Zöhr namazının ilk sünnəti

1751. Aişə (radiyallahu anha)'nın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), zöhrdən əvvəl qıldığı 4 rükət və sübhdən əvvəl qıldığı 2 rükət namazı, heç tərk etməzdi. (Buxari, "Səhih", 19-cu Kitab: "Təhəccüd (namazı) kitabı", 34-cü Bab: "Zöhr namazı(nın fərzi)'ndən əvvəl 2 rükət qılmaq" babı, hədis no: 1182)

Hədisin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sabahın sünnətilə zöhrün ilk sünnətini davamlı olaraq qıldığına dəlaləti açıqdır. Ancaq Buxaridə, yenə eyni kitab və eyni babda yer alan 1180 no-lu ibn Ömər (radiyallahu anh)'ın:

"İkisi zöhr(ün fərzin)'dən əvvəl olmaq üzərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in 10 rükət namaz qıldığını əzbərlədim." sözü, 1182 no-lu Aişə (radiyallahu anha) hədisinə zidd düşməkdədir.

Tirmizi'nin, ibn Ömər (radiyallahu anh)'dan rəvayəti,

"İkisi zöhr(ün fərzin)'dən əvvəl olmaq üzərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bir gündə 10 rükət sünnət namaz qıldığını gördüm." ləfzləri ilədir. Tirmizi, bu hədisə, həsən-səhih demişdir. (Sünən, "Salat", 320. Hədis, səhihdir.)

Hədislər arasındakı ixtilaf, zöhr namazında, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, əksəriyyətlə 4; bəzən də 2 rükət sünnət qıldığı şəklində ortadan qaldırıla bilər. Necə ki, Aişə (radiyallahu anha)'nın,

"Zöhrdən əvvəl qıldığı 4 rükəti heç tərk etməzdi." açıqlaması da, bunu dəstəkləməkdədir. Çünki bu açıqlamada, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bəhsi keçən 4 rükət namaza israrla davam etdiyi, açıqca ifadə edilməkdədir.

"Fəthu'l-Bari"da (bu hədislərin keçdiyi babda) nəql edildiyinə görə, Təbəri də:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), zöhr namazında, fərzdən əvvəl əksəriyyətlə 4; bəzən 2 rükət namaz qılardı." demişdir. (Haşiyə)

-------------------------------------

(Haşiyə:

İbn Həcər Asqalani, bu babda keçən hədislərin şərhində, belə deyir:

1182 no-lu Aişə (radiyallahu anha) hədisi, mövzu başlığı (Zöhr namazı(nın fərzi)'ndən əvvəl 2 rükət qılmaq babı") ilə üst-üstə düşməməkdədir. Burda, belə deyilə bilər:

Buxarinin qəsdi, zöhrdən əvvəl 2 rükətdən daha çox qılına bilməyəcəyi mənasına gəlməz.

Davudi, belə demişdir:

"İbn Ömərin hədisində, "Zöhr namazından əvvəl 2 rükət vardır." ifadəsi yer almaqdadır. Aişə (radiyallahu anha) hədisində isə, "4 rükət" ifadəsi vardır. Hər biri (yəni, ibn Ömər və Aişə), Peyğəmbərdən, öz gördüklərini bildirmiş ola bilərlər. İbn Ömər, 4 rükətin 2-sini yaddan çıxarmış ola bilər."

Mən (Asqalani) deyirəm ki:

Bu, uzaq bir ehtimaldır. Ən doğrusu, bu 2 rəvayəti, 2 fərqli halda qılınmış ayrı bir namaz olaraq düşünmək lazımdır. Yəni, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bəzən - 2; bəzən də - 4 rükət qılardı. Bu görüşə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), məsciddə - 2; evində isə - 4 rükət qılardı.

Əbu Cəfər ət-Təbəri isə, belə demişdir:

"Əksəriyyətlə - 4; bəzən də - 2 rükət qılardı."

----------------------------------

1752. Əli (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, zöhrün fərzindən əvvəl 4; sonra isə, 2 rükət namaz qıldığını demişdir. (Tirmizi, Sünən, "Salat", 315; ibn Xuzeymə, Səhih, ll, 163, 204. Hədis, səhihdir.)

Hədisin, zöhr namazında, fərzdən əvvəl 4; sonra isə, 2 rükət namaz qılmağın müəkkəd sünnət olduğuna dəlaləti, açıqdır.

-----------------------------

1753. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in zövcəsi ümmü Həbibə (radiyallahu anha), belə demişdir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in,

"Allah (cəllə cələluhu), zöhr namazının fərzindən əvvəl - 4; sonra da - 4 rükət namazı tərk etməyənə, cəhhənəm atəşini haram qılmışdır." buyurduğunu eşitdim.

Hədisi, Tirmizi rəvayət etmiş (Sünən, "Salat", 317. Hədis, səhihdir.) və hədisin, həsən-səhih olduğunu söyləyərək, bu isnadla ğərib (haşiyə) olduğunu demişdir.

------------------------------------

(Haşiyə:

Ğərib hədis: "Sənəd və ya mətn cəhətindən tək qalmış; yaxud bənzəri, başqa ravilər tərəfindən rəvayət edilməmiş hədis" deməkdir.

-----------------------------------

Hədislə bağlı, müəllifimiz Təhanəvi, belə deməkdədir:

Hədis, bəhsi keçən namazları qılmağa təşviq etməkdədir. Hədis, bəhsi edilən namazların, müəkkəd sünnət olduğunu deyil, müstəhəbliyini bildirməkdədir. Bunların müəkkəd sünnət olmaları, ancaq, buna dəlalət edən ayrı bir dəlil ilə mümkündür. Zöhr namazının fərzindən əvvəl - 4; sonra isə - 2 rükət namaz qılmağın müəkkəd sünnət olduğuna dair isə, ayrı bir dəlil mövcuddur. Bu halda, bu hədisdə, zöhr namazının fərzindən sonra zikr edilən 4 rükətin 2-si, müstəhəbdir.

-------------------------

Zöhr namazının ilk sünnətini qaçıran, nə etməlidir?

1853. Aişə (radiyallahu anha)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), zöhrün fərzindən əvvəl qılınan 4 rükəti qaçırdığında, onları, zöhrün fərzindən sonra qılınan 2 rükətin ardından əda edərdi.

Bu xəbəri, ibn Macə (Sünən, "İqamətu's-Salat", 106) rəvayət etmişdir. Qays b. ər-Rəbi haqqında isə, danışılmışdır. Ancaq onu, siqa görənlər də olmuşdur. (Şəvkani, "Neylu'l-Əvtar", ll, 271)

Bizim qənaətimizə görə, bu hədis, dəlil olmağa əlverişlidir. əl-Əzizi də, bu rəvayət üçün, "İsnadı, səhihdir." demişdir. (Ill, 133)

----------------------------

1854. Aişə (radiyallahu anha)'nın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), zöhr namazının fərzindən əvvəl qılınan 4 rükəti qaçırdığında, fərzindən sonra qılardı.

Xəbəri, Tirmizi (Sünən, "Salat", 200) rəvayət etmiş və "Bu hədis, həsən-ğəribdir." demişdir.

Tirmizinin nəql etdiyi xəbər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in zöhrün 4 rükət fərzini qıla bilmədiyində, onları, bu namazın fərzini qıldıqdan sonra əda etdiyini göstərməkdədir. Yuxarıdakı xəbərdə, bəhsi keçən namazı, zöhrün son sünnətindən əvvəl və ya sonra qıldığına isə, toxunulmamaqdadır. Fərz namazlardan sonra qılınan sünnətlərdə (ratibədə) əsl olan, onları, fərzlərə birləşdirməkdir. "Fərzindən sonra qılardı." ifadəsindən məqsəd, "Onları, 2 rükətlik son sünnətdən sonra qılardı." deməkdir. Necə ki, ibn Macə'nin rəvayət etdiyi xəbərdə, bu xüsus, açıq bir şəkildə ifadə edilmişdir. Bizim tərcih etdiyimiz görüş də, budur. "əd-Durru'l-Muxtar"da, bu ifadələrə yer verilmişdir:

"Zöhr namazının sünnəti, bunun əksinədir. Çünki insan, zöhr namazının bir rükətini qaçırmaqdan qorxduğu təqdirdə, sünnəti tərk edib imama tabe olar, sonra onu, sünnət olaraq qılar. (Yəni, imamların ittifaqı ilə, sünnət olaraq qılar. əl-Fətəva əl-Xaniyyə və başqa əsərlərdə, qılınan namazın, imam Muhammədə görə, nafilə; imam əbu Hənifə və imam əbu Yusuf'a görə isə, sünnət olduğu haqqındakı ifadələr, müəlliflərin öz anlayışlarından qaynaqlanmaqdadır. Çünki bu məsələdə ixtilaf, bəhsi keçən namazın zöhrün son sünnətindən əvvəlmi, yoxsa sonramı qılınacağı cəhətindədir. Onun, qəza ediləcəyində isə, ittifaq vardır. Bu, qəza edilən namazın, sünnət olaraq gerçəkləşdiyi cəhətində ittifaq etdikləri mənasına gəlir. Necə ki, bəhsi keçən məsələ, "əl-Fəth"də, incələnmişdir.")

Mövzumuza geri dönəcək olsaq, insan, bu namazı, imam Muhammədə görə, son sünnətdən əvvəl, zöhr namazının sünnəti olaraq qılar. Fətva da, bu görüşə görədir. (İmam əbu Yusuf da, bu məsələdə, daha sonra, bu görüşü mənimsəmişdir. əl-Hasəmi'nin "Camiu's-Sağir"ində belə qeyd edilmişdir.Haskəfi'nin "Fətva, bu görüşə görədir." şəklindəki ifadəsi haqqında, belə demək mümkündür:

Mətnlərin göstərdiyi, bu yöndədir. Lakin, "əl-Fəth" adlı əsərdə, zöhr namazının son 2 rükətinin daha əvvəl qılınacağı görüşü tərcih edilmişdir. "əl-İmdad" adlı əsərdə, belə deyilir:

"Fətəva'l-Attabi"də, tərcihə uyğun olanın, bu görüş olduğu bildirilmişdir. Şeyxu'l-İslam Səraxsi'nin "əl-Məbsut"unda, Aişə (radiyallahu anha) hədisindən dolayı, bu görüşün daha səhih olduğu ifadə edilmişdir. (Səraxsi, burda, ibn Macənin rəvayət etdiyi Aişə hədisinə yer verməkdədir.) Şeyxu'l-İslam sözünə davam edərək, "İmam əbu Hənifənin görüşü, budur. Camiu Qadıxan'da da belə qeyd edilmişdir." demişdir. (İbn Abidin, "Raddu'l-Muhtar", l, 752)

(Təhanəvi, "İ'lau's-Sünən" (Sünnətin ucaldılması)

Read 550 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR