Həcc surəsi 18-ci ayətin təfsiri

"Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi?" (Həcc/18)

----------------------------

Təfsiri:

Haqq Taala'nın,

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَسْجُدُ لَهُ...

"Ə ləm təra ənnəllahə yəscudu Ləhu? / Görmədinmi şübhəsiz ki, Allaha səcdə edirlər?" buyruğuna gəlincə, bununla bağlı, bir neçə sual vardır:

✓ Birinci sual: Ayətdəki "ru'yət - görmə" ilə, nə qəsd edilmişdir?

Cavab: Bununla, "bilmək" mənası qəsd edilmiş olub, ayət, "Göydəki və yerdəkilərin, Allaha səcdə etdiklərini bilmədinmi?" deməkdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu, gördüyü üçün deyil, Allahın xəbər verməsilə bilmişdir.

✓ İkinci sual: Burdakı "səcdə", nə deməkdir?

Cavab: Bu xüsusda, bu izahlar verilmişdir:

1. Zəccac, belə deyir:

"Bütün bunların səcdə etmələri xüsusundakı ən yaxşı izah, bunların, Allaha itaətkar olmalarıdır. Bu, eynilə,

~ ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ

"Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: 'Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!'– dedi. Onlar: 'Könüllü olaraq gəldik!'– dedilər." (Fussilət/11);

~ إِنَّمَا قَوْلُنَا لِشَىْءٍ إِذَآ أَرَدْنَـٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ

"Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq: 'Ol!'– deyirik, o da olur." (Nəhl/40);

~ ...وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ ٱللَّهِ ۗ...

"...Eləsi də var ki (o daşlardan), Allahın qorxusundan yuvarlanıb yerə düşər..." (Bəqərə/74)

~ تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَ‌ٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ...

"Yeddi göy, yer və onlarda olanlar, Onu təsbih edir. Elə bir şey yoxdur ki, həmd ilə Onu təsbih etməsin..." (İsra/44)

~ ...وَسَخَّرْنَا مَعَ دَاوُۥدَ ٱلْجِبَالَ يُسَبِّحْنَ وَٱلطَّيْرَ...

"...Biz, dağları və quşları, Davudla birlikdə Allahı təsbih etmələri üçün, ona ram etdik..." (Ənbiya/79)

ayətlərində olduğu kimidir. Buna görə, məna,

"Bu maddələr, Allahın, özlərində yaratdığı bütün vəsfləri, qarşı gəlmədən, istər-istəməz qəbul edincə, bax onların bu halları, itaət və inqiyada (boyun əyməyə) bənzəmiş olur ki, itaət və inqiyadı ən gözəl ifadə edən şey isə, səcdədir." şəklində olur.

İndi, əgər:

"Bu açıqlamanı, ayətdəki 'insanlardan bir çoxu' ifadəsi ibtal edir. Çünki sənin bəhs etdiyin mənadakı səcdə, bütün insanlar haqqında ümumidir. Bundan dolayı, o səcdənin, insanlardan çoxuna isnad edilməsi, faydası olmayan bir təxsis (xas qılma) olur." deyilərsə, buna, belə cavab verərik:

a. Bəhs etdiyimiz mənadakı səcdə, hər nə qədər, hər kəs haqqında ümumi bir ifadə isə də, ancaq, nə var ki, o insanlardan bir qismi dirənmiş, böyüklənmiş və zahirən, səcdəni tərk etmişdir. Bundan dolayı, bu şəxs, hər nə qədər zatı etibarı ilə səcdə edirsə də, ancaq nə var ki, o, zahirilə buna qarşı gəlir, deməkdir. Ancaq, mömin kimsəyə gəlincə, bu, həm zatı, həm də zahirilə səcdə etməkdədir. Bax bu fərqdən dolayı, belə bir təxsis meydana gəlmişdir.

b. Biz, Haqq Taala'nın, "...və bir çox insan..." ifadəsini, özündən əvvəlki ifadədən (yəni, göylərdə və yerdə olan hər kəs, günəş, ay, ulduzlar, dağlar, ağaclar, heyvanlardan) ayırırıq. (Belə etdiyimiz halda da), bu xüsusda, bu 3 izahı veririk:

• Birinci izah: Biz, belə deyə bilərik:

Ayətin təqdiri mənası, "Göydəki və yerdəkilər, Allaha səcdə edər; və Ona, yenə, bir çox insan da səcdə edər." şəklindədir. Bundan dolayı, birinci ifadədəki səcdə, inqiyad (boyun əymə) mənasına; ikinci ifadədəki səcdə isə, itaət və ibadət mənasındadır.

Biz, bunu belə etdik. Çünki, müştərək bir ləfzin, eyni anda bütün mənalarında istifadə edilməsinin caiz ola bilməyəcəyinə dair, dəlil mövcuddur.

• İkinci izah: Haqq Taala'nın, "bir çox insan" ifadəsi, xəbəri məhzuf (həzf edilmiş) bir mübtədadır. Ki, bu xəbər də, "musəbun / mükafatlandırılmış" mənasıdır. Çünki bunun ziddi olan xəbər, bu kəlimənin xəbər olduğuna dəlalət edir ki, bu müqabili olan xəbər də, Haqq Taala'nın "haqqa aleyhi'l-əzab / üzərlərinə əzab haqq olmuşdur" ifadəsidir.

• Üçüncü izah: Ayətdə keçən "kəsirun / çox" kəliməsinin mübtəda olduğunu, ikinci "kəsirun" kəliməsinin ona ətf olunduğunu; "haqqa aleyhi'l-əzab" ifadəsinin də, bunların xəbəri olduğunu söyləməkdir. Buna görə, sanki, "Bir çox insan, bəli, bir çox insana, əzab haqq olmuş, əzab gəlib çatmışdır" deyilmək istənilmişdir.

c. Müştərək bir ləfzin, ifadə etdiyi 2 mənada, eyni anda istifadə edilə biləcəyini iləri sürənlər, belə demişlərdir:

"Ayətdə bəhs edilən 'səcdə' ilə, ağıllı varlıqlar haqqında ibadət; cansızlar haqqında da, 'inqiyad/boyun əymə' qəsd edilmişdir."

Bunu qəbul etməyənlər isə, belə deyirlər:

"Allah, bu ləfzi, 2 dəfə söyləmişdir. Bundan dolayı, bununla, ağıllılar haqqında, itaəti; ağılsızlar haqqında da, inqiyadı qəsd etmişdir."

✓ Üçüncü sual: Haqq Taala'nın, "Göylərdə və yerdə olanlar..." ifadəsinin ləfzi, ümum bir ləfz olub, bunun içinə, insanlar da girir. Bundan dolayı, nəyə görə, Allah, yenidən, "...və bir çox insan..." buyurmuşdur?

Cavab:

1. Əgər Haqq Taala, əvvəlki ifadə ilə kifayətlənmiş olsaydı (yəni, göylərdə və yerdə olanlar ləfzi ilə), eynilə (göylərdəki) mələklərin hamısının səcdə etmələri kimi, bütün insanların da səcdə etməklə olduqları zənnini oyandırmış olardı. Bunun üçün, Haqq Taala, onlardan bir çoxunun, könül xoşluğu ilə səcdə etdiklərini; bir çoxunun da bundan çəkindiyini, imtina edənlərinin də, əzabın özlərinə haqq və vacib olduğunu bəyan etmişdir. (Həcc/18 ayətinin hamısına bax!)

2. Allahın xaricində qalan hər şey, zatı gərəyi mümkün (varlığı ilə yoxluğu imkan daxilində olan) varlıqlardır. Zatı gərəyi mümkün olan varlıqların varlıqları, yoxluqlarına, ancaq Zatı gərəyi vacib olan (Allaha) söykəndiyində tərəccüh edər (üstün gələr). Bu, Haqq Taala'nın,

وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلْمُنتَهَىٰ

"Son dönüş, sənin Rəbbinədir." (Nəcm/42) ifadəsi kimidir.

Mümkin olma, mümkin varlıqlar meydana gələrkən və varlıqlarını davam etdirərkən, necə onlar üçün gərəklidirsə; eyni şəkildə, onların meydana gəldiklərində və varlıqlarını davam etdirdiklərində də, Zatı gərəyi vacib olana (yəni, Allaha) möhtac olmaları bəhs mövzusudur. Bundan dolayı, mahiyyətlər üçün zəruri olan bu zat gərəyi möhtaclıq, huşu və təvazöyə, üzü yerə vurmaqdan daha çox dəlalət edər. Çünki bu, zat cəhətindən möhtac olmağı ifadə edən, əsli və vəd'i bir əlamətdir. Bəzən bu əlamətə, doğruluq və ya yalan ilişə bilir. Ancaq, bizzat (şəxsən) möhtaclığa gəlincə, bunun dəyişməsi və təğayyürü (qeyriləşməsi), imkansızdır.

Bundan dolayı, bütün varlıqlar, bax bu mənada Allaha səcdə edirlər, yəni, zəlil olduqlarını və Ona, Onun yaratmasına və Onun meydana gətirməsinə möhtac olduqlarını (hal dililə) etiraf etməkdədirlər.

Bax, alimlər, Haqq Taala'nın, "Hər şey, Ona, həmd ilə təsbih edir." (İsra/44) ifadəsini də, bu mənada təvil etmişlərdir.

Bu, Qaffal əş-Şaşi (əş-Şafii)'nin görüşüdür. (haşiyə)

--------------------------------

(Haşiyə:

İsra surəsi 44-cü ayətin təfsiri üçün bax:

https://suallarlaislam.com/.../isra-sur%C9%99si-44-cu-ay...

--------------------------------

3. Ayətdə zikr edilən bütün bu şeylərin səcdə etməsi, onların kölgələrinin səcdə etməsidir. Bu da, Haqq Taala'nın,

وَلِلَّهِ يَسْجُدُ مَا فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَمَا فِى ٱلْأَرْضِ مِن دَآبَّةٍ وَٱلْمَلَـٰٓئِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ

"Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar." (Nəhl/49) ayəti kimidir.

Bu da, Mücahid'in görüşüdür.

(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsirindən nəql)

Read 28 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR