Əsr namazının ilk sünnəti
1756. Əli (radiyallahu anh), belə demişdir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), əsrin fərzindən əvvəl 4 rükət namaz qılar və arasını, muqarrəb mələklər və onlara tabe olan möminlərə salam verərək ayırardı."
Hədisi, Tirmizi rəvayət etmiş və həsən olduğunu söyləmişdir. (Tirmizi, Sünən, "Saləh", 318; ibn Xuzeymə, Səhih, ll, 218)
Əsrin fərzindən əvvəl qılınan 4 rükət namazı, ikinci rükətdə salam vermədən qılmağı tərcih edən İshaq b. İbrahim, bu hədisi dəlil olaraq istifadə edərək,
"Hədisdəki 'aralarını salam ilə ayırardı' ifadəsilə, ikinci rükətdə təşəhhüd edildiyi qəsd edilməkdədir." demişdir. (haşiyə)
---------------------------
(Haşiyə:
Yəni, aralarının salam ilə ayırılmasından məqsəd, 2-ci rükətin oturuşunda, "əs-sələmu aleynə və alə ibədilləhi's-salihin" deyərək, ət-təhiyyətu'nu oxumaqdır.)
---------------------------
Hədisi, əbu Davud, müxtəsər olaraq, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), əsrin fərzindən əvvəl, 2 rükət qılardı." ləfzilə rəvayət etmiş və sihhəti haqqında hər hansı bir açıqlama verməmişdir. (bax: Sünən, "Tatavvu", 8)
Nəvəvi'nin də zikr etdiyi kimi (bax: "əl-Minhac (Muslim şərhi)", l, 251), hədisin isnadı, səhihdir.
Müəllifimizin hədislə bağlı açıqlaması, belədir:
Hədis, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, əsrin fərzindən əvvəl 4 rükət deyil, 2 rükət namazı davamlı qıldığına dəlalət etməkdədir. Məzhəb alimləri mənimsəməsə də, hədis, bəhsi keçən 2 rükətin, rəvatib sünnətlərdən olmasını gərəkdirir.
Tahavi ("Şərhu Məani'l-Asar", l, 303), Aişə (radiyallahu anha) hədisində (haşiyə) zikr edilməmələri və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bunlara davam etməməsini, bunların rəvatib sünnət olmamasının səbəbi olaraq zikr etmişdir.
--------------------------------
(Haşiyə:
Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), nafilə namazlardan heç birini, sabah namazının sünnəti kimi davamlı qılmamışdır." (Buxari, Səhih, 19-cu Kitab: "Təhəccüd namazı", 27-ci Bab: "Sabah namazının 2 rükətinə davam etmək və buna, 'tatavvu' adını vermək" babı, hədis no: 1169)
--------------------------------
Bəziləri, Əli (radiyallahu anh)'ın ifadəsində yer alan "kənə" kəliməsinin, davamlılığa dəlalət etdiyini bildirərək, Tahavi'nin, "Allah rəsulu (sallalahu aleyhi və səlləm), bunlara davam etməmişdir." ifadəsinin, mübahisəyə açıq olduğunu söyləmişlərdir. Bunlara, belə cavab verilə bilər:
"Kənə" kəliməsi, hökmün davamlılığına deyil, ümumilikdə (belə) edilməsinə dəlalət edir. Burda da, "kənə" kəliməsinin davamlılığa dəlalət etmədiyinə dair, ayrı bir dəlil mövcuddur. Necə ki, rəvatib sünnətlərə riayət edən başda Aişə və ümmü Həbibə (radiyallahu anhuma) olmaq üzərə, digər səhabələr, bunlar (rəvatib sünnətlər) arasında, əsrin fərzindən əvvəl 2 və ya 4 rükət namazdan bəhs etməmişlərdir. Əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunları qılmağa davam etsəydi, bunu, bəhsi keçən səhabələr, mütləq bilərlərdi. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in,
"Əsr namazının fərzindən əvvəl 4 rükət namaz qılmağa davam edən kimsəyə, Allah mərhəmət etsin." (Əhməd b. Hənbəl, "Müsnəd", ll, 117; əbu Davud, Sünən, "Tatavvu", 8; ibn Xuzeymə, "Səhih", ll, 206; ibn Hibban, Səhih, Vl, 206) hədisini rəvayət edən ibn Ömər (radiyallahu anh) da, mövzu ilə bağlı,
"2-si zöhrdən əvvəl; 2-si zöhrdən sonra; evində qıldığı 2-si məğribdən, 2-si işadan sonra; 2-si də sabahın fərzindən əvvəl olmaq üzərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, 10 rükət sünnət namaz qıldığını gördüm." (ibn Adiyy, "əl-Kamil", 3/1694) demişdir. Onun bu açıqlamasında, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əsrin fərzindən əvvəl sünnət namaz qıldığına dair bir ifadə mövcud deyil. Buna görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, əsrin fərzindən əvvəlki bəhsi keçən (sünnət) namaza davam etmədiyi ortaya çıxmaqdadır.
İbn Qudamə əl-Hənbəli, "Şərh-u İhya-i Ulumi'd-din"də (lll, 448),
"Əsrin fərzindən əvvəlki namaz, ibn Ömər (radiyallahu anh)'ın rəvayət etdiyi və az əvvəl zikr edilən hədisdə zikr edilməməsi səbəbilə, rəvatib sünnətlərdən deyildir." demişdir.
"İhya-u Ulumi'd-din"də, bəhsi keçən namazların müəkkəd sünnət olduğu ifadə edilərək, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in duasının qəbul olunacağında, şübhə yoxdur. Ancaq Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, əsrin fərzindən əvvəlki sünnət namaza davamı, zöhrün fərzindən əvvəlki 2 rükətlik sünnət namaza davamı qədər olmamışdır." deyilmişdir.
"Rahmətu'l-Ummə"də (s. 23) ifadə edildiyi kimi, imam Malik də, bəhsi keçən namazın (yəni, əsrin ilk sünnətinin), müəkkəd sünnət olmadığı görüşündədir. Bu namazı, rəvatib sünnətlərdən qəbul edən hər hansı bir alim də bilmirəm. Onlar, bəhsi keçən hədisdəki "kənə" kəliməsini, yuxarıda zikr edilən səbəblərlə, mütəmadi olaraq davam etmədiyi şəklində açıqlamışlardır. Bu halda, bəhsi keçən namazın, rəvatib sünnətlərə daxil olmadığını söyləmək, mümkündür.
Hədisdəki, "Muqarrəb mələklər ilə onlara tabe olan möminlərə salam verərək, (4 rükətli bu namazı) ikiyə ayırardı." ifadəsi, İshaq b. İbrahim'in, "Hədisdəki 'aralarını salam ilə ayırardı' ifadəsilə, ikinci rükətdəki təşəhhüd qəsd edilməkdədir." açıqlamasının dəlilidir.
Çünki camaatla qılınmayan nafilə namazlarda, kiramən katibin mələklərinə salam verməklə, namazdan çıxılır.
---------------------------------------------------------
1757. İbn Ömər (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Əsr namazının fərzindən əvvəl 4 rükət namaz qılan kimsəyə, Allah mərhəmət etsin." (Əbu Davud, Sünən, "Saləh", 297; Tirmizi, Sünən, "Saləh", 318; ibn Xuzeymə, Səhih, ll, 206; ibn Hibban, Səhih, Vl 206 (həsən bir isnadla); Tayalisi, "əl-Müsnəd", l, 262; Beyhaqi, "əs-Sünənu'l-Kubra", ll, 47. Hədis, həsəndir.)
Hədisi, Tirmizi rəvayət etmiş və onun, həsən-ğərib olduğunu söyləmişdir. "Büluğu'l-Məram"da (l, 64) zikr edildiyinə görə, hədisi, ibn Xuzeymə də, "Səhih"ində rəvayət etmişdir. Asqalani'nin "Təlxisu'l-Habir"də bildirdiyinə görə isə, hədisi, ibn Hibban da, "əs-Səhih"ində rəvayət etmişdir.
Hədislə bağlı müəllifimizin açıqlaması, belədir:
~ "Təlxisu'l-Habir"də bildirildiyinə görə, hədisin isnadında yer alan Muhamməd b. Mihran haqqında, tənqidlər vardır. Ancaq ibn Hibban və ibn Adiyy, onun, siqa olduğunu söyləmişlərdir.
~ "Təhzibu't-Təhzib"də (lX, 17) nəql edildiyinə görə, onun güvənilən olmasını, Yəhya b. Main, "ləysə bihi bə's" (yəni, onda bir beis yoxdur.) ləfzilə bildirmiş; yalnız siqa ravilərdən hədis nəql edən Yəhya b. Səid əl-Qattan da, ondan hədis rəvayət etmişdir. Yenə,
~ "Təhzibu't-Təhzib"də (Xl, 219) nəql edildiyinə görə, Daraqutni də, onu, "lə bə'sə bih" (onda bir beis yoxdur) ləfzilə vəsf etmişdir.
~ "Təqrib"də (s. 177) də, onun saduq olduğu, lakin hədis rəvayətində xəta etdiyi ifadə edilmişdir.
Hədis, əsr namazının sünnətini qılmağın, son dərəcə fəzilətli olduğunu ifadə etməkdədir.
---------------------------------------------------
1758. İbn Ömər (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Allah, əsrin fərzindən əvvəl 4 rükət sünnət qılana, cəhənnəmi haram qılmışdır."
Hədisi, Taberani, "əl-Mu'cəmu'l-Əvsat"da (lll, 88); Suyuti isə, "əl-Camiu's-Sağir"də (ll, 148) rəvayət etmişlərdir. Suyuti, hədisin həsən olduğuna da işarət etmişdir.
Hədisi, "əl-Camiu's-Sağir"dən nəql edən müəllif, bu hədisin də, əsr namazının sünnətini qılmağın, son dərəcə fəzilətli olduğuna işarət etdiyini zikr etməkdədir.
(Təhanəvi, "İ'lau's-Sünən")
------------------------
Əlavələr:
قال الشيخ ابن باز رحمه الله :
" هذا مستحب، يدل على الاستحباب، فهو حديث جيد لا بأس به، حديث صحيح يدل على شرعية الصلاة أربعا قبل العصر تسليمتين، هذا هو الأفضل، من فعل فقد أحسن، ومن لا فلا حرج" . انتهى من " فتاوى نور على الدرب "(10/317) .
وقال أيضا :
" وهذه ليست راتبة ، ولكنها مشروعة ؛ لأن الرسول ندب إليها عليه الصلاة والسلام، ودعا لصاحبها.
وهي سنة وقربة وطاعة ، بعد دخول الوقت، وتصلى ثنتين ثنتين، هذا هو السنة ، لقوله - صلى الله عليه وسلم -: صلاة الليل والنهار مثنى مثنى يعني ثنتين ثنتين، هذا هو السنة " انتهى من "فتاوى نور على الدرب" (10/315-317) .
وسئل الشيخ محمد بن صالح العثيمين رحمه الله :
" ما صحة هذا الحديث عن ابن عمر رضي الله عنهما قال، قال رسول الله صلى الله عليه وسلم (رحم الله امرأً صلى قبل العصر أربعاً) ؟
فأجاب رحمه الله تعالى:
" هذا الحديث فيه مقال ، لأن من أهل العلم من ضعفه ، ومنهم من حسنه ، وأظن بعض العلماء أيضاً صححه .
فإذا عمل به الإنسان ، رجاء الثواب : فإنه يرجى له الحصول على الثواب ، وهو رحمة الله عز وجل .
ولكن هذا لا يدل على أن هذه الصلاة راتبة ، ولهذا ليس للعصر راتبة ، لا قبلها ولا بعدها .
لكن إذا صلى الإنسان : فإنه يكون ، إن صح الحديث : نائلاً لهذا الدعاء من رسول الله صلى الله عليه وسلم " . انتهى من "فتاوى نور على الدرب" لابن عثيمين
لكن إذا صلى الإنسان : فإنه يكون ، إن صح الحديث : نائلاً لهذا الدعاء من رسول الله صلى الله عليه وسلم " . انتهى من "فتاوى نور على الدرب" لابن عثيمين (6/2) .
ثم يرجى أيضا : أن من صلى هذه السنة ، تناله بركة هذا الدعاء ، ولو لم يواظب عليها ، بأن صلاها أحيانا ، وتركها أحيانا أخرى .
-----------------------------
• Şeyx b. Baz (rahiməhullah) dedi:
Bu, müstəhəbdir. İstihbaba dəlalət edir. Bu hədis, ceyyiddir və bunda, bir beis yoxdur. (Və bu), Əsr namazından əvvəl 2 salam ilə 4 rükət namaz qılınmasının məşruluğuna dəlildir. Və hədis də, səhihdir. Bu (2-2 qılmaq), ən fəzilətlisidir. Kim qılarsa, gözəl etmiş olar. Qılmayana da bir problem yoxdur. ("Fətəva Nur alə əd-Dərb", 10/317)
Həmçinin (şeyx) dedi:
Bu, rəvatib sünnətlərdən deyildir. Ancaq, məşrudur. Çünki Allah rəsul (sallallahu aleyhi və səlləm), bunu nədb etmişdir (yəni, məndub qılmışdır.) Və qılana da, dua etmişdir. Və bu, sünnət, qurbət, taatdır. Vaxt girdikdən sonra, 2-2 rükət qılınır. Sünnət olan, budur. ("Fətəva Nur alə əd-Dərb", 10/315-317)
• Şeyx Muhamməd b. Saleh əl-Useymin (rahiməhulllah)'dan soruşuldu:
"ibn Ömərdən rəvayət edilən bu hədisin sihhəti nədir?
Allah rəsulu (sallallahu aleyhi və səlləm), buyurdu: 'Allah, əsrdən əvvəl 4 rükət qılana, rəhmət etsin.'
(Şeyx) Cavab verdi:
Bu hədisdə, söz (görüşlər) vardır. Çünki elm əhlindən bəziləri, bunu zəif, bəziləri həsən görmüşlərdir. Və zənn edirəm ki, bəzi alimlər də, bunu təshih etmişlərdir (səhih görmüşlərdir).
İnsan, bunu, savabını ümid edərək əməl edərsə, onun, savab qazanması, ümid edilir. Bu da, Allah (azzə və cəllə)'nin rəhmətidir. Ancaq bu, onun rəvatib sünnətlərdən olduğuna dəlil deyildir. Bundan dolayıdır ki, əsrin əvvəlində, sonrasında, rəvatib sünnət yoxdur. Lakin insan bu 4 rükəti, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in duasına nail olmaq üçün qılarsa, hədis də səhihdirsə, bu, olar. ("Fətəva nur alə əd-Dərb", 2/6)
Sonra, bu da ümid edilir ki: bu sünnəti qılan, bu duanın bərəkətinə nail olar. Mütəmadi etməsə belə. Bəzi zamanlar qılsa, bəzi zamanlar tərk etsə.
