Niyyətin namaza şərt olmasının dəlilləri

641. Ömər (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Əməllər, niyyətlərə görədir. Hər kəs üçün, niyyət etdiyi(nin qarşılığı) vardır. Kimin hicrəti, Allah və rəsulunadırsa, hicrəti, Allaha və rəsulunadır. Kimin də hicrəti, əldə edəcəyi bir dünya və ya evlənəcəyi bir qadınadırsa, hicrəti, hicrət etdiyi şeyədir."

(Buxari, hədis no: 1, 54, 2529, 3898, 5070, 6689, 6953)

Hədisi, "Kütüb-ü Sittə" imamları; imam Muhamməd b. əl-Həsən'in rəvayətinə görə, imam Malik və bununla bərabər, Əhməd b. Hənbəl rəvayət etmişlərdir. (Əli əl-Müttəqi, "Kənzu'l-Ummal", ll, 78)

Daha əvvəl, dəstəmaz bölməsində, "Əməllər, niyyətlərə görədir." hədisinin, əməllərin savabının, niyyətlərə görə olduğu bildirilmişdi. Bu hədis, namazda niyyətin şərt olduğunu, bu şəkildə göstərməkdədir:

Namazın sihhətindən məqsəd, savabdan başqası deyildir. Namaz, dəstəmaz kimi başqa bir ibadətə alət məsabəsində olmadığından, onun üçün, niyyət şərt olmuşdur. Çünki bir şey məqsəddən xali (uzaq, tənha, boş) olduğunda, (o şey) boşuna olmuş sayılır. Halbuki dəstəmaz, belə deyildir. Çünki dəstəmazdan məqsəd, namaza alət olmasıdır. Dəstəmaz, savabsız da hasil olar. Dolayısı ilə, məzhəbimizə (Hənəfi məzhəbinə) görə, dəstəmaz üçün niyyət etmək, şərt deyildir. Mənə bunu, şeyxim açıqlamışdır. Mən (Təhanəvi) də, bunu deyirəm:

Bu mövzuda əsl olan, uca Allahın:

وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُؤْتُوا۟ ٱلزَّكَوٰةَ...

"Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu..." (Bəyyinə/5) ayətidir.

Çünki namaz, ibadətdir. İbadət, bir əməlin, bütünü ilə uca Allaha, xalis bir şəkildə təxsis edilməsi (xas qılınması)'dır. İxlas isə, ancaq niyyətlə hasil olur. Dolayısı ilə, namaz üçün niyyət, şərtdir.

Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (2-ci Kitab: "İman", 41-ci bab: "Əməllər, niyyətlərə görədir. Hər kəs üçün, niyyət etdiyi vardır." babı, 54 no-lu hədisin şərhində), belə deyir:

"Namazda niyyətin şərt (fərz) olduğu mövzusunda, ixtilaf yoxdur."

Mən (Təhanəvi) də deyirəm ki:

İbn Həcərin ifadəsi, bu mövzuda var olan icmanı nəql etməkdən ibarətdir. Bil!

"əd-Durru'l-Muxtar"da (l, 43), belə deyilir:

"Namazın şərtlərindən beşincisi, alimlərin icması ilə, niyyətdir."

--------------------------------------------------------------------

642. Abdullah b. Məsud (radiyallahu anh)'ın:

"Xeyri, adət halına gətirin. Çünki xeyir, adətdədir (yəni, xeyir, adətlə olur). Namazda, niyyətlərinizi qoruyun." dediyi nəql edilmişdir. (Heysəmi, "Məcmau'z-Zəvaid", ll, 101. Taberani, bu hədisi, "əl-Mu'cəmu'l-Kəbir"ində, lX, 8755, 9155, 9156'da rəvayət etmişdir.)

Raviləri, Səhih'in raviləridir. (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 181)

Abdullah b. Məsud (radiyallahu anh)'ın rəvayət etdiyi hədis, niyyətin, açıqca şərt olduğunu göstərməkdədir.

Not:

Hafiz ibnu'l-Qayyim əl-Cevziyyə (rahiməhullah), belə deyir:

"Nə səhih, nə də zəif bir yolla, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namaza başlama təkbiri gətirərkən, 'Niyyət etdim, bu namazı qılmağa' şəklində sözlü olaraq niyyət etdiyi rəvayət edilmədiyi kimi; bu, heç bir səhabə və tabiun'dan da nəql edilməmişdir. Tam əksinə, nəql edilən, budur:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), namaza durarkən təkbir gətirərdi. Bu halda, 'Niyyət etdim, bu namaza' demək, bidətdir."

Bəziləri, qəlbin əməlini hərəkətə keçirmək və vəsvəsəni kəsmək üçün, bunu mübah görmüşlərdir. Ömər (radiyallahu anh)'ın, belə edəni tə'dib etdiyi (həddini bildirdiyi, ədəbləndirdiyi) şəklində gələn rəvayət, açıqdan niyyət edəni tədib etdiyi şəklində açıqlanmışdır. Dolayısı ilə, sözlü niyyətdə, hər hansı bir beis yoxdur.

Bizim müctəhidlərimizdən, "Niyyəti tələffüz etmək, sünnətdir." deyənlər, bununla, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sünnətini deyil, alimlərin sünnəti (tətbiqatı)'nı qəsd etməkdədirlər. Çünki tabiun nəslindən sonra zaman dəyişmiş; insanların qəlbləri, bir çox məşğələ ilə dolmuşdur. Şurunbulali, "Məraqi'l-Fəlah"da, belə deməkdədir.

Tahtavi isə, bunun üzərinə yazdığı "Haşiyə"də, belə deyir:

"əl-Bahr'da deyilmişdir ki:

Bu ifadələrdən, niyyətin, əzmi (namaza) cəm etmək məqsədilə edilməsi təqdirində, həsən (gözəl) bidət olduğu ortaya çıxar."

"Fəthu'l-Qadir" (l, 128), "əl-Hidayə"dəki ifadələr nəql edildikdən sonra,

"İnsanın əzmini (namaza) cəm etməsi üçün, bu, gözəldir.' deyilməkdədir. Bu açıqlamadan, bu məqsədin xaricində, sözlü niyyətin gözəl olmadığı başa düşülməkdədir."

----------------------------------

Camaatın imama tabe olmağa niyyət etməsinin şərt olması

643. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"İmam, ancaq özünə tabe olunmaq üçündür. (Bu halda) siz, ona müxalifət etməyin." (Buxari, "Azan"/74; Muslim, "Salat"/86)

Hədis, "Neylu'l-Əvtar"da (lll, 18) ifadə edildiyi üzərə, muttəfəqun aleyh (üzərində ittifaq edilmiş)'dir.

"İmam, ancaq özünə tabe olunmaq üçündür." ifadəsi, ona tabe olmağın gərəkliliyini göstərməkdədir ki, bu, onun arxasında duran camaatın işidir. Daha əvvəl, "Əməllər, niyyətlərə görədir." hədisinin, əməllərin savabı şəklində olduğunu açıqlamışdıq. Başqasına tabe olan şəxs, tabe olduğu şəxsin məqsədinə alət olmasından başqa bir şey qəsd etməz. Bir şey, insanın məqsədindən uzaq olduğunda, o şey boşuna olmuş sayılır. Bundan dolayı, imama tabe olmağın sihhəti üçün, niyyət etmək, şərtdir. İmama tabe olmaq niyyəti, camaatın namazının sihhəti üçün, şərtdir. Bu, əbu Hənifə və tələbələrinin görüşüdür.

644. Cabir b. Abdullah (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"İmam, zamin (təminatçı, kəfalət edən)'dir. O, nə edirsə, siz də (eynisini) edin."

Hədisi, Taberani, "əl-Mu'cəmu'l-Əvsat"ında nəql etmişdir. İsnadında, Ka'b b. Malik'in övladlarından Musa b. Şeybə mövcuddur. Əhməd b. Hənbəl, onun zəif olduğunu bildirərkən; əbu Hatim, onu siqa görmüşdür. İbn Hibban, "əs-Siqat"ında, ondan bəhs etməkdədir (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 168).

Bizim qənaətimizə görə, ixtilaf, zərər verməz. Dolayısı ilə, hədis, həsəndir. Daha əvvəl, əbu Hureyrə (radiyallahu anh)'ın mərfu olaraq nəql etdiyi,

"İmam, zamindir. Müəzzin, güvəniləndir." hədisi, müəzzinin vəsfləri bəhsində keçmişdi. Hədisi, Bəzzar rəvayət etmişdir. Bütün raviləri, siqadır.

Bu rəvayət, eyni zamanda, camaatın, imama tabe olmağa niyyət etməsinin şərt olduğunu göstərməkdədir. Çünki imam, zamin olduğuna görə, onun namazının pozulması, camaatın da namazının pozulmasına yol açar. Dolayısı ilə, camaatın, bu riski üstlənməsi lazımdır. "əl-Hidayə"də (l, 80), belə açıqlanmışdır. Doğrunu ən yaxşı, uca Allah bilir.

İmam Muhamməd'in "Kitabu'l-Asar"ında (s. 29), bu açıqlama yer almaqdadır:

"İmam əbu Hənifə, Hammad vasitəsilə İbrahim ən-Nəxai'nin bu ifadəsini nəql etdi:

'Bir camaatın namazına daxil olduğunda, onların namazına niyyət etməzsən, namazın, caiz olmaz.'

İmam, bir namaza; arxasındakılar da, başqa bir namaza niyyət etdiklərində, imamın namazı, caiz olarkən; camaatın namazı isə, caiz olmaz.

İmam Muhamməd, "Biz, bu ictihadı əsas aldıq. Əbu Hənifənin görüşü də, budur." demişdir.

Bizim qənaətimizə görə,

"İmam, ancaq, özünə tabe olunmaq üçündür. Bu halda, siz, ona müxalifət etməyin." hədisi, ümumilik ifadə etdiyi üçün, imamla camaatın niyyətinin bir olması gərəkdiyini ifadə etməkdədir.

(Təhanəvi, "İ'lau's-Sünən")

-----------------------------------------------------

Əlavələr:

Namaza necə niyyət edilir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namaza-nec%C9%99-niyy%C9%99t...

Niyyətin namaza şərt olması (4 məzhəbə görə):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/niyy%C9%99tin-namaza-s%C9%99...

Dillə niyyət etmək:

https://salihiyye.com/2021/08/03/niyy%c9%99ti-dild%c9%99-t%c9%99l%c9%99f...

"Əməllər, niyyətlərə görədir." hədisi (1)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99m%C9%99ll%C9%99r-niyy%...

"Əməllər, niyyətlərə görədir." hədisi (2)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99m%C9%99ll%C9%99r-niyy%...

Read 50 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR