Ənam surəsi 107-ci ayətin təfsiri

وَلَوْ شَآءَ ٱللَّهُ مَآ أَشْرَكُوا۟ ۗ وَمَا جَعَلْنَـٰكَ عَلَيْهِمْ حَفِيظًا ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ

"Əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz, Səni, onların üstündə gözətçi qoymamışıq və Sən, onları qoruyan da deyilsən." (Ənam/107)

-----------------------

Təfsiri:

Bil ki, bu ayət də, o kafirlərin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə dedikləri, "Bu Quranı, başqa insanlardan öyrənib, müzakirə edərək təsnif etdin." sözlərilə bağlıdır. Sanki Allah Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə: "O kafirlərin cahilliklərinə baxma. Onların kafirlikləri, Sənə, ağır gəlməsin. Çünki əgər onların küfrünü ortadan qaldırmaq istəsəydim, bunu, edə bilərdim. Ancaq Mən, onları, küfrlərilə baş-başa qoydum. Bundan dolayı, qəlbinin, onların sözlərilə məşğul olması, uyğun olmaz." buyurmaq istəmişdir.

Bil ki, alimlərimiz, "Əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar." ayətini dəlil gətirərək, belə demişlərdir:

"Bu ayətdən,

'Əgər Allah, onların müşrik olmamalarını istəsəydi, onlar, müşrik olmazlardı. Onlar müşrik olduqlarına görə, bu şərtin təhəqqüq etmədiyini (gerçəkləşmədiyini)'

 

başa düşürük.Beləcə də, Allah Taalanın, onların müşrik olmamalarını istəməmiş olduğunu başa düşürük."

Mötəzilə isə, belə deyir:

Allahın, hər kəsin iman etməsini murad etdiyi; heç kimin kafir və müşrik olmasını istəmədiyi, dəlillərlə sabitdir. Bu ayət isə, Allahın, hər kəsin iman etməsini istəmədiyi mənasını ifadə edir. Bundan dolayı, (zidd görünən) 2 dəlilin arasını uzlaşdırmaq lazımdır. Bu səbəblə,

~ Allahın, onların iman etmələrini istəməsi xüsusu, savab və tərifi gərəkdirən ixtiyari bir imanı (yəni, öz iradə və ixtiyarları ilə iman etmələrini) istəməsi mənasına;

~ Allahın, insanların iman etmələrini istəməməsi xüsusu da, cəbri, zorakı, məcburi olaraq meydana gələcək bir imanı istəməmək mənasına

həml edilir. Yəni, Allah Taala, onları, zorakı və icbar etmə yolu ilə olan bir imana sövq etməyi, istəməmişdir. Çünki bu, "təklif"i pozur və insanı, bir mükafatı qazanmaqdan çıxarır.

Bax, Mötəzilə'nin bu mövzuda istinad etdikləri izah, bundan ibarətdir.

(Mən Razi'yə görə isə), bu, son dərəcə zəifdir. Bunun zəifliyinə, bu xüsuslar dəlalət etməkdədir:

1. Kafiri, (kafir, öz iradəsini inkar yolunda sərf etdikdən sonra) inkarına müqtədir qılanın Allah Taala'nın Özü olduğunda, şübhə yoxdur. Bundan dolayı, kafirin qüdrəti, iman etməyə əlverişli olmazsa, o (iman etmə) gücü yaradan Allahın, o insan üçün inkarı iradə etmiş olduğunda, şübhə qalmaz. Əgər bu qüdrət, iman etməyə də əlverişli olarsa, inkar tərəfi, iman tərəfindən daha güclü olmaz. Məgər ki, onu imana sövq edəcək bir dai (səbəb) mövcud olsun. Əks halda, mümkün olan şeyin 2 tərəfindən birinin, digərinə, bir tərcih etdirici olmadan üstün gəlməsi bəhs mövzusu olur ki, bu, imkansızdır.

Küfr edə bilmə qüdrəti ilə küfrə aparan səbəbin cəmi, küfrü gərəkdirir. Həm, inkara apara bilən qüdrətin, həm də bu inkarın səbəbinin Yaradıcısı Allah olub, bu ikisinin cəminin inkarı gərəkdirdiyi sabit olunca, Haqq Taala'nın, (kafir, öz iradəsilə küfrü tərcih etdikdən sonra), kafirin (kafir, öz iradəsini sərf etdikdən sonra) kafir olmasını iradə etdiyi sabit olur.

2. Belə də deyə bilərik: Allah Taala, kafirin iman etməyəcəyini bilirdi. Allah, onun iman etməyəcəyini bildiyi halda kafirdə imanın meydana gəlməsi, bir-birinə zidd 2 haldır. Halbuki, 2 ziddən biri var ikən, digərinin mövcud olması, imkansızdır. İmkansız olduğu bilindiyi halda, bir şey iradə edilə bilməz. Bundan dolayı, Allahın, kafirin iman etməsini murad etmiş olduğunun söylənməsi, imkansızdır.

Bil ki, Allah Taala, kafirlərin küfrünü ortadan qaldırmağa heç kimin güc çatdıra bilməyəcəyini bəyan edincə, sözünü, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, ən mükəmməl bir şəkildə yol göstərən bir üslubla tamamladı. Çünki, O, peyğəmbərinə, Ona vəzifə olaraq verdiyi şeyin sərhədini açıqlamış, beləcə də, Onu, o kafirlərə bir gözətçi və onları küfrdən əngəlləyəcək bir vəkil qılmadığını, ancaq, Onu, əməl və elm xüsusunda, Allahın əmrlərini və nəhylərini (qadağalarını) təbliğ etmə və dəlillərini zikr edərək onların diqqətini çəkmək ilə vəzifələndirdiyini bildirmişdir. Bundan dolayı, əgər onlar, bu təbliği qəbul edərlərsə, faydası, özlərinədir. Əks halda, zərəri də, özlərinədir. Hər 2 halda da, Peyğəmbər (sallallahu aleyhi və səlləm), peyğəmbərlik və təbliğ vəzifəsini yerinə yetirməkdən uzaq qala bilməz.

(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsirindən nəql -müxtəsər bir şəkildə-)

-----------------------------

Əlavələr:

Kafirlər üçün əbədi cəhənnəm, mərhəmətlidirmi?

https://suallarlaislam.com/.../kafirl%C9%99r-ucun-%C9%99b...)

Rəhman surəsi 1-ci ayətin təfsiri:

https://suallarlaislam.com/.../r%C9%99hman-sur%C9%99si-1...

Read 33 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR