Məkruh nədir?
Lüğətdə, "çirkin görmək, istəməmək, məşəqqət, sıxıntı, çətinlik" kimi mənalara gələn "kərh" (və ya kurh) kökündən meydana gələn "məkruh" kəliməsi, "içərisində, çətinlik olan, xoşa gəlməyən, çirkin və pis görülən şey" deməkdir.
"Kərh" və "kurh"un, eyni mənaya gəldiyini deyənlər olduğu kimi; bunlar arasında fərqliliyin olduğunu deyən dilçi alimlər də vardır. Belə ki:
~ "Kərh": "insanın, xaricdən gələn təzyiq nəticəsində, dözmək məcburiyyətində qaldığı məşəqqət"i;
~ "Kurh" isə: "öz iradəsilə qatlaşdığı xoş olmayan bir hal"ı
ifadə edir.
Bu da, təbiəti etibarı ilə xoşlanmadığı və ağıl yaxud dinin hökmü cəhətindən uyğun görmədiyi xüsuslar olmaq üzərə, 2 qismə ayrılır.
Dolayısı ilə, bir kimsənin, eyni şey üçün, "Bunu istəyirəm, ancaq, kərih görürəm." dediyində, "Təbiət olaraq onu istəyirəm; ancaq, əqli və şəri cəhətdən xoş görmürəm." mənasını; ya da, bunun əksini qəsd etməsi, mümkündür.
Eyni kökdən meydana gələn:
~ "kərih": "çirkin görülmüş, xoşa gəlməyən şey";
~ "ikrah" da: "bir kimsəni, istəmədiyi və xoşlanmadığı bir feli etməyə məcbur etmək"
mənasına gəlir.
Bir fiqh üsulu termini olaraq, "məkruh", ümumilikdə: "Şari (Allah)'ın, edilməməsini, qəti və bağlayıcı olmayan bir tərzdə istədiyi fel" şəklində tərif edilir.
Bununla bərabər, fiqh kitablarında, bəzi haram, məkruh və halal fellərin ələ alındığı bölmələrə, "Kitabu'l-kərahiyyə və'l-istihsan" adı verilir.
Quran-i Kərim və hədislərdə, "kərh" kökündən meydana gələn kəlimələrin, lüğəvi mənalarında istifadə edildiyi, çoxca görülməkdədir.
"Məkruh" isə, sadəcə,
كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُۥ عِندَ رَبِّكَ مَكْرُوهًا
Kullu zəlikə, kənə səyyiuhu. İndə Rabbikə məkruhən.
"Bütün bu pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir." (İsra/38) ayətində keçməkdədir. Bundan əvvəl keçən ayətlərdə (İsra/31-37'də), Allah qatında xoş olmayan və çirkin görülən şeylər:
~ yoxsulluq qorxusundan uşaqları öldürmək (İsra/31);
~ zinaya yaxınlaşmaq (İsra/32);
~ haqsız yerə adam öldürmək (İsra/33);
~ yetim malı yemək (İsra/34);
~ ölçüyə (tərəziyə) riayət etməmək (İsra/35);
~ haqqında bilik sahibi olunmayan şeylər arxasınca düşmək (İsra/36);
~ yer üzündə, təkəbbürlə gəzmək (İsra/37)
şəklində sayılmışdır.
-------------------------------
-------------------------------
"Məkruh" ləfzinin, fəqihlər arasında fərqli mənalarda istifadə edildiyini bildirən hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "əl-Mustasfa"da, belə deyir:
...Bu mənalardan bəziləri, bunlardır:
a. Məhzur:
İmam Şafi, bir çox yerdə, "Bunu, kərih (məkruh) görürəm." demiş və bununla, "haram"ı qəsd etmişdir.
b. Tənzihən nəhy edilmiş şey:
Bu, edilməsinə cəza verilmədiyi halda; tərk edilməsinin, edilməsindən daha xeyirli olduğu hiss edilən şeydir. (Bu mənada, "məkruh", məndubun qarşılığıdır.) Necə ki, "məndub", edilməsinin, tərk edilməsindən daha xeyirli olduğu hiss edilən şeydir.
c. Nəhy edilməmiş olsa belə, əvla olanı tərk etmək (tərku'l-əvla):
Duha (quşluq) namazının tərk edilməsi, belədir. Hər nə qədər, bu namazın tərk edilməsinə dair bir xəbər yoxdursa da, fəzilət və səbəblərinin çoxluğu səbəbilə, bəziləri, bu namazı tərk etməyin məkruh olduğunu söyləmişlərdir. (Yəni, duha namazının tək edilməsinin, bu namazın qılınmamasının məkruh sayılması, bu xüsusda bir nəhy olmasından dolayı deyil; fəzilətinin böyüklüyü səbəbilədir.)
d. Haramlığında, şübhə və tərəddüd olan şey:
Yırtıcı heyvanların əti və az miqdarda içilən nəbz, belədir. Fihi nəzərun! (Yəni, bir baxmaq, tədqiq etmək lazımdır.) Belə ki:
Bunlar,
~ ictihadı, özünü, bunun haram olduğuna çatdıran şəxsə haram olduğu kimi;
~ ictihadı, bunun halal olduğuna çatdıran şəxs üçün də, halaldır. Və artıq, nəbiz'in kərahiyyətinin bir mənası qalmaz. Ancaq, əgər xasm (müxalif)'in şübhəsindən dolayı, nəfsində bir tərəddüd hasil olarsa, o şey üçün, kərahiyyət davam edər. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Günah, qəlbi narahat edən şeydir." (Muslim, "Birr"/14) buyurmuşdur.
Bu etibarla, halallığı yönündə zənn-i qalib olmaqla bərabər, haramlıq qorxusu olan şeylər üçün də, "kərahət" ifadəsinin istifadə edilməsi, çirkin olmaz. Nə var ki, bu söz, ictihad xüsusunda isabət edənin tək olduğu görüşündəkilərin məzhəbi cəhətindən doğrudur. Hər müctəhidin isabət etdiyini müdafiə edənlərə görə isə, əgər müctəhid, bir şeyin halallığına zənn-i qalib hasil etmişdirsə, özü cəhətindən, o şey, halaldır.
Not: "Mustasfa"dan nəqllər, burda bitir.
-----------------------
-----------------------
Muhamməd Əli Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum" adlı əsərində, deyir:
2 cür məkruh vardır:
1. Təhrimən məkruh;
2. Tənzihən məkruh.
Şeyxeyn (əbu Hənifə və əbu Yusuf)'a görə, bunlardan
~ birincisi, harama daha yaxın ikən;
~ ikincisi, halala daha yaxındır.
Harama yaxınlığın mənası, o feli edən şəxsin, cəhənnəm əzabı ilə cəzalandırılmağa layiq olmamaqla bərabər, şəfaətdən məhrum qoyulmaq kimi yollarla qorxudulması və çəkindirilməsidir. Belə ki:
Vacibin tərk edilməsi, haramdır və onu tərk edən kimsə, cəhənnəm əzabı ilə cəzalandırılmağa haqq sahibi olur. Müəkkəd sünnətin tərk edilməsi də, harama yaxındır. Ancaq, onu tərk edən kimsə, şəfaətdən məhrum buraxılmağa layiq olur.
Halala yaxınlığın mənası isə, əsasında feli edən kimsənin cəzalandırılmamasına qarşılıq, o feli etməyən kimsənin, ən aşağı mərtəbədə savaba nail olmağa haqq qazanmasıdır.
İmam Muhamməd əş-Şeybani isə,
~ haramlığı zənni dəlil ilə sabit olan harama - təhrimən məkruh;
~ edilməsi xüsusunda əngəl olmamaqla birlikdə, tərk edilməsi əvla olana da - tənzihən məkruh
deməkdədir.
Buna görə, təhrimən məkruh ilə haram arasındakı münasibət, vacib ilə fərz arasındakı münasibət kimidir. Yəni, imam Muhamməd'ə görə,
~ haramlığı, qəti dəlil ilə sabit olana - haram;
~ haramlığı, zənni dəlil ilə sabit olana da - təhrimən məkruh
deyilir.
Xülasə,
~ Şeyxeyn'ə görə, təhrimən və ya tənzihən məkruh olanlar; imam Muhamməd'ə görə, tənzihən məkruh sayılır.
~ İmam Muhammədə görə təhrimən məkruh olanlar isə, Şeyxeyn'in nəzində, haram sayılır.
Təhrimən məkruh ilə tənzihən məkruh bir-birindən ayrılarkən, bəhsi keçən felin, əsl hökmünə baxılır:
1. Əgər əsl hökm, o fel haqqında, haramlığı isbat etməklə birlikdə, haramlıq, arizi (gəlib-keçici, sonradan meydana gələn) bir səbəbdən dolayı düşmüşdürsə; və bu səbəb, umum bəlva (yəni, hər kəsə dəxlisi olan)'dırsa; bununla bərabər, zərurət də öz cariliyini davam etdirirsə, bu kərahət, tənzihən sabit olan kərahətdir.
2. Zərurət, hələ bu nöqtəyə çatmamışdırsa, kərahət, təhrimən kərahət olma vəsfini davam etdirər və əsl hökmə, yəni haramlığa qayıdar. Buna müqabil olaraq,
3. Əsl hökm, mübahlıqdırsa, arizi səbəbə baxılar. Haram qılan bir səbəbin varlığı haqqında zənn-i qalib meydana gələrsə, bu haldakı kərahət, təhrimən sabit olan kərahətdir. Əks təqdirdə isə,
4. Tənzihən sabit olar.
1. Birincisinin (yəni, haramdan tənzihən məkruha) misalı: pişiyin artığıdır.
2. İkincisinin (haramdan təhrimən məkruha) misalı: əşşək südü və ətidir.
3. Üçüncüsünün (halaldan təhrimən məkruha) misalı: inəyin artığıdır.
4. Dördüncüsünün (halaldan tənzihən məkruha) misalı isə: yırtıcı quşların artığıdır.
Not: "Kəşşaf"dan nəqllər, burda bitir.
Şari'nin, bir felin edilməməsini qəti olaraq qadağan etmədən istəməsi, fərqli şəkillərdə ola bilər. Bunlardan bəziləri, aşağıdakılardır:
1. Qəti qadağa mənasına gəlməyəcək bir şəkildə "kərahət" ləfzini istifadə etməsi. Məsələn, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:
"Allah,
~ analara hörmətsizlik etməyi;
~ qız uşaqlarını diri-diri basdırmağı;
~ ödənməsi lazım gələn haqqı əngəlləməyi və haqqı olmayan şeyi istəməyi
haram qılmışdır.
~ Onun-bunun dediklərini nəql edərək, vaxt keçirməyi;
~ çox sual verməyi; və
~ malı boş yerə xərcləməyi də,
sizin üçün məkruh görmüşdür." (Buxari, "Zəkat", 53)
hədisinin son cümləsində "kərahə" kökündən meydana gələn bir fel istifadə edilmişdir.
2. Qadağan edici bir siğa istifadə etməklə bərabər, bunun haramlığı deyil, məkruhluğu ifadə etdiyini göstərən başqa bir dəlil (qərinə) mövcud olması. Məsələn:
"Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda, Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu, sizin üçün nə qədər xeyirlidir!" (Cümə/9)
ayətində keçən "ticarəti dayandırın!" əmri, əslində, "ticarət etməyin" mənasına gələn, yəni, cümə namazı vaxtında, bu işi qadağan edən bir ifadədir. Ancaq başqa dəlillər, bu qadağanın, şəxsən alış-verişin pis görülməsi səbəbinə deyil; mükəlləfi, cümə namazının ədasından əngəlləmə səbəbinə bağlı olduğunu göstərməkdədir.
3. Bir felin edilməməsini təşviq edici bir ifadə istifadə etməsi. Məsələn:
"Mehrin (və ya nikahın) ən yaxşısı, asan olanıdır." (əbu Davud, "Sünən", "Nikah", 31) hədisində, mehrdə asanlaşdırma yolunun təşviq edilməsi; müxalif mənası ilə, mehr miqdarında ifrata varmağın məkruh olduğunu göstərməkdədir.
-----------------------
-----------------------
"Məkruh": fəqihlərin cumhuruna görə, "Şari tərəfindən, edilməsi qəti olmayaraq istənilən şey"dir.
Məkruh da, nəhy (qadağan) edilmişdir. Ancaq, haram mənasında qadağan edilmədiyinə dair bir işarət vardır.
• Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:
"Allah, sizin üçün:
~ dedi-qodunu;
~ çox sual soruşmağı; və
~ malı boş yerə xərcləməyi
kərih gördü (yəni, xoş görmədi)." (Buxari, "İstiqrad", 19) hədisi ilə;
• Allah Taala'nın,
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَسْـَٔلُوا۟ عَنْ أَشْيَآءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْـَٔلُوا۟ عَنْهَا حِينَ يُنَزَّلُ ٱلْقُرْءَانُ تُبْدَ لَكُمْ
"Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi." (Maidə/101)
ayətinin hökmü, belədir.
Bu tərif, fəqihlərin cumhuruna görədir.
Hənəfilər isə,
~ haramın, qəti bir dəlil ilə edilməməsi istənilən bir şey olduğunu;
~ məkruhun isə, zənni bir dəlil ilə edilməməsi istənilən bir şey olduğunu
söyləyirlər.
Hənəfilərə görə, məkruh, 2 qismə ayrılır:
1. Təhrimən məkruh;
2. Tənzihən məkruh.
• Birincisi: zənni bir dəlil ilə edilməməsi qəti olaraq istənilən bir şeydir ki, bu, vacibin müqabilidir. (Məsələn):
~ kişilərin, ipək geyməsi;
~ qızıl üzük taxması;
~ xanımına qarşı ədalətli ola bilməyəcəyinə dair qalib zənnə sahib olan kimsənin evlənməsi,
bu cür məkruhlar arasındadır.
• İkincisi: yəni, tənzihən məkruh da, məndubun müqabili olub, Hənəfi'lərin bu xüsusdakı tərifi, cumhurun tərifinə uyğundur.
~ Cumhura görə, məkruh işləyən kimsə, qınanmaz; tərk edən kimsə isə, mədh edilər (təriflənər).
~ Hənəfilərə görə isə, təhrimən məkruhu işləyən kimsə, qınanar; tənzihən məkruhu işləyən kimsə isə, qınanmaz. Hər 2 məkruhu tərk edən kimsə də, təriflənər.
(əbu Zəhra, "Usulu'l-Fiqh")
