Bismilləhir-Rahmənir-Rahim ayətinin təfsiri (2)
"Bismillahirrahmanirrahîm’in bir cilvesini şöyle gördüm ki: Kâinat simasında, arz simasında ve insan simasında birbiri içinde birbirinin numunesini gösteren üç sikke-i rububiyet var."
------------------------
Mətnin izahına keçmədən əvvəl, bəzi kəlimələrin nə demək olduğunu açıqlayaq. Belə ki:
~ Cilvə: "qəlbdə, təcəllidən hasil olan şey" deməkdir. "Cilvə" üçün, "arifin qəlbində parlayan İlahi nur (yəni, kainatda hər hansı bir fəaliyyət təfəkkür edildiyində, bu fəaliyyətin failinin Allah olmasının qəlbdə hiss edilməsi)" da deyilmişdir.
"Təcəlli" isə: "görünmək" deməkdir və "qeybi həqiqətlərin qəlblərdə hiss edilə bilən hala gəlməsi", "qeybi olan şeylərin nurlarından qəlblərə açılan şeylər" şəklində tərif edilir. (bax: Seyyid Şərif Cürcani, "Tarifat")
Allahın sifətlərindən bir sifətin qulun qəlbində münkəşif olmasına (kəşf edilməsinə) - "sifət təcəllisi"; isimlərindən bir ismin qulun qəlbində inkişafına isə "isim təcəllisi" deyilir.
Təcəlli, Quran və hədislərdə, həm lüğət, həm də termin mənasında istifadə edilmişdir.
Quranda "təcəlli" kəliməsi:
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ
"And olsun günəşin təcəllisi ilə aydınlaşan gündüzə!" (Leyl/2);
وَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَـٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِىٓ أَنظُرْ إِلَيْكَ ۚ قَالَ لَن تَرَىٰنِى وَلَـٰكِنِ ٱنظُرْ إِلَى ٱلْجَبَلِ فَإِنِ ٱسْتَقَرَّ مَكَانَهُۥ فَسَوْفَ تَرَىٰنِى ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلْجَبَلِ جَعَلَهُۥ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا ۚ فَلَمَّآ أَفَاقَ قَالَ سُبْحَـٰنَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا۠ أَوَّلُ ٱلْمُؤْمِنِينَ
"Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: 'Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım.' O dedi: 'Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən.' Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: 'Sən, pak və müqəddəssən! Sənə tövbə etdim və mən, iman gətirənlərin birincisiyəm!” (Əraf/143)
Hədislərdə "təcəlli" kəliməsi:
Bu kəlimə, hədislərdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bir günəş tutulması hadisəsi sonrasında namaz qıldığında, günəşin yenidən görünməsi (bax: Buxari, 67-ci Kitab: "Nikah kitabı", 88-ci bab, hədis no: 5197); axirətdə möminlərin görməsi üçün, Haqqın, Özünü, aşkar hala gətirməsi (Muslim, "İman"/191), təcəlli sözü ilə ifadə edilmişdir.
---------------------------
~ "Rububiyyət", "tərbiyə edicilik" deməkdir. "Tərbiyə" isə, belə tərif edilir:
ابلاغ الشيء إلى كماله شيئا فشيئا
Yəni, "Bir şeyi, yavaş-yavaş, tədrici olaraq, o şeyin kamal mərtəbəsinə çatdırmaqdır."
Allah Taala, bu aləmi, bütün parçası ilə tərbiyə etmişdir. Məsələn, quşa uçmağı; balığa üzməyi öyrətmişdir. İpək böcəyinə ipək toxumağı; arıya bal düzəltməyi öyrətmişdir...
Bunlar kimi, hər bir məxluqa vəzifəsini öyrətmiş, o işi görə bilməsi üçün onu tərbiyə etmiş və həyat şərtlərini ona ilham etmişdir. Bütün bunlar, Allahın Rəbb isminin bir təcəllisidir.
Xülasə:
Zərrələrdən ulduzlara; ərşdən fərşə (yerə) qədər bütün aləmləri mütədaxil (iç-içə) dairələr kimi yaradıb onları tərbiyə edən, bəsləyən Rabbu'l-Aləmin'dir.
Ustad Nursi, "rububiyyət" haqqında, belə bir izah gətirməkdədir:
"Bil ki! Muhakkak Allah (celle celeluhu), herşey için bir nokta-i kemal tayin etmiştir."
Yəni:
Bil ki! Şübhəsiz ki, Haqq Taala, hər şey üçün bir kamal nöqtə təyin etmişdir.
Məsələn, bir beton ilanının boyu 10 metrə qədər çata bildiyi halda, bir kərtənkələnin boyu 15-20 santimetrdən çox uzana bilməməkdədir. Demək, beton üçün kamal nöqtə 10 metr ikən; kərtənkələ üçün kamal nöqtə 15-20 sm'dir.
Bir insanın boyu ən çox 2 metrdən bir az çox olduğu halda, bir milçəyin boyu, 0.6-0.7 santi metr qədərdir. Demək, insan üçün kamal nöqtə 2 metr ikən, milçək üçün kamal nöqtə 0.6-0.7 santimetrdir.
Bunlar kimi, Allah Taala, hər bir varlıq üçün bir kamal nöqtə təyin etmişdir. Bu kamal nöqtə, o varlığın alacağı son şəkil və böyüklük olaraq çatacağı ən son hüduddur.
"Ve o noktayı elde etmek için de, o şeye bir meyil, bir iştiyak vermiştir. Sanki her şey, manevi bir emir almış gibi, o nokta-i kemale doğru muntazaman hareket edip, ona müteveccihen yürümektedir."
Yəni:
Və o şeyə də, kamal nöqtəsinə doğru hərəkət etməsi üçün bir meyil vermişdir. Sanki o şey, mənəvi bir əmr almış kimi, özü üçün təyin edilən kamal nöqtəyə doğru sürətlə hərəkət edib əmri yerinə yetirir.
Məsələn, hər doğan varlıq, dərhal böyüməyə başlayır və özü üçün təyin edilən o nöqtəyə çatmaq üçün çalışır. Hətta bir ağacın budaqlarını kəssəniz, dərhal fərqli bir yerindən yenisi çıxır və o da böyüməyə başlayır. Yəni hər şey, böyümə üzərə proqramlanmış, hər bir varlığa bir kamal nöqtə təyin edilmiş və o nöqtəyə doğru hərəkət etməsi üçün ona bir meyil verilmişdir.
"Halbuki, esna-i hareketinde, kendisine meded verecek çok şeylere muhtac ve ona engel olup zarar verecek çok şeyleri de def etmeye, manileri bertaraf etmeye ihtiyacı vardır. İşte, esna-i hareketlerinde onlara yardım eden ve manilerini def eden, şübhesiz Cenab-ı Halk'ın terbiyesidir."
Yəni:
Halbuki, o şey, kamal nöqtəsinə doğru hərəkət edərkən, səfər əsnasında və hərəkətində, özünə kömək edəcək və mədəd verəcək çox şeylərə möhtac olduğu kimi; onun, səfər və hərəkətinə mane olan çox əngəllərinin ortadan qaldırılmasına da ehtiyacı vardır.
Yəni, biri müsbət, digəri mənfi olan 2 şey onu gözləməkdədir.
Məsələn, bir ağacın kökü kamal nöqtəsinə doğru hərəkət edərkən, qarşısına bir qaya çıxsa, kök, o qayanı parçalamaqda və hərəkətinə davam etməkdədir. O sərt qayanı ipək kimi yumşaq köklərə boyun əydirən, Allahdır. O sərt qaya, Haqq Taalanın əmrilə parçanlanır. Yenə ağacın budaqlarındakı yarpaqlar, çiçəklər və meyvələr, yayın şiddətli istisinə qarşı təravətlərini qoruyurlar. Günəş onları yandıra və quruda bilməz. Hərarəti ağaca boyun əydirən, Allahdır. Bunlar kimi, bir varlıq, kamal nöqtəsinə doğru hərəkət edərkən bir maneə ilə qarşılaşsa, o maneəni dəf edən, Allah Taala'dır.
Bununla bərabər, o şeyin möhtac olduğu bütün ehtiyacları qarşılayan da, Allahın tərbiyəsi və idarəsidir ki, buna, "rububiyyət həqiqəti" deyirik.
-----------------------
~ "Sikkə": "pulun üzərinə vurulan damğa"dır. Bu damğa ilə, o pulun, dövlətə aid olduğu isbat edilir.
-----------------------
Mətnin izahı:
Zərrədən günəşə qədər, hər bir məxluq üzərində, bir "rububiyyət/tərbiyə edicilik sikkəsi" vurulmuşdur. Hər bir məxluq, Allahın rububiyyət təcəllisinə mazhardır (yəni, üzərlərində, rububiyyət görünür) və bu təcəlli, Allaha məxsus bir sikkə hökmündədir.
Və lakin, Müəllif (rahiməhullah), bu "tərbiyə edicilik sikkəsi"ni, 3 "sima"da tamaşa etməkdə və hər bir "sima"da, xüsusi bir rububiyyət təcəllisini göstərməkdədir. Bu "sima"lar,
1. Kainat siması;
2. Yer siması;
3. İnsan simasıdır.
Yəni, ümum kainatı əhatə edən bu tərbiyə ediciliyin ucu, yer kürəsinə; yer kürəsində təcəlli edən rububiyyətin ucu da, insana söykəndiyi üçün, rububiyyətin, 3 təmərküz/toplanma yeri vardır:
1. Kainat;
2. Yer;
3. İnsan.
Bu 3 mərkəzdə təzahür edən rububiyyət/tərbiyə edicilik, bir-biri içində və bir-birinin nümunəsini göstərən bir tərzdədir. Müəllif, rububiyyətin bu 3 mərkəzini, belə izah etməkdədir:
"Biri: Kâinatın heyet-i mecmuasındaki teavün, tesanüd, teanuk, tecavübden tezahür eden sikke-i kübra-i uluhiyettir ki 'Bismillah' ona bakıyor."
--------------------
Mətndəki kəlimələrin açıqlaması:
~ heyet-i mecmua: "bir şeyi meydana gətirən şeylərin hamısı", "topyekun görünüş";
~ teavün: "qarşılıqlı yardımlaşma";
~ tesanüd: "qarşılıqlı istinad";
~ teanuk: "qarşılıqlı sarılma, qucaqlaşma";
~ tecavüb: "qarşılıqlı cavablaşma"
(Bu 4 ləfz, təfəül vəznindədir. Bu vəznin xüsusiyyəti isə, bir işin qarşılıqlı edildiyini göstərməkdir.)
~ sikke-i kübra-i uluhiyyet: "Allahın (varlığına, birliyinə) ən böyük sikkə" deməkdir.
--------------------
Mətnin izahı:
Bütün kainat üzərində, bu 4 həqiqət görünməkdədir:
1. "Təavün" həqiqəti:
Müəllifimiz ustad Nursi (rahmətullahi aleyh), "təavün" həqiqəti haqqında, bir risaləsində ("Sözlər", 22-ci Söz, 2-ci Məqam, 7-ci Ləma, s. 296), belə deyir:
"...güneş ve aydan, gece ve gündüzden, kış ve yazdan tut, tâ nebâtâtın muhtaç ve aç hayvanların imdadına gelmelerinde; ve hayvanların zayıf, şerif insanların imdadına koşmalarında; hattâ mevadd-ı gıdâiyenin lâtif, nahif yavruların ve meyvelerin imdadına uçmalarında; tâ zerrât-ı taamiyenin hüceyrât-ı beden imdadına geçmelerinde câri olan bir düstur-u teâvünle hareketleri, bütün bütün kör olmayana gösteriyorlar ki, gayet kerîm birtek Mürebbînin kuvvetiyle, gayet hakîm birtek Müdebbirin emriyle hareket ediyorlar..."
Yəni:
~ Günəş və aydan, gecə və gündüzdən, qış və yaydan tut ta bitkilərin, möhtac və ac heyvanların imdadına gəlmələrində; və
~ Heyvanların, zəif, (digər məxluqata nisbətlə) şərəfli insanların imdadına qaçmalarında; hətta
~ Qida maddələrinin, lətif, zəif balaların və meyvələrin imdadına "uçmaları"nda;
~ Yemək zərrələrinin bədən hüceyrələrinin imdadına keçmələrində
cari olan bir təavün düsturu ilə hərəkətləri, bütün-bütün kor olmayana göstərirlər ki, çox kərim bir tək Mürəbbi (tərbiyə edən)'in qüvvətilə; çox hakim (hikmət sahibi) bir tək Müdəbbir (tədbir edən)'in əmri ilə hərəkət edirlər.
Yenə, Müəllifimiz, bir risaləsində ("Şüalar", 7-ci Şüa: "Ayətə'l-Kubra", 18-ci Mərtəbə, s. 121), belə deyir:
"Kâinatın heyet-i mecmuasından gelen büyük ve küllî şehadetin ikinci kanadını ispat eden: İkinci Hakikat:
Bu mütemadiyen çalkanan inkılâplar ve tahavvülâtlar içinde vücudunu ve hizmetini ve zîhayat ise hayatını muhafazaya ve vazifesini yerine getirmeye çalışan mahlûkatta, kuvvetlerinin bütün bütün haricinde bir teavün hakikati görünüyor. Meselâ, unsurları zîhayatın imdadına, hususan bulutları, nebatatın mededine ve nebatatı dahi hayvanatın yardımına ve hayvanat ise insanların muavenetine ve memelerin kevser gibi sütleri, yavruların beslenmelerine ve zîhayatların iktidarları haricindeki pek çok hâcetleri ve erzakları, umulmadık yerlerden onların ellerine verilmesi, hattâ zerrât-ı taamiye dahi hüceyrat-ı bedeniyenin tamirine koşmaları gibi, teshir-i Rabbânî ile ve istihdam-ı Rahmânî ile, hakikat-i teavünün pek çok misalleri doğrudan doğruya, bütün kâinatı bir saray gibi idare eden bir Rabbü'l-Âlemînin umumî ve rahîmâne rububiyetini gösteriyorlar.
Evet; câmid ve şuursuz ve şefkatsiz olan ve birbirine şefkatkârâne, şuurdarâne vaziyet gösteren muavenetçiler, elbette gayet Rahîm ve Hakîm bir Rabb-i Zülcelâlin kuvvetiyle, rahmetiyle, emriyle yardıma koşturuluyorlar."
Yəni:
Kainatın bütünündən gələn və (Allahın varlığına olan) külli şəhadətin ikinci qanadını isbat edən ikinci həqiqət:
Bu mütəmadi çalxalanan inqilablar və təhəvvüllər (dəyişikliklər) içində, varlığını, xidmətini, həyat sahibidirsə həyatını mühafizə etməyə və vəzifəsini yerinə yetirməyə çalışan məxluqatda, qüvvətlərinin bütün-bütün xaricində, bir təavün həqiqəti görünür. Məsələn:
~ ünsürləri, həyat sahiblərinin imdadına, xüsusilə bitkilərinə yardımına; və
~ bitkiləri də, heyvanların yardımına; və
~ heyvanları isə, insanların yardımına; və
~ (ana) sinələrinin kövsər kimi südləri, balaların bəslənmələrinə; və
~ həyat sahiblərinin iqtidarları xaricindəki bir çox hacətləri və ərzaqları, umulmayan yerlərdən onların əllərinə verilməsi; hətta
~ yemək zərrələri də, bədən hüceyrələrinin təmirinə qaçmaları
kimi Rəbbin təsxiri (boyun əydirməsi) ilə Rahmən olan Allahın istixdamı (xidmət etdirməsi) ilə, təavün həqiqətinin bir çox misalları, doğrudan-doğruya, bütün kainatı bir saray kimi idarə edən bir Rabbu'l-aləminin ümumi və mərhəmətli rububiyyətini göstərirlər.
Bəli, cansız, şüursuz, şəfqətsiz olan və bir-birinə şəfqətli, şüurlu vəziyyət göstərən bu yardımçılar, əlbəttə, çox Rəhim və Hakim (hikmət sahibi) cəlal sahibi bir Rəbbin qüvvətilə, rəhmətilə, əmrilə yardıma qaçırdılırlar.
Kainatda müşahidə edilən bu "təavün", Allahın varlıq və birliyinə; və bütün bu tərbiyə ediciliyin, sadəcə Ona məxsus olduğuna dəlildir. Çünki, əks halda, bu tərbiyə edicilik, ya əşyanın özünə, ya təbiətə, ya da təsadüfə isnad ediləcəkdir. Belə olduğu halda da, hər bir əşyaya, elm, iradə, qüdrət, görmək, eşitmək, həyat kimi sifətlər də izafə ediləcək və bunun isbatına çalışılacaqdır. Bunun imkansızlığı isə, açıqdır.
Bununla bərabər, şüuru olmadığı şüurlu şəkildə digərinə kömək edən varlığa, bir mərhəmət sifəti də nisbət edilməlidir. Çünki, bir iş:
~ ya iradidir,
~ ya qeyr-i iradi.
Qeyr-i idari bir şəkildə şüurlu iş görmək, bu iş arxasında şüurlu bir Varlığ'ın varlığını hiss etdirdiyindən, bunun üzərində dayanmayacağıq.
İradidirsə, sizcə, bu, bir mərhəmət göstəricisi deyildirmi?! Bu isə, cansız varlıqlara necə nisbət edilə bilər?!
Yenə, Müəllif, bir risaləsində ("Nurun ilk qapısı", 11-ci Dərs, s. 78), belə deyir:
"Acaba, medar-ı hayat olan düstur-u teavün ezharun mine'ş-şems (güneşten daha zahir) olduğu hâlde, nasıl kör oldun, görmüyorsun? Evet, şems ve kamerden tut, ta nebatatın, hayvanatın imdadına; ve hayvanatın, insanların imdadına; ve mevadd-ı gıdaiyenin, semeratın imdadına; hatta taamın zerratı, hüceyrat-ı bedenin tegaddîsi için kemâl-i intizamla koşmaları, bir Rabb-i Kerîmin emriyle bir vazife-i muavenet ve teavün ve uhuvvet olduğunu ve kavînin zaife musahhariyeti olduğunu, kör olmayan görür."
Yəni:
Görəsən, həyat səbəbi olan təavün düsturu, günəşdən daha zahir olduğu halda, necə kor oldun, görmürsən?! Bəli:
~ günəş və aydan tut ta bitkilərin, heyvanların imdadına; və
~ heyvanların, insanların köməyinə; və
~ qida maddələrinin, meyvələrin imdadına; hətta
~ təam zərrələrinin, bədən hüceyrələrinin qidalanması üçün
mükəmməl intizamla "qaçmaları", bir Rəbb və Kərim'in əmrilə,
~ bir müavinət, təavün və uxuvvət/qardaşlıq vəzifəsi olduğunu; və
~ güclünün, zəifə boyun əydirildiyini,
kor olmayan, görər. (haşiyə)
-------------------------------
(haşiyə:
Bütün kainatı, bir-birinin köməyinə gətirən Allah, heç mümkünmüdür ki, bu təavün/yardımlaşmanı, insana əmr etməsin?!
Təkvini olaraq mövcud olan bu qanun; təklifi olaraq da, Quranda belə buyurulmaqdadır:
...وَتَعَاوَنُوا۟ عَلَى ٱلْبِرِّ وَٱلتَّقْوَىٰ...
...Və təavənu alə'l-birri və't-təqvə...
"...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda, bir-birinizə yardım edin..." (Maidə/2)
-------------------------------
Xülasə: "Kainat kitabı"nın hər bir ünsürü, hər bir əzası, Müəllifimizin ifadəsilə,
“...bütün eczâsıyla (parçaları ilə), 'Lâ müdebbire illâ Hû / Ondan başqa tədbir edən yoxdur.' diye şehadet eder. Çünkü aralarında teâvün ve tedahül/iç-içəlik vardır.” ("Məsnəvi-i Nuriyyə", "Şəmmə" risaləsi, s. 167)
2. "Təsanüd" həqiqəti:
Lüğətdə, "söykənmək" və "hər topluluğun, öz sancağı/bayrağı altında toplanması" şəklində, 2 fərqli mənaya gəlməkdədir.
"Təavün" düsturunda olduğu kimi; "kainat kitabı"nən ən kiçik zərrəsindən ən böyük cisimlərinə qədər, nəbati (bitkilərdən olan), heyvani (heyvanlardan olan) və insani hər varlığın, bir təsanüd halında olduqlarını müşahidə edirik. Müəllifin ifadəsilə,
“Kâinatta serbeser, sırr-ı tesanüd müstetir, hem münteşir." ("Sözlər", "Ləməat", s. 678)
Yəni:
Kainat, başdan-başa, təsanüd sirri ilə örtülmüşdür; həm (kainatda, başdan-başa, təsanüd sirri) yayılmışdır.
Hər bir göy cismi, sanki, çiyin-çiyinə vermiş bir tərzdə, təyin edilmiş orbitlərində, vəzifələrini yerinə yetirməkdədirlər. Bir-birilərinə mane və əngəl olmurlar. Əksinə, bir-birinin işini təkmil və təqviyə edərək (qüvvətləndirərək), təsanüd sirrini bağırmaqdadırlar. Zərrələr arasındakı istinaddan; insan və ya heyvan vücudundakı təsanüddən; səmalardakı cisimlər arası istinada qədər uzanam kainat kitabının bütününü əhatə edən mükəmməl bir təsanüd düsturu mövcuddur.
Ümum "kainat kitabı"nda müşahidə edilən bu təsanüd, hər şeyi görən, bilən və hər şeyə gücü çatan bir Zatın varlıq və birliyini göstərir. Haqq Taala, sonsuz elmi, qüdrəti və mütləq iradəsilə, ümum məxluqatın bir-birilə təsanüdünü təmin etməkdədir. Ağılsız, şüursuz, cansız, elmsiz və aciz hər bir məxluq, Onun əmrini dinləyən bir əskəri və bir məmuru olduğunu isbat edərlər. Əks halda, kainatdakı hər bir varlığın, bir-birini eşidən bir qulağı, bir-birini görən bir gözü, hər şeyi əhatə edən bir elmi və təsanüdə sövq edən bir qüdrətinin olduğunu fərz etmək məcburiyyətinə qalınacaqdır. Bu isə, əqlən imkansızdır.
Nəticə olaraq, Müəllifimizin də ("Məsnəvi-i Nuriyyə", "Şəmmə", s. 167) dediyi kimi:
"Şu âlem, görünen ve görünmeyen bütün tabakat ve envâiyle Lâ ilâhe illâ Hû diye tevhidi ilân ediyor. Çünkü aralarındaki tesanüd böyle iktizâ ediyor."
Yəni:
Bu aləm, görünən və görünməyən bütün təbəqələr və növlərilə, 'lə iləhə illə hu / Ondan başqa ilah yoxdur.' deyə, tövhidi (hal dililə) elan edir. Çünki, aralarındakı təsanüd belə iqtiza edir/gərəkdirir.
3. "Təanuq" həqiqəti:
"Təanuq", ərəb dilində, "bir-birinə sarılmaq, qucaqlaşmaq" mənasına gəlir.
Kainatdakı hər bir varlıq arasında, elə sıx bir münasibət vardır ki, sanki bir-birilərinə sarılmış, bir-birilərilə qucaqlaşmış kimi bir vəziyyət almışlardır. Bu şiddətli münasibət, "təanuq" sirrinin heyrət verici işləyişinə işarət edir.
Məsələn, su, bu sirri göstərən gözəl bir misaldır. Yana bilən 1 hidrogen qaz atomu ilə, yandıran 2 oksigen qaz atomunun kimyəvi təsiri nəticəsində, atəşi söndürə biləcək qabiliyyətə sahib, maye halındakı su maddəsi meydana gəlməkdədir. Suyu meydana gətirən 2 elementin biri, yanan; digəri isə, yandıran xüsusiyyətlərə sahib ikən; su, son dərəcə yaxşı atəş söndürmək xüsusiyyətinə sahib bir maddə olmuşdur. 2 elementin suya çevrilən kimyəvi birləşməsi, əslində, 2 elementin qucaqlaşması, bir-birinə sıx, möhkəm bağlanması, bu "təanuq" qanununu göstərməkdədir. Bir-birinə zidd xüsusiyyətlərə sahib maddələrin, bu qanunla yaradılması, ancaq və ancaq, hər şeyə gücü çatan qüdrət sahibi bir Zat'a məxsus olduğunu, bizlərə göstərməkdədir.
Üzərində "təanuq" sirri görünən digər bir misal, bütün canlıların təməli olan DNT molekuludur. Bu molekul, oksigen, hidrogen, karbon və azot atomlarının fərqli şəkillərdə düzülüşündən meydana gəlir. Bu fərqli DNT düzülüşü, hər canlının həyat proqramını təyin etməkdədir. Bu 4 atomun bir-birinə sarılaraq, bir-birilə qucaqlaşaraq fərqli-fərqli DNT molekul zəncirini meydana gətirməsi, Haqq Taalanın "təanuq" düsturunun təcəllisindən başqa bir şey deyildir.
"Kainat kitabı" ümumilə incələndiyində, bu "təanuq" sirrinə mazhar olan milyonlarla misallarla qarşılaşılacaqdır. Necə ki, Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), bir risaləsində, deyir:
"Birbirine sarılı çok yapraklı bir gül goncası gibi, şu âlem binler perde-perde içinde sarılı, birbiri altında saklı âlemleri bu âlem içinde gördüm." ("Məktubat", 29-cu Məktub, 5-ci Risalə olan 5-ci Qism, s. 394)
Yenə, O ("Şüalar", 15-ci Şüa: "əl-Hüccətü'z-Zəhra", 1-ci Məqam, s. 537) deyir:
"Güya kâinat, gül çiçeğinin yaprakları ve mısır sümbülünün gömlekleri gibi birbiri içinde sarılı, yüz binler ayrı ayrı, çeşit çeşit sofralardır ki, o sofralar adedince ve onlardaki taamlar ve nimetler miktarınca dillerle ve ayrı ayrı, küllî ve cüz'î lisanlarla bir Rahmân-ı Rezzâkı, bir Rahîm-i Kerîmi bütün bütün kör olmayana gösterir."
Yəni:
Sanki kainat, gül çiçəyinin yarpaqları və qarğıdalı sünbülünün paltarları kimi, bir-biri içində sarılmış, yüz minlər ayrı-ayrı, fərqli-fərqli süfrələrdir ki, o süfrələr ədədincə və onlardakı təamlar və nemətlər miqdarınca dillərlə və ayrı-ayrı, külli və cüzi dillərlər, bir Rahmən və Rəzzaqı, bir Rahim və Kərimi, bütün-bütün kor olmayana göstərir.
4. "Təcavüb" həqiqəti:
"Təcavüb": "bir-birinin (ehtiyacına) cavab vermək, xəbərləşmək" mənasına gəlir.
Bu qanun diqqətə alındığında, kainatdakı bütün ünsürlərin, sanki bir-birilərilə münasibətə keçib, bir-birinin ehtiyacına cavab verəcək şəkildə hərəkət etdikləri müşahidə ediləcəkdir. Sanki:
~ Meyvə, günəşlə xəbərləşərək, yetişməsi üçün istiyə ehtiyacı olduğunu, hal dililə ifadə edir və günəş də, meyvənin bu ehtiyacına, istini göndərərək cavab verir.
~ Yağış buludları ilə torpağın; heyvanlarıa bitkilərin; hava ilə ağ ciyərin; oksigenlə hüceyrələrin; balalar ilə anaların hər biri, kainatda təcəlli edən "təcavüb" qanunun bir aynası məsabəsindədirlər.
Müəllifimizin ifadəsilə,
“Hem birbirine muhalif olan camid eşyanın uzun ve eğri büğrü yollar içinde birbirlerinin sada-yı hacetlerine “lebbeyk” deyip cevap vermeleri, (hüceyre ve semerelerin gıda maddeleri gibi) ve birbirinden çok uzak ve mütefavit, çeşitli eşyanın birbirlerine mütesanidane dayanmaları ise; (güneşin meyveleri olan seyyareler gibi) o tecavüb ve tesanüd delâlet eder ki; bütün mevcudat ve her şey, tek bir seyyidin hizmetkârlarıdırlar ve bir tek müdebbirin taht-ı emrindedirler. Ve mercileri de bir mürebbi-i vâhiddir. İşte, bu da, yine başka bir mertebede, Vacibu'l-Vücud'un vücud ve vahdaniyetine bakan bir pencere açıp, kainat, onda, 'Allahu le ilehe ille hu' lisanıyla şehadet ediyor.” ("Məsnəvi-i Nuriyyə", "Qətrə" risaləsi, Badıllı tərcüməsi, s. 94)
Yəni:
Həm:
~ bir-birinə müxalif olan cansız əşyanın uzun və əyri-üyrü yollar içində bir-birilərinin ehtiyac səslərinə 'ləbbeyk/buyur, əmr et!' deyib cavab vermələri, (hüceyrə və meyvələrin qida maddələri kimi); və
~ bir-birilərinə istinad etmələri (günəşin meyvələri olan ulduzlar kimi)
o təcavüb və təsanüd dəlalət edər ki, bütün mövcudat və hər şey, tək bir Seyyid'in xidmətçiləridir və bir tək Müdəbbir'in əmri altındadırlar. Və mərci (rücu edilən, dönülən yer)'ləri də, vahid bir Mürəbbi (tərbiyə edən)'dir.
Bax, bu da, yenə, başqa bir mərtəbədə, Vacibu'l-Vücud'un varlıq və birliyinə baxan bir pəncərə açıb, kainat, bu pəncərədə, 'Allah. Ondan başqa ilah yoxdur.' dililə şəhadət edir.
-----------------------------
Yekun:
Məzkur (yuxarıda zikr edilən) 4 maddə (təavün, təsanüd, təanuq və təcavüb), Allahın varlıq və uluhiyyətinə, ən böyük dəlillərdəndir. Yəni, necə ki, bir dövlət, pulun üzərinə bir damğa vurur, ta ki bu damğa ilə o pulun dövlətə aid olduğu başa düşülsün. Eynilə bunun kimi, Allah Taala da, əşyanın üzərinə bir sikkə vurmuşdur ki, bu sikkə sayəsində, bütün əşyanın Allaha aid olduğu başa düşülür. Çünki, bu sikkəni, Allahdan başqası vura və Ondan başqası, buna sahib çıxa bilməz.
Əşya arasında görünən bu 4 həqiqət, əşyanın öz feli ola bilməz. Çünki, bu fellərin faili ola bilmək üçün, elm, iradə, qüdrət və s. kimi sifətlərə sahib olmaq lazım gəlir. Əşyada isə, bu sifətlər yoxdur. Bu halda, məzkur həqiqətlər, Allahın güc və qüvvətilə gerçəkləşmişdir. Yəni:
~ onları, bir-birinin yardımına gətirən,
~ onları, bir-birinə istinad etdirən,
~ onları, bir-birilə qucaqlaşdıran,
~ onlara, bir-birilərinin səsini eşitdirən və istəklərinə cavab verdirən, Allahdır.
Bax, Müəllifimiz, bu həqiqəti, "Bismillah, ona, (yəni, bu 4 həqiqətə) bakıyor." ifadəsilə bəyan etmişdir. Yəni, bu 4 həqiqət, səbəblərdə təsir olmadığını, hal dililə elan etməkdədir.
-----------------------------------
-----------------------------------
Müəllifimiz, belə davam edir:
"Küre-i arz simasında nebatat ve hayvanatın tedbir ve terbiye ve idaresindeki teşabüh, tenasüp, intizam, insicam, lütuf ve merhametten tezahür eden sikke-i kübra-i rahmaniyettir ki “Bismillahirrahman” ona bakıyor."
~ Tədbir: lüğət kitablarında, "bir işə tərtib/sıra qoymaq, qanun qoymaq" və s. kimi mənalara gəlir.
~ Tərbiyə isə, belə tərif edilmişdir:
ابلاغ الشيء إلى كماله شيئا فشيئا
Yəni, "Bir şeyi, yavaş-yavaş, tədrici olaraq, o şeyin kamal mərtəbəsinə çatdırmaqdır."
~ "İdarə" isə, lüğət kitablarında belə tərif edilmişdir: "sarığı başa dolamaq", "təkəri döndərmək", "birindən, bir şey buraxmasını, qoymasını tələb etmək", "bir şeyi, yuvarlayaraq dönə bilən qılmaq", "bir işdə istədiyi təsərrüfə sahib olmaq, istədiyi kimi istifadə etmək", "fikir və ya işi nəzarətdə saxlamaq" və s. kimi mənalara gəlir.
Müəllifimiz, bu tədbir, tərbiyə və idarədəki 6 şeyə diqqət çəkir. Bunlar:
1. Təşabüh;
2. Tənasüb;
3. İntizam;
4. İnsicam;
5. Lütf; və
6. Mərhəmət.
1. Tədbir, tərbiyə və idarədəki təşabüh:
Təşabüh, "bir-birinə bənzəmək" deməkdir. Tədbir, tərbiyə və idarədəki təşabühün mənası, budur:
Məsələn,
~ Bir bal arısı, necə tərbiyə edilmişdirsə, necə tədbir və tərbiyə edilirsə, bütün bal arıları, eyni şəkildə tərbiyə edilmiş, eyni şəkildə tədbir və idarə edilməkdədirlər. Bundan da başa düşülür ki, tək bir bal arısını Kim tərbiyə etmişdirsə, bütün bal arılarını da, O tərbiyə etmişdir. Yenə, tək bir bal arısını Kim tədbir və idarə edirsə, bütün bal arılarını da, O tədbir və idarə edir. Yenə,
~ Tək bir alma ağacını Kim tərbiyə etmişdirsə, bütün alma ağaclarını da, O tərbiyə etmişdir. Yenə, o ağacı Kim tədbir və idarə edirsə, digər ağacları da, O tədbir və idarə edir.
Aralarındakı təşabüh, tövhidi isbat etməkdədir.
Müəllifimiz, bir risaləsində ("Ləmalar", 16-cı Ləma, "Bilinməyən 5 şeyə dair bir sual", s. 114), belə deyir:
"Cenâb-ı Hakkın, rahm-ı mâderdeki çocukların sima-yı maddî ve mânevîlerinde iki cilvesi var:
Birisi: Vahdetini ve ehadiyetini ve samediyetini gösterir ki, o çocuk âzâ-yı esasîde ve cihazat-ı insaniyenin envâında sair insanlarla muvafık ve mutabık olduğu cihetle, Hâlık ve Sâniinin vahdetine şehadet ediyor. O cenîn bu lisanla bağırıyor ki: "Bana bu sima ve âzâyı veren kim ise, bütün esasat-ı âzâda bana benzeyen bütün insanların Sânii dahi, Odur. Ve hem bütün zîhayatın sânii Odur..."
Yəni:
Haqq Taala'nın, ana rəhmindəki uşaqların maddi və mənəvi simalarında, 2 cilvəsi vardır:
Biri: Vəhdətini (sifətlərində birliyini), əhədiyyətini (Zatında birliyini) və samədiyyətini (hər şeyin Ona möhtac olduğunu) göstərir ki, o uşaq, əsas əzalarında və insan orqanlarının növlərində, sair insanlarla müvafiq və uyğun olduğu cəhətlə, Xaliq və Sani (sənətkar olan Allah)'ın vəhdətinə şəhadət edir. Rəhmdəki o uşaq, bu dillə (sanki) belə bağırmaqdadır:
"Mənə, bu sima və əzanı verən Kimdirsə, bütün əsas əzalarda mənə bənzəyən bütün insanların Sani'si də, Odur. Və həm, bütün həyat sahiblərinin Sani'si, Odur."
Yenə Müəllif, bir risaləsində ("Məktubat", 20-ci Məktub, 2-ci Məqam, 9-cu Kəlimə, s. 234), belə deyir:
"Nasıl ki eşyada, meselâ hayvânattaki ehemmiyetli âzânın, esasat ve netâic itibarıyla birbirlerine benzeyişleri ve tevafukları ve birtek sikke-i vahdet izhar etmeleri, nasıl kat'î olarak delâlet ediyor ki, umum hayvânâtın Sânii birdir, Vâhiddir, Ehaddir. Öyle de, o hayvânâtın ayrı ayrı teşahhusları ve simalarındaki başka başka hikmetli taayyün ve temeyyüzleri delâlet eder ki, onların Sâni-i Vâhidi, Fâil-i Muhtardır ve iradelidir; istediğini yapar, istemediğini yapmaz, kast ve irade ile işler."
Yəni:
Necə ki, əşyada, məsələn, heyvanlardakı əhəmiyyətli əzanın, əsaslar və nəticələr etibarı ilə bir-birilərinə bənzəmələri və müvafiq olmaları və bir tək tövhid sikkəsi izhar etmələri, ümum heyvanların Sani'sinin bir, vahid və əhəd olmasına dəlalət edirsə; elə də, o heyvanların, ayrı-ayrı təşəxxüs (müəyyən bir şəxsiyyətə sahib qılınma)'ları və simalarındakı başqa-başqa hikmətli təyinlər və təməyyüz (bir-birindən fərqli qılınma)'lar dəlalət edir ki, onların Sani və Vahidləri, öz istək və iradəsi ilə iş görməkdədir və iradəlidir; istədiyini edər, istəmədiyini etməz, qəsd və iradə ilə işləyər.
Bunu, bir misalla ağla yaxınlaşdıra bilərik:
Bir maşın firmasının, bütün növlərində embleminin eyni olması, bunların bir tək firmaya məxsus olduğunu göstərməsi kimi; əsas orqanlarda, bütün insanların, qismən də digər həyat sahiblərinin bənzəyiş göstərməsi, bunların, bir tək əldən çıxdığını göstərməklə, tövhidə dəlalət etməkdədirlər.
2. Tədbir, tərbiyə və idarədəki tənasüb:
"Tənasüb", "bir-birilə bağlı olmaq, münasibət içində olmaq, bir-birinə yaraşmaq" mənasına gəlir. Tədbir, tərbiyə və idarədəki tənasübə, bu misalla baxa bilərik:
Yer üzü, bir kitab hökmündədir. Hər bir növ, bu kitabın bir sətiridir. Bir növün fərdləri isə, bu sətirin kəlimələridir. Bir növün nə qədər fərdi varsa, o qədər kəliməsi vardır.
"Yer üzü kitabı"nda, yüz minlərlə sətir və hər sətirin hədsiz kəliməsi vardır. Bu sətirlər və kəlimələr, bir-biri içində yazılmışdır. Ancaq, bu qarışıqlıq içində, tam bir tənasüb vardır. Sanki hər bir sətir və kəlimə, bir mənanı tamamlamaq üçün, digər sətir və kəlimə ilə münasibət içindədir. Bu münasibət və tənasübü pozan, heç bir sətir və kəlimə yoxdur.
Məsələn, bir meşəyə baxdığımızda, hədsiz sətir və kəlimə görürük. Belə bir çoxluq və qarışıqlıq içində, məna və münasibəti pozan, tək bir fərd belə yoxdur. Hər birinin tədbiri, tərbiyəsi və idarəsi, bir-birini tamamlayacaq şəkildə edilmişdir. Bu da, onlarda işləyən əlin vəhdətini göstərir, birliyini isbat edir. Çünki, tənasüb, ancaq, tək bir əldən çıxa bilər.
Müəllif, "tənasüb" haqqında, bir risaləsində ("Şüalar", 4-cü Şüa, s. 67), belə deyir:
"...güzelliğin en mühim bir esası olan tenasübü veren..."
Yenə bir risaləsində ("Muhakəmat", 1-ci Məqalə: "Unsuru'l-Həqiqət", 7-ci Müqəddimə, s. 29), bənzər mənada belə deyir:
...müvazenet ve tenasübten naşi olan/qaynaqlanan hüsn/gözəllik..."
Yəni, bütün gözəlliklər, tənasübdən qaynaqlanır.
İndi bir az düşünək:
Əşyalar və ya əşyanı meydana gətirən cüzlər/parçalar arasında bu tənasüb olmasaydı, əşyadan bu gözəlliklər meydana çıxardımı? Əlbəttə ki, xeyr. Elə isə, tənasüb, tövhidin dəlillərindən biridir. Bunun təbiəti isnadı isə, axmaqca bir hökmdür. Çünki, bu tənasübü quran təbiət olsaydı, təbiətin, elm, iradə, qüdrət, görmək, eşitmək və s. kimi sifətləri olması lazım gələrdi. Bunu isə, heç bir ağıl sahibi isbat edə bilməz. Əşyada görünən tənasübdən doğan gözəllik isə, inkarı mümkün olmayan həqiqətdir.
Yenə Müəllif, bir risaləsində ("Sözlər", "Ləməat", s. 705), belə deyir:
"Tenasüpse, tesanüdün esasıdır..."
Yəni:
Bir-birinə istinad etmək, söykənməkdə əsas şərt, bir-birilə tənasüb/münasibət içində olmaqdır. Bu, insanların ictimai və şəxsi həyatlarında da müşahidə edilməkdədir. Bir-birilə münasibət içində olanlar, yaxşı bir istinad sərgiləməkdə və aralarında qüvvətli bir birlik meydana gətirməkdədirlər.
3. Tədbir, tərbiyə və idarədəki intizam:
"İntizam", lüğət kitablarında, belə izah edilməkdədir:
a. İşlərin yerli-yerində olması; ahəng içində olmaq;
b. Bir biri içinə qoymaq/yerləşdirmək.
Müəllif, "intizam" haqqında, hər 2 mənanı da, Öz əsərlərində istifadə etmişdir. Məsələn:
~"Sözlər" adlı əsərinin 10-cu Sözü olan "Haşr" risaləsi 3-cü Həqiqət'də (s. 63), belə bəyan etməkdədir:
"...herşeyin san'atında nihayet derecede intizam bulunması gösterir ki, nihayetsiz bir hikmetle iş görülüyor. Evet, güzel bir çiçeğin dakik programını küçücük bir tohumunda derc etmek, büyük bir ağacın sahife-i a'mâlini, tarihçe-i hayatını, fihriste-i cihâzâtını küçücük bir çekirdekte mânevî kader kalemiyle yazmak, nihayetsiz bir hikmet kalemi işlediğini gösterir..."
Yəni:
...hər şeyin sənətində, sonsuz dərəcədə intizam mövcud olması göstərir ki, sonsuz bir hikmət ilə iş görülür. Bəli,
~ gözəl bir çiçəyin incə bir proqramını, kiçik bir toxumunda dərc etmək/yerləşdirmək;
~ böyük bir ağacın əməl səhifəsini, həyat tarixçəsini, hissələrinin fihristəsini/özətini, kiçik bir çəyirdəkdə mənəvi qədər qələmilə yazmaq,
sonsuz bir hikmət qələmi işlədiyini göstərir...
Diqqət edilsə, Müəllif, burda, "intizam"ın ikinci mənasını istifadə etmişdir.
4. Tədbir, tərbiyə və idarədəki insicam:
"İnsicam"ın lüğət mənası, "suyun axması" deməkdir.
Bəlağat alimlərinə görə, "insicam", "sözün, bağlardan uzaq olmasından dolayı, suyun, meyilli bir yerdən ahənglə axması" deməkdir. Sözün quruluşunun asanlığı və sözlərin şirinliyindən dolayı, demək olar ki, yox kimi incə-incə axmasıdır.
Yenə lüğət kitablarında, "insicam", yuxarıdakı mənaya bir bənzər şəkildə, belə ifadə edilməkdədir:
"İnsicam": "fikirlər arasında tənaquzun (yəni, bəyan edilən söz və fikirlərin bir-birinə zidd) olmaması" deməkdir. Yəni, 2 şeydən biri, digərini nəqz etməməkdədir. Bir şeyin nəqzi isə, o şeyin rəf/qaldırılmasından ibarətdir.
Müəllif, "Risale-i Nur" külliyyatında, insicama, həm Quran ayətləri, həm də kainat üzərindən misallar zikr etmişdir. Biz, burda, Müəllifin, sadəcə kainatda görünən "insicam/ahəng"ə verdiyi misalları zikr edəcəyik. Belə ki, Müəllif, "Sözlər" adlı əsərinin 33-cü Sözünün 17-ci Pəncərə'sində (s. 646), Casiyə surəsi 3-cü ayətin təfsirində, deyir:
"Zeminin yüzünü yaz zamanında temâşâ edip görüyoruz ki: İcad-ı eşyada müşevveşiyeti iktiza eden ve intizamsızlığa sebep olan nihayetsiz sehâvet ve bir cûd-u mutlak, gayet derecede bir insicam ve intizam içinde görünüyor. İşte, zemin yüzünü tezyin eden bütün nebâtâtı gör..."
Yəni:
Yer üzünü, yayda tamaşa edib görürük ki: Əşyanın icadında müşəvvəşiyyəti/qarışıqlığı gərəkdirən və intizamsızlığa səbəb olan sonsuz səxavət və mütləq bir comərdlik, iləri dərəcədə bir insicam və intizam içində görünür. Bax, yer üzünü zinətləndirən bütün nəbatatı/bitkiləri gör...
Yay fəslində, bu qədər bolluq içərisində, bir çox qarışıqlığın olması gözlənildiyi halda, hər bitki, xüsusiyyətlərindən, şəklindən, çoxalma nisbətinə qədər, hər şeyi ilə bir insicam və intizam içərisində olurlar. Bu ahəng, tövhidin dəlillərindəndir.
Yenə Müəllifimiz, bir risaləsində ("Sözlər", 25-ci Söz: "Mu'cizat-ı Quraniyyə/Quran möcüzələri" risaləsi, 1-ci Şölə, 1-ci Şüa, 5-ci Nöqtə, s. 379), belə deyir:
...لَوْ كَانَ فِيهِمَۤا اٰلِهَةٌ اِلاَّ اللهُ لَفَسَدَتَا hükmünce, şu bütün kâinatta gündüz gibi görünen bu intizam-ı ekmeli, bu insicam-ı ecmeli, kör olup görmüyorlar. Halbuki bir köyde iki müdür, bir şehirde iki vali, bir memlekette iki padişah bulunsa, intizam zir ü zeber olur ve insicam herc ü merce düşer. Halbuki, sinek kanadından, tâ semâvât kandillerine kadar, o derece ince bir intizam gözetilmiş ki, sinek kanadı kadar şirke yer bırakılmamış..."
Yəni:
"Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi, fəsada uğrayardı..." (Ənbiya/22) ayətinin hökmü gərəyincə, bütün kainatda, gündüz kimi görünən bu mükəmməl intizam, bu gözəl insicamı, (səbəbpərəstlər, bütpərəstlər), kor olub görmürlər. Halbuki, bir kənddə, 2 müdir; bir şəhərdə, 2 vali; bir diyarda, 2 padşah olsa, intizam, zir-ü zəbər və insicam, hərc-mərc olar. Halbuki, milçək qanadından, ta göy qəndillərinə qədər, o dərəcə incə bir intizam güdülmüşdür ki, milçək qanadı qədər şirkə yer buraxmamışdır.
5. Tədbir, tərbiyə və idarədəki lütf:
Lütf, nədir?
Lüğətdə, "nəzakətli və mərhəmətli davranmaq" mənasında bir məsdər olan "lütf", "yaxşılıq etmək, mərhəmət və yardım göstərmək" mənasında isim olaraq istifadə edilir. Eyni kökdən meydana gələn "lətafət" isə, "hislərlə idrak edilə bilməyəcək şəkildə, incə və şəffaf, kiçik və həcmsiz olmaq" mənasına gəlir. ("Lisanu'l-Arab", l-t-f maddəsi)
İmam əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Hüsna" adlı əsərində, "əl-Lətif" isminin şərhində, belə deyir:
"Feldə yumşaqlıq ilə idrakda incəlik birləşdiyində, lütfün mənası tamamlanmış olur."
Daha sonra imam, lütf fellərinə, aşağıdakı misalları verir:
~ ana rəhmindəki uşağın, 3 qaranlıq içərisində yaradılması;
~ orda mühafizə edilməsi;
~ anadan ayrılıb ağızdan bəslənincəyə qədər göbək bağı vasitəsilə bəslənilməsi;
~ Doğulduqdan sonra, gecə qaranlığında belə, hər hansi bir təhsil və müşahidə olmadan, balaya, anasının sinəsinə yapışaraq onu əmməsinin ilham edilməsi...
Daha sonra, imam, belə deyir:
"...Uşağın dişlərinin yaradılışı, ilk dünyaya gəldiyi vaxtlarda deyil, dişlərə ehtiyac duyacağı vaxta qədər ertələnir. Çünki, südlə qidalanarkən, dişə ehtiyac yoxdur. Yeməkləri üyütməsi lazım gələcəyi vaxtlarda isə, dişləri çıxmağa başlayır. Sonra, dişlərinin, əzib üyütməyə yarayan geniş dişlər, qırmağa yarayan azı dişlər və kəsməyə yarayan iti dişlər olmaq üzərə bir-birindən ayrılması..."
~ Cücənin yumurtadan çıxar-çıxmaz, o əsnada, yerdəki dənələri yeməsinin özünə ilham edilməsi və s.
Bütün fellərdə, yumşaqlıq, mülayimlik mövcuddur. Lütfün mənası da, budur.
Varlıqların tədbir, tərbiyə və idarələrində görünən bu lütf felləri, Allahdan başqasına məxsusdursa, Allahdan başqası, bütün bu incəlikləri bilirmi? Daha yumşaq olan bu felləri, daha şiddətlisindən ayıra bilirmi? Ayırmağa qüdrəti çatırmı və s.
6. Tədbir, tərbiyə və idarədəki mərhəmət:
Müəllif, bunu, bir risaləsində, ("Sözlər", 10-cu Söz: "Haşr" risaləsi, 2-ci Həqiqət, s. 61), belə izah edir:
"Hem, gerek nebatî ve gerek hayvanî ve gerek insanî bütün validelerin o rahîm şefkatleriyle (haşiyə) ve süt gibi o lâtif gıda ile o âciz ve zayıf yavruların terbiyesi, ne kadar geniş bir rahmetin cilvesi işlediği bedaheten anlaşılır."
(Haşiye:
Evet, aç bir arslan, zayıf bir yavrusunu kendi nefsine tercih ederek, elde ettiği bir eti yemeyip yavrusuna vermesi; hem korkak tavuk, yavrusunu himaye için ite, arslana saldırması; hem incir ağacı, kendi çamur yiyerek, yavrusu olan meyvelerine halis süt vermesi...)
Yəni:
Həm gərək nəbati (bitkilərdən olan), gərək heyvani (heyvanlardan olan) və gərəksə də insani (insanlardan olan) bütün anaların o rəhmətli şəfqətlərilə (haşiyə); və süd kimi o lətif qida ilə, o aciz və zəif balaların tərbiyəsi, nə qədər geniş bir rəhmətin cilvəsi işlədiyi, açıq bir şəkildə başa düşülür.
Haşiyə:
Bəli,
1. Ac bir şirin, zəif bir balasını, öz nəfsinə tərcih edərək, əldə etdiyi bir əti yeməyib balasına verməsi; həm
2. Qorxaq toyuğun, balasını himayə üçün, itə, şirə hücum etməsi; həm
3. Əncir ağacının, özü palçıq yeyərək, balası olan meyvələrinə, xalis süd verməsi...
İndi isə, Müəllifin yuxarıdakı bəyanına qayıdaq:
Məxluqatın tədbir, tərbiyə və idarəsində, bir təşabüh, tənasüb, intizam, insicam, lütf və mərhəmət görünməkdədir.
Bu tədbir, tərbiyə və idarədə görünən təşabüh, tənasüb, intizam, insicam, lütf və mərhəmətdə, Allahın rahməniyyət/rahmən olmasının ən böyük sikkəsi təzahür etməkdə, görünməkdədir.
Buna görə, "Bismilləhi'r-Rahmən" demək, bu mənaya gəlir:
"Ey Rəbbim! Bu əşyada gördüyümüz tədbir, tərbiyə və idarə, Sənə aiddir. Bunlarda görünən təşabüh, tənasüb, intizam, insicam, lütf və mərhəmətə, Səndən başqası, fail ola bilməz."
Bütün bu rəhmət fellərinin Allahdan başqasına nisbəti mümkün olmadığına görə, biz soruşuruq:
"Elə isə, Allah üçün hər hansı bir zərurət vardırmı?"
Qətiyyətlə deyə bilərik ki, xeyr.
Elə isə, bütün bu fellər, Onun, nə qədər mərhəmətli olduğunu göstərməkdədir.
---------------------------
---------------------------
Bundan sonra, Müəllif, "ər-Rahim" ismini, belə şərh etməkdədir:
"...insanın mahiyet-i câmiasının simasındaki letaif-i re’fet ve dekaik-ı şefkat ve şuâat-ı merhamet-i İlahiyeden tezahür eden sikke-i ulyâ-i rahîmiyettir ki Bismillahirrahmanirrahîm’deki 'er-Rahîm', ona bakıyor..."
Mətnin izahı:
İlk əvvəl, insanın mahiyyətinin cami/cəm edən olması üzərində, bir az dayanaq. Müəllif, bir risaləsində ("Sözlər", 22-ci Söz, Birinci Məqam, 2-ci Bürhan, 5-ci Haşiyə, s. 276), belə deyir:
"... mahiyet-i insaniye, şu kâinatın bir misal-i musağğarı olduğundan, âdeta âlemde ne varsa insanda nümunesi vardır..."
Yəni:
İnsanın mahiyyəti, bu kainatın kiçildilmiş bir nümunəsi olduğundan, aləmdə nə varsa, sanki, insanda nümunəsi vardır.
Allah Taala, insanın mahiyyətinə bir genişlik vermiş və onu, kiçik bir aləm surətində yaratmışdır. Kainatı kiçiltsək, insan; insanı böyütsək, kainat olar. Kainat, sanki böyük bir insan; insan isə, sanki kiçik bir kainat kimidir. Bu kainatda nə varsa, kiçik bir nümunəsi, insanda vardır. Məsələn:
~ Yer üzünün 3/4-ü, sudur. İnsan vücudunun da 3/4-ü, sudur.
~ Torpaqda, dəmir və s. kimi elementlər var. Bizim bədənimizdə də bu elementlərin hamısı mövcuddur.
~ Yer üzündə, dağlar, torpaq var. Buna müqabil, bizdə sümüklər vardır.
~ Yer üzündə çaylar vardır. Buna qarşılıq, bizdə damarlar vardır.
~ Yer üzündə meşələr var. İnsanda saç və qıllar vardır.
~ Aləmdə şeytan var, bizdə nəfs.
~ Aləmdə mələk var, insanda ilhamlar.
~ Aləmdə lövh-i məhfuz var, bizdə yaddaş qüvvəti.
~ Aləmdə ərş var, bizdə qəlb.
~ Aləmdə kürsi var, bizdə ağıl.
~ Aləmdə misal aləmi var, bizdə xəyal qüvvəti.
Bunlar və daha bir çox bənzərliklər isbat edir ki, insan, bu kainatın kiçik bir misalıdır.
Müəllif, insanın cəm edici mahiyyətində, 3 şeyə diqqət çəkir:
1. Rə'fət/çox şiddətli mərhəmətindəki incəliklər;
2. Şəfqətindəki incəliklər;
3. İlahi mərhəmətin şüaları
İnsanın cəm edici mahiyyətində, bu üçü vardır. Yaradılışında, tərbiyəsində, əza və cihazlarla təchiz edilməsində, ona verilən hisslərdə, məxluqatın ona boyun əydirilməsində və fitrətinin hər zərrəsində, Allahın rə'fətinin lütfləri, şəfqətinin incəlikləri və mərhəmətinin şüaları/parıltıları vardır. Müəllif ustad Nursi, "Məsnəvi-i Nuriyyyə" əsərində (s. 160), belə deyir:
"İ’lem Eyyühel-Aziz! İnsan:
• Hikmet ile yapılmış bir masnudur. Ve Sâniin gayet hakîm olduğuna, yaptığı vuzuh-u delalet ile sanki mücessem bir hikmet-i nakkaşedir.
• Tecessüd etmiş bir ilm-i muhtardır;
• İncimad etmiş bir kudret-i basîre olduğu gibi;
• Öyle bir fiilin mahsülüdür ki, istidadı irade ettiği şeyi kendisine veriyor.
• Öyle bir in'am ve ihsanın kesifidir ki, bütün hacatına vâkıftır.
• Öyle bir kaderin tersim ettiği bir surettir ki, bünyesine lâzım ve münasib şeyleri bilir."
İzahı:
"İnsan, hikmet ile yapılmış bir masnudur."
Hikmət, bir mənadır; "fayda, qayə" deməkdir. Əbəsin, yəni gərəksizliyin, yersizliyin ziddidir.
İnsana bu göz ilə baxıldığında, saçından dırnağına qədər, hər şeyi ilə, hikməti göstərir. Saça ehtiyacımız vardır və biz, ondan fayda görürük. Alnımızın saçsız olması da, hikmətdir; qaşlarımızın varlığı da hikmətdir. Kirpiklərimizdə də, hikməti daha açıq seyr edirik. Onlar qara olmasalar, az bir işıqdan narahat olar və ətrafımızı belə görə bilmərik.
Qoxular aləmilə münasibətimizi quran burnumuz, yenə İlahi hikməti göstərir. Alt çənəmizin hərəkətli, üst hissəsinin sabit olması da, hikmətdir; dişlərimizin həm özləri, həm də düzülüş sıraları və yerləri hikmətlidir. Qulağımız hikmətlə yaradılmışdır, bizi səslər aləminə qovuşdurur.
İnsan üzündə gördüyümüz bu hikmətləri, vücudumuzdakı bütün orqanların vəzifələri və faydaları üçün də düşündüyümüzdə, insan vücudunda, hikmətsiz bir tək hücrə, bir tək orqan, bir tək damar olmadığını görərik. Sanki "hikmət", cisim geyinmiş "insan" olmuşdur. İnsan, hikməti, bu qədər açıq olaraq göstərməkdədir.
"Tecessüd etmiş bir ilm-i muhtardır."
Yəni insan, hər şeyi bilən və iradə edən Allahın, elm sifətini, o qədər açıq göstərir ki, sanki elm, cəsəd geyinmiş və insan olmuşdur.
Bu elmdən sonra, iradə meydana çıxır, o şeyin yaradılması ixtiyar edilir və qüdrətin icra edilməsilə də, o şey yaradılır.
İxtiyar kəliməsi də, təsadüfü rədd edir. Yəni gözümüz təsadüfən göz olmuş, təsadüfən bu şəkli almış, təsadüfən üzümüzdə özünə yer etmiş, təsadüfən 2 ədəd olmuş, təsadüfən göz qapaqları ilə qoruma altına alınmış... deyildir. Bunların hər biri, ixtiyar və iradəni göstərməkdədirlər.
"İncimad etmiş bir kudret-i basire..."
ifadəsi, eyni həqiqətin, qüdrət üçün də bəhs mövzusu olduğunu nəzərə verməkdədir. İncimad: "donmaq, qatılaşmaq" deməkdir. Ətrafımızda bunun ən bariz nümunəsi, buzlardır. Buxar bir az qatılaşınca su; daha da qatılaşıb donunca da, buz olur. Buz, buxarın incimad etmiş şəklidir.
İnsana qüdrət sifəti yönündən baxdığımızda, insanın bir yönü ilə sırf qüdrət olduğunu, qüdrətin sanki görünür bir hal aldığını və insan olaraq özünü göstərdiyini anlayırıq.
Həkimlərin bildirdiyinə görə, insan bədənində, 100 trilyon hüceyrə və hər hüceyrədə də, yenə 100 trilyona qədər atom vardır. Yəni bir insanda, 100 trilyon x 100 trilyon atom vardır. Bu atomların hər biri, bir qüdrət xəzinəsidir və parçalandıqlarında ortaya böyük bir güc çıxmaqdadır. Bu qədər çox atoma bu nəzərlə baxdığımızda, sanki böyük bir enerji incimad etmiş, yəni donmuş və insan olmuşdur.
"Basire" kəliməsi isə, bu güc və qüvvətin kor bir qüvvət olmadığını, öz başına, sahibsiz bir güc olmadığını, insanı görən və o qüvvətləri yaradan bir Şəxsin əmrində olduğunu xatırlatmaq üçün istifadə edilmişdir.
Ustad Nursi (rahiməhullah), insanın nə qədər mükəmməl bir əsər olduğunu, beləcə nəzərə verildikdən sonra, onun çox əhəmiyyətli bir yönünə diqqət çəkir:
"Öyle bir fiilin mahsulüdür ki, istidadı irade ettiği şeyi kendisine veriyor."
İnsanda elə bir istedad vardır ki, hər mövzuda insanın önünü açır və
"Çalışarsansa, bu nəticəni əldə edə bilərsən." mesajını verir.
Dünyadakı sənət sahələrini saymaqla bitirə bilmirik və bunların hamısının icraçısı da, insandır. Demək ki, insan, mühəndis də ola bilir, həkim də, fizik də ola bilir, kimyaçı da. Ədəbiyyatçı da ola bilir, sənətkar da.
Bu məşru sənət sahələri yanında, yenə sayıla bilməyəcək qədər də haram, pis işlər vardır. İnsan, bunların da hər birinə girə bilir. Oğru da olur, saxtakar da, qatil də.
Müsbət və mənfi bu qədər işləri görməyə açıq olan bu qədər geniş bir istedad, insandan başqa heç bir varlıqda yoxdur.
Məsələn, mələklərin ən böyüklərindən biri, Cəbraildir. Ancaq o böyük mələk istəyərsə, Əzrail ola bilmir, Mikail də, İsrafil də.
Heyvanlar aləmində də, bənzər bir tabloya şahid oluruq:
Bir arı, istəsə də, ipək hörə bilmir; ipək böcəyi də, bal verə bilmir.
Yəni hər varlıq, nə üçün yaradılmışdırsa, o işi görməkdədir. Sadəcə insana, qismən də, cinlərə, imtahan olmalarının gərəyi olaraq, bir azadlıq tanınmışdır. İstəyərlərsə iman da edə bilirlər, diləyərlərsə küfür yoluna da girə bilirlər.
Tarix boyunca gəlib-keçmiş bütün insanları və qiyamətə qədər gələcək bütün insanları xəyalən göz önünə gətirək. Hər biri, tək başına ayrı bir aləm olduğunu, hər birinin xarakter, sənət, əxlaq, elm, saleh əməl, təqva yönündən çox fərqlilik göstərdiyini görərik. Bu fərqliliklər, cənnətdəki ayrı-ayrı ehsan mərtəbələrini və cəhənnəmdəki fərqli əzab dərəcələrini nəticə verəcəklər.
Peyğəmbərlər, salehlər, səhabələr, alimlər də insanlardan çıxmışlardır. Nəmrudlar, fironlar, əbu Cəhillər də.
"Öyle bir in'am ve ihsanın kesifidir ki, bütün hacatına vakıftır."
İn'am: "Nemətin verilməsi"nə deyilir.
İnsan, bütünü ilə, "hikmətlə toxunulduğu" kimi, maddi və mənəvi bütün alət və cihazları da, ona İlahi bir ehsandır, in'amdır. Sanki Allahın ehsanları, kəsifləşib, qatılaşıb insan olmuşdur.
Burda diqqət çəkilən əhəmiyyətli bir nöqtə də, insanın öz ehtiyaclarını bilməsi, onları təmin etmək üçün plan qurması, o plan üzərə səy göstərməsidir. Bu xüsusiyyət, başqa varlıqlarda yoxdur. Heyvanlar, öz ehtiyaclarını, düşünərək, planlayaraq deyil, İlahi ilhamla görməkdədirlər. Necə ki, Allah Taala, Nəhl surəsi 68 və 69-cu ayətlərdə belə buyurmaqdadır:
وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ • ثُمَّ كُلِى مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسْلُكِى سُبُلَ رَبِّكِ ذُلُلًا...
Rəbbin bal arısına belə vəhy etdi:
“Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get..."
Bir heyvan, bu nöqtədə insandan o qədər geridir ki, ehtiyaclarını bilməsi bir yana, öz varlığı haqqında belə, çox az şeyə şüuru vardır. O da nəfəs alır, ancaq havaya ehtiyacı olduğunu bilməz. O havanın, ciyərlərinə getdiyindən də xəbərsizdir, çünki ciyərinin nə olduğunu bilməz. Gecə olunca, gözlərini örtüb yatar. Ancaq gecə və gündüzə olan ehtiyacını da bilməz. Eyni şəkildə, dünyaya, günəşə, havaya, suya, mövsümlərə möhtac olduğunu da bilməz.
İnsanın, öz iradəsi xaricində cərəyan edən bu hadisələrə möhtac olduğunu bilməsi, onun üçün böyük bir şükür qapısını açmaqdadır.
"Bunların hamısına möhtacam və yenə bunların heç birini görəcək gücə sahib deyiləm." deyə düşünən insan, bütün bu icraatları görən və bütün varlıqları insana xidmət etdirən Rəbbinə, külli mənada şükür etməyə başlayır.
"Öyle bir kaderin tersim ettiği bir surettir ki, bünyesine lazım ve münasib şeyleri bilir."
Tərsim: "rəsm etmək" deməkdir.
Bir binanın maketi necə qurulmuşdursa, bina da ona görə tikilir. Bir ev haqqında:
"Otaqların sayları, şəkilləri, eni, uzunluğu niyə belədir?" deyə soruşsaq, "Planı belə cızılmışdır." cavabını alarıq.
Bədən, ruhun evi olduğuna görə, bədənimizi də bu mənada dəyərləndirə bilərik.
Sual: "Əlimiz niyə bu şəkildədir?"
Cavab: "Qədərdə elə planlanmış, elə rəsm edilmişdir, onun üçün."
Sual: "Üzümüzdə niyə 2 göz var və şəkilləri niyə belədir?"
Cavab: "Qədərdə elə tərsim edildiyi üçün."
İnsanın bütün vücudu kimi, hər bir orqanı da, İlahi qədərdə necə planlanmışdırsa, İlahi qüdrətlə elə yaradılır.
Nəticə olaraq:
İnsanın bu qədər hikmət, elm, iradə, qüdrət və s. vəsflərə sahib olması, onun haqqında Allahın rəhmətindən başqa bir şeydirmi?!
Bütün bunları, özünün əldə etməsi mümkün ola bilərmi? Və ya şüursuz təbiət və səbəblərin ona bir ehsanı ola bilərmi? Bütün bunlar, imkan daxilindədirmi?! Əsla!
Yenə Müəllifimiz, "Məsnəvi-i Nuriyyə" adlı əsərində, "Rəşhalar" risaləsində (s. 27-28), belə deyir:
"...şu ziynetli masnuatın (sənət əsərlərinin) cemâli, hüsn-ü sanat (sənətdəki gözəlliyi) ve ziyneti izhar eder."
- Əgər kainatdakı varlıqlara "yaradılmış olmaları" cəhətilə baxsaq, Allahın "əl-Xaliq" (Yaradan) ismini görüb, varlıqlara "məxluq" olmaları cəhətilə baxmış olarıq.
- Əgər kainatdakı varlıqlara "sənət əsəri olmaları" cəhətilə baxarsaq, Allahın "əs-Sani" ismini görüb varlıqlara "məsnu" (sənətlə yaradılmış) olmaları cəhətilə baxmış olarıq.
Bu məqamda, varlıqlara məsnu olmaları cəhətilə baxacağıq. Bəli, hər bir varlıq, nərgizdən bülbülə, bülbüldən tovuz quşuna, tək-tək düzülmüş qarğıdalıdan dənizlərin diblərindəki balıqlara qədər hər şey, sənətlə yaradılmış bir əsərdir.
Birinci qaydamız budur:
Sənətlə yaradılmış bu əsərlərin gözəlliyi, sənətdəki gözəlliyi və zinəti izhar etməkdədir. Yəni, bu əsərlərin gözəlliyi, onlardakı sənətin və zinətin gözəlliyindən gəlməkdədir. Onlar (yəni bu sənət əsərləri), belə bir sənət gözəlliyinə və zinətinə ayna olmaqla, sənət əsəri olmuşlardır. Sənət əsəri olmaqla da, sənətin gözəlliyi və zinətinə şəhadət etməkdədirlər.
Bəs yaxşı, elə isə, sənətdəki gözəllik və zinət nəyə şahidlik edir?
Ustad Nursi (rahmətullahi aleyh), sənətdəki gözəllik və zinətin nəyə şahidlik etdiyini belə izah edir:
"Sanat ve suretin güzelliği, Sâni’de (sənətkar olan Allahda) güzelleştirmek ve ziynetlendirmek isteği mevcut olduğuna delalet eder."
Sənətin və zinətin gözəlliyi, Sənətkarında, gözəlləşdirmək istəyinin və zinətləndirmək arzusunun mövcud olduğuna dəlalət edir. Çünki Sənətkarında gözəlləşdirmək istəyi olmasaydı, onu bu şəkildə gözəl yaratmazdı. Zinətləndirmək arzusu olmasaydı, onu bu qədər bəzəməzdi. Madam ki, sənətlə yaratmış və zinətlə bəzəmiş, o halda Onun, gözəlləşdirmək və zinətləndirmək arzusu vardır.
Bəs yaxşı, elə isə, Sani'dəki bu gözəlləşdirmək və zinətləndirmək istəyi nəyə şəhadət edir?
Əziz Ustad, bunun nəyə şəhadət etdiyini belə izah etməkdədir:
"Güzelleştirmek ve ziynetlendirmek sıfatları, Sâni’in sanatına olan muhabbetine delalet eder."
Gözəlləşdirmək və zinətləndirmək arzusu, Sənətkarın, sənətinə olan məhəbbətinə dəlalət edir. Demək, sənətini sevir ki, əsərini gözəlləşdirmək istəyir. Əgər sənətini sevməsəydi, əsərini gözəlləşdirmək və bəzəmək istəməz, adi bir şey kimi yaradardı. Madam ki, belə etməmiş, onu ən incə sənətlə yaradıb ən gözəl zinətlə bəzəmiş, o halda, demək ki, sənətinə qarşı bir məhəbbəti var.
O halda, belə deyə bilərikmi:
Madam ki, sənətinə qarşı məhəbbəti var, o halda, ən çox sevdiyini ən sənətli yaradacaq, sənətinə ən çox onu ayna qılacaqdır?
Bəli, belə deyə bilərik. Bundan da, ən böyük sənət əsəri kim olduğunu başa düşmüş olarıq.
Bu ən sənətli yaradılmış varlığı, Ustad Nursi belə bəyan edir:
"Bu muhabbet ise, masnuatın (sənətlə yaradılmış əsərlərin) en ekmeli (mükəmməli) insan olduğuna delildir. Çünkü o muhabbetin mazhar (zahir olduğu yer, ayna) ve medarı (ətrafında döndüyü yer), insandır."
Allahın -Zatına layiq bir şəkildə- sənətinə olan məhəbbəti, məsnuatın ən mükəmməlinin insan olduğuna dəlildir. Çünki yuxarıda demişdik ki, madam ki, sənətinə qarşı məhəbbəti var, elə isə, ən çox sevdiyini, ən sənətli yaradacaq.
Bizlər bilirik ki, Allahın ən sevgili məxluqu, insandır. Onu, yerin xəlifəsi qılmış; mələklərdən belə üstün yaratmışdır.
Mətnin davamında, Ustad Nursi, insanların vəsflərini sayacaq və bu vəsflər səbəbilə, insanın, Allahın xas muxatabı olduğunu bəyan edəcəkdir.
İnsan, Allahın xas məxluqudursa -ki, elədir- o halda ən mükəmməl sənət də, insandadır. Çünki Sənətkar, ən çox sevdiyini ən sənətli şəkildə yaradar.
"İnsan dahi, masnuatın (sənət əsərlərinin) en cami (cəm edici) ve en garibi olduğundan, şecere-i hilkate (yaradılış ağacına, yəni kainata) bir semere-i şuuriyedir (şüur sahibi bir meyvədir)."
Ustad Said Nursi (rahmətullahi aleyh), bu cümlədə, insanı 3 sifətlə vəsf edir:
1. Məsnuatın ən camisi olması;
2. Məsnuatın ən qəribi (qeyr-i adisi) olması;
3. Yaradılış ağacının (kainatın) şüur sahibi meyvəsi olması.
Tək-tək, bu 3 vəsf üzərində bir az dayanaq. Belə ki:
1. İnsanın, məsnuatın ən camisi olması:
İnsan, sahib olduğu orqan və hislər cəhətilə, məsnuatın ən zənginidir. Ağıldan təsəvvürə, təsəvvürdən xəyala qədər, insan, minlərlə hisslərlə təchiz edilmişdir ki, bu, digər məxluqlarda yoxdur. Bu da, insana verilən qiymətin işarətidir.
Həm insana, həm də digər canlılara verilən orqan və hislərə gəlincə, burda da üstünlük, yenə insandadır. Məsələn:
~ Hər varlığın, gözü vardır, ancaq heç biri, kainatı bir insan kimi seyr edə bilməz. Onların əksəriyyəti, aləmi, ağ-qara görüb, rənglərin fərqinə belə varmaz.
~ Yenə hər varlığın, dili vardır, ancaq heç biri, insan kimi, dadları hiss edə bilməz. Bəziləri sadəcə ot yeyər, bəziləri də sadəcə ət.
~ Yenə hər varlığın qulağı vardır, ancaq heç biri, insan kimi bütün səsləri fərq edə bilməz. Bülbülün səsilə qarğanın səsi, onlara eyni gəlməkdədir. İnsan isə, kainatdakı hər səsi fərq edə bilməkdədir.
Bunlar kimi, saymaqla bitməyəcək qədər çox hissləri, orqanları vardır ki, insan, bütün bunlara ən maksimal səviyyədə sahib olmuş, bununla da, ən cami (cəm edici) varlıq ünvanına sahib qılınmışdır. Sanki, insan, kainata kiçildilmiş bir misaldır. Yəni kainatı kiçiltsək, insan olar; insanı böyütsək, kainat.
2. Məsnuatın ən qəribi olması:
Mətndəki "qərib" kəliməsi, "qürbətdə olan" və "sahibsiz" mənasında deyil, "heyrət verici", "qeyr-i adi" mənasındadır.
İnsan, üzərinə təfəkkür edənləri ən çox heyrətə gətirən ən qərib məxluqdur. Elm adamları, insanın, hələ maddi/fiziki quruluşunu belə tam öyrənə bilməmişlərdir. Bir də bunlara, minlərlə hissləri də əlavə edin. Bax insan, belə qeyr-i adi və heyrət verici bir varlıqdır.
3. Yaradılış ağacının (kainatın) şüur sahibi meyvəsi olması.
Kainatı, bir ağaca bənzətsək:
• Ünsürlər (elementlər) - bu ağacın budaqları;
• Bitkilər - yarpaqları;
• Heyvanlar isə - çiçəkləridir.
• Bu ağacın meyvəsi isə - insandır.
İnsana ağıl və idrak verilmiş və bununla da, "kainat ağacı"nın ən qiymətli cüzü (parçası) qılınmışdır. Hətta "kainat ağacı", "insan meyvəsi" üçün yaradılmışdır deyə bilərik.
Bura qədər, insanın 3 vəsfini öyrəndik və haqlarında bir az danışdıq.
Ustad (rahiməhullah), belə davam edir:
"İnsan, bir semere (meyvə) gibi olduğu cihetle, kâinatın eczası (cüzləri, parçaları) arasında en cami (cəm edici) ve baid (uzaq) bir cüzdür (parçadır)."
İnsanın ən cami (cəm edici) olduğu haqqında yuxarıda danışdıq. Burda isə, insanın, "en baid cüz" olması haqqında danışaq:
"Baid" kəliməsinin lüğəvi mənası "ən uzaq" deməkdir. İndi, sualımız budur:
"İnsanın, kainatın cüzləri arasında ən baid/uzaq cüz olması, nə deməkdir? İnsan, nəyə uzaqdır; və bu uzaqlıq, ona necə bir şərəf qazandırmışdır?"
Burdakı uzaqlığı, Allah ilə qul arasında düşünmək, mümkün deyildir. Çünki Allah (isim və sifətlərilə), hər şeyə, hər şeydən daha yaxındır. Bu uzaqlığı, insan ilə digər varlıqlar arasında düşünmək də mümkün deyildir. Çünki insan, onlarla iç-içə yaşayır və aralarında heç bir uzaqlıq əsəri görünmür. Elə isə, bu uzaqlıq nədir?"
Bu uzaqlıq, məkan uzaqlığı olmayıb, zaman uzaqlığıdır. Yəni, insanın, daha sonra yaradılmasıdır. İnsanın yaradılışı, digər varlıqların yaradılışına qiyasla, daha sonradır. Bu sonralıq da, insana böyük bir şərəf qazandırmışdır. Belə ki:
Necə ki, bir ağac yaradılarkən, ilk əvvəl kökü, sonra gövdəsi, sonra budaqları, sonra çiçəkləri və sonra yarpaqları yaradılır. Meyvə isə, daha sonra icad edilir. Bununla da başa düşülür ki, ağacın yaradılış məqsədi, meyvədir; ağac, meyvəsi üçün icad edilmişdir. Ağacdakı bütün tədbirlər, meyvəyə görə tənzim edilmiş və ağac, budaqlarına asılacaq meyvələr üçün xəlq edilmişdir. Demək ki, bu ağacın ən qiymətli cüzü/parçası, meyvəsidir.
Eynilə bunun kimi, kainat da, bir ağac şəklində yaradılmışdır. Ünsürlər/elementlər - bu ağacın budaqları olmuş; bitkilər - yarpaqları; heyvanlar isə - çiçəkləri.
Demək, kainat, insan üçün xəlq edilmiş, onun üçün hazırlanmış, ona bir ev olması üçün tənzim edilmişdir. Bundan da başa düşülür ki, bu qonaq yeri olan kainatın ən qiymətli qonağı, insandır.
Mətndəki "baid" kəliməsinin altında yatan məna, bax budur. Bu kəlimə ilə, insanın ən son yaradıldığına diqqət çəkilmiş; bununla da, qiymət və şərəfi isbat edilmişdir.
"İnsan, zîşuur (şüurlu) ve cami (cəm edici) olduğu cihetle, nazarı âmm (ümumi), şuuru külli olur."
İnsanı digər varlıqlardan ayıran ən əhəmiyyətli xüsusiyyətlərindən biri də, şüur sahibi olmasıdır.
Şüur: hislər vasitəsilə idrak etməkdir. Yəni, məsələnin künhünü, mahiyyətini başa düşməkdir. İnsan, bu sifətə, külli mənada sahibdir. Heyvanlarda isə, belə bir külliyyət yoxdur.
İnsanın, bundan başqa, bir də camiyyəti vardır. O, sahib olduğu cihaz və hislər cəhətilə, məsnuatın ən camisidir. Ağıldan təsəvvürə, təsəvvürdən xəyal və sairə qədər, insan, minlərlə hisslə təchiz edilmişdir.
İnsan, belə şüur və camiyyətə (cəm ediciliyə) sahib olmaqla, nəzəri ümumi; və şüuru külli bir varlıq olmuşdur.
Nəzər kəliməsi, burda, "düşünmək" və "mülahizə etmək" mənasındadır. Bu, insanı digər canlılardan ayıran bir sifətdir. İnsan, düşünən, təfəkkür edən, mütaliə edən, məsələləri təhlil edə bilən bir varlıqdır. İnsanın düşünməsi və mülahizəsi, kainatı əhatə edəcək dərəcədə genişdir.
Bundan başqa, insanın şüuru da küllidir. Yəni, bütün hislərilə idrak edər; ona verilən hər bir hiss, idrakına vəsilə olar. Bu sayədə, hər şeyin mənasına nüfuz edə, künhünü kəşf edə, mahiyyətini başa düşə bilər.
Sözün özü: İnsana verilən hislərlə idrak qabiliyyəti və insanın yaradılışındakı camiyyəti, insanı heyvanlardan ayırmış; insanı düşünən, idrakı külli bir varlıq halına gətirmişdir.
Bəs yaxşı, elə isə, insanın düşünüb mülahizə edə bilməsi və idrakının külli olması, insana nə qazandırmışdır?
Ustad, bunların nə qazandırdığını belə bəyan edir:
"Nazarı âmm (ümumi) olduğundan, şecere-i hilkati (yaradılış ağacını) tamamıyla görür; şuuru da külli olduğundan, Sâni’in (sənətkar olan Allahı ) makasıdını (məqsədlərini) bilir. Öyleyse, insan, Sâni’in muhatab-ı hâssıdır (sənətkar olan Allahın xas muxatabıdır)."
İnsan, düşünmə və mülahizə etmə qabiliyyəti sayəsində, "yaradılış ağacı"nı, yəni kainatı, tamamilə görüb müşahidə edər.
- Bir heyvan'ın, günəşdən, aydan, ulduzlardan, bu aləmdəki digər əşyadan və dünyanın başqa bir yerindən xəbəri vardırmı? Heyvanın əlaqəli olduğu bütün şeylər, içində gəzdiyi yer ilədir. Ancaq insan, deyil yalnız dünyanı; ulduzları, planetləri və qalaktikaları bilə bilir. Arşı, kürsini bilir; cənnət və cəhənnəmi bilir. Bununla da, Allahın qüsursuz qüdrətini, tərbiyə ediciliyini və digər vəsflərini kainatda tamaşa edir.
Bundan başqa, insanın şüuru külli olduğundan, yəni hislər vasitəsilə idrak edə bildiyindən, hər şeyin mənasına, künhünə, mahiyyətinə nüfuz edə bilir. Ağlı olub düşünə bildiyindən, Allahın məqsədlərini bilir. Bu kainatı nə üçün yaratdığını, əşyanı nə üçün icad etdiyini, özünün niyə var olduğunu və digər bütün İlahi məqsədləri bilir. Bütün bunlardan dolayı da, Allahın xas muxatabı olur.
Bax bu sirdən dolayıdır ki, Allah, hikmətli kitabında:
"Ey insanlar!", "Ey iman edənlər!" deyə buyurur;
"Ey günəş!", "Ey ulduzlar!" deyə buyurmur. İnsanı Özünə muxatab qılıb insanla danışır.
(Said Nursi, "Ləmalar", 14-cü Ləmanın 2-ci Məqamı, Bismillahın sirlərindən 1-ci Sirr)
