Cənazə necə daşınmalıdır?

Dördüncü fəsil: Cənazənin daşınması

• Cənazəni, 4 nəfərin daşıması, sünnətdir. Əbi'l-Məkarim'in "Niqayə şərhi"ndə də belədir.

• Cənazə tabuta qoyulduğu vaxt, 4 tərəfindən, bir-bir, 4 nəfərin tutaraq daşımaları, sünnətdir. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Cənazə daşımaqda,

~ biri: şəxsən sünnət;

~ digəri də: kamal mərtəbədə sünnət

olmaq üzərə, 2 cür sünnət vardır. (Belə ki):

~ Şəxsən sünnət: 4 nəfərin, tabutu, 4 tərəfindən tutub, hər tərəfindən, bir-birini izləyərək, 10 addım daşımasıdır. Bu sünnət, bütün camaat haqqındadır.

~ Kamal mərtəbədə sünnətə gəlincə: Bu sünnət, ancaq, 1 nəfər haqqındadır. Bu kimsə, cənazəni, sağ qabaq tərəfdən başlayaraq, sağ çiyninin üzərinə qoyar. "Tatarxaniyyə"də də belədir. Sonra, arxa sağ tərəfdən, sağ çiyninə qoyar; sonra, sol qabaq tərəfdən sol çiyninə qoyar; daha sonra da, arxa sol tərəfdən sol çiyninə qoyaraq, cənazəni, -beləcə- daşıyar. "Təbyin"də də belədir.

• Yerin darlığı və ya buna bənzər zərurətlər xaricində, cənazəni, biri, iləridə; biri də, arxada olmaq üzərə, 2 dirəyin arasında daşımaq, məkruhdur.

• Tabutu əl ilə tutmaqda və ya mənkib (çiyin ilə qolun birləşdiyi yer)'ə qoymaqda, bir beis yoxdur. Tabut taxtasının yarısını, mənkibə; yarısını da, boyun kökünə qoymaq, məkruhdur. "Tahavi şərhi"ndə də belədir.

• "İsticabi"də, belə zikr edilmişdir:

"Süd əmər və ya süddən kəsilmiş olan və yaxud da daha böyük olan bir uşaq öldüyü vaxt, onu, 1 nəfərin, əlləri üzərində daşınmasında, bir beis yoxdur. Bu uşağın cənazəsini, insanlar, beləcə, sıra ilə daşıyarlar. Bir vasitəyə minib uşağın cənazəsini əlləri üzərinə almalarında da, bir beis yoxdur. Lakin uşaq böyük olarsa, cənazəsi, böyük adam cənazəsi kimi daşınar." "Bahru'r-Raiq"də də belədir.

• Cənazəni daşıyarkən qaçmamaqla bərabər, sürətli yerimək lazımdır. Bu sürətdəki ölçü, cənazəni yırğalamayacaq şəkildə yeriməkdir. "Təbyin"də də belədir.

• Cənazə içində yeriyənlər arasında ən əfdal olanlar, cənazənin arxasında gələnlərdir. Cənazənin qarşısında yerimək də, caizdir. Ancaq, hər kəsdən iləri getmək və cənazədən uzaqda gəlmək, məkruhdur. Cənazənin sağından və solundan getmək də, yaxşı deyildir. "Fəthu'l-Qadir"də də belədir.

• Cənazə götürülərkən, ölünün başı, qabaq tərəfdə olar. "Mudmarat"da da belədir.

• Ölən kimsə, qonşu, qohum-əqrəba və ya yaxşılığı şöhrət qazanmış bir kimsədirsə, onun cənazəsinin arxasında getmək, nafilə ibadətdən daha əfdaldır. "Bahru'r-Raiq"də də belədir.

• Cənazəyə, bir şeyə minmiş olaraq getməkdə, bir beis yoxdur. Lakin piyada getmək, daha əfdaldır.

• Bir şeyə minmiş olaraq cənazənin qabağında gedən kimsənin onu keçməsi, məkruhdur. "Fətəva Qadıxan"da da belədir.

• Cənazədə fəryad etmək, bağırmaq, üz-gözünü cırmaq, məkruhdur. Cənazədə səs çıxarmadan ağlamaqda isə, bir beis olmamaqla bərabər; səbr etmək, daha əfdaldır. "Tatarxaniyyə"də də belədir.

• Cənazənin ardından od və ya mum yandırmaq da, doğru deyildir. "Bahru'r-Raiq"də də belədir.

• Qadınların cənazəni izləməsi üzərə çıxıb onun ardından getmələri, uyğun olmaz.

• Cənazənin yanında fəryad edilərsə, bunu edənlər, azarlanar. Azarlanmasalar belə, -bu hal- hər hansı bir kimsənin, cənazənin arxasından getməsinə mane olmaz. Belə bir cənazənin arxasınca getməkdə, bir beis yoxdur. Çünki, cənazənin arxasınca getmək, sünnətdir. Başqasının bidəti səbəbilə, sünnət tərk edilməz.

• Cənazədə hazır olub onun ardından gedəcək olan kimsələrdən başqa heç kim, cənazə üçün ayağa qalxmaz. "İdah"da da belədir.

• Yenə, cənazə, namaz qılınan yerə gətirildiyi vaxt, orda camaat vardırsa, bəzilərinə görə, burda oturanlar, cənazə çiyinlərindən endirilib musalla daşına qoyulana qədər oturmazlar. Səhih olan qövl də, budur. "Fətəva Qadıxan"da da belədir.

• Cənazənin arxasında gedənlərin üzərinə düşən vəzifə, susmaqdır. Bunların, yüksək səslə Quran oxumaları və zikr etmələri, məkruhdur. "Tahavi şərhi"ndə də belədir.

• Cənazənin ardından gedən bir kimsə, Allah Taala'nı zikr etmək istəyərsə, gizli və səssiz olaraq zikr edər. "Fətəva Qadıxan"da da belədir.

• Cənazə, qəbrə qoyulmaq üzərə qoyulduğu vaxt camaatın oturmasında, bir beis yoxdur. Ancaq, cənazə, çiyinlərdən yerə qoyulmadan oturmaq, məkruhdur. "Xülasə"də də belədir. Bu halda ən əfdal olanı, məzar, torpaqla dolana qədər oturmamaqdır. Səraxsi'nin "Muhit"ində də belədir.

• Cənazə, namaz qıldırılmaq üzərə endirildiyi vaxt, başı, qərbə; ayaqları isə, şərqə doğru gələcək şəkildə, qibləyə tərəf, enləməsinə qoyular. "Tatarxaniyyə"də də belədir.

• Cənazəni daşıtmaq üçün bir şey qarşılığında adam tutmaq, caizdir. "Fətəva Qadıxan"da da belədir.

("əl-Fətəva əl-Hindiyyə")

 

 

 

 

 

 

Read 23 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR