İstihsən nədir?
"İstihsən",
~ Lüğətdə, "bir şeyi gözəl saymaq"dır.
~ Üsuldakı mənası isə, "bir dəlilə söykənərək, xafi (gizli) qiyası, cəli (açıq) qiyasa tərcih etmək" deməkdir.
Başqa bir tərifə görə isə, istihsən: "Xüsusi bir dəlilə söykənərək, cüzi bir hökmü, külli bir əsldən və ya ümumi bir qaydadan istisna etmək"dir. Məsələn, əti yeyilməyən heyvanların artığı, suları, nəcisdir. Buna görə, qarğa, şahin quşları kimi yırtıcı və əti yeyilməyən quşların artığı da, nəcisdir. Qiyas, budur. Ancaq, quşlar, havadan enərək su içdikləri və dimdikləri sümük olduğundan təmiz sayıldığı üçün, onların artığı, təmiz sayılır. Bu da, istihsəndir.
İstihsəni istifadə etmək, incə bir fiqhi mələkə (məharət)'in varlığını, ictihaddakı dərinliyi və məsələlərin yaxşı başa düşüldüyünü göstərir. Bu, əsla, ağla, keyfə və arzuya görə hökm qoymaq deyildir. Çünki, bu, ancaq, uzaq görüş, dərin təfəkkür və üfqü geniş şəxslərin başa düşə biləcəyi qüvvətli bir dəlil ilə əməl etməkdir.
İstihsən, qiyas və mürsəl maslahatdan fərqlidir. Çünki qiyas, nass və ya icmada bənzəri olan məsələlərə tətbiq edilir. İstihsən də, yenə, bənzəri olan bir məsələdə məqbul sayılır. Ancaq o məsələ, istisna edilməsini gərəkdirən bir dəlilə söykənərək, ümumi hökmdən istisna edilən bir məsələ olur.
Mürsəl maslahat isə, dində, üzərinə qiyas edilə biləcək bir bənzəri olmayan bir məsələdə tətbiq edilir. Mürsəl maslahatda, hökm, dəlillərin hamısı nəzərə alınaraq və ya dinin külli qaydaları ilə münasibət içində olmasına baxılaraq ortaya qoyulmuş yeni bir hökmdür.
-----------------------------
İstihsən'in növləri:
İstihsən, söykəndiyi dəlilə görə, növlərə ayrılır. Bu dəlil:
1. Nass (ayət və hədis); və ya
2. İcma; və ya
3. Örf; və ya
4. Zərurət; və ya
5. Qiyas; və ya
6. Maslahat
olur.
-------------------
1. Dəlili, nass olan istihsən:
Ümumi dəlil ilə sabit olan külli hökmə və ya ümumi qaydaya müxalif olaraq, bir məsələnin hökmünü bildirən müəyyən bir nass'ın mövcud olmasıdır. Bu nass, ya Qurandan olur, ya da Sünnətdən.
~ Qurandan olan nass'a misal: Vəsiyyət ayətidir. Qiyasa və ya ümumi qaydaya görə, vəsiyyət, caiz olmamalıdır. Çünki vəsiyyət, ölümdən sonra mülkiyyətin sonlandığı vaxta söykənən bir təmlik (sahiblənmə)'dir. Ancaq vəsiyyət, "...onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra..." (Nisa/12) ayətilə, bu ümumi qaydadan istisna edilmişdir.
Və yenə, "Malım, sədəqədir." sözü, qiyasa görə, hamısının sədəqə olmasını gərəkdirir. Ancaq, "Onların mallarından zəkat olaraq al." (Tövbə/13) ayətindən dolayı, istihsən, bundan, sadəcə, zəkat malının qəsd edilmiş olmasını gərəkdirir.
~ İstihsən dəlilinin hədisdən olan misalı: Unudaraq yeyib-içən şəxsin orucunun davam etməsi hökmüdür. Orucun rüknü, oruc pozan şeylərdən özünü tutmaqdır. Burda, içəri bir şey getdiyi üçün, qiyasa, yəni, ümumi qaydaya görə, oruc pozulmuş olmalıdır. Ancaq: "Kim unudaraq yeyər və içərsə, orucunu tamamlasın." hədisi, bu halı istisna edərək, orucun davamına hökm etmişdir.
---------------------
2. Dəlili, icma olan istihsən:
Bu, müctəhidlərin bir məsələ haqqındakı ümumi qaydalarına müxalif şəkildə fətva vermələri; və ya xalqın etdikləri qarşısında sükut etmələridir. Məsələn: Dülgər kimi bir zənaətkara, qiyməti üzərində razılaşaraq əşya sifarişi vermək mənasına gələn istisna, qiyasa görə batil olması lazımdır. Çünki o əşya, əqd (razılaşma) əsnasında, mövcud deyildir. Ancaq, alimlər, insanların etməkdə davam etdikləri bir əqd olmasına baxmayaraq, onların ehtiyaclarını nəzərə alaraq, caiz olduğunda icma etmişlərdir.
-----------------------
3. Dəlili, örf olan istihsən:
Yenə, ehtiyacdan dolayı, xalqın, bir şeyi, qiyasa və ya ümumi qaydaya müxalif olmasına baxmayaraq örf halına gətirmələri də, istihsənə məsnəd qəbul edilir. Məsələn: Hamama girənin, orda nə qədər qalacağı və nə qədər su istifadə edəcəyi müəyyən olmamasına baxmayaraq, müəyyən bir qarşılıq alınması, qiyasa görə, caiz deyildir. Ancaq, ehtiyacdan dolayı və su miqdarını və nə qədər qalacağını təsbit etmək çox çətin olduğu üçün, buna cəvaz verilmişdir. Daşına bilən əşyanın vəfq edilməsi də, qiyasa görə, caiz olmaz. Çünki, bu, qısa ömürlü olur. Halbuki, vəqf edilən əşyada əsl olan, davamlı olmasıdır. Ancaq, ehtiyacdan dolayı və örf halına gəldiyi üçün, cəvaz verilmişdir.
------------------------
4. Dəlili, zərurət olan istihsən:
Bu, müctəhidi, qiyası tərk etməyə məcbur edən bir zərurətin və ya zərurət dərəcəsində əhəmiyyətli bir ehtiyacın mövcud olması halında, istihsənlə əməl etməsidir. Məsələn: İçinə nəcasət düşmüş quyu və hovuzlar, qiyasa görə, içindəki suyun hamısını və ya bir qismini çəkməklə təmizlənməz. Çünki, dibindən davamlı qaynayan təmiz su, pis su ilə qarışmaqdadır. Eyni şəkildə, vedrə, davamlı şəkildə nəcis suya təmas etdiyi üçün, təmizlənməz. Ancaq, zərurətdən dolayı qiyası tərk edib istihsənlə əməl etmək surətilə, bir miqdar su çəkildikdən sonra, həm quyunun, həm vedrənin təmizliyinə hökm etdilər.
Qartal, şahin, qarğa kimi yırtıcı quşların artığının təmizliyinə dair verilən hökm də, istihsən gərəyi verilmiş bir hökmdür. Çünki bu heyvanlar, nəcasəti, dimdiklərilə yeyirlər. Dimdik, sümük olması səbəbilə, təmizdir. Xüsusilə, səhrada yaşayanlar üçün, bunlardan çəkinmək, mümkün deyildir. Bu səbəbdən, bunların artığının hökmü, şir, pələng və s. kimi yırtıcı heyvanların artığının hökmündən fərqlidir. Çünki, quruda yaşayan bu heyvanlar, suyu, ağızları ilə içirlər; ağız suları isə, suya qarışır. Əslində bu misal, istihsənə uyğun deyildir. Çünki, burda, xafi və cəli deyə 2 ayrı qiyas yoxdur. Burda, tək qiyas vardır. O da: yırtıcı quşların artığını, yırtıcı heyvanların artığına qiyas etmək.
----------------------------
5. Dəlili, xafi (gizli) qiyas olan istihsən:
Xafi (gizli) qiyas, cəli (açıq) qiyasın müqabilidir. Məsələn, ziraət (əkinçiliy)'ə əlveirşli olan ərazilərin vəqf edilməsi xüsusunda, bu qiyasların hər ikisi də mövcuddur. Burda:
~ Cəli qiyas, budur: Vəqf etmək, satmağa bənzəyir. Çünki, hər ikisində də, mülkiyyətdən vaz keçmək vardır. Elə isə, satışda olduğu kimi; vəqfdə də, yol haqqı, sulama haqqı və s. kimi haqqlar, vəqfə daxil olmaz. Ancaq, vəqf edən, vəqfiyyəsində, bunları açıqca bildirərsə daxil olar.
~ Xafi qiyas da, budur: Vəqf etmək, kirayələməyə bənzəyir. Çünki, ikisi də, eyni əşyadan intifa (faydalanmaq) haqqını ifadə edir. Buna görə, kirayələməkdə olduğu kimi, -vəqf edən, vəqfiyyəsində bildirməsə də- irtifaq haqları (haşiyə) vəqfə daxildir.
Burda, ikinci qiyas, birincisinə tərcih edilir. Çünki, vəqfdən məqsəd, sadəcə intifa və istifadədir. O da, ancaq, irtifaq haqları ilə reallaşır. Dolayısı ilə, bu haqlar bildirilməsə də, hökmən, ərazi vəqfinə daxil olur.
Satıcı ilə müştərinin, pulun miqdarı xüsusundakı ixtilaflarında, hansının and içəcəyini də, burda misal olaraq zikr edə bilərik. İstihsənə görə, hər ikisi də and içər. Qiyasa görə isə, satıcı, and içməz. Çünki, o, çox olduğunu iddia etməkdədir. Məsələn, o, 100 manat olduğunu iddia edir. Müştəri də, bunu inkar edib 90 olduğunu söyləyir. Bəyyinə (dəlil), iddia edənə; and, inkar edənə aiddir. Satıcı iddia etdiyinə görə, o, and içməz. İstihsənə görə isə, hər ikisi də and içər. Çünki, hər ikisi də, iddia edən və inkar edən mövqeyindədirlər. Satıcı, çox olduğunu iddia edir; müştərinin malı təslim alma haqqını isə, inkar edir. Müştəri isə, əlavəni inkar edir; 90 manatı verdikdən sonra malı təslim alma haqqının olduğunu iddia edir. Bu səbəbdən, hər ikisi də, and içərlər.
------------------------
(Haşiyə:
Lüğətdə, "bir şeyə söykənmək, ondan faydalanmaq" mənasına gələn "irtifaq"; bir fiqhi termin olaraq, "bir aqar (daşınmaz əmlak) üzərində, başqasına aid digər bir aqar faydası üçün qurulmuş olan; və haqq sahibinə, məhdud faydalanma təmin edən haqqlar"ı ifadə edir.)
---------------------------
6. Dəlili, maslahat olan istihsən:
Məsələni, ümumi bir əsasdan və ya külli bir qaydadan istisna etməyi gərəkdirən bir maslahat olması halında, istihsən ilə əməl edilər. Buna, səfahətindən dolayı, təsərrüflərinə qadağa qoyulan şəxsin xeyir üçün etdiyi vəsiyyəti, misal verilə bilər. Qiyasa və külli qaydaya görə, həcr (qadağa) altındakı şəxsin təbərrularının (bir kimsənin, məcbur və mükəlləf olmadan, hər hansı bir şeyi, öz razılığı ilə, qarşılığı olmadan, başqa birinə, onun mülkü olacaq şəkildə verməsi), məqbul olmaması lazımdır. Çünki, təbərru, malı paylamaqdır. Ancaq maslahat, bunun caiz olmasını gərəkdirir. Çünki, savab qazanmaq, onun maslahatınadır. Ayrıca, vəsiyyət, ancaq, o şəxsin vəfatından sonra mülkiyyət ifadə edəcəyindən, sağlığında, özünə zərər verməyəcəkdir.
Bəni Haşim'ə zəkat verilməsi də, bu qəbildəndir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), bunu əngəllədiyi üçün, qiyas gərəyi verilməsi, caiz olmamalıdır. Ancaq əbu Hənifə, onlara, Beytu'l-Mal'dan bir şey verilmədiyi vaxtlarda, onların çətinə düşməmələri üçün, maslahatları gərəyi, zəkat verilməsini caiz görmüşdür.
Bir digər misal: İşçinin və ya sənətkarın, iş sırasında verdiyi zərəri, qiyasa görə ödəməməsi lazımdır. Çünki, iş əqdi ilə, onlar, əmin (güvənilən) sayılmışlardır. Əmin isə, təzmin etməz. Ancaq, bir qəsd və ya ehmalkarlıqları görülərsə, təzmin edərlər. Ancaq istihsənə görə, insanların əşyalarının qorunması xüsusunda tənbəl davranmasınlar deyə, bu zərər, onlara ödətdirilər.
Bütün bu misallarda, cüzi maslahat, bir dəlilə istinad edilərək, külli hökmdən istisna edilmişdir. Bunun üsuldakı adı da, istihsəndir.
-------------------------------
İstihsən'in hüccət olması və bu mövzuda alimlərin görüşləri:
İstihsən'in hüccət olub-olmaması məsələsində, alimlər, 2 qrupa ayrılmışlardır:
~ Cumhura (haşiyə) görə, istihsən, şəri bir hüccətdir.
~ Şafiilər, şiələr və zahirilərə görə, hüccət deyildir. Hətta imam Şafi: "Kim istihsən edərsə, bir din uydurmuş olar." demişdir.
1. Cumhurun dəlilləri, bunlardır:
a. İstihsənlə əməl etmək, çətinliyi tərk edib asana yönəlməkdir. Bu da, dindəki əsaslardan biridir. Allah (cəllə cələluhu):
...يُرِيدُ ٱللَّهُ بِكُمُ ٱلْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ ٱلْعُسْرَ...
"...Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir..." (Bəqərə/185) buyurmaqdadır.
b. İstihsənin varlığı, müttəfəqun aleyh (üzərində ittifaq edilən) bir dəlilə söykənir. Bu dəlil, ya nass'dır; ya icmadır; ya zərurətdir; ya xafi qiyasdır; ya örfdür; və ya maslahatdır. Bütün bunlar, xafi qiyasın, cəli qiyasa tərcihini; cüzinin, külli hökmdən istisna edilməsini gərəkdirir ki, bu da, şəran (şəriət cəhətindən) məqbuldur.
-----------------------------
(Haşiyə:
Cumhur, kimdir?
https://suallarlaislam.com/m%C9%99qal.../cumhur-n%C9%99dir)
-----------------------------
2. İstihsəni qəbul etməyənlərin dəlilləri sə, bunlardır:
a. Hökm vermək, ancaq, ya nass ilə və ya nassa qiyas edərək caiz olur. Bunun xaricindəkilər, həva və həvəs ilə hökm etməkdir. Halbuki, Allah Taala:
وَأَنِ ٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ...
"Onların aralarında, Allahın sənə nazil etdiyi ilə hökm ver və onların həvalarına tabe olma..." (Maidə/49) buyurmaqdadır.
b. İstihsən, ağla söykənir. Alim ilə cahil də, ağılda bərabərdirlər. Elə isə, hər insanın, yeni bir şəriət gətirməsi, caiz olur.
c. Allah rəsulu (sallallahu aleyhi və səlləm), istihsənlə fətva verməzdi; vəhyi gözləyərdi.
Diqqət edilərsə, bunlar, həva və həvəsinə görə hökm verənə qarşı iləri sürüləcək dəlillərdir. Bu, ittifaqla caiz deyildir. Ancaq, istihsəni qəbul edənlərə görə, o, 2 dəlildən daha qüvvətli olanla əməl etməkdir. Bu, ixtilaf ediləcək bir mövzu deyildir. Çünki alimlər, az və ya çox, istihsənlə əməl edirlər. Ancaq həqiqətdə, istihsən, başlı-başına bir dəlil sayılmaz. O, qiyas və ya maslahat və bənzərlərilə əməl etmə əsasına söykənir.
(Vəhbə Zuhayli, "Usulu'l-Fiqhi'l-İslami" əsərindən nəql)
