Bayram günlərində təbrikləşmək, caizdirmi?

 

2115 - Cubeyr b. Nufeyr'in belə dediyi rəvayət edilir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələri, bayram günü qarşılaşdıqları vaxt, bir-birilərinə:

"Təqabbəlallahu minnə və minkə" : "Allah, bizdən və səndən qəbul etsin." deyərlərdi.

~ Bunu, biz, "əl-Məhəmiliyyat"da, həsən bir isnadla rəvayət etdik.

~ Bunu, ibn Həcər, "Fəthu'l-Bari"də deməkdədir (bax: 2/371).

~ Allamə Suyuti, "Vüsulu'l-Əmani"də, deyir:

"Bunu, Zahir b. Tahir, 'Tuhfətu İdu'l-Fitr' kitabında və əbu Əhməd əl-Fərazi nüsxəsində, səhih bir sənədlə təxric etmiş; sonra isə, onu sənədilə nəql etmişdir." (bax: "Vüsulu'l-Əmani", s. 19).

---------------------------------

2116 - imam Muhamməd b. Ziyad'ın, belə dediyi rəvayət edilir:

Mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələrindən əbu Ümamə əl-Bahili (radiyallahu anh) və başqaları ilə bərabər oldum. Onlar, (bayram namazından) geri qayıtdıqları vaxt, bir-birilərinə,

"Allah, bizdən və səndən qəbul etsin." deyərlərdi.

İmam Əhməd b. Hənbəl, bunun isnadının, ceyyid = gözəl isnad olduğunu demişdir.

"əl-Cevhəru'n-Naqi"də belə yazılıdır (bax: 1/253).

"Vüsulu'l-Əmani"də, belə deyir:

Zahir, Muhamməd b. Ziyad əl-Əlhani'dən, həsən bir sənədlə, onun belə dediyini təxric edir:

"Əbu Umamə əl-Bahili (radiyallahu anh)'ı, bayramda, dostlarına,

'Təqabbəlallahu minnə və minkum' : 'Allah, bizdən və sizdən qəbul etsin." deyərkən, gördüm.

Müəllifimiz (Təhanəvi), (belə) deyir:

Hədislərin bu bab'a dəlaləti, açıqdır. (Haskəfi), "əd-Durru'l-Muxtar"da:

"Allah, bizdən və sizdən qəbul etsin." şəklindəki təbrik, inkar edilə bilməz." demişdir.

(əz-Zahidi), "Künyə"də:

"Bizim əshabımızdan bunun məkruhluğu ilə bağlı bir şey nəql edilmədi." deyə zikr etməkdədir.

Əmir Hac:

"Hətta qısaca söyləmək lazım gələrsə, bu, caiz və müstəhəbə daha çox bənzəyir." demişdir (bax: 1//876)

(Təhanəvi, "İ'lau's-Sünən")

---------------------

Əlavələr:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ramazanin-g%C9%99lisi-il%C9%...

Read 49 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR