Ölünün yerinə oruc tutmaq olarmı?
2507 - Ravh b. əl-Fərəc'in,
Yusuf b. Adiyy ---> Abidə b. Humeyd ---> Əbdü'l-Əziz b. Rəfi
isnadı ilə nəqlinə görə, Amra binti Abdu'r-Rahmən, belə demişdir:
Aişə (radiyallahu anha)'dan:
"Anam vəfat etdi. Onun üzərində, ramazan orucu (borcu) var idi. Mənim, onun yerinə bu orucu qəza etməyim, doğrudurmu?" deyə soruşdum.
- (O), mənə:
"Xeyr! Lakin onun (yəni, oruc tutmağın yerinə), hər bir gün üçün bir kasıba sədəqə verməyin, oruc tutmağından daha xeyirlidir." dedi.
Bu xəbəri Tahavi ("Muşkilu'l-Asar", V, 373) rəvayət etmişdir. Bu, səhih bir isnaddır. (İbnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", l, 210)
Müəllif (belə) deyir:
Bu xəbər, ölünün oruc borcu yerinə fidyə verməyin caiz olduğuna, açıq bir dəlildir.
---------------------------------------
2508 - ibn Abbas (radiyallahu anh)'ın belə dediyi nəql edilmişdir:
"Kimsə, kimsənin yerinə namaz qıla; oruc tuta bilməz."
Xəbəri, Nəsai, "əs-Sünənü'l-Kubra"sında (ll, 175), səhih bir isnadla rəvayət etmişdir. (İbn Həcər, "Təlxisu'l-Habir fi təxrici əhədisi'r-Rafii'l-Kəbir", l, 197)
Müəllif, (belə) deyir:
Bu xəbər, bir kimsənin, başqa bir kimsə yerinə oruc tuta bilməyəcəyinə, açıq bir dəlildir.
-------------------------------------
2509 - Nafi'nin nəqlinə görə, ibn Ömər (radiyallahu anh), belə demişdir:
"Kimsə, kimsənin yerinə namaz qılmasın; oruc tutmasın. Lakin əgər bunu edəcəksə, onun yerinə sədəqə və ya hədiyyə versin."
Xəbəri, Abdu'r-Rəzzaq, "əl-Musannəf"ində (lX, 61) rəvayət etmişdir. (bax: Zeylai, "Nasbu'r-Rayə", l, 449)
Hədisin raviləri, -Abdullah xaric- "Səhih"in raviləridir. Abdullah isə, Muslim və 4 "Sünən" imamının ravilərindəndir. Ancaq onun haqqında ixtilaf edilmişdir.
Müəllif deyir:
Bu hədis, bir kimsənin, başqa bir kimsənin yerinə namaz qıla və oruc tuta bilməyəcəyini, açıqca göstərməkdədir.
-------------------------------------
2510 - Nafi'nin nəqlinə görə, ibn Ömər (radiyallahu anh), bir şəxs haqqında,
"Hər kim ölər, üzərinə də bir ay borcu olarsa, hər bir günün yerinə, onun adına bir kasıb doyursun." demişdir.
Xəbəri, Tirmizi ("Siyam", 23) rəvayət etmiş və belə demişdir:
Səhih olanı, bu xəbərin, ibn Ömər (radiyallahu anh)'ın sözü (məvquf) olduğudur.
Daraqutni də, "Məhfuz olan (haşiyə), xəbərin məvquf olduğudur." demişdir. (İbn Həcər, "Dirayə", s. 177)
(Haşiyə:
Məhfuz: "Aralarında mətn və ya sənəd cəhətindən zidlik, yəni müxalifət olan hədislərdən, raviləri digərinə nisbətlə daha siqa; və yaxud güvənilirlik cəhətindən bərabər olmaqla bərabər, sayca daha çox olan"ı deməkdir.
Məvquf:
Lüğətdə, "vəqf etmək, dayanmaq, dayandırmaq" kimi mənalara gələn "vəqf" kökündən meydana gəlmiş bir ismu'l-məful olan "məvquf", "dayanmış, dayandırılmış" deməkdir.
Hədis termini olaraq isə, "isnadın Peyğəmbərə çatmadan, səhabədə dayanması və ya dayandırılması" şəklində tərif edilmiş; və səhabənin söz, fel və təqrirlərinə dair rəvayətlərə, bu ad verilmişdir.
Buna görə, bir ravinin, "Filan səhabə, belə dedi; bunu etdi; yanında belə bir hadisə meydana gəldi, ancaq o, səsini çıxarmadı." deyə nəql etdiyi rəvayətlər, məvqufdur.
---------------------------------------
2511 - ibn Ömər (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Hər kim ölər, üzərinə də 1 aylıq oruc borcu olarsa, onun yerinə, hər bir gün üçün bir kasıb doyursun."
Qurtubi, Muvatta şərhi olan "əl-Muqtəbəs fi şərh-i Muvattai Malik b. Ənəs"də, hədisin isnadının həsən olduğunu söyləmişdir. (bax: Ayni, "Umdətu'l-Qari", V, 283)
Bu 2 xəbər, ölünün qəzaya qalmış orucları üçün fidyə veriləcəyinə, açıq bir dəlildir.
Bilmək lazımdır ki, bu xəbərlər,
~ ölünün qəzaya qalmış orucu üçün fidyə verməyin caiz olduğunu; və
~ bir kimsənin, başqa bir kimsə yerinə oruc tuta bilməyəcəyini,
açıqca göstərməkdədir.
Buxari'nin təliq olaraq (haşiyə) etdiyi bir rəvayətə görə, ibn Ömər (radiyallahu anh), anası Quba məscidində namaz qılmağı özünə nəzr etmiş olan (vacib qılan) bir qadına,
"Onun yerinə namaz qıl." demişdir.
İbn Abbas (radiyallahu anh) da, buna bənzər bir görüş iləri sürmüşdür. (bax: Buxari, "Əymən və'n-nuzur", s. 30)
--------------------------------
(Haşiyə:
Lüğətdə, "asılı olmaq, ilişmək" mənasındakı "ələq" kökündən meydana gələn və "ilişdirmək, ilişdirilən şey" mənalarına gələn "tə'liq": "bir əsərdəki ifadə və görüşlərə dair tənqid, açıqlama, əlavə, çıxarma və təshih (düzəliş etmək) mahiyyətində, səhifələrin kənarlarına, ya da alt qisimlərinə əlavə edilən notlar" deməkdir.
-------------------------------
İbn Abbas və ibn Ömər'dən namaz mövzusunda gələn rəvayət, bir-birinə zidd düşməkdədir.
Lakin bu, oruc mövzusundakı məqsədə (yəni, məsələyə baxışımıza, başqasının yerinə oruc tutula bilməyəcəyi görüşünə) hər hansı bir zərər verməz.
Ayni'nin Buxari şərhində, belə deyilməkdədir:
"İbn Battal, kimsənin, kimsənin yerinə fərz və sünnət namaz qıla bilməyəcəyi; kimsənin, ölü və diri yerinə bunu edə bilməyəcəyi mövzusunda, fəqihlərin icma etdiyini nəql etmişdir." ("Umdətu'l-Qari", ll, 991)
İbn Abbas və ibn Ömər'dən, ölü adına namaz qılmaq mövzusunda gələn rəvayətlər,
"Onların söyləmək istədikləri, insanın, namazı öz adına qılması və savabını ölüyə bağışlaması" mənasına həml edilmişlərdir.
Bir xəbər ehtimala açıq hala gəldiyində, onunla istidlal, öz hökmünü itirir (yəni, belə xəbər, dəlil olmaq gücünü itirir).
Yuxarıdakı mətndə zikr edildiyi üzərə, başqasının yerinə namaz qılmaq və oruc tutmaq qadağası, çox açıqdır. Dolayısı ilə, namaz mövzusunda da, hər hansı bir ziddiyyət yoxdur.
İbn Abbas (radiyallahu anh)'dan gələn bir rəvayətə görə, qadının biri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə gəlib belə soruşur:
"Ey Allahın rəsulu! Anam, vəfat etdi. Üzərində də, nəzr orucu (borcu) var idi. Mən, onun adına oruc tuta bilərəmmi?"
- Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə cavab verdi:
"Əgər ananın bir borcu olsaydı və sən, o borcu ödəsəydin, bu, ananın adına ödənmiş olardımı?"
- Qadın: "Bəli!" deyincə,
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "O halda, ananın yerinə oruc tut." deyə buyurdu.
Bu xəbəri, Buxari ("Savm"/42) rəvayət etmişdir.
Eyni əsərdə, belə bir rəvayət daha yer almaqdadır:
Aişə (radiyallahu anha)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Hər kim ölər, üzərində də oruc borcu olarsa, vəlisi onun adına bu orucu tutar."
Bu xəbəri də, Buxari ("Savm"/42) rəvayət etmişlərdir.
"Vəlisi onun adına bu orucu tutar." cümləsi, Bəzzar'da, "Vəlisi istəyərsə onun adına oruc tutsun." şəklindədir.
"Məcmau'z-Zəvaid"də, xəbərin isnadının həsən olduğu ifadə edilməkdədir.
Bu xəbər, ölən şəxsin üzərində nə cür oruc borcu olarsa olsun, vəlisinin, onun adına oruc tuta biləcəyinə dəlil təşkil etməkdədir. Hədis imamları ilə Şafi (məzhəbinə məxsus) mühəddislərdən bir qrup və əbu Sevr, bu görüşü mənimsəmişlərdir. Beyhaqi'nin nəqlinə görə, imam Şafi, bu mövzudakı görüşünü, hədisin sihhətinə bağlamışdır. Hədis də, səhihdir. əs-Sadiq, ən-Nasr, əl-Müəyyəd Billəh, Əvzai, Əhməd b. Hənbəl, iki görüşündən birində Şafi, bu görüşü mənimsəmişlərdir. İmam Malik, imam əbu Hənifə, yeni qövlündə imam Şafi, ölü adına mütləq olaraq oruc tutula bilməyəcəyi qənaətinə varmışlardır.
Bu mərfu hədislər, daha əvvəl keçən məvquf sözlərlə ziddiyyət içindədir. Yuxarıda nəql edilən görüşlər də, ibn Battal'dan nəql etdiyimiz görüşlə zidd düşməkdədir. İbn Battal'ın görüşünü, az əvvəl görmüşdük. Nəticə olaraq, yanında, elmi çox olanın görüşü, belə olmayanınkına görə, qəbula daha layiqdir.
Digər yandan, əbu Davudun, (xəbərin özü haqqında) hər hansı bir söz etmədən nəql etdiyinə görə, ibn Abbas (radiyallahu anh), belə demişdir:
"Bir kimsə ramazanda xəstələnər; sonra (bu adam) sağalmadan ölərsə, bu orucu qəza etməsi lazım gəlmədiyi halda, onun adına kasıb yedirilər. Əgər nəzr etmişdirsə, vəlisi onun adına qəza edər." (Əbu Davud, "Savm"/42)
Beləcə, nəzr mövzusunda, ibn Abbas'ın da 2 görüşü bir-birinə zidd düşməkdədir. Çünki onun qadağalıq gətirən görüşü, bunu da əhatə etməkdədir.
"Fəthu'l-Qadir"də, mərfu olan hədislərə, belə cavab verilmişdir:
Bir ravinin, -bu, ibn Abbas və bir rəvayətdə də Aişədir-, öz rəvayəti əksinə fətva verməsi, rəvayətinin nəsx edildiyi mənasına gəlir. Bir hökmün nəsxi, o hökmün istinadının mötəbər olmaqdan çıxarıldığını göstərir. (İbnu'l-Hümam, "Fəthu'l-Qadir", ll, 279)
Bəziləri, "vəlinin, ölü adına oruc tutması"ndan məqsəd, "fidyədir" demişlərdir.
Bunun üzərində yaxşıca düşünməkdə fayda vardır.
Mənə gəlincə, mənim qənaətim, budur:
Mərfu hədislərdə keçən "savm/oruc" kəliməsi, bu şəkildə izah edilə bilər:
"Ölünün vəlisi, ölünün nəzr orucunu tutar, lakin bunu, onun adına vəkalətən deyil, əsalətən (öz işini, öz naminə, şəxsən özü etmək) tutar, sonra savabını ona (ölüyə) bağışlayar."
Bu görüşün qərinəsi isə, oruc nəzr edən şəxsin vəsiyyət etməməsidir.
Dolayısı ilə, tutulacaq oruc, vəli tərəfindən vacib deyil, könüllü olaraq tutulan bir oruc olar.
Bu izahımızı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Bəzzar'ın rəvayətində yer alan "əgər istəyərsə" şəklindəki ifadəsi gücləndirməkdədir. Bu xəbər, qısa bir müddət əvvəl keçmişdi. Bu mövzudakı ixtilaf, vacib olan oruclar haqqındadır. Bunu, yaxşı qavramaq lazımdır.
Dolayısı ilə, mərfu rəvayət, tatavvu (nafilə oruclar) mənasına həml edilərkən; ibn Abbas, Aişə və ibn Ömər'in, birinin yerinə oruc tutmağı qadağan etmə və orucun yerinə fidyə verməyi əmr etmə şəklindəki fətvaları, vaciblik; və fidyənin ölü adına oruc yerinə keçəcəyi mənasına həml edilir.
"Kimsə, kimsənin yerinə oruc tutmasın." ifadəsinin mənası, "başqasının yerinə oruc tutmasın" deməkdir. Çünki o şəxs, bir digərinin yerinə keçə bilməz.
Bu, mənə görə, asan və doğrudan uzaq olmayan bir təvildir. Beləcə, mərfu və mərfu hökmündə olan məvquf xəbərlər -Allaha həmd olsun- ən gözəl bir şəkildə bir-birilə uzlaşmış olur.
(Təhanəvi, "İ'lau's-Sünən", "Ölmüş kimsənin oruc borcuna qarşılıq fidyə verməyin caizliyi; və bir kimsənin, başqa bir kimsə yerinə oruc tuta bilməyəcəyi")
