Kafirlər üçün əbədi cəhənnəm, ədalətlidirmi?
Sual: Eğer desen: Bir kafirin masiyyet-i küfriyyesi, kısa bir zamanı ifade ediyor, mahduddur. Halbuki, onun cezası, ebedi ve gayr-i mütenahidir. Bu ebedi ceza ile tecziyesi, nasıl adalet-i İlahiyyeye mutabık, yani uygun olur? Faraza, adalete uygunluğunu teslim etsek, bu sefer, hikmet-i ezeliyyeye nasıl muvafık düşer? Eğer hikmete muvaffakiyyetini teslim edip kabul etsek, buna, merhamet-i İlahiyye, nasıl müsaade eder?
Müəllifimiz Nursi (rahiməhullah), burda, bir neçə sual və cavab zimnində, az zamanda işlənən küfrün, niyə əbədi bir cəzanı, daimi bir əzabı gərəkdirdiyini; və bu cəzanın, Allahın ədalətinə, hikmətinə və rəhmətinə zidd olmadığını bəyan etməkdədir. Belə ki:
Sual: Əgər desən ki, küfr, az bir zamanda, məhdud bir ömürdə işlənən bir günahdır. Halbuki, cəzası, sonsuz, əbədi bir cəhənnəm əzabıdır. Bəs yaxşı, bu sonsuz əzab, Allahın ədalətilə necə uzlaşa bilər?! Bu, zülm deyildirmi?! Əgər zülm olmadığını, ədalətə müvafiq olduğunu qəbul edərsək, bəs yaxşı, bu əbədi cəza, necə Allahın hikmətinə müvafiq olar? Əgər bu, Allahın hikmətinə də müvafiqdirsə, hikmət, bu əbədi əzabı iqtiza edir (gərəkdirir)'sə, o vaxt, bu, Allahın sonsuz rəhmətinə necə müvafiq düşür? Allahın sonsuz rəhməti, buna necə icazə verir?
Sualları bir az da açsaq, xülasəsi belə olur:
Az zamandan murad, insanın orta ömrünü 63 il qəbul edərsək, bir adam, küfr günahını, büluğ yaşından sonra işləyir. Yəni, təklif yaşı olan 15 il xaric tutulduğunda, geriyə, təxminən 48 illik bir ömür qalır.
Sual verən şəxs bilmək istəyir ki, belə az bir zamanda işlənən bu küfr günahından dolayı, necə əbədi, daimi bir əzab, bir cəza, Allahın ədalətinə uyğun ola bilər? Bu, zülm sayılmazmı? Yaxşı, deyək ki, ədalətə müvafiq oldu. Bəs yaxşı, Allah, əzəldən, insanı nə üçün belə pərişan etdi, əbədi bir cəzaya müstəhaqq (haqq sahibi) etdi? Yaxşı, deyək ki, bu, ağla, məntiqə, hikmətə müvafiq düşdü, Allahın əzəli hikməti, belə istədi. Bəs yaxşı, Allahın rəhməti, buna necə icazə verə bilər? Bu, mərhəmətsizlik olmazmı?
Demək, bu sualda, 3 cəhət vardır:
• Birincisi: Məhdud bir ömürdəki küfrə qarşılıq, qeyr-i mütənahi (sonsuz) əbədi bir cəza, Allahın ədalətinə, necə yaraşır?
• İkincisi: Yaxşı, deyək ki, ədalətə müvafiq oldu. Bəs, Allahın hikməti, belə bir əzabı, necə iqtiza etmiş (gərəkdirmiş)'dir? Halbuki, Allah, əl-Hakim'dir, hikmət sahibidir, əbəs iş görməz.
• Üçüncüsü: Deyək ki, ədalət və hikmətə də müvafiq düşdü. Bəs yaxşı, Allahın sonsuz rəhməti, bunu necə qəbul edə bilər?
Halbuki, hədisdə gəlmişdir ki, "Rəhmətim, qəzəbimi keçmişdir." (Buxari, "Tövhid"/15)
Hədisə görə, Onun rəhməti, qəzəbini keçmiş ikən, bu əbədi cəhənnəm əzabı, Allahın rəhmətilə necə uzlaşdırıla bilər?
Bax, Müəllif, belə bir neçə başlıqlı bu suala cavab olaraq, belə deyir:
Elcevab: O kafirin cezasının gayr-i mütenahi olduğunu teslim edip kabul etmekle beraber, kısa bir zaman içinde, mütenahi bir vakitte irtikab edilen o masiyyet-i küfriyyenin, gayr-i mütenahi, sonsuz bir cinayet olduğu, 6 cihetle sabittir.
Yəni, əvvəla, etiqad edəcəksin ki, kafirin cəzasının sonu, qətiliklə yoxdur; cəzası, əbədidir. İlk əvvəl, bunu təslim edəcəksən. Çünki, bəzi batil məzhəblər, "Kafirin cəzası, müəyyən bir yerə qədər gedər; cəzasını çəkdikdən sonra isə, əzabı bitər." deyə hökm etmişlərdir. Bu etiqad, batildir. Çünki, Quranın nassı ilə, kafirlər, cəhənnəmdə əbədi qalacaqlardır. Bu, təvil ediləcək məsələlərdən deyildir. Əqidəmiz, budur.
Müəllif, indi də, küfrün, qeyr-i mütənahi (sonsuz) bir cinayət olduğundan, əlbəttə qeyr-i mütənahi bir əzabı gərəkdirdiyini, bəyan etməkdədir. Belə ki:
Bəli, küfrün zamanı, sonsuzdur. Küfr, sonsuz bir cinayətdir. Normal bir insan ömrünə, yəni təxminən 63 il yaşayan birinə görə, 15 ili çıxdığımız vaxt, geriyə 48 illik bir ömür qalır. Buna görə, küfrün zamanı məhdud olduğundan, bir kafir, 48 il kimi az bir zamanda, bu küfr cinayətini işləmiş olur. Lakin işləmiş olduğu küfr, sonsuz bir cinayət olduğundan, bu günahının sonu, yoxdur.
Bəli, küfr, 6 cəhətlə sonsuz bir cinayətdir.
İndi, sırası ilə, o 6 cəhəti izah edək. Yəni, kafir, niyə az bir ömründə işləmiş olduğu küfr cinayətinə qarşı, əbədi bir əzaba haqq qazanır? Bu, Allahın ədalətinə, necə müvafiq düşür? Müəllifimiz, bunun, 6 səbəbdən qaynaqlandığını bəyan etməkdədir. Belə ki, bunlardan:
• Birincisi: "Küfür üzerine ölen bir kafir, eğer ebedi bir ömür ile yaşayacak olsaydı, o gayr-ı mütenahi (sonsuz) ömrünü, behemehal (ister-istemez), küfür ile geçireceği, şübhesizdir. Çünki, kafirin cevher-i ruhu (ruh cövheri), bozulmuşdur. Bu itibarla, o bozulmuş olan kalb, gayr-ı mütenahi (sonsuz) bir cinayete hazır hale gelmiş; buna müstaiddir (istedadlıdır). Binaenaleyh (bundan dolayı), ebedi cezası, adalete mühalif değildir; tam mahz-ı adalet (ədalətin məhz özü)'dür."
Yəni:
Küfr üzərinə ölən bir kimsənin, əbədiyyən dünyada qaldığını fərz etsək, kafir, yenə, eynilə o küfr üzərə davam edəcəkdi; əsla və əsla, o küfründən vaz keçib imana gəlməyəcəkdi. Bax, Allah Taala, bunu, əzəli elmilə bildiyi üçün, o kafiri, əbədi cəhənnəminə daxil edir; daimi bir əzabla cəzalandırır. Demək, kafir, öz kisbi (təşəbbüsü) ilə belə bir cəzaya haqq qazanır. Bu xüsusu, bu ayət, sərih/açıq bir şəkildə xəbər verməkdədir:
...وَلَوْ رُدُّوا۟ لَعَادُوا۟ لِمَا نُهُوا۟ عَنْهُ وَإِنَّهُمْ لَكَـٰذِبُونَ
"...Əgər onlar, geri qaytarılsaydılar, yenə də, özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar, yalançıdırlar." (Ənam/28).
Yəni, əgər bu aləm, əbədi olsaydı; o kafir də, daimi yaşasaydı, yenə, küfrünə davam edəcəkdi. 48 il kimi normal bir ömürdə və ya daha az, daha çox bir ömürdə ibrət almayan bir kimsə, daha ibrət almaz; şirk və küfründən vaz keçməz. Ayətdə, uca Allah, belə buyurmaqdadır:
...أَوَلَمْ نُعَمِّرْكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُ ۖ فَذُوقُوا۟ فَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٍ
"Məgər orada, sizə, düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə, qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə, dadın əzabı! Zalımlara, kömək edən olmaz." (Fatir/27)
Bax bu ayət, hər kəsə, dərs və ibrət ala biləcəyi qədər bir ömür verildiyini bəyan etməkdədir. Bu qədər zaman içində bir kimsə hidayətə gəlmədisə, ondan sonra, o kimsəyə, bir şey kar etməz, fayda verməz. Bunun niyəsi haqqında, Müəllif, belə deyir:
"Çünki, kafirin cevher-i ruhu (ruh cövheri), bozulmuşdur."
Ruh, bir cövhərdir. Cəsəd isə, onunla qaimdir. Yəni, ruhunun mahiyyəti, cövhər məsabəsindən, adi bir ləvazimata, araz kimi bir çeyə çevrilmiş, təfəssüh etmiş (çürümüş)'dür.
Və yaxud, o ruh ki, bir mücəvhər kimi qiymətli və ali ikən; küfr ilə mahiyyəti pozulmuş, adi bir mədən, dəyərsiz bir ləvazimat halına gəlmişdir. Artıq o təfəssüh edən ruh, heç bir işə yaramaz.
Bax, Müəllif, "Bu itibarla, o bozulmuş olan kalb, gayr-ı mütenahi (sonsuz) bir cinayete hazır hale gelmiş; buna müstaiddir (istedadlıdır)." cümləsilə, qəlbin, şərdəki qabiliyyətini kəşf etmiş; təfəssüh edən və cövhəri pozulan qəlbin, buna hazır olduğunu ifadə etmişdir. "Qəlb, buna müstaiddir." demək, "Sonsuz günahlara, felən olmasa da, bi'l-qüvvə (potensial) olaraq qabil olmuş; sonsuz cinayətləri işləməyə hazır hala gəlmişdir." deməkdir.
Bundan dolayı, bu adam, milyonlarla il qalsa da, yenə, eyni şərrə və küfrə davam edər; eyni cinayətləri işləyər.
• İkincisi: O kafirin küfür masiyyeti (günahı), her ne kadar mütenahi (sonlu) bir zamanda ise de, lakin, gayr-i mütenahi (sonsuzı olanın aleyhinde işlenmiş bir cinayettir. Yani, gayr-i mütenahi olan (sonsuz) umum kainatın vahdaniyyette (Allahın birliyinə) olan şehadetlerini tekzib etmekle (yalanlamaqla), gayr-i mütenahi (sonsuz) bir cinayettir.
Yəni:
Küfrün, qeyr-i mütənahi bir cinayət olmasının bir səbəbi də, budur:
Küfr, hər nə qədər məhdud bir ömürdə olmuşsa da, sonsuz bir cinayətdir. Çünki, sonsuza qarşı bir cinayətdir. Yəni, kafir, vahdaniyyətə (Allahın birliyinə) şəhadət edən ümum kainatın şəhadətini təkzib etməklə, sonsuz bir hüquqa təcavüz etmiş sayılır.
Kainat, hər nə qədər Allaha nisbətlə mütənahi (sonlu) isə də, bəşərin hesablarına sığmadığı üçün, bizə görə, qeyr-i mütənahi (sonsuz) sayılır. Bir kafir, bir anda, kainatın Allahın birliyinə şəhadətini və Allaha qarşı zikrini, təsbihini inkar etməklə, sonsuz bir cinayət və sonsuz bir təkzib etmiş olur. Bax, bu sonsuz cinayət və təkzibdən dolayı, əlbəttə, kafir, sonsuz bir əzaba haqq qazanmış olur.
Bəli, ümum kainat, Allahın birliyinə şəhadət etməkdədirlər. Kafir isə, bir anda, bütün kainatın şəhadətini rədd etməkdədir. Həm bütün mövcudat, Allaha qarşı zakir (zikr edən), müsəbbih (təsbih edən) olduğu halda, kafir, küfrü ilə, bütün bunları rədd edir. Bu cəhətlə də, hədsiz (saysız-hesabsız) bir hüquqa təcavüz etmiş və sonsuz bir cinayət işləmiş olur.
تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ...
"7 göy, yer və onlarda olanlar, Onu təsbih edir. Elə bir şey yoxdur ki, Onu, həmd ilə təsbih etməsin..." (İsra/44) ayəti kimi (haşiyə), yüzlərlə Quran ayətləri, kainatın zikrini, təsbihini, təhmidini, sərih/açıq bir şəkildə xəbər verməkdədir. Kafir isə, küfrü ilə, kainatın bütün bu zikr, təsbih və təhmidini təkzib edir, yalanlayır.
Beləcə, -bizə görə sonsuz olan- bütün kainatın hüququna, təcavüz etmiş olur. Bu isə, sonsuz bir cinayətdir. Sonsuz bir cinayətin cəzası da, sonsuz bir əzabdır. Elə isə, kafirin sonsuz bir əzaba haqq qazanması, ədalətin məhz özüdür.
---------------------------
(Haşiyə:
İsra/44 təfsiri üçün bax:
https://suallarlaislam.com/.../isra-sur%C9%99si-44-cu-ay...)
--------------------------
• Üçüncüsü: Küfür, gayr-i mütenahi nimetlere küfran olduğundan, gayr-i mütenahi bir cinayettir.
Yəni:
Küfr, Allahın sonsuz nemətlərinə qarşı bir küfran (nankorluq)'dur; sonsuz nemətlərə qarşı hörmətsizlikdir. Kərim və Munim (nemət verən) Allahın nemətlərini inkardır. Bu da, sonsuz bir cinayətdir; sonsuz bir əzaba haqq qazanmaqdır. Allahın nemətlərinin, hər nə qədər Allaha görə bir nəhayəti varsa da, bizə görə, qeyr-i mütənahidir. Elə isə, qeyr-i mütənahi nemətləri inkar edənin cəzası, qeyr-i mütənahi olmalıdır. Bu isə, tam ədalətdir.
• Dördüncüsü: Küfür, gayr-i mütenahinin (sonsuzun) mukabilinde işlenen bir cinayettir. O da, gayr-ı mütenahi olan Zat ve sıfat-ı İlahiyye'dir (Allahın Zatı və sifətləridir). İşte, kafir, Zat ve sıfat-ı İlahiyyeyi (Allahın Zat və sifətlərini) inkar ettiği için, sonsuz bir hukuka tecavüz etmiş olur. Binaenaleyh (bundan dolayı), sonsuz bir cezaya kesb-i istihkak (haqq qazanmış) olur.
Yəni:
Kafirin işləmiş olduğu cinayəti, sonsuz olan Allahın Zat və sifətlərinə qarşı edilmişdir. Çünki, Zat və sifətlərin sonu yoxdur. İsim və sifət təcəllilərinin bir sonu vardırmı? Əlbəttə ki, yoxdur. Necə ki, Allahın varlığının başlanğıcı və sonu yoxdur. Elə də, isim və sifətlərinin başlanğıcı və sonu yoxdur. Allah, həm Zatı, həm də sifətlərilə, əzəli və əbədidir.
Bax, bu sonsuz isim və sifət təcəllilərinə qarşı küfr ilə qarşılıq verən, onları inkar və təkzib edən, əlbəttə ki, sonsuza qarşı cinayət işləmiş olur. Belə bir günah işləyən adam, əlbəttə ki, əbədi, dəhşətli bir cəzaya layiqdir və bu cəza, ədalətə tam müvafiqdir.
• Beşincisi: Tahkik (şübhəsiz), vicdan-i beşer (insanın vicdanı), لا يَسَعُني اَرْضي وَ لاَ سَمَائي hadis-i kudsi (qüdsi bir hədis) sırrınca, vicdan, zahiren mülk cihetinde mütenahi ve mahsur ise de; lakin, melekutiyyet ciheti, hakikati neşr ediyor; köklerini, ebede kadar uzatmış ve dallarını (budaqlarını) oraya kadar neşr etmiş (yaymış)'dır. Yani, vicdanın batını, ebede bakıyor ve ebediyyeti istiyor. Bu itibarla, vicdan-ı beşer (insan vicdanı), gayr-i mütenahi (sonsuz) hükmündedir. Lakin, küfür vasıtası ile, mülevves (kirlənmiş) ve mahv olmuşdur.
Kafirin küfrünün əbədi cəhənnəm əzabını nəticə verməsinin ədalətli olmasının 5-ci səbəbi də, bu qüdsi hədisin ifadə etdiyi mənadır:
مَا وَسِعَني سَمَائِي وَلَا اَرْضِي، وَلكِنْ وَسِعَني قَلْبُ عَبْدِي المُؤْمِنِ
Yəni, "Mən, yerə və göyə sığmadım; ancaq, mömin qulumun qəlbinə sığdım." (Əhməd b. Hənbəl, "Kitabu'z-Zühd", s. 69)
Bax, bu qüdsi hədis gərəyi, hər nə qədər, insan vicdanı, zahirən və mülk (zahiri) etibarı ilə məhsur (məhdud) və mütənahi (sonlu) isə də, Haqq Taala'ya baxan mələkutiyyət (haşiyə) və həqiqət cəhətilə, əbədə qədər uzanmış, kök salmışdır.
Bəli, insanın heç bir arzusu, heç bir fikri, heç bir düşüncəsi, bu fane dünyaya sığmaz; o, heç bir cəhətdə tətmin olmaz; əbədiyyəti istəyər, əbədiyyətə aşiqdir. Demək, insan vicdanı, mələkut cəhətilə, qeyr-i mütənahi (sonsuz) sayılır.
-----------------------------
(Haşiyə:
Mələkut nədir?
https://suallarlaislam.com/.../m%C9%99l%C9%99kut-al%C9...)
------------------------------
Bax, kafir, ən başda, arzuları əbədə qədər uzanmış olan öz vicdanına həqarət edər. Sonsuz arzularına qarşı cinayət işləmiş, iftira etmiş olar. Halbuki, arzuları, çox ali və məqul (əqlə uyğun); istəkləri, yerində və həyati olan vicdanın bu arzu və istəklərini yox saymaq surətilə onu kirlədib çürütmək, yox etmək, belə bir qabiliyyətə zülm etmək, əlbəttə, şiddətli və daimi bir cəzanı iqtiza edir (gərəkdirir). Bu isə, əbədi cəhənnəm əzabıdır və ədalətin məhz özüdür.
Bax, kafir insan, bu səbəbdən, hədsiz cəzaya haqq qazanmış olur. Müəllif (rahiməhullah), bir risaləsində (bax: "Sözlər", 29-cu Söz, 2-ci Məqsəd, 2-ci Əsas, 8-ci Mədar, s. 508) belə deyir:
"İnsanın fıtrat-ı zîşuuru (şüurlu fitrəti) olan vicdanı, saadet-i ebediyeye (əbədi səadətə) bakar, gösterir. Evet, kim, kendi uyanık (oyaq) vicdanını dinlerse, "Ebed, ebed!" sesini işitecektir. Bütün kâinat vicdana verilse, ebede karşı olan ihtiyacının yerini dolduramaz.
Demek vicdan, ebed için mahlûktur (xəlq edilmişdir). Demek, bu vicdanî olan incizap (cəzb edilmə) ve cezbe, bir gaye-i hakikiyenin (həqiqi qayənin) ve bir hakikat-i cazibedârın (cazibədar həqiqətin) yalnız cezbiyle olabilir."
• Altıncısı: Zıdd, her ne kadar zıddına muanid (müxalif) ise de, lakin çok ahkam (hökmlər) ve hususlarda, ona mümasil olur (bənzəyir). Binanenaleyh (bundan dolayı), iman, lezaiz-i ebediyye (əbədi ləzzətlər)'i ismar edib (səmərə verib) meyve verdiği gibi; kezalik (eynilə bunun kimi də), küfrün şenindendir ki, ahirette, elim (ağrılı) ve ebedi elemleri (ağrıları) intac edib (nəticə verib) meyve versin.
Yəni:
Zidd bir şey, hər nə qədər öz ziddinə müxalif isə də, bəzi hökmlərdə, bir-birinə bənzəyirlər. Məsələn, bir kənddə, bir məhəllədə, 2 muxtar varsa, biri nə etsə, digəri onun əksini edər. Lakin, 2 muxtarın etdikləri şeylər, hər nə qədər bəzi cəhətlərdə bir-birinə zidd isə də, digər cəhətlərdə bir-birinə bənzəyirlər.
Bax, iman, necə ki, əbədi ləzzətləri nəticə verirsə; küfr də, -madam ki onun ziddidir- o da, əbədi əzabları nəticə verəcəkdir...
Bəli, iman, necə əbədi cənnəti nəticə verirsə; küfr də, əbədi cəhənnəmi nəticə verir. Çünki iman ilə küfr; hidayət ilə dəlalət, bir-birinə ziddirlər. Nəticələri də, əlbəttə bir-birinə zidd olacaqdır. Məsələn, bütün səadətlər, ləzzətlər, iman və hidayət yolunda olduğu kimi; bütün əzablar, sıxıntılar da, küfr və dəlalət yolundadır. Çünki, ziddlər, elə təkamül etməkdədir. Yəni, iman, əbədi səadət və ləzzət cəhətilə təkamül etdiyi kimi; küfr də, əbədi əzab və sıxıntı cəhətilə təkamül edir.
Demək, imanın qarşılığı ilə küfrün qarşılığının, mütləq, bir-birilərinə əbədiyyət cəhətilə bənzəməsi lazımdır. Çünki, zidd, ziddinə qarşı çıxdığı vaxt, mütləq bəzi hökmlərdə, bir-birilərinə bənzəyirlər.
Bax, madam ki, imanın mükafatı, əbədidir. Elə isə, küfrün qarşılığı da, əbədi olmalıdır. Yenə, ləzzətlər və əzablar, bir-birilərinə bənzəməsələr də, "əbədilik" cəhətində, ikisi, bir-birinə bənzəyirlər.
İşte, bu 6 ciheti mezc edip, ondan çıkan neticeye bakan bir kimse, şu neticeye hükm eder: Gayr-i mütenahi olan bir ceza, ancak ve ancak, gayr-i mütenahi bir cinayete karşılıktır. Bu ise, ayn-ı adalettir; asla zulüm deyildir.
Müəllifimiz Ustad Nursi, deyir:
Bax, bu 6 cəhətin məzcindən (birləşməsindən) belə bir nəticə ortaya çıxdı ki, qeyr-i mütənahi (sonsuz) bir cəza, ancaq və ancaq, qeyr-i mütənahi (sonsuz) bir cinayətin qarşılığıdır.
Madam ki, küfr, qeyr-i mütənahi bir cinayətdir. Elə isə, cəzası olan cəhənnəmdə də, əbədi olması lazımdır. Bu isə, ədalətin məhz özüdür.
Müəllif, yenə, bir risaləsində (bax: "Ləmalar", 28-ci Ləma, 19-cu Nüqtə), belə deyir:
Sual: Kısa bir zamandaki küfre mukabil, hadsiz bir zaman Cehennemde hapis, nasıl adalet olur?
Yəni:
Sual: Qısa bir zamandakı küfrə müqabil, hədsiz bir zaman cəhənnəmdə həbs, necə ədalətli ola bilər?
Elcevap: Sene 365 gün hesabıyla, bir dakikada katl, yedi (7) milyon sekiz yüz seksen dört (884) bin dakika hapis iktizası kanun-u adalet iken, bir dakika küfür bin katl hükmünde olduğundan, yirmi sene ömrünü küfürle geçiren ve küfürle ölen bir adam, kanun-u adaletle, elli yedi (57) trilyon iki yüz bir (201) milyar iki yüz (200) milyon sene, beşerin kanun-u adaletiyle hapse müstehak olur. Elbette فِيهَۤا اَبَدًا adalet-i İlâhî ile veçh-i muvafakati bundan anlaşılıyor.
Yəni:
"Cavab: İl, 365 gün üzərindən hesablansa, 1 dəqiqə içində törədilmiş qətl, 7.884.000 dəqiqə həbsi gərəkdirməsi, ədalət qanunu ikən..."
1 dəqiqə içində törədilmiş qətl = 15 il həbs
1 gün = 24 saat = 1440 dəqiqə.
1 il = 365 × 1440 dəqiqə = 525.600 dəqiqə.
15 il = 525.600 × 15 = 7.884.000 dəqiqə.
----------------
"1 dəqiqə küfr, 1000 qətl hökmündə olduğundan..."
Uca Allah, Öz əzəmətli kitabında, belə buyurmaqdadır:
...وَٱلْفِتْنَةُ أَشَدُّ مِنَ ٱلْقَتْلِ...
"...Fitnə, qətldən daha şiddətlidir..." (Bəqərə/191)
İbn Abbas (radiyallahu anh)'a görə, ayətdəki "fitnə"dən məqsəd, "küfr/Allahı inkar etmək"dir. Çünki, küfr, yer üzündə, zülm və qarışıqlıqlara səbəb olan bir fəsaddır. Küfrdə, fitnə də mövcuddur. Küfr, bir adamı öldürməkdən daha böyük qəbul edilmişdir. Çünki küfr, sahibinin daimi olan bir cəzaya haqq qazanmasına səbəb olan bir günahdır. Öldürmək isə, belə deyildir. Küfr, sahibini dindən çıxarır. Halbuki, birini öldürmək, belə deyildir. O halda, küfr, öldürməkdən daha böyük bir günahdır, deməkdir. (Razi, "Məfatihu'l-Ğeyb", Bəqərə/191 təfsiri)
------------------------------
"20 il ömrünü küfrlə keçirən və küfrlə ölən bir adam, ədalət qanunu ilə, 57.201.200.000.000 (57 trilyard 201 milyard 200 milyon) il, bəşərin ədalət qanunu ilə həbsə haqq qazanmış olar..."
• 1 dəqiqə qətl = 7.884.000 (dəqiqə olaraq);
• 1 saatda = 7.884.000 X 60 = 473.040.000 (dəqiqə olaraq);
• 1 gündə= 473.040.000 X 24 = 11.352.960.000 (dəqiqə olaraq)
• 1 ildə = 11.352.960.000 X 365 = 4.143.830.400.000 (dəqiqə olaraq)
• 20 ildə = 4.143.830.400.000 X 20 = 82.876.608.000.000 (dəqiqə olaraq)
Küfr 1.000 (min) qətl hökmündə olduğundan:
• 82.876.608.000.000 X 1000 = 82.876.608.000.000.000 (dəqiqə olaraq)
• 82.876.608.000.000.000 / 1440 = 57.553.200.000.000 (gün olaraq, - Müəllifin verdiyi hesab, il üçün deyil, gün üçün az bir fərqlə, müvafiqdir.)
-------------------------
Əlbəttə ki, "Orda, əbədi qalacaqlardır." İlahi ədalətilə müvafiqlik cəhəti, burdan başa düşülür.
------------------------
"Birbirinden gayet uzak iki adedin sırr-ı münasebeti şudur ki:
Katl ve küfür, tahrip ve tecavüz olduğu için, gayre tesirat yapar. Bir dakikada katl, lâakal, zâhirî âdete göre, on beş sene maktulün hayatını selb eder, onun yerine hapse girer.
Bir dakika küfür, bin bir esmâ-i İlâhîyi inkâr ve nukuşlarını tezyif ve kâinatın hukukuna tecavüz ve kemâlâtını inkâr ve hadsiz delâil-i vahdâniyeti tekzip ve şehadetlerini reddetmek olduğundan, kâfiri, bin seneden ziyade esfel-i sâfilîne atar, خَالِدِينَ'de hapseder."
Yəni:
Bir-birindən çox uzaq olan bu 2 (yəni, 1 dəqiqə və qarşılığı olan 57 trilyard 201 milyard 200 milyon gün) ədədin münasibətindəki sirr, budur ki:
"Qətl və küfr, təxrib və təcavüz olduğu üçün, qeyrisinə təsir edər. 1 dəqiqə içində törədilmiş qətl, zahiri adətə görə, 15 il, məqtul (öldürülən)'in həyatını səlb edər (ortadan qaldırar); onun yerinə həbsə girər."
Qətl, təxrib və təcavüz olduğu üçün, qeyrisinə də təsir edir. Məsələn:
İnsan vücudunun bir əzasına bıçaq vurulduğu vaxt, sadəcə, o əzanı (orqanı) zədələmir. Bununla bərabər, vücudun digər əzalarını da zədələyir. Bu da, insan vücudunun, tamamilə ölümünə səbəb olur.
Eynilə bu misalda olduğu kimi, küfr də, təxrib və təcavüzdür.
1 dəqiqə içində söylənmiş küfr:
~ "1001 İlahi ismi inkar və naxışlarını (yəni, bu isimlərin kainatdakı təcəllilərini) təzyif (həqir görmək)..."
Küfr, bütün bir kainatı təzyif (təhqir) etmək, qiymətsiz və mənasız görməkdir. Bütün məxluqatın həqiqətləri, Allahın isimlərinə istinad etdiyindən (haşiyə), məxluqata edilən bu təhqir, Allahın isimlərini də təhqir mənası daşıyır. Yəni, o mükəmməl təcəlliləri, əhəmiyyətsiz görər; diqqətə almaz; düşünməyə layiq görməz. Bu isə, Özünü o isim/ünvanlarla tanıdan Allaha qarşı böyük bir cinayətdir.
----------------------
(Haşiyə:
Əşyanın həqiqəti, nədir?
https://suallarlaislam.com/.../%C9%99syanin-h%C9%99qiq%C9...)
----------------------
~ "Kainatın hüququna təcavüz və kamilliyini inkar..."
Küfr içində olanlar, Allahı təsbih edən varlıqları, öz küfrünə şərik edər, yəni, küfr yoluna, onların köməklərilə girər. Bu isə, o varlıqların haqlarına təcavüzdür.
Bununla bərabər, aləmin hər şeyini, onda müşahidə edilən fəaliyyətləri, saysız-hesabsız hikmətləri, o gözəl nəticə və mükəmməllikləri, faydasız, qayəsiz və əbəs görməkdədirlər.
~ "Hədsiz tövhid dəlillərini təkzib (yalanlamaq) və şəhadətlərini rədd..."
Yaradılan bütün varlıqlar, Allahın varlıq və birliyinə dəlil təşkil etdikləri, şahidlik etdikləri halda, kafir, küfrü ilə bunu rədd etdiyindən, kafiri, 1000 ildən çox əsfəl-i safilinə atar, "ədəbi qalacaqlar"(ı yerdə), həbs edər.
Said Nursi, "İşaratu'l-İ'caz fi Məzənni'l-İcaz" (Quranın icaz/az sözlə çox məna ifadə etdiyi yerlərində i'caz/möcüzəlilik işarətləri), Bəqərə/7 təfsirindən nəql
