Kafirlər üçün əbədi cəhənnəm, mərhəmətlidirmi?

ان قلت قد وافق الحكمة فما جهة المرحلة فيه"
قلت: لا يتصور في حقهم إلاّ العدم أو الوجود في العذاب والوجود. ولو في جهنم مرحمة وخير بالنسبة إلى العدم إن تأملت في وجدانك ، اذ العدم شر محض، حتى ان العدم مرجع كل المصائب والمعاصي ان تفكرت في تحليلها. وأما الوجود فخير محض فليكن في جهنم، وكذا ان من شأن فطرة الروح، اذا علم أن العذاب جزاء مزيل لجنايته وعصيانه، ان يرضى به لتخفيف حمل خجالة الحناية ويقول: هو حق، وأنا مستحق، بل حباً للعدالة قد يلتذ معنى! وكم من صاحب ناموس في الدنيا يشتاق إلى إجراء الحد على نفسه ليزول عنه حجاب خجالة الجناية، وكذل ان الدخول وان كان إلى خلود دائن وجهنم بينهم أبدا، لكن بعد مرور جزاء العمل دون الاستحقاق يحصل لهم نوع ألفة وتطبّع مع تخفيفات كثيرة مكافأة لأعمالهم الخيرية، أشارت اليها الأحاديث، فهذا مرحمة لهم مع عدم لياقتهم.

Sual: Eğer desen, pekala, o ebedi ceza, hikmete muvafıktır, kabul ettik. Amma, merhamet ve şefkat-i İlahiyyeye ne diyorsun? Bundaki cihet-i merhamet, nedir? Bu azab, nihayetsiz rahmetle nasıl bağdaşır?

Yəni:

Deyək ki, İlahi hikmətin də, bu əbədi əzabı gərəkdirdiyini (haşiyə) qəbul etdik. Yəni, izahlarından, bu qeyr-i mütənahi (sonsuz) cəzanın, hikmətə müvafiq olduğunu başa düşdük. Bəs yaxşı, bu əbədi əzabın mərhəmət cəhəti hardadır? Allahın rəhməti, buna necə izn verə bilər? Allahın, kafirləri, əbədi cəhənnəmdə yandırmasında, nə mərhəmət vardır?

---------------------------------

(Haşiyə:

Kafirlər üçün əbədi cəhənnəm, hikmətlidirmi?

https://suallarlaislam.com/.../kafirl%C9%99r-ucun-%C9%99b...)

---------------------------------

Elcevab: Onlar (yəni, kafirlər) hakkında,

~ ya ademe (yoxluğa) gitmek;

~ ya da daimi azab içinde vücudda kalmaktan

başka ihtimal, tasavvur edilmez. Bu 2 ihtimalden başka yol, yoktur.

Yani, o kafir, ya ademe (yoxluğa) gidecekdir; veya daimi bir azab içinde mevcud kalacaktır. Vücudun (varlığın), velev cehennem de olsun, adem (yoxluğ)'a nisbeten daha hayırlı ve merhametli olduğu, vicdani bir hükümdür. Eğer vicdanınla teemmül edersen, bunu görürsün. Zira (çünki), adem (yoxluq), şerr-i mahz (məhz şərrin özü)'dür. Hatta, ademin tahlilinde (yoxluğun təhlilində) tefekkür edersen, ademin (yoxluğ)'un, bütün musibetlerin ve masiyyet (günahlar)'ın merci'i (rücu etdiyi, döndüyü yer) olduğunu anlarsın. Amma vücud (varlıq) ise, -velev cehennemde de olsa- hayr-ı mahz (xeyrin məhz özü)'dür.

Yəni:

Cavab: Onlar (yəni, kafirlər) haqqında,

~ ya yox olmaq;

~ ya da daimi əzab içində var olmaqdan

başqa ehtimal yoxdur.

Yəni, kafir, ya yox olacaqdır; və ya daimi bir əzab içində mövcud olacaqdır.

Var olmağın, -vələv ki, cəhənnəm də olsa- yoxluğa nisbətən daha xeyirli və mərhəmətli olduğu, vicdani bir hökmdür (Məsələn, insanlardan xəstə, yaşlı və sıxıntılı "cəhənnəm həyatı" keçirənlərin belə, ölümü deyil yaşamağı istəməsi və əlindən gəldiyi qədər yaşamaq çarələri axtarması, bu görüşü qüvvətləndirir). Əgər vicdanınla düşünsən, bunu görəcəksən.

Çünki, yoxluq, şərrin məhz özüdür. (Bunu, ordan başa düşürük ki, insan, ləzzət aldığı bir neməti itirdiyində, əzab çəkir. Sihhəti yox olanda, ağrı çəkir. Demək ki, ağrıların səbəbi, nemətlərin əldən çıxması və yox olmasıdır. Burdan yola çıxaraq deyirik ki, bütün şərrlərin əsası, yoxluğa istinad edir.)

Hətta, yoxluğun təhlilində təfəkkür etsən, yoxluğun, bütün müsibət və günahların döndüyü yer olduğunu başa düşəcəksən. (Məsələn, ən böyük günah, küfrdür. Diqqət edilsə görünəcəkdir ki, küfr, mövcud olan bir şeyi qəbul etməməkdir. Qəbul etməmək də, bir iş və əməl deyildir, yəni, yoxluğa aiddir.)

Ancaq, varlıq isə, -vələv cəhənnəmdə də olsa- xeyrin məhz özüdür. (Bir binanın hər şeyi, necə ki, bir fundament üstündə qurulursa; elə də, kainatda yaxşılıq və xeyir adına nə varsa, hamısının fundamenti, əsası, var olmaq üzərinə qurulmuşdur. Əgər var olmasaq, ona bağlı olan hər şey, yoxluğa düşəcəkdir. Bunun üçündür ki, varlıq nemətinin hər cəhəti, xeyirdir.

Elə isə, ləzzətləndiyi xırda bir neməti itirməkdən dolayı kədərlənən bir insan; necə ola bilər ki, bütün ləzzətlərin əsası olan varlıq nemətini itirməkdən, yəni, əbədiyyən yox olmaqdan dolayı, kədərlənməsin?! Demək ki, onların yox olması deyil, cəhənnəmdə belə varlıqlarını davam etdirməsi, onlar haqqında bir rəhmətdir.)

Ve keza, ruhun fıtratının şenindendir ki, azabın, kendi cinayetini ve isyanını izale eden (ortadan qaldıran) bir ceza olduğunu anlayınca ve bunu bilince, ona razı olsun. Bu, ruhun şenindendir. Ta ki, cinayetinin hacalet yükünü tahfif etsin (xəfiflətsin). O hacaletten kurtulsun ve desin ki: "O azab, haktır ve ben de, -cinayetimden dolayı- ona müstehakkım (layiqəm)." Belki, adaletin icrasının sevgisinden dolayı, bazan o azabla manen, vicdanen mütelezziz (ləzzətlənmiş) olur. Çünkü, adaletin tahakkukunu (gerçəkləşməsini), bi'l-fiil (felən) görmüş olur.

Ve nice namus ve şeref sahibi insanlar vardır ki, işlemiş oldukları suçlar sebebiyle, bu dünyada, cezanın ve haddin kendi nefisleri hakkında icrasını, iştiyakla (şövq duyaraq, həvəslə) isterler. Yani, isyanın cezasını çekmek isterler ki, cinayetin hacalet ve hicabından kurtulsunlar; onu izale etsinler (ortadan qaldırsınlar); böylece, şereflerini korusunlar. Yani, cinayetin lekesini izale; veya hacaletini, tahfif (xəfiflətmək); veyahud icra-yı adalete (ədalətin icrasına) iştiyak (şövq) için, cezayı, hüsn-ü rıza (könül xoşluğu) ile kabul etmek, ruhun fıtri olan şenidir.

Evet, dünyada, çok namus sahibleri, cinayetlerinin hicabından kurtulmak için, kendilerine, cezanın tatbikini istemişler ve bu ceza da, kendilerine tatbik edilmiştir.

Müəllifimiz Nursi (rahiməhullah), əbədi cəhənnəm əzabının mərhəmətli olmasına verdiyi ikinci izah budur ki, cəzanın tətbiq edilməsi, nəticə etibarı ilə, insanı, fitri olaraq rahatladır və bu cəhətdə, o cəza, o insan xüsusunda rəhmət olur. Müəllif, öz görüşünü, belə bəyan edir:

İnsan, əgər əzabın, verilən cəzanın, onun işləmiş olduğu üsyanı, cinayəti ortadan qaldıracağını; onu, o günahın xəcalətindən, utancından qurtaracağını bilsə; fitri olaraq arzu edər ki, özünə, o cəza tətbiq edilsin, ta ki, heysiyyət, şərəf, namusu, izzəti bu şəkildə qorunsun. Yetər ki, o ağır yükün altından çıxsın, ruhu əzilməsin, vicdanı daim əzab içində qalmasın. Mühakimə nəticəsində, bu adam sanki belə deyir:

"Bu cəza, haqq'dır və mən, bu cəzanı çəkməyə layiqəm. Mənə, bu cəza tətbiq edilsin ki, bu xəcalət yükündən qurtulum." Bəlkə bu adam, "Ədalət, öz yerini tapsın." deyə, bu cəzanın tətbiqindən də, mənən, vicdanən ləzzət alar. Hətta, çox vicdan sahibi adamlar, daha bu dünyada ikən, işləmiş olduqları günahın, yalnışın ağır xəcalətindən, şərəf və heysiyyətlərini qorumaq üçün, cəzanın, bu dünyada özlərinə tətbiq edilməsini, sevərək istəmişlər və cəzalarına razı olmuşlardır. Hətta, Allah rəsulu (sallallahu aleyhi və səlləm) həyatda ikən, bəzi səhabələr, işləmiş olduqları zina günahının cəzasının, özlərinə tətbiq edilməsini, israrla istəmişlərdir. "Ta ki, axirətdə rəzil-rüsvay olmaqdan qurtulum." demiş və Allah rəsulu da, cəzaların tətbiq edilməsini əmr etmişdir. (Bax: "Muslim", "Hudud"/24)

Bəli, bu məsələ, sadəcə kafirlərlə əlaqəli deyil; ümumidir; həm kafir, həm mömin üçün məqbuldur. Yəni, Müəllif (rahmətullahi aleyh), burda, bir qiyaslama yolunu izləmişdir. Necə ki, şərəf və heysiyyət sahibi bir insan, bu dünyada, özünü, son dərəcə narahat və utandıracaq bir günah işlədiyi vaxt, fitri olaraq istəyər ki, o ağır utanc yükündən qurtulsun. Bu səbəbdən, bu adam, belə deyir:

"Mənim cəzamı verin. Yetər ki, bu utancın, xəcalətin verdiyi yükdən qurtulum."

Demək, bu adam, yükünün xəfifləməsi üçün, cəzaya layiq olduğunu qəbul etməkdədir.

Eynilə, kafir də, bu cəhətlə, müstəhaqq olduğu daimi əzabla cəzalandırılmaqla, bir dərəcə, o cinayətin ağır yükündən mənən qurtulmuş, vicdanən rahatlamış; daha çox pərişan olmaqdan xilas olmuşdur. Bu da, Allahın rəhmətinin muqtəzası (gərəyi)'dir.

Ve keza (yenə), kafir, kendi iradesiyle küfür yolunu tercih ettiği için, ebedi bir azaba kesb-i istihkak etmiştir (haqq qazanmışdır). Kafirlerin meskeni, cehennemdir ve onlar, orda, haliden (daimi), daimen, yani ebediyyen kalacaklardır. Bu hüküm, muhakkak (şübhəsiz) ve kat'idir. Lakin, kafir, küfrünün cezası olarak kesb-i istihkak ettiği (haqq qazandığı) cehennemde ebedi kalmakla beraber, orada, amelinin cezasını çektikten sonra, onlar için, mürur-u zamanla (zamanın keçməsilə), ateşte, bir nevi ülfet peyda olur; bir nev'i, tabiatları haline gelir. Hem o kafirlerin dünyada yaptıkları amal-i hayriyyelerine (xeyir əməllərinə) mükafaten, pek çok tahfifat (xəfiflik) hasil olur. Yani, onlar, hayır amelleri sebebiyle, şiddet-i azabdan (əzabın şiddətindən) bir derece azad olurlar. Ehadis-i Nebeviyye (Nəbəvi hədislər), bu hususa işaret etmektedir.

İşte, adem-i liyakatlarına (layiq olmadıqlarına) rağmen, bu, onlar hakkında, merhamet-i İlahiyyenin (İlahi rəhmətin) bir nevi tecellisidir.

Əbədi cəhənnəmin kafirlər üçün rəhmət olmasına dair Müəllifin üçüncü izahı, budur ki:

Kafirin məskəni, cəhənnəmdir; və o, orda, əbədi qalacaqdır. Çünki, küfr, əbədi bir cəhənnəmi gərəkdirir. Bu, kafirin batil etiqadının (Diqqət et!) cəzasıdır.

Bununla bərabər, kafirin, dünyada işlədiyi həm şər, həm də xeyir əməlləri vardır. Haqq Taala, ədalət qanunu ilə, hər şər əməl üçün, bir cəza; hər xeyir əməl üçün də, bir mükafat təsbit və təyin etmişdir. Bundan dolayı, kafirin hər şər əməlinin, bir cəzası; hər xeyir əməlinin də, bir mükafatı vardır. Kafirin şər əməllərinin (Diqqət et! Etiqadını demir, əməlini deyir.) cəzasına gəlincə, kafir, şər əməllərindən dolayı, haqqında təsbit edilən cəzanı çəkdikdən sonra, Haqq Taala, mərhəmətindən dolayı, kafirə, o əzaba qarşı bir növ ülfət və ünsiyyət verər. (Diqqət et! Kafirin küfrünə qarşı bir ülfət demir, kafirin şər əməlinə qarşı deyir.)

Kafir, dünyada işlədiyi xeyir əməllərinə mükafat olaraq da, cəhənnəmdə, şiddət cəhətindən daha aşağı, daha xəfif bir əzab dərəcəsinə girər. Bununla bərabər, cəhənnəmə girdikdən sonra, əzabında təxfif (xəfifləmə) olmaz (Diqqət et, ey müftəri!). Nəbəvi hədislər, bu həqiqətə işarət etməkdədir.

Demək, Haqq Taala, mərhəmətindən, kafirə, şər əməllərinin cəzasını çəkdikdən sonra (Diqqət et!), əzaba qarşı, ona, bir növ ülfət ehsan edər. Xeyir əməllərinin mükafatı olaraq da, kafiri, cəhənnəmdə, şiddət cəhətindən daha aşağı, daha xəfif bir əzab dərəcəsinə atar.

~ Ülfət: şər əməllərinin cəzasına

~ Təxfif (əzabda xəfiflik) isə: xeyir əməllərinin mükafatına

baxmaqdadır.

Məzkur (yuxarıda zikr edilən) məsələlərin, yəni, kafirin axirətdə etiqad, şər əməl və xeyir əməllərinin qarşılığının nə surətdə veriləcəyinin daha yaxşı başa düşülməsi üçün, bir neçə əsas zikr edəcəyik. Belə ki:

• Birinci əsas: İman, İslam və əməl kəlimələrinin tərifi haqqındadır:

~ İman: Quran və sünnətdə keçən İlahi əhkamı (hökmləri) təsdiq etməkdir.

~ İslam: Quran və sünnətdə keçən İlahi hökmlərin, xüsusilə İslam şüarlarının, fərd və camaat olaraq tətbiq və icrasına tərəfdar olmaqdır.

~ Küfr: İman rüknləri və İlahi hökmlərin bütününü və ya bir cüzünü inkar etmək və ya o hökmlərin icra və tətbiqinə tərəfdar olmamaqdır.

~ Əməl: Quran və sünnətdə keçən İlahi əmrləri yerinə yetirmək, Allahın qadağan etdiyi şeylərdən də çəkinməkdir.

• İkinci əsas: Kafirin, axirətdə, etiqad, şər əməl və xeyir əməllərinin qarşılığının nə surətdə veriləcəyini, 3 məsələ şəklində xülasə edə bilərik:

~ Birinci məsələ: Kafirin küfründən qaynaqlanan cəzasıdır. Kafirin küfrünün cəzası, əbədi cəhənnəmdir. Kafir, küfr və inkarından dolayı, cəhənnəmdə əbədi qalacaqdır. Çünki, küfr, sonsuz bir cinayətdir. Sonsuz cinayətin cəzası da, sonsuz bir əzabdır. Bu, həm ədalətin, həm də hikmətin gərəyidir. (Haşiyə)

--------------------------

(Haşiyə:

Kafirlər üçün əbədi cəhənnəm, ədalətlidirmi?

https://suallarlaislam.com/.../kafirl%C9%99r-ucun-%C9%99b...

Kafirlər üçün əbədi cəhənnəm, hikmətlidirmi?

https://suallarlaislam.com/.../kafirl%C9%99r-ucun-%C9%99b...)

--------------------------

~ İkinci məsələ: Kafirin şər əməlinə (yəni, Allahın əmrlərini yerinə yetirməmək, qadağalarından çəkinməmək günahına) müqabil olaraq verilən cəzadır. Kafirin İlahi qanunla təsbit edilən şər əməllərinin cəzası, müvəqqətidir. Bu cəza bitdikdən sonra, Haqq Taala, mərhəmətindən dolayı, əzaba qarşı, kafirə, cəhənnəmdə bir ülfət ehsan edər. Kafir, şər əməllərinin cəzasını çəkdikdən sonra, əvvəlki kimi əzab çəkməz; o əzaba, bir növ ünsiyyət qazanar, alışar. Məsələn, kafir, namaz qılmadığı üçün, cəhənnəmdə cəzalandırılacaqdır. Haqq Taala, ədalət qanunu ilə, hər bir fərz namazın tərki üçün cəza təsbit etdiyindən, kafir, həyatı boyunca qılmadığı namazlar üçün təsbit edilən cəzanı çəkdikdən sonra, əzaba qarşı bir növ, ülfət peyda edər, yəni, əzaba alışar.

Küfründən dolayı haqq qazandığı əbədi əzabda isə, əsla ülfət olmaz! (Diqqət et, ey günümüzün Don Kixot'u!)

Xülasə: Kafirin, cəhənnəmdə çəkəcəyi cəza 2 qisimdir:

~ Biri: Küfrünün cəzasıdır. Bu, əbədi cəhənnəmdir. Bu cəzada, ülfət olmaz.

~ Digəri: Şər əməllərinin cəzasıdır. Bu cəza, müvəqqətidir. Kafir, bu cəzasını çəkdikdən sonra, cəhənnəm əzabına qarşı, bir növ ülfət qazanar.

• Üçüncü məsələ: Kafirin, dünyada ikən işləmiş olduğu yaxşılıqlarının mükafatıdır.

Bu xüsusda, 2 görüş vardır:

~ Birinci görüş: Alimlərin cumhuruna görə, kafir, dünyada işləmiş olduğu xeyirlərin mükafatını, sadəcə dünyada görər. Axirətdə isə, küfründən dolayı, xeyirlərinin mükafatını görməz və əzabları da, xəfifləməz. Ancaq, kafirlər, dünyada işləmiş olduqları xeyir əməllərin yerinə, şər əməllər işləyə bilərlərdi. O şər əməlin yerinə xeyir işləmələri səbəbilə, şərləri az olacağından dolayı, cəhənnəmdəki dərəcələri də, ayrı-ayrı olacaqdır.

~ İkinci görüş: Kafir, işləmiş olduğu yaxşılıqlarının qarşılığını, qismən dünyada görər. Əgər dünyada yaxşılıqlarının qarşılığını tam almamışdırsa; o vaxt, axirətdə, böyük məhkəmədə, xeyirli əməllərinə mükafat olaraq, cəhənnəmdə, özü üçün, şiddət cəhətindən daha aşağı, daha xəfif bir əzab dərəcəsi təyin və təsbit ediləcək, o dərəcəyə atılacaqdır. Məsələn, Edisson, bəşəriyyətin mənfəəti üçün, elektrik kimi külli bir xeyrə səbəb olmuşdur. Əgər iman etmədən ölmüşdürsə, dünyada bir çox İlahi nemətlərə nail olmaqla mükafatını aldığı kimi; axirətdə isə, əgər dünyada yaxşılıqlarının qarşılığını tam almamışdırsa, əbədi cəhənnəmdə qalması qəti olmaqla bərabər, cəhənnəmdə, digər kafirlərə nisbətən, şiddət cəhətindən daha aşağı, daha xəfif bir əzab dərəcəsinə atılar.

Demək, dünyada etdikləri xeyir və həsənat dərəcəsinə görə, kafirlərin, bir-birilərinə nisbətən, cəhənnəmdə əzabları, daha xəfif və ya daha ağır olacaqdır. Bəzi Nəbəvi hədislər, bu təxfiflərə işarət etməkdədir. Onlar, layiq olmadıqları halda, bu da, onlar üçün Allahın bir mərhəmətdir.

Kafirlərin dünyadakı bəzi yaxşılıqlarından dolayı, cəhənnəmdəki əzablarının təxfif edildiyinə (xəfiflədildiyinə) dair, bəzi hədislər:

عن أبي نوفل قال؛ قالت عائشة: يا رسول الله اين عبد الله بن جدعان؛ قال: في النار فجزعت عائشة واشتد عليها فلمّا رأى رسول الله صل الله عليه وسلم ذلك قال: يا عائشة! ما يشتد عليك من هذا؟
قالت: بأبي انت وأمي يارسول الله انه كان يطعم الطعام ويصل الرحم قال: انه يهون عليه بما قلت( اخرجه الخرائطي في كتاب مكارم الأخلاق )

1. əbu Nəvfəl'dən belə rəvayət edilir:

- Aişə (radiyallahu anha), (belə) dedi: "Ey Allahın rəsulu! Abdullah b. Cə'dan, hardadır?"

- Allah rəsulu (sallallahu aleyhi və səlləm), (belə) buyurdu:

"O, atəşdədir."

Bunun üzərinə, Aişə (radiyallahu anha), kədərləndi. Və (bu), ona, şiddətli gəldi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), onu(n bu halını görüncə):

"Sənə şiddətli gələn, nədir?" deyə buyurdu.

- Aişə (radiyallahu anha), belə dedi:

"Anam-atam, Sənə fəda olsun, ey Allahın rəsulu! (Çünki, o), yemək yedirərdi; qohum-əqrəba münasibətlərinə riayət edərdi."

- (Bunun üzərinə), Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Şübhəsiz, ona, (sənin dediyin kimidirsə), (bu dünyadakı yaxşılıqları sayəsində, əzab), asanlaşdırılar (xəfiflədilər)." (Xaraiti, "Məkarimu'l-Əxlaq")

2. Abdullah b. Məsud (radiyallahu anh)'dan, (belə) rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), buyurdu:

"Yaxşılıq edən heç bir muhsin yoxdur ki, -istər kafir olsun, istər mömin-, Allah (azzə və cəllə), onu, mükafatlandırar. Ya təcili olaraq bu dünyada və ya axirətinə saxlayar (yəni, axirətdə mükafatını verər)."

- ibn Məsud, deyir:

Biz soruşduq ki: "Ey Allahın rəsulu! Kafirin bu dünyadakı mükafatı, nədir?"

- Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Əgər o kafir olan kimsə, qohum-əqrəba haqlarına riayət etmişdirsə və ya sədəqə vermişdirsə və ya gözəl bir əməl işləmişdirsə, Allah, ona, mal, övlad, sihhət verər və bunlar kimi, dünyada yaxşılıqlar ehsan edər."

- Biz soruşduq:

"Ey Allahın rəsulu! (Bəs) dünyada yaxşılıq edən bu kafirin, axirətdəki mükafatı, nədir?"

- Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Sonra (O kimsəni, cəhənnəmdə, şiddət cəhətindən) daha aşağı bir əzab izləyər."

(Və Peyğəmbər, bunun ardınca, bu ayəti oxudu):

...أَدْخِلُوٓا۟ ءَالَ فِرْعَوْنَ أَشَدَّ ٱلْعَذَابِ

"...Firon nəslini, ən şiddətli əzaba salın!" (Ğafir/46)

(Hakim, "əl-Mustədrək", hədis no: 3055, 2-ci cild, s. 638. Sənədi, səhihdir.)

Demək, bu ayət gərəyincə, əzabın, xəfifi də vardır, şiddətlisi də. Kafirlərin, dünyada etdikləri xeyr və yaxşı əməllərin dərəcəsinə görə, cəhənnəmdəki yerləri və orda çəkəcəkləri cəzalar və əzabları da, fərqlidir.

Müəllifimiz, "Ləmalar" adlı əsərində (10-cu Ləma, s. 49), belə deyir:

"...dünyada şu mü'min, kısmen kusurâtından cezasını gördüğü için, dünya onun hakkında bir dâr-ı cezadır. Dünya, onların saadetli âhiretlerine nisbeten bir zindan ve cehennemdir. Ve kâfirler, madem Cehennemden çıkmayacaklar; hasenatlarının mükâfatlarını kısmen dünyada gördükleri ve büyük seyyiatları tehir edildiği cihetle, onların âhiretine nisbeten dünya cennetleridir..."

Yəni:

Mömin, dünyada, qüsurlarından qismən cəzasını gördüyü üçün, dünya, onun haqqında, bir cəza yurdudur. Dünya, möminlərin səadətli axirətlərinə nisbətən, bir zindan və cəhənnəmdir.

Və kafirlər, madam ki, cəhənnəmdən çıxmayacaqlar. Gözəl əməllərinin mükafatlarını qismən dünyada gördükləri və böyük pis əməlləri ertələndiyi cəhətlə, axirətlərinə nisbətən, dünya, onların cənnətləridir.

• Üçüncü əsas: Quranın ifadəsilə, cəhənnəm, 7 təbəqədir və hər təbəqə, ona layiq günahkarlarla doludur.

وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ • لَهَا سَبْعَةُ أَبْوَ‌ٰبٍ لِّكُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُومٌ

"Həqiqətən, Cəhənnəm, onların hamısına vəd olunmuş yerdir. Onun, 7 qapısı vardır. Hər qapı üçün, onlardan müəyyən bir dəstə təyin olunmuşdur." (Hicr/43-44)

Bəzi müfəssirlərə görə, cəhənnəmin 7 qapısından məqsəd, 7 təbəqəsidir.

Cəhənnəmin adları və ora girəcək tayfalar xüsusunda, təfsir kitablarında, müxtəlif rəvayətlər mövcuddur. Bu rəvayətlərdən birini nəql edirik:

~ Birincisi: "Haviyə"dir. (Qariə/9);

~ İkincisi: "Səqar"dır. (Qəmər/48; Muddəssir/26, 27, 42);

~ Üçüncüsü: "Səir"dir. (Mulk/10, 11);

~ Dördüncüsü: "Cəhim"dir. (Şuara/91; Təkasur/6);

~ Beşincisi: "Ləza"dır. (Məaric/15);

~ Altıncısı: "Hutamə"dir. (Huməzə/4-5);

~ Yeddincisi: "Dərku'l-əsfəl"dir. (Nisa/145)

Bu təbəqələr içində də, minlərlə əzab məhəlləri, növləri mövcuddur. Hər təbəqədəki əzabın şiddəti, ayrı-ayrıdır. Bu fərqlilik, küfrün ayrı-ayrı mərtəbələrindən; və işlənən xeyir və şər əməllərin ayrı-ayrı dərəcələrindən qaynaqlanmaqdadır.

• Dördüncü əsas: Kafir, özü üçün təsbit edilən cəhənnəmin təbəqəsində, 2 cəza görəcəkdir:

~ Birinci cəza: Kafirin, küfr və inkar ilə hüququllah (Allahın haqları) və hüququ'l-ibad (qulların haqları)'na təcavüz etməsi səbəbilə, müstəhaqq (haqq qazandığı) cəzadır. Bu cəza, əbədidir.

Bəli, küfr, sonsuz olan Zat, sifət və isimləri inkar və təhqir (həqir görmək) olduğundan, Allahın haqlarına hədsiz bir təcavüzdür. Həm küfr, bütün mövcudatı təhqir və zərrədən ərşə qədər ümum mövcudatın, Allahın varlıq və birliyinə olan şəhadətlərini rədd və təkzib olduğundan, hüququ'l-ibad (qulların haqları)'na təcavüzdür. Hər bir zərrənin təhqiri, bir qətl; hər bir zərrənin Allahın varlıq və birliyinə şəhadətinin təkzibi isə, başqa bir qətl hökmündə olduğu həqiqəti düşünülsə, kafirin küfründən dolayı çəkəcəyi cəzasının nə qədər əzəmətli və daimi olduğu, başa düşüləcəkdir.

Demək, Müəllifin "kafirin kesb-i istihkak etdiyi ceza / kafirin haqq qazandığı cəza" təbirindən murad, kafirin, hüququllah və hüququ'l-ibada təcavüzündən dolayı, cəhənnəmdə əbədi qalması və orda əzab çəkməsidir. Bu əzabda, xiffət olmaz. Əksinə, hər an, əzabı çoxalar.

Quran, kafir cəhənnəmə girdikdən sonra, küfründən dolayı çəkəcəyi əzabda təxfif olmayacağını, əksinə, hər an çoxalacağını, bir çox ayətilə bəyan etmişdir. Nümunə olaraq, bir neçəsini zikr edirik:

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَمَاتُوا۟ وَهُمْ كُفَّارٌ أُو۟لَـٰٓئِكَ عَلَيْهِمْ لَعْنَةُ ٱللَّهِ وَٱلْمَلَـٰٓئِكَةِ وَٱلنَّاسِ أَجْمَعِينَ • خَـٰلِدِينَ فِيهَا ۖ لَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنظَرُونَ

"Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun! Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı xəfiflədilməyəcək və onlara möhlət də verilməyəcəkdir." (Bəqərə/161-162);

وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلْعَذَابَ فَلَا يُخَفَّفُ عَنْهُمْ وَلَا هُمْ يُنظَرُونَ

"Zalımlar əzab çəkməyə başladıqda, onların əzabı xəfiflədilməyəcək və onlara, möhlət də verilməyəcəkdir." (Nəhl/85);

وَٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَىٰ عَلَيْهِمْ فَيَمُوتُوا۟ وَلَا يُخَفَّفُ عَنْهُم مِّنْ عَذَابِهَا ۚ كَذَ‌ٰلِكَ نَجْزِى كُلَّ كَفُورٍ

"Kafirləri isə, Cəhənnəm odu gözləyir. Orada, nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı, onlar üçün xəfiflədilər. Biz, hər bir kafiri, belə cəzalandırırıq." (Fatir/36);

ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ زِدْنَـٰهُمْ عَذَابًا فَوْقَ ٱلْعَذَابِ بِمَا كَانُوا۟ يُفْسِدُونَ

"Kafir olub insanları Allah yolundan sapdıranlara, törətdikləri fitnə-fəsada görə, əzab üstündən əzab artıracağıq." (Nəhl/88);

وَمَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِ ۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُمْ أَوْلِيَآءَ مِن دُونِهِۦ ۖ وَنَحْشُرُهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا ۖ مَّأْوَىٰهُمْ جَهَنَّمُ ۖ كُلَّمَا خَبَتْ زِدْنَـٰهُمْ سَعِيرًا

"Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların sığınacaqları yer Cəhənnəmdir. Onun alovu azaldıqca onlar üçün alovu artıracağıq." (İsra/97);

فَذُوقُوا۟ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا

"Elə isə, dadın əzabı! Biz, sizə, əzabdan başqa bir şey artırmayacağıq!" (Nəbə/30)

~ İkinci cəza: Kafirin, şərr əməlindən dolayı cəhənnəmdə çəkəcəyi cəzasıdır. Haqq Taala, ədalətilə, kafirin, hər şərr əməlinə, müəyyən bir cəza təsbit və təyin etmişdir. Müəyyən olan bu cəza bitdikdən sonra, kafir, cəhənnəmdəki əzaba qarşı, bir növ ülfət qazanar. Bu ülfət, əmələ baxar (Diqqət et!); küfrə baxmaz. Çünki, küfrə bağlı olan cəza, əbədidir və bu cəzada, ülfət olmaz.

Bax, mətndə keçən "kafirin amelinin cezası" təbirindən murad, şərr əməlindən dolayı cəhənnəmdə çəkəcəyi əzabdır.

• Beşinci əsas: Cəhənnəmdə əzab çəkən kafirin cəsədi haqqındadır.

Kafir, yuxarıda izah edilən şərr əməlinin cəzasını çəkdikdən sonra, vücudu, cəhənnəm atəşinə qarşı, bir növ ülfət qazanacaqdır. Bu ülfət, əsla və əsla, əzabın xəfifləyəcəyi mənasına gəlməz. Əksinə, cəhənnəmə girdiyi andan etibarən, kafirin əzabı, davamlı olaraq artar.

Bəli, cəhənnəmdə, Allahın əzabı, davamlı olaraq artdığı kimi; buna bağlı olaraq, vücudun o əzabdan alacağı ağrı da, davamlı olaraq artar. Demək, həm əzab, həm də o əzabdan hasil olan ağrı, daimi olaraq artar. Əzabda və ağrıda, azalma və xəfifləmə olmaz. Ancaq, vücud, bu əzaba qarşı dayana bilməyə alışar və ülfət qazanar. Bu, Müəllifimizin dediyi kimi, onun haqqında, bir rəhmətdir.

Haqq Taala, kafirlərin, şərr əməlləri səbəbilə qazanmış olduqları cəzaları bitmədikcə, cəhənnəmdə, onlara ülfət nəsib etməz. Onlar, cəhənnəmdə, davamlı fəryad edərlər.

Cəhənnəm əhlinin vücudunun, zamanla əzaba qarşı ülfət qazanmasını ağla yaxınlaşdırmaq üçün, bir neçə misal zikr edəcəyik:

a. Birinci misal: Necə ki, xəstə bir adam, xəstəliyinin ilk günlərində, vücudu, xəstəliyə alışmadığı üçün, çox ağrı çəkər; xəstəliyi artdıqca, zamanla, vücud, o xəstəliyə alışar və xəstə olan adam da, bu xəstəliyi qəbullanar. Xəstəlik və ağrı, xəfifləmədiyi halda; zamanla, vücud, o xəstəliyə alışar.

b. İkinci misal: Qış mövsümü gəldiyi vaxt, insanlar, soyuqla qarşılaşdıqları üçün, sıxıntı çəkərlər. Qışın soyuğu və çəkilən sıxıntı, xəfifləmədiyi halda; zamanla, o soyuğa alışarlar.

c. Üçüncü misal: Həbsə girən bir adam, ilk vaxtlar, çox ağrı çəkər. Həbs cəzası enmədiyi və çəkdiyi sıxıntı azalmadığı halda, zamanla, halına razı olar və bu cəza və sıxıntıya alışar.

Bax bu misallara qiyasən, cəhənnəm əhlinin əzabı və o əzabdan hasil olan ağrıları artdığı halda, zamanla, o vücud, o əzaba və o ağrıya alışar. Yəni, halına razı olar və cəzasını qəbullanar.

Sual:

Ayətlə sabit olduğuna görə, "فَحَبِطَتْ أَعْمَـٰلُهُمْ / (kafirlərin) əməlləri, boşa çıxacaq"dır (Kəhf/105).

Elə isə, ayət, cəhənnəm əhlinin, dünyada bəzi yaxşı əməllərindən dolayı, onlara, cəhənnəmdə, daha xəfif əzab veriləcəyinə zidd deyildirmi?

Cavab:

Ayət, "Onlar, xeyir əməllərindən heç istifadə edə bilməyəcəklər." mənasında deyildir. Mənası budur ki, o xeyir əməllər, onları, əbədi cəhənnəmdən qurtarıcı deyildir. Yoxsa, daha xəfif əzabla cəzalandırılmaları xüsusunda, onlara bir fayda təmin edəcəkdir.

(Said Nursi, "İşaratu'l-İ'caz fi Məzənni'l-İcaz" (Quranın icaz/az sözlə çox məna ifadə etdiyi yerlərində i'caz/möcüzəlilik işarətləri), Bəqərə/7 təfsirindən nəql

Read 86 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR