sahib-mənsub söz birləşməsi" adlanır. Məsələn, "insanın əli".

~ Birinci tərəf (insanın), yiyəlik hal şəkilçisi (ın, in, un, ün) qəbul edir, sahib tərəf adlanır, şəxs və ya əşya üzərində sahibliyi, mənsubluğu, onun kimə, yaxud nəyə aid olmasını bildirir.

~ İkinci tərəf olan "əli" isə, mənsubiyyət şəkilçisi (ı, i, u, ü) qəbul edir, mənsub tərəf adlanır və birləşdiyi sözə mənsub və yaxud aid olmanı ifadə edir.

Azərbaycan dilindən fərqli olaraq, ərəb dilində, mənsub tərəf, əvvəl; sahib tərəf isə, sonra gəlir. Mənsub tərəf - "mudaf"; sahib tərəf isə - "mudafun ileyh" adlanır və belə söz birləşməsi, "izafə" adlanır.

-----------------------------------------------------------------------

Buna görə, əgər onlar,

"O, zatını da özünə izafə edərək, 'Mənim zatım, mənim nəfsim!' demirmi? Bundan dolayı, sizə, onun özünün, zatından başqa olduğunu söyləməyiniz lazımdır. Halbuki, bu da, imkansızdır." deyərlərsə, buna belə cavab verərik:

Biz, sırf ləfzə söykənmirik ki, bu söylədiyiniz şey, bizə lazım gəlsin. Tam əksinə, biz, ancaq, sırf əqlə söykənirik. Çünki ağlın sarih/açıq dəlili, insanın tək varlıq olduğuna dəlalət edir. Bu tək şey, əlilə alır, gözü ilə görür və qulağı vasitəsilə eşidir. Bundan dolayı, insan, tək şeydir. Bu üzvlər (orqanlar), onun bu felləri etməsi üçün var olan alətləridir, vasitələridir. Bax bu, insanın, bu üzv və vasitələrdən başqa bir şey olduğuna dəlalət edir. Beləcə, bu izahlarla, insanın, bu bədəndən başqa bir şey olduğu sabit olmuş olur.

Bu sabit olunca da, biz deyirik ki:

Ayətdəki "abd/qul" kəliməsilə, ruh cövhəri qəsd edilmişdir. Belə olması halında, ayətdə, "isra"nın bədən ilə olduğuna dair bir dəlalət qalmaz.

İndi, əgər onlar, "isranın, ruhilə edilməsi, qeyr-i adi bir şey deyildir. Bundan dolayı, bu xüsusda, سُبْحَـٰنَ ٱلَّذِىٓ أَسْرَىٰ بِعَبْدِهِۦ / Münəzzəhdir, qulunu bir gecə aparan" deyilməsi, uyğun düşməz." deyərlərsə, biz, buna belə cavab verərik:

Bu da ağıldan uzaq bir şeydir. Çünki başqasının ruhu üçün gerçəkləşməyən fərqli mükaşifə və müşahidələrin, onun ruhu üçün gerçəkləşmiş olduğunun söylənilməsi, ağıldan uzaq bir şey olmaz. Beləcə də, çox yerində olaraq, bu söz, bura uyğun olar. Miracın, həm ruh, həm də bədən ilə edildiyini isbat xüsusunda, bu ayətlə edilən istidlalın əleyhinə olaraq iləri sürülən sualın izahı, bax bundan ibarətdir.

Məzkur (yuxarıda zikr edilən) iddiaya cavab

Buna, bu şəkildə cavab verə bilərik:

"Abd/qul" ləfzi, ancaq həm ruh, həm də bədəni ehtiva edən bir ləfzdir. Bunun dəlili, Haqq Taalanın,

أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ • عَبْدًا إِذَا صَلَّىٰٓ

"Ə raəytə əlləzi yənhə? Abdən izə sallə."

"Gördünmü o kəsi ki, mane olur, bir qula namaz qıldığı zaman?" (Ələq/9-10) ayətidir.

Bu ayətdə keçən "abd" sözü ilə, həm ruh, həm də bədənin murad edilmiş olduğunda bir şübhə yoxdur.

Yenə Haqq Taala, Cin surəsi 19-cu ayətdə,

وَأَنَّهُۥ لَمَّا قَامَ عَبْدُ ٱللَّهِ يَدْعُوهُ كَادُوا۟ يَكُونُونَ عَلَيْهِ لِبَدًا

"Allahın qulu qalxıb Allaha ibadət etdiyində, cinlər, az qala, onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar."

buyurmuşdur ki, burdakı "abd" kəliməsilə də, həm ruh, həm də bədən qəsd edilmişdir. Bax bu ayətdə (İsra/1 də) də belədir.

Bunun xəbərdən dəlili isə, səhih hədis kitablarında rəvayət edilən bu hədisdir ki, bu hədis, məşhur bir hədisdir. Bu hədis, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Məkkə'dən Beytu'l-Maqdis'ə, ordan da göylərə aparıldığına dəlalət edər.

Bu hədisi qəbul etməyənlər, bu şəkildə istidlal etmişlərdir:

1. Əqli izahlarla.

Onların vermiş olduğu əqli izahlar da, 3-dür:

a. Belə bir sürət həddinə çatmış olan bir hərəkət düşünülə bilməz.

b. Ağır bir kütlənin göylərə yüksəlməsi, məqul (əqlə uyğun) deyildir.

c. Onun göylərə yüksəlməsi, fələklərin cırılmasını gərəkdirir. Halbuki bu, imkansızdır.

 

2. Əgər bu, doğru olsaydı, bu, digər möcüzələrin ən böyüyü olardı. Bu halda da, insanlar, Peyğəmbərin, nübüvvət iddiasında doğru söylədiyinə istidlal edə bilsinlər deyə, Peyğəmbərin, bunu, xalqın qarşısında ortaya qoyması lazım gələrdi. Ancaq bunun, heç kimsənin görüb müşahidə etmədiyi bir zamanda reallaşmasına gəlincə, bu, əbəsdir. Bu isə, Hakim (hikmətli) olan Allaha yaraşmaz.

 

3. Onlar, Haqq Taalanın,

...وَمَا جَعَلْنَا ٱلرُّءْيَا ٱلَّتِىٓ أَرَيْنَـٰكَ إِلَّا فِتْنَةً لِّلنَّاسِ...

"...(Gecə) Sənə göstərdiyimiz o mənzərəni, insanlara ancaq bir fitnə qıldıq..." (İsra/60) ifadəsinə istinad edərək, belə demişlərdir:

Bu yuxudan məqsəd, mirac hadisəsidir. Halbuki bu, insanlar üçün bir fitnə olmuşdur. Çünki Muhamməd (sallallahu aleyhi və səlləm)'ə inanan kimsələrin əksəriyyəti, Onun bu sözünü eşidincə, Onu yalanlamış və qəbul etməmişdir.

Bundan dolayı, Mirac sözü, insanların fitnəyə düşməsinə səbəb olmuşdur. Beləcə, bunun, Muhamməd (sallallahu aleyhi və səlləm)'in yuxuda gördüyü bir şey olduğu sabit olmuş olur.

4. Mirac hadisəsi, bir çox (ağıl almaz) uzaq şeyləri ehtiva etməkdədir. Məsələn:

~ Onun qarnının yarılıb, zəmzəm suyu ilə təmizlənməsinə dair rəvayət edilən şey, bunlardan biridir. Bu, ağıl almaz bir şeydir. Çünki su ilə yuyula bilən şey, maddi olan pisliklərdir. Bunun, batil inanc və pis şeylərə dair qəlbdə mövcud olanları təmizləmədə bir təsiri yoxdur.

~ Onun "buraq"a mindiyinə dair rəvayət də, bu cür şeylərdəndir. Bu da, ağıldan uzaqdır. Çünki Allah Taala, onu, bu aləmdən fələklər aləminə hərəkət etdirdiyinə görə, Buraq'a niyə ehtiyac duyulmalıdır ki?!

~ Haqq Taala'nın, 50 vaxt namazı fərz qıldığı; sonra da Muhamməd (sallallahu aleyhi və səlləm)'in, Musa (əleyhissəlam)'ın şəfaəti səbəbilə, o 50 vaxtın 5 vaxta endirilincəyə qədər Allah ilə Musa arasında gedib-gəldiyinə dair rəvayət də, bu qəbildəndir.

Qadi:

"Bu, (hər hansı bir) hökmün, daha tətbiq edilmədən əvvəl nəsx edilmiş olmasını (qaldırılmasını) gərəkdirir və yenə bu, bəda (hökmün, Allaha əvvəl gizli qalıb, sonradan ortaya çıxmasını) gərəkdirir. Halbuki bu, Allah haqqında düşünülə bilməz." deməkdədir.

Beləcə, bu hədisin, qəbul edilməsi uyğun olmayan bəzi şeyləri ehtiva etdiyi, sabit olmuş olur və bu səbəblə də, rədd olunur.

Onların əqli izahlarına dair cavabımız, daha əvvəl keçmişdi. Bundan dolayı, onları, yenidən təkrarlamayacağıq.

Onların ikinci şübhələrinə dair cavabımız da, Haqq Taalanın bu ayətdə zikr etmiş olduğu

"...ayətlərimizdən bəzisini göstərək deyə (bunu etdik)..." ifadəsidir.

Bu ifadə, mücməl bir ifadə olub, bunun təfsilatı və açıqlanması xüsusunda, bu izahlar verilə bilər:

1. Cənnətin xeyirləri, çox böyük; cəhənnəmin dəhşət oyandıran halları isə, çox şiddətlidir. Bundan dolayı, əgər Muhamməd (sallallahu aleyhi və səlləm), onları, bu dünyada ikən müşahidə etməyib qiyamətin başlanğıcında müşahidə etmiş olsaydı, bəlkə də, cənnətin xeyir və gözəlliklərinə arzu duyar; yaxud da, cəhənnəmin qorxunc hallarından qorxardı. Ancaq O, onları, bu dünyada, mirac gecəsində görüb müşahidə edincə, onlar, qiyamət günündə, Onun gözündə və qəlbində böyüməz, beləcə də, qəlbi, onlarla məşğul olmaz. Bu halda da, Özünü (o gün), sadəcə şəfaətə verər.

2. Onun, mirac gecəsində, peyğəmbərləri və mələkləri görüb müşahidə etməsinin, həm Özünün, həm də ümmətinin faydasına olan şeylərin mükəmməlləşməsinə bir vəsilə olması, imkansız deyildir.

3. Onun fələklərə yüksəlib, göylərin, kürsinin və ərşin hallarını müşahidə etmiş olmasının, bu aləmin hallarını və qorxunc tərəflərini görüb müşahidə etməsini gözündə kiçiltməsinə, əhəmiyyətsiz saymasına səbəb olması, imkansız bir şey deyildir. Beləcə:

~ Onun qəlbində, bir cür qüvvət meydana gələr;

~ O, bunları göz önünə aldığında, Allaha dəvətə başlaması mükəmməlləşər; və

~ Allahın düşmənlərinin Ona iltifat etməməsi də qüvvət qazanar.

Bunu da, bu hal yaxşı izah etməkdədir:

Bu mövzuda, Allahın qüdrətini görüb müşahidə edən kimsənin, cihad və başqa şeylərin çətinliklərinə sinə gərməyə qarşı qəlbindəki qüvvət və qəlbindəki mətanət, bunu görüb müşahidə etməyənlərin bir neçə misli olur.

Bil ki, Haqq Taala'nın, "...ayətlərimizdən bəzisini göstərək deyə (belə etdik)..." ifadəsi, sanki, isranın faydasının bu olduğuna və qəti olaraq bunu ifadə etdiyinə dəlalət edər kimidir.

Onların üçüncü şübhələrinə qarşı cavabı, biz, bu İsra surəsindəki o ayətin təfsirinə (İsra/60-a) gəldiyimizdə, o görmənin, yuxudakı bir yuxu deyil, şəxsən gözlə görmək olduğunu izah edərək verəcəyik.

Onların dördüncü şübhələrinə qarşı cavabımız da, budur:

Allaha, etdiyi şeylər xüsusunda etiraz edilməz. O, istədiyini edər; istədiyinə hökm edər. Allah, ən doğrusunu biləndir.

(İmam Fəxrəddin ər-Razi əş-Şafi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

-------------------------------

Əlavələr:

Meracın əqli isbatı:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/meracin-%C9%99qli-isbati

Read 111 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR