Ağır və xəfif nəcasət

1. Ağır nəcasət:

Ağır nəcasətin, ancaq 1 dirhəm miqdarında (təxminən 3 qram) olanı əfv edilmişdir.

• Dirhəm haqqındakı rəvayətlərdə də, görüş ayrılığı vardır. Səhih olan, bu kimi cisimli pisliklər mövzusunda, dirhəmin ağırlığına etibar edilir. Onun ağırlığı da, 1 dirhəm miqdarıdır ki, böyük misqaldır.

Ağır nəcasət xaricində qalanlarda isə, kirlətdiyi yerin sahəsinə etibar edilir. O da, ovuc içi qədər (bir sahə)'dir. "Təbyin", "Kafi" və bir çox fətva kitablarında da belədir.

• Misqal'ın ağırlığı, 20 qirat'dır. Şəmsu'l-Əimmə'dən rəvayətə görə, etibar, hər zaman, dirhəmədir. Səhih olan görüş, əvvəlki görüşdür. "İzah"dan nəqlən, "Siracu'l-Vəhhac"da da belədir.

• İnsan vücudundan çıxmış olan və dəstəmaz və qüslu gərəkdirən bütün şeylər, ağır nəcasətdir:

~ İnsan nəcisi;

~ Sidik;

~ Məni (sperma);

~ Məzi (Qadınla oynaşmaq və ya şəhvətlə yaxınlıq kimi hallarda, kişinin cinsi orqanında meydana gələn yağışqan rəngsiz axıcı cisim)

~ Vədi (İdrardan sonra çıxan, yapışqan, ağ və bulanıq qatı maye)

~ İrin;

~ Sarı su;

~ Ağız dolusu qusmaq kimi...

"Bahru'r-Raiq"də də belədir.

• Yenə, qan və heyz, nifas, istihazə qanı (qadının rəhmindən, heyz və nifas halları xaricində ümumilikdə bir xəstəlik səbəbilə gələn qan) da, ağır nəcisdir. "Siracu'l-Vəhhac"da da belədir.

• Çörək yeyəcək yaşda olsun və ya olmasın, kiçik oğlan və qız uşaqlarının sidikləri də, bir-birilərinə bərabərdir və ağır nəcislərdir. İxtiyar şərhi "Muxtar"da da belədir.

• İçki, axan qan, ölmüş heyvan əti, əti yeyilməyən heyvanların sidiyi, at, qatır və eşşək nəcisləri, inək, it, toyuq və qaz nəcisləri də, ağır nəcasətdir. "Fətəva Qadıxan"da da belədir.

• Yırtıcı heyvanların nəcisləri, pişik və siçanın nəcisləri və sidikləri, ilanın nəcis və sidiyi, böyük gənə və kərtənkələ deyilən heyvanın qanı (əgər axıcı olarsa) da, yenə, ağır nəcasətdir (pisliklərdir).

• Bunlardan hər hansı biri, bir paltara, 1 dirhəm miqdarı bulaşarsa, o paltar ilə namaz qılmağın cəvazına (caiz olmasına), mane olar. "Muhit"də də belədir.

----------------------------------------------------------------------

2. Xəfif nəcasət:

• Xəfif nəcasətin, paltarın 1/4-indən daha az miqdarda olanı əfv edilib bağışlanmışdır. "Əksəru'l-Mutun"da da belədir.

• 1/4-in təsbiti xüsusunda, nəyə etibar ediləcəyi mövzusunda ixtilaf vardır. Mötəbər olan, xəfif pisliyin bulaşdığı tərəfin 1/4-idir, deyilmişdir. Balaq, yaxa, qol, ayaq və bənzəri kimi, paltarın qisimlərinin 1/4-inə etibar olunur. Bu hökm, pislik bulaşan şeyin, paltar olması halındadır.

• Əgər pisliyin bulaşdığı şey, əl, ayaq kimi bədənin üzvlərindən biri olarsa, bu halda, bu üzvün 1/4-inı etibar olunur. "Tuhfə" müəllifi, "Muhit", "Bədai", "Muctəba", "Siracu'l-Vəhhac", bu görüşü səhih görmüşlərdir. "Haqaiq"də və "Bahru'r-Raiq"də də, fətva, bunun üzərinədir.

• Əti yeyilən heyvanlarla atın sidiyi; və əti yeyilməyən quşların nəcisləri, xəfif pisliklərdir. "Kənz"də də belədir.

• Xəfif nəcasət, paltarda meydana çıxıb görülür. Paltar suyun içində olarsa, görülə bilməzlər. "Kafi"də də belədir.

• Şəhidin qanı, üzərində durduğu müddətcə, təmizdir. Lakin ondan ayrılınca, pis olur.

• Hər heyvanın ağız suyu, sidiyi kimidir. "Zahiriyyə"də də belədir.

• İynə ucu kimi olan sidik sıçrantıları, paltara toxunsa belə, zərurətdən dolayı bağışlanmışdır. "Təbyin"də də belədir. İynənin ucu qədər deyil, iynənin arxası qədər olan sidik sıçrantıları haqqındakı hökm də, eynidir.

Bu hökm, sıçrantıların, paltar və bədəni islatdıqları haldadır. Lakin bunlar, suya sıçramış olarlarsa, onu pisləndirərlər və bu hal, bağışlanmış olmaz. Çünki suyun təmizliyi, bədən, paltar və yerlərin təmizliyindən daha qüvvətlidir. "Siracu'l-Vəhhac"da da belədir.

• Sidik sıçrantıları, böyük iynənin başı qədər olarsa, ondan əngəllənər. Çünki bu halda, o, nəcisdir və bağışlanmaz. "Bahru'r-Raiq"də də belədir.

Bu mövzu ilə bağlı, digər məsələlər:

• İlan, boğazlanmış olsa belə, onun postu, pisdir. Çünki ilan postunun tabaqlanmasına ehtimal yoxdur. "Zəhirə"də də belədir.

• İlanın öz, əsl dərisi isə, təmizdir.

• Yatanın ağız suyu (ağzından çıxan su), təmizdir. Ağız suyu, istər ağzından çıxsın, istər qarnından gəlsin, imam əbu Hənifə və imam Muhammədə görə, eynidir. Fətva da, bunun üzərinədir.

• Ölünün ağzından çıxan su isə, pisdir. "Siracu'l-Vəhhac"da da belədir.

• İpək böcəyinin suyu da, nəcisi də, təmizdir. "Qunyə" də də belədir.

• Əti yeyilən quşların nəcisi də, təmizdir. Göyərçin və sərçələrdə olduğu kimi..."Siracu'l-Vəhhac"da da belədir.

• Səhih qövlə görə, eşşəyin südü, təmizdir. ("Təbyin"də də belədir. Lakin içilməz.) "Nihayə" "Xülasə"də də belədir.

• Boğazlanmış olan heyvanın damarlarında qalan qan, çox olsa belə, paltarı pisləndirməz. "Fətəva Qadıxan"da da belədir.

• Ətin içində qalan və axıcı olmayan qan da, təmizdir. Səraxsi'nin "əl-Muhit"ində də belədir.

• Axıcı qandan ətə yapışan qisim, pisdir. "Munyə"də də belədir.

• Ciyər və böyrək qanları, pis deyildir. "Xizənətu'l-Fətəva"da da belədir.

• Taxta biti, bit, para büzən kimi heyvanların qanları çox olsa belə, paltarı pislətməzlər. "Fətəva Qadıxan"da da belədir.

• Balığın və suda yaşayan digər heyvanların qanı, paltarı ifsad etməzlər. Bu hökm, imam əbu Hənifə və imam Muhammədə görədir. "Fətəva Qadıxan"da da belədir.

• Siçan nəcisi, buğda anbarına düşmüş və onunla birlikdə üyüdülmüş və un halına gəlmiş olsa, unu ifsad etməz. Lakin unun dadını dəyişdirməmiş olması da, şərtdir.

Siçan nəcisi, yağ qabına düşmüş olunca, onu da ifsad etməz. Yenə, yağın dadını dəyişdirməmiş olması şərtilə.

Fəqih əbu'l-Leys: "Biz də, bu görüşü götürürük." demişdir.

əbu Hafs əl-Kəbir (əl-Buxari)'nin məsələlərində:

"Siçan nəcisi, rubbu (bişirilmiş üzüm və xurmadan hazırlanmış meyvə suyu, türkçə şıra) və sirkə qabına düşdüyü vaxt, onları ifsad etməz." deyilmişdir. "Muhit"də də belədir.

• Əgər bir paltara, pis bir yağ bulaşdığında, bu yağın miqdarı, dirhəmdən az olar; lakin daha sonra, ətrafa yayılmaqla dirhəm miqdarından çox olarsa, bəziləri:

"Bu hal, namazın cəvazına manedir." demişlərdir.

Alimlərin əksəriyyəti də, bu görüşü götürdülər. "Munyə"də də belədir.

• Pis bir paltar, təmiz bir paltara bitişsə, yaş olan nəcasət əsəri də, təmiz olan paltar da görünsə və bu təmiz paltarı islatmış olsa, lakin sıxıldığı vaxt o paltardan əgər bir şey axmaz və damlamazsa, əsahh (ən doğru) olan görüşə görə, o təmiz paltarın, pis olmamış olmasıdır.

• Təmiz bir paltar, pis bir paltarın üstünə sərilsə və yaxud da bu təmiz paltar, islaq və pis olan bir yerə sərilmiş və o pisliyin izi də, o təmiz paltarda görülsə; lakin -yuxarıda bəhs edildiyi kimi- paltar yaş olmasa, yəni, sıxıldığı vaxt, ondan bir şey damlamazsa, lakin geridən baxıldığında, islanan yer bəlli olursa, əsahh olan qövlə görə, o paltar, pis olmaz. "Xülasə"də də belədir.

• Bir kimsə, islaq ayağını, pis bir yerə və ya pis bir xalı üzərinə qoymuş olsa, o kimsənin ayağı, pislənmiş olmaz.

Əgər bir kimsə, quru ayağını, yaş və pis bir xalının üzərinə qoyar və bu kimsənin ayağı islanarsa, pislənmiş olar. Lakin nəmlənmiş, rütubətlənmiş olmasına etibar edilməz. Muxtar olan da, budur. "Siracu'l-Vəhhac"da da belədir.

• Palçığın içinə gübrə töküldüyü vaxt, o palçığın yüksək və quru olan bir yerinin üzərinə, islaq bir bez qoyulsa, o bez, pis olmaz.

• Quru bir gübrəni və ya pis bir torpağı, külək əsdiyi vaxt, islaq bir paltara toxundurmuş olsa, pislik əsəri görülmədikcə, o paltar, pis olmuş sayılmaz. "Fətəva Qadıxan"da da belədir.

Külək, pisliyə təmas edər və onu (sövq edib gətirərək) yaş paltara toxundurar və paltarda pisliyin qoxusu olarsa, o paltar, pislənmiş sayılır.

• Lakin pis buxarların paltara toxunması ilə, o paltar, pislənmiş olmaz. Səhih olan da, budur. "Zəhirə"də də belədir.

• Pis duman, paltara və bədənə toxunarsa, səhih olan, onu pisləndirməməsidir. "Siracu'l-Vəhhac"da da belədir.

Fətvalarda: "Bir evdə pislik yandırılsa, o pisliyin dumanı və buxarı yüksələrək tavana çatıb orda toplansa, sonra da, ərisə və ya tavan tərləsə, tökülən damcılar da paltara bulaşsa, -onda hər hansı bir- nəcis izi görülmədən, paltar pislənmiş olmaz." deyilmişdir.

İmam əbu Bəkr Muhamməd b. Fadl da, bununla fətva vermişdir. "Fətəva Ğiyasiyyə"də də belədir.

• Axır, isti olduğu, pəncərəsinin üzərində bir tavan olduğu və ya tualet çuxurunun üzərində tavan olduğu vaxt, tavan tərləsə və damlasa, toxunduğu paltar, özündə nəcasət əsəri görülməkdikcə, pis olmaz.

• Hamam da da, içində, pislik yandırılıb divar və kuvva'sı (kiçik dam pəncərəsi) tərlədiyi vaxt, (hökm) belədir. "Fətəva Qadıxan"da da belədir.

• Bir kimsə, su ilə istinca etsə (ön və arxadan çıxan pisliyi, su ilə təmizləsə), bir dəsmal ilə silinib qurulanmadan qaz buraxsa, ümumun görüşünə görə, bu qaz, ətrafını pislətməz.

• Bir kimsənin alt paltarı tərlədikdən və ya su ilə islandıqdan sonra o kimsə qaz buraxsa, alt paltarı pislənməz. "Xülasə"də də belədir.

• Bir kimsə, qışda, islaq bədənilə bir heyvan tövləsinə girsə və ya ora islaq bir paltar və ya bənzəri bir şey aparsa, bədəni və ya apardığı şey, tövlənin istiliyindən qurumuş olsa, bunlar, pislənmiş olmazlar. Lakin islaq paltarında saralma görülməsi və ya apardığı şeyin -orda- quruduğunda saralması kimi nəcasət əsəri görülərsə, o şey, pislənmiş sayılır. "Zəhirə"də də belədir.

• Bir adam, yatağında yatdığı vaxt, yatağa bulaşmış olan məni (sperma) qurumuş olsa və adam tərləyərək yataq islansa; əgər o kimsə, bədənində, bu islaqlığın izini görməzsə, bədəni pislənmiş sayılmaz.

Əgər tər çox olar, yataq islanar, sonra da yatağın islaqlığı adamın bədəninə keçər və bədənində o məni'nin əsəri görülərsə, o adamın bədəni, pislənmiş olur. "Fətəva Qadıxan"da da belədir.

• Bir eşşək suya işəsə, o sudan sıçrayan sıçrantılar, bir kimsənin paltarına toxunsa, bu hal, namazın cəvazına mane olmaz. Lakin sıçrayan şey çox olar və insan, onun sidik olduğuna qənaət gətirərsə, bu hal, namazın cəvazına mane olar.

• Bir suya pislik atılsa, bu əsnada meydana gələn sıçrantılar, bir paltara isabət etsə, əgər əsəri paltarda bəlli olarsa, paltarı pisləndirmiş sayılır. Əks halda, pisləndirmiş sayılmaz.

Muxtar olan qövl də, budur. Əbu'l-Leys də, bunu götürmüşdür. Suyun, axan su olması ilə durğun su olması da, eynidir.

• əbu Bəkr Muhamməd b. Fadl: "Ayağında pislik olan bir at, suda yeriyərkən, su sərpintiləri minikdəkinin paltarına sıçrayarsa, o paltar pislənmiş olar. Suyun axıcı və ya durğun olması halları, bərabərdir." demişdir.

Lakin əsahh olan görüş, əvvəlki görüşdür. "Munyə şərhi"ndə də belədir.

• Zubəbu'l-Mustarah (tualet milçəyi), bir paltara qonmaqla, onu ifsad etmiş sayılmaz. Lakin say etibarı ilə çox olar, paltarın çox qismini örtərlərsə, o vaxt, ifsad etmiş sayılırlar. "Fətəva Qadıxan"da da belədir.

• Özünə palçıq bulaşan və ya palçıqda yeriyən bir şəxs, ayağını yumadan namaz qılsa -bu palçıqda- pislikdən əsər olmadıqca, qıldığı namaz, caiz olar. Ehtiyat gərəyi dəstəmaz almaq isə, daha gözəldir. "əl-Vaqiət-u əl-Husamiyyətu"dan nəqlən, "Fətəva Qaraxani"də də belədir.

• Pis saman'ın palçığa qarışdırılması halında, əgər saman, palçıqdan çox görünərsə, o palçıq, pis; əks halda isə, təmizdir. "Fətəva Qadıxan"da da belədir.

• Lakin bu palçıq qurumuş olunca, onun təmiz olduğuna hökm edilir. "Muhit"də də belədir.

• İt, insanın paltarını və ya bir yerini tutmuş olsa, islaqlıq əsəri zahir olmadıqca, sadəcə tutmuş olması səbəbilə, tutduğu yer, pislənmiş olmaz. İtin, qəzəbli halı ilə istəkli (yəni, sakit) halı, eynidir. "Munyətu'l-Musalli"də də belədir.

"əl-Fətəva əs-Sayrafiyyə"də: 'Muxtar olan, budur." deyilmişdir. Yenə, "Hələbi şərhi"ndə də belədir.

• Üzəri islaq olmayan it, məscidin həsirinin üstündə yatsa, həsir, pislənməz. İt, islaq olsa belə, nəcasət əsəri zahir olmadıqca, yenə pislənmiş sayılmaz. "Fətəva Qadıxan"da da belədir.

• Fil sümüyü, təmizdir. Əsahh (ən doğru) olan da, budur. "Muhit"də də belədir.

• Filin ağız suyu, şir və pələngin ağız suyu kimi pisdir. Xortumu ilə bir paltara bulaşdırsa, o paltar, pislənmiş sayılır. "Fətəva Qadıxan"da da belədir.

• Gövşəyən hər heyvanın gövşədiyi, gübrəsi kimidir. "Siracu'l-Vəhhac"da da belədir.

• Dəvənin və qoyunun nəcisində olan arpa, yuyulub yeyilə bilər. İnəyin nəcisində mövcud olan isə, bunun əksinədir. Çünki onda, qatılıq yoxdur. "Zahiriyyə"də də belədir.

• Çörəyin içində siçan nəcisi mövcud olsa, əgər o nəcis, sərtdirsə, çıxırılıb atılar və çörək də, yeyilə bilər. "Fətəva Qadıxan"da da belədir.

• Dəvə, qoyun və keçi nəcisi, süd sağılarkən, süt qabının içinə düşsə və o anda götürülüb atılmış olsa, bunda bir beis yoxdur. Əgər nəcisi, südün içində ovxalanmışdırsa, süd, pis olar. Və daha sonra da, təmizlənmə imkanı yoxdur.

• İt tükündən bağ düzəldilməsində, bir beis yoxdur. "Xülasə"də də belədir.

• Qoyun və insan sidikləri, bir şeyə isabət etdiyi vaxt, -onda olan- xəfif nəcasət, ağır nəcasətə tabe qılınır. "Zahiriyyə"də də belədir.

(əl-Fətəva əl-Hindiyyə)

 

Read 106 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR