Bayram namazları üçün azan və iqamə vardırmı?
2132 - Cabir b. Səmurə (radiyallahu anh), belə demişdir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə 1 və ya 2 dəfə deyil, dəfələrlə bayram namazı qıldım. Bunun üçün, azan oxunmadığı kimi; iqamə də gətirilmədi."
Xəbəri, Muslim ("Salatu'l-İdeyn", 7) nəql etmişdir.
---------------------------------
2133 - Cabir b. Abdullah (radiyallahu anh)'ın, məvquf olaraq vəsf etdiyi bir xəbərdə, belə dediyi nəql edilmişdir:
"İmam, Ramazan bayramı namazı (qıldırmaq üçün musallaya) çıxarkən və çıxdıqdan sonra, nə azan, nə iqamə, nə nida və nə də başqa bir şey vardır. O gün, nə nida və nə də iqamə yoxdur."
----------------------------------
2134 - ibn Abbas (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Hər 2 bayram namazında, azan və iqamə yoxdur."
Hədisi, Xatib əl-Bağdadi, "əl-Müttəfiq və'l-müftəriq" adlı əsərində nəql etmişdir. Raviləri, siqadır (bax: "Kənzu'l-Ummal", lV, 315)
Yuxarıdakı hədislər, bayram namazı üçün azan və iqamənin olmadığına dair, açıq bir dəlildirlər.
"Fəthu'l-Bari"də (ll, 377), bu açıqlama yer almışdır:
Cabir (radiyallahu anh)'ın, "Nə azan, nə iqamə, nə nida və nə də başqa bir şey vardır." ifadəsi, bayram namazından əvvəl, hər hansı bir şeyin söylənə bilməyəcəyinə dəlil olaraq göstərilmişdir.
Lakin, imam Şafi'nin, siqa olan ravilərdən nəqlinə görə, Zühri, belə demişdir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), bayram namazlarında, müəzzinə, 'Namaz, cəm edicidir.' şəklində nida etməsini əmr edərdi."
Bu xəbər, mürsəl olub, küsuf namazına edilən qiyas, onu gücləndirməkdədir. Çünki küsuf namazında, belə bir nida bəhs mövzusudur. (İbn Həcər, "Fəthu'l-Bari", ll, 377)
Əli əl-Qari, "əl-Mirqat"da, belə demişdir:
"Xəbərdə keçən 'nida' kəliməsinin azan olaraq açıqlanması, uyğundur. Çünki bayram namazları üçün 'Namaz, toplayıcıdır.' şəklində nida etmək, alimlərin ittifaqı ilə, müstəhəb görülmüşdür."
Burda, bu xüsusi bildirməkdə fayda görürük:
Hafiz ibn Həcərin, Zühri'nin mürsəl rəvayətini dəlil olaraq istifadə etməsindən, onun mürsəllərinin, nə ona və nə də digər mühəddislərə görə zəif olmadığı, sadəcə, bəzi mühəddislərin nəzərində zəif olduğu nəticəsi ortaya çıxmaqdadır. Zühri'nin mürsəli, necə ola bilər ki, zəif olsun?! Çünki imam Malik, "əl-Muvatta"sında; imam Şafi, "əl-Müsnəd"ində və (digər) əsərlərində, onun müsnədlərini, dəlil olaraq istifadə etmişlərdir.
Digər tərəfdən, onun mürsəllərinin zəifliyi, bizim prinsiplərimizə görə, hər hansı bir bes doğurmur. Çünki o, tabiun'dandır, hüccətdir və imamdır. Onun kimi birinin mürsəl rəvayətləri, bizim məzhəbimizdə, məqbuldur. Bu incəliyi qavramaqda, fayda vardır.
(Təhanəvi, "İ'lau's-Sünən")
