Haqqa surəsi 38-39-40-cı ayələrin təfsiri

فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ • وَمَا لَا تُبْصِرُونَ • إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

"And içirəm, həm gördüklərinizə və həm də görmədiklərinizə! Şübhəsiz bu, kərim bir Rəsulun sözüdür." (Haqqa/38-39-40)

----------------------------

Təfsiri:

فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ • وَمَا لَا تُبْصِرُونَ

"And içirəm, həm gördüklərinizə, həm də görmədiklərinizə."

Bu ifadə ilə bağlı, 2 məsələ vardır:

✓ Birinci məsələ:

~ Bəzi alimlər, "lə uqsimu" ifadəsilə, "and içirəm" mənasının qəsd edildiyini; "lə"nin isə, zaid (təkid məqsədilə gətirilmiş ədat) olduğunu; yaxud da

~ Daha əvvəl bəhsi keçən bir sözü rədd mənasında (yəni, "Xeyr! Elə deyil!") olduğunu

deyərlərkən;

~ Bəzi alimlər də, burdakı "lə"nin, nəfy üçün (yəni, bir şeyin olmadığını ifadə edən ədat) olduğunu; ifadənin, "and içmərəm"

mənasına gəldiyini söyləmişlərdir, ki, buna görə, ayətin mənası, belə olur:

Haqq Taala, sanki:

"Mən, bu Quranın, kərim bir Rəsulun sözü olduğuna, and içmərəm." demiş olur ki, bu da,

"Çox açıq və qəti olduğu üçün, and içməyə ehtiyac yoxdur." deməkdir.

--------------------------

✓ İkinci məsələ:

Haqq Taala'nın, "...həm gördüklərinizə, həm də görmədiklərinizə." ifadəsi, şamillik cəhətindən, nə varsa hər şeyi ehtiva edən bir ifadədir. Çünki, hər şey, bu 2 qisimdən, yəni:

~ ya görülən;

~ ya da görülməz

olmaqdan uzaq deyildir.

Dolayısı ilə də,

~ Yaradanı - yaradılanları;

~ Dünyanı - axirəti;

~ Maddəni - ruhu;

~ İnsanı - cini; və

~ Açıq olanı - gizli nemətləri

ehtiva edir.

-------------------------------

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

"Şübhəsiz bu, kərim bir Rəsulun sözüdür."

Bil ki, Allah Taala, Təkvir surəsinin 19-cu ayətində də, bu ifadəyə yer vermişdir. Alimlərin əksəriyyəti:

~ Təkvir surəsindəki bu ifadə ilə - Cəbrail (əleyhissəlam)'ın;

~ Burdakı ilə də - Muhamməd (sallallahu aleyhi və səlləm)'in

qəsd edildiyi qənaətindədirlər.

Onlar, bu şəkildə istidlal etmiş (dəlil gətirmişlər)'dir:

Haqq Taala, burda (yəni, Haqqa/40-da):

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

"Şübhəsiz bu, kərim bir Rəsulun sözüdür." buyurub, bundan sonra da,

وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ قَلِيلًا مَّا تُؤْمِنُونَ • وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ

"O, şair sözü deyildir! Necə də az inanırsınız! O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!" (Haqqa/41-42) demişdir.

Halbuki, Məkkə müşrikləri, Cəbrail (əleyhissəlam)'ı, şair və kahin deyə vəsf etmirdilər. Bu 2 vəsflə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i vəsf edirdilər.

Ancaq, Haqq Taala, Təkvir surəsi 19-cu ayətdə isə,

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

"Şübhəsiz bu, kərim bir Rəsulun sözüdür." buyurub, (bir neçə ayət sonra da):

وَمَا هُوَ بِقَوْلِ شَيْطَـٰنٍ رَّجِيمٍ

"Bu Quran, daşqalaq olunmuş şeytanın sözü də deyildir." (Təkvir/25) deyincə, məna: "Bu, kərim bir mələyin sözüdür, qovulmuş şeytanın deyil." şəklində olur.

Dolayısı ilə,

~ Haqqa/40-dakı "kərim bir Rəsul" sözündən - Muhamməd (sallallahu aleyhi və səlləm);

~ Təkvir/19-dakı "kərim bir Rəsul" sözündən də - Cəbrail (əleyhissəlam)

qəsd edilmiş ola bilər.

--------------------------

Burda, belə bir sual ünvanlana bilər:

"Ümmət, Quranın, Allahın sözü olduğu xüsusunda, müttəfiqdirlər. Ancaq verilən bu mənalara görə, eyni sözün,

~ həm Allahın;

~ həm Cəbrail (əleyhissəlam)'ın:

~ həm də Muhamməd (sallallahu aleyhi və səlləm)'in

olması lazım gəlir ki, bu, imkansızdır." (Yəni, buna, necə cavab verilə bilər?)

Buna, bu şəkildə cavab verilə bilər:

Tək bir sözün, ən kiçik bir münasibətdən dolayı, bunların, hər birinə nisbət edilməsi, mümkündür. Bundan dolayı, Quran:

~ Lövh-i Məhfuz'dan dərc edib izhar edən (üzə çıxaran) Allah Taala olduğu üçün - Allahın sözü;

~ Göydən yerə endirilən olması cəhətilə - Cəbrail (əleyhissəlam)'ın sözü

~ İnsanlara açıqlayıb Ona iman etməyə dəvət etdiyi və Onu, Peyğəmbərliyinin dəlili qıldığı üçün də - Muhamməd (sallallahu aleyhi və səlləm)'in sözü

ola bilər.

(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsirindən nəql)

-----------------

Əlavələr:

İmam Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsirində, belə deyir:

Quran, Allahın sözüdür. Sözün, Allah rəsuluna nisbət edilməsi, Onu oxuyanın, təbliğ edənin və gərəyincə əməl edənin, O olmasından dolayıdır! Bu da, bizim:

"Bu, imam Malikin sözüdür." deməyimizə bənzəyir.

-----------------

Quranın üslubundan, ehtiva etdiyi mənalardan xəbərsiz olanlar, bu ayətlərdə təzad olduğunu söyləməkdədirlər. Onlara veriləcək cavabımızın özü, bundan ibarətdir:

Quranın, 4 əsas məqsədi vardır:

1. Tövhid;

2. Nübüvvət (peyğəmbərlik);

3. Haşr (öldükdən sonra dirilmək)

4. İbadət və ədalət.

Quranın hansı ayətinə baxılsa, bu əsasları dərs verdiyi görüləcəkdir.

Quranda, kainatdakı bütün fəaliyyətlər (biz insanların nəzdində, əhəmiyyəti, az və ya çox olsun), Allaha nisbət edilməkdədir. Bəzi ayətlərdə, qullara nisbət edilən fəaliyyətlər isə, həqiqi mənası ilə deyil, məcazi mənası ilə qəsd edilmişdir.

İş belə ikən, kəlam sifətinin təcəllisi olan bu əzəmətli Quran, Allahdan başqasına nisbət edilə bilərmi? Tövhidi bütün ayətlərilə dərs verən Allah, belə əzəmətli fəaliyyəti, Özündən başqasına nisbət edərmi?!

Demək ki, ayətlərə edilən etirazlar, Quranı doğru fəhm edə bilməməkdən qaynaqlanır.

Başqa bir misal verərək, mövzunu, burdaca yekunlaşdıraq:

Məsələn, fərz edək ki, bir padşah, bir elçisi vasitəsilə, öz sözünü, digər bir ölkəyə göndərir. Elçi, digər ölkə padşahı hüzuruna çıxarılmamışdan əvvəl, sarayın vəziri (və s.), padşaha belə xitab edirlər:

"Elçi, sizə mühim bir söz söyləmək istəyir."

İndi, biz soruşuruq:

"Elçinin demək istədiyi söz, elçinin öz sözüdürmü, yoxsa, onu göndərən padşahın?"

Cavab, təbii ki, "padşahın" olacaqdır.

Bu ayətlərdə də, belə münasibətdən dolayı, söz, Allaha deyil, (məcazi olaraq) rəsuluna nisbət edilmişdir.

----------------------------------

Allah, niyə and içir? (1)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-niy%C9%99-and-icir-1

 

 

 

 

 

Read 77 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR