Bayram xütbələrini dinləmək, vacibdirmi?

Bayram xütbələrini dinləmək üçün gözləməyin vacib və müəkkəd sünnət olmadığını göstərən hədis mövcuddur. (bax: əbu Davud, "Salat", 247; ibn Macə, "İqamətu's-Salat", 159; Nəsai, "Sünənu'l-Kubra", l, 223)

Ata'nın nəqlinə görə, Abdullah b. əs-Səib, belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə birlikdə bayram namazında oldum. Namazı qıldırınca, 'Biz, xütbə oxuyacağıq. Xütbəni dinləmək istəyən oturub dinləsin. Getmək istəyən də, getsin.' buyurdu."

Əbu Davud, hədisi dəyərləndirərkən, "Bu, Ata'nın, Allah rəsulundan nəql etdiyi mürsəl rəvayətdir." demişdir.

"Nasbu'r-Rayə"(l, 324), Nəsai'nin, "Bu, xətadır. Doğrusu isə, onun, mürsəl olduğudur." demişdir.

Beyhaqi'nin nəqlinə görə, ibn Main, belə demişdir:

"əl-Fadl b. Musa, bu hədisin isnadında yanılmışdır. Hədis, Ata vasitəsilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən mürsəl olaraq nəql edilmişdir."

Allamə ibnu't-Türkməni, "əl-Cevhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi" adlı əsərində, belə deyir:

"Qənaətimcə, əl-Fadl b. Musa, siqa və böyük bir ravidir. Kütüb-ü sittə imamları, ondan hədis nəql etmişlərdir. Əbu Nuaym, 'əl-Fadl b. Musa, ibnu'l-Mübarək'dən daha sağlamdır.' demişdir. O, ibnu's-Səib'in rəvayətinə əlavə etmişdir. Dolayısı ilə, onun əlavəsini qəbul etmək lazımdır. Beyhaqi'nin nəql etdiyi mürsəl rəvayətin isnadında, onu Süfyan'dan nəql edən Qabisa mövcuddur. Qabisa, siqa olmaqla bərabər, ibn Main, Əhməd b. Hənbəl və başqaları, onun Süfyandan nəql etdiyi rəvayəti, zəif qəbul etmişlərdir. Bu rəvayətin səhih olduğu qəbul edilsə belə, bununla, əl-Fadl'ın rəvayəti zədələnə bilməz. Çünki o, isnadı doğru bir ravidir və siqadır." (İbnu't-Türkməni, "əl-Cevhəru'n-Naqi", l, 247)

Burda, bu xüsusu da bildirməkdə fayda vardır:

Səhih və həsən ravinin əlavəsi, siqa olan ravilərin rəvayətilə zidd düşmədiyi müddətcə, məqbuldur. Mövsul və mürsəl rəvayət arasında, hər hansı bir ziddiyyət yoxdur. Ravi, siqa olduğu təqdirdə, hədisin mərfu olduğuna hökm edilir. Bu halda, hədis, səhih və mövsuldur. Hakim, "əl-Müstədrək"ində, onun, Buxari və Muslim'in şərtinə görə səhih olduğunu bildirmiş; Zəhəbi də, bunu qəbul etmişdir. Sindi, Nəsai'nin "Sünən"i üzərinə yazdığı "Tə'liq"ində (2331):

"Bu xəbərdən, bayram namazı xütbələrini dinləməyin, vacib olmadığı başa düşülməkdədir." demişdir.

Bəziləri, "Bu hökm, hədisin səhih olması halında məqbuldur." demişlərdir. Şeyximiz, belə dedi:

Bayram xütbəsini dinləmək üçün oturmağın vacib olub-olmadığında, hər hansı bir fəqihin rəvayətini görmədim. 'əd-Durru'l-Muxtar'da, cümə başlığı altında, nigah, bayram və mötəməd olan görüşə görə xətm xütbələri kimi digər xütbələri dinləmək, vacibdir, deyildiyini bilirik. Lakin bundan, xütbəni dinləmək üçün məsciddə oturmağın vacib olduğu hökmü çıxmaz. Nigah xütbəsini oturub dinləmək, necə vacib deyildirsə, bunlarda da belədir. Çünki nigah xütbəsini dinləmək üçün oturmaq, vacib deyildir; lakin oturduğu təqdirdə, dinləmək vacibdir. Doğru olanı isə, belə deməkdir:

Bayram xütbəsinin özünü oxumaq, necə vacib deyildirsə; onu dinləmək üçün oturmaq da, eyni şəkildə vacib deyildir; lakin insan, onu dinləmək üçün oturduğu təqdirdə, dinləmək də vacib olur. Bu, alimlərin bu ifadəsinə bənzəyir:

Bir kimsə, Quran tilavətinin edildiyi bir yerdə olarsa, orda oturması, vacib olmamaqla bərabər, dinləmək vacibdir.

Hər hansı bir şəxs də, bu mövzuda bir rəvayət əldə edərsə, bizə xəbər versin; ya da bu hökmü qəbul etsin."

Biz də, bunu xatırladaq:

"əl-Cevhəru'n-Naqi" müəllifinin ifadəsində, hədisin mövsul olaraq səhih olduğunu görmüşdük. Tahavi, Abdullah b. əs-Səib hədisini zikr etdikdən sonra, belə deyir:

Bu xəbərdə, Cümə xütbəsilə bayram xütbəsi arasındakı fərqin nə olduğu bildirilməkdədir. Çünki birincisi, öyüd və nəsihətdir. Uca Allah,

ٱدْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلْحِكْمَةِ وَٱلْمَوْعِظَةِ ٱلْحَسَنَةِ...

"İnsanları, Rəbbinin yoluna, hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et..." (Nəhl/125) buyurmaqdadır.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), öyüd-nəsihət verməklə əmr aldığına görə; camaat da, o öyüd-nəsihəti dinləmək və qulaq vermək əmrinə muxatab olmaqdadır.

Bizcə, ən uyğun olanı, uca Allahın,

...فَٱسْعَوْا۟ إِلَىٰ ذِكْرِ ٱللَّهِ...

"...dərhal Allahı zikr etməyə tələsin..." (Cümə/9) ayətiniŞ dəlil olaraq almaqdır.

Uca Allah, onlara, Allahı zikr etməyə tələsmək əmri verməkdədir. Nəticə olaraq, onlar, cümə xütbəsini dinləmək və qulaq verməyi əmr edən hədislərlə birlikdə, o zikri dinləmək və ona qulaq vermək əmrinə muxatabdırlar.

Bayram xütbəsi isə, belə deyildir. Bayram xütbəsi,

~ fitrənin vacib olduğunu;

~ kimlərin verməsi lazım gəldiyini;

~ kimlərə veriləcəyini; və

~ hansı mallardan verməyin vacib olduğunu

öyrətmək məqsədilə oxunur.

Qurban bayramı xütbəsi də, belədir. Bu xütbədə,

~ hansı heyvanların qurban edilə biləcəyi; və

~ bunun vaxtı; və

buna bənzər, bir çox kimsənin, ya bildiyindən və ya üzərinə vacib olmadığından dolayı, bilməyə ehtiyac duymayacağı başqa şeylər haqqında danışılır.

İki xütbə (cümə və bayram namazları xütbələri) arasındakı fərq, bax, budur.

Görülmürmü ki, həcc xütbəsi də, həcc mövzusunu insanlara öyrətmək üçün məşru qılınmışdır. Bu xütbəni dinləməyə getməmək və onu tərk etməyin caizliyi mövzusunda, alimlər arasında hər hansı bir ixtilaf yoxdur. Yusuf b. Musa'nın, "əl-Muxtasar minə'l-muxtasar min Müşkili'l-Asar"ında (l, 56) belə qeyd edilmişdir.

Tahavi, (Hənəfi) məzhəbi alimlərinin iləridə gələnlərindəndir. Onun ifadəsi, bu hökmün, Hənəfi məzhəbinin hökmü olduğuna işarət etməkdədir. Əks təqdirdə, ixtilaf olsaydı, bunu açıqca bildirərdi.

Nəticə olaraq, bayram xütbəsinə qatılmamağın caiz olduğu ortaya çıxmaqdadır; lakin insan, xütbə əsnasında hazır olduğunda, danışması və onu dinləməyi tərk etməsi, "əd-Durru'l-Muxtar"da açıqca bildirildiyi üzərə, məkruhdur. Bu hökmün bənzəri, ibn Abbas (radiyallahu anh)'dan belə nəql edilmişdir:

"Bayram, yağış duası və cümə namazı xütbələri oxunarkən danışmaq, məkruhdur."

Bu xəbəri, Beyhaqi, "əs-Sünən"ində (lll, 300) nəql etmişdir.

İbnu't-Türkmıni, belə deyir:

"Xəbərin isnadında, bunu, Qays və Yəhya b. Sələmə b. Kuheyl'dən nəql edən Yəhya əl-Himmani mövcuddur." (İbnu't-Türkməni, "əl-Cevhəru'n-Naqi", l, 247)

Yəhya b. Sələmə, alimlərin ittifaqı ilə, zəifdir. Bu halda, bu xəbər, zəifdir. Lakin fəqihlərimizin zikr etdikləri səhih qaydalarla (qiyasla) təyid edilmişdir. Dolayısı ilə, bu xəbərin dəlil olaraq istifadə edilməsi, səhih hala gəlmişdir. Bu incəliyi başa düşməkdə fayda vardır.

Bəziləri, belə demişlərdir:

Bu görüş, bu cəhətdən zədələnməkdədir:

"Xütbə, bir xitabdır. Xitab isə, ancaq muxataba edilir. Xütbəni heç kim dinləməzsə, xütbə, xütbə olmaqdan çıxar. Buna bağlı olaraq, boş hala gələr, sünnət olduğu halda, sünnət ifa edilmiş olmaz.

Nigah xütbəsi isə, belə deyildir. Çünki ümumiyyətlə, nigah məclisi, dinləyənlərdən boş olmaz. Bu incəliyi başa düşmək lazımdır."

Bizim cavabımız isə, budur:

Biz, bunu başa düşdük və görüşünün nə qədər səviyyəsiz olduğu ortaya çıxdı. Çünki, bayram xütbəsi də, cümə xütbəsi kimi, ümumiyyətlə dinləyənlərdən boş olmaz.

Burda biri, "Xütbənin sünnət olması, dinləyən kimsənin var olması şərtinə bağlıdır. Əks təqdirdə, belə deyildir." deyərsə, buna, belə cavab verərik:

Mənim anladığım, bu xütbə, kifai vacibdir. Nigah xütbəsini dinləmək də belədir. Bu hökm səhih olduğu təqdirdə, yuxarıda zikri keçən hədislə də zidd düşməz. Çünki səhabələr, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i (tək qoyub) məscidi topluca tərk etməmişlərdir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), onların bir qisminin qalacağını bildiyindən, gələnlərin bir qismini muxayyər (seçimdə sərbəst) qılmış kimidir. Doğrunu, ən yaxşı, uca Allah bilir.

Bu 2 xütbənin (ramazan və qurban bayramları xütbələrinin) kifai olaraq vacib olduğuna dair dəlil yoxdur. Bununla bərabər, bu, sonradan ortaya atılmış bir görüşdür və bildiyimiz qədərilə, sələfdən heç kim, belə deməmişdir. Dolayısı ilə, bu görüş, rədd edilir.

(Zəfər Əhməd Təhanəvi, "İ'lau's-Sünən")

Read 67 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR