Cənazə namazı təkbirlərində əllər qaldırılmalıdırmı?
Təkbirlərdə əllərin qaldırılacağı xüsusunda, sabit xəbərlər olduğunu bilmək lazımdır. "Nasbu'r-Rayə"də, bu açıqlama yer almaqdadır:
Daraqutni'nin "İləl"ində,
Ömər b. Şeybə ---> Yezid b. Harun ---> Yəhya b. Səid ---> Nafi
isnadı ilə, ibn Ömər (radiyallahu anh)'ın nəqlinə görə:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), cənazə namazı qıldırarkən, hər təkbirdə, əllərini qaldırırdı. Namazı bitirincə də, salam verirdi."
Daraqutni: "Ömər b. Şeybə, bu hədisi, mərfu (haşiyə-1) olaraq rəvayət etmişdir. Ancaq bir qrup, özünə müxalif olmuş; xəbəri, Yezid b. Harun'un sözü olaraq (məvquf) nəql etmişlərdir ki, doğru olanı da, budur." demişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 356)
Biz də, bunu əlavə edək:
"ət-Təqrib"də (s. 155) yer alan dəyərləndirməyə paralel olaraq, Yezid b. Harun, saduq (haşiyə-2) olub, əsərləri vardır. Onun əlavəsi, məqbuldur. Buxari'nin muallaq (haşiyə-3) olaraq nəql etdiyi bir rəvayətə görə:
"İbn Ömər (radiyallahu anh), cənazə namazı təkbirlərində, əllərini qaldırardı."
Buxari, bunu, "Sünnətu's-salati alə'l-cənazə" babı altında zikr etmişdir. "Fəthu'l-Bari"də, belə deyilir:
Buxari, əllərin qaldırılması ilə bağlı yazdığı əsərdə, bu xəbəri, sadəcə, Ubeydullah b. Ömər ---> Nafi isnadı ilə ibn Ömər'ə çatan bir yoldan nəql etmişdir. Buna görə, ibn Ömər, cənazə namazında, hər təkbirdə əllərini qaldırardı.
"əd-Dirayə"də, "Hədisin isnadı, səhihdir." ifadəsi yer almaqdadır.
"Təlxisu'l-Habir"də (l, 171): "ibn Ömər hədisi, 'Cənazə namazının bütün təkbirlərində əllərini qaldırardı.' şəklindədir. Xəbəri, Beyhaqi, səhih bir isnadla rəvayət etmişdir." deyilməkdədir.
Yenə, "Təlxisu'l-Habir"də: "ibn Abbas'ın. 'Cənazə təkbirlərində əllərini qaldırdığı' səhih olaraq rəvayət edilmişdir. Xəbəri, Səid b. Mansur nəql etmişdir." ifadəsi yer almaqdadır. (ibn Həcər Asqalani, "Təlxisu'l-Habir", l, 171-172)
İmam əbu Hənifə'nin, -ilərifə gələcəyi üzərə- özünə çatan bir rəvayətə görə, O da, bu qənaəti mənimsəmişdir.
Tirmizi'nin (Sünən, "Cənaiz"/75) əbu Hureyrə'dən nəql etdiyi rəvayət, yuxarıdakı rəvayətlə zidd düşməkdədir. Çünki, bu rəvayətə görə:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), cənazə namazında təkbir gətirmiş; əllərini, ilk təkbirdə qaldırmış; sonra, sağ əlini, sol əli üzərinə qoymuşdur."
əbu İsa ət-Tirmizi, belə deyir:
"Bu hədis, ğarib (haşiyə-4) olub, sadəcə bu isnadla bildiyimiz bir hədisdir. Alimlər, bu mövzuda ixtilaf etmişlərdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələrindən və alimlərdən əksəriyyəti, cənazə namazlarında, əllərin hər təkbirdə qaldırılacağı qənaətinə varmışlardır. İbnu'l-Mübarək, imam Şafi və imam Əhməd'in görüşləri də, bu yöndədir. Bəzi alimlər isə, əllər, sadəcə ilk təkbirdə qaldırılar, demişlərdir. Sevri və Kufə alimlərinin görüşü, bu şəkildədir." (Tirmizi, "Cənaiz/75)
Biz də, bunu əlavə edək:
~ Tirmizi'nin isnadında, Yezid b. Sinan əbu Fərvə vardır ki, bu şəxs, "ət-Təqrib"də (s. 239) bildirildiyi üzərə, zəifdir. Lakin, "ət-Tərğib"də (s. 530) yer aldığı üzərə, Buxari və başqaları, onu, siqa olaraq dəyərləndirmişlərdir. Mərvan b. Müaviyə, onu, isnadda zikr etmiş; əbu Hatim: "Belə kimsəyə, sadiq deyilə bilər; hədisi yazılar; lakin dəlil olaraq istifadə edilə bilməz." demişdir. Buxari isə: "Onun hədisi, şazz və münkər (haşiyə-5) deyildir." demişdir. Şu'bə, ondan hədis rəvayət etmişdir. "ət-Təhzib"də (Xl, 336) belə qeyd edilmişdir.
~ Tirmizi'nin isnadında, bir də, Yəhya b. Yə'lə əl-Əsləmi mövcuddur. Yəhya, "ət-Təqrib"də (s. 238) yer aldığı üzərə, şiə tərəfdarı olub, zəifdir; lakin, iləridə gələn böyük alimlər, Yəhya'dan hədis rəvayət etmişlərdir. ibn Hibban, "Səhih"ində, ondan 1 hədis nəql etmişdir. Bu halda, Yəhya, hədisi yazılmağa əlverişli olan ravilərdən olub, onda bir beis yoxdur.
Bu görüşü, Daraqutni'nin (l, 192)
Fədl b. əs-Səkən ---> Hişam b. Yusuf ---> Ma'mər ---> ibn Tavus ---> atası Tavus
isnadı ilə, ibn Abbas (radiyallahu anh)'dan nəql etdiyi bu rəvayət dəstəkləməkdədir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), cənazə namazında, ilk təkbirdə əllərini qaldırar; sonra, bir də qaldırmazdı."
"ət-Tə'liqu'l-Muğni" adlı əsərdə, bu rəvayət, əl-Fədl b. əs-Səkən səbəbilə, illətli (haşiyə-6) qəbul edilmişdir. Uqayli: "O, məchuldur. ibn Hibban, onu, 'əd-Duafa'da zikf etməmişdir." demişdir.
Hafiz Zəhəbi, "Mizanu'l-İ'tidal"ında (ll, 330):
"əl-Fədl b. Səkən, Kufəli olub, Hişam b. Yusuf'dan hədis rəvayət etmişdir. Tanınmamaqdadır. Daraqutni, onu, zəif qəbul etməkdədir." deməkdədir.
"Lisanu'l-Mizan"da isə, belə deyilir:
əl-Fədl b. əs-Səkən'in açıq künyəsi, əl-Fədl b. əs-Səkən b. əs-Səxit'dir. Özünə, əl-Fədl b. Səxit də deyilir. Hişam b. Yusuf'dan hədis rəvayət edən şəxs, budur. Bu halda, 3 ad, eyni şəxsdir. İbn Hibban, "əs-Siqat"ında, ona yer vermişdir. (İbn Həcər, "Lisanu'l-Mizan", lV 441)
~ Eyni əsərdə, bir də, bu dəyərləndirmə vardır:
Bu xəbəri, Uqayli,
Abdu'r-Rəzzaq ---> Ma'mər ---> dostlarından biri
isnadı ilə, ibn Abbas'dan, onun görüşü olaraq nəql etmiş və doğru olanın, bu olduğuna işarət etmişdir. Digər tərəfdən, Abdu'r-Rəzzaq'ın ifadə etdiyi üzərə, xəbəri, İbrahim b. Musa'nın, Hişam b. Yusuf'dan nəqli olaraq rəvayət etmişdir.
Yenə, "Lisanu'l-Mizan"da, belə deyilir:
Haccac b. Nusayr, ixtilaflı bir ravi olub, dördüncü cüzdə ifadə edildiyi üzərə, hədisi, həsəndir. Bu halda, hədis, həsəndir. Xüsusilə də, rəvayət yollarının birdən çox olduğu nəzərə alınacaq olarsa!
Bədrəddin əl-Ayni, "Umdətu'l-Qari şərh-u Sahihi'l-Buxari"də, belə deyir:
"əl-Məbsut"da, ibn Ömər (radiyallahu anh) və Əli (radiyallahu anh)'ın:
"Cənazə namazlarında, əl, sadəcə ilk təkbirdə qaldırılar." dedikləri nəql edilmişdir.
Bu görüşü, ibn Hazm, ibn Məsud və ibn Ömər'dən nəql etmiş, sonra:
"Birinci təkbirin xaricində əl qaldırılacağına dair, mərfu bir rəvayətlə, nə nass və nə də icma nəql edilməmişdir." demişdir. ("Umdətu'l-Qari", lV, 137)
Bizim qənaətimizə görə, böyük mühəddis ibn Hazm'ın, bir hədisi dəlil olaraq istifadə etməsi, -bu əsərin Müqəddimə qismində bidirdiyimiz üzərə- onu, səhih gördüyünü ifadə edir. İbn Ömər və ibn Abbas'dan, hər təkbirdə əl qaldırma və qaldırmamaq xüsusunda nəql edilən xəbərlər, bir-birilə zidd düşməkdədir. Bilindiyi üzərə, bir ravinin, öz rəvayətinə müxalif olması, bizə görə, cərh (haşiyə-7) səbəbidir.
Nəticə olaraq, ibn Ömər'in mərfu rəvayəti, bu mövzuda, dəlil olaraq qala bilməz.
əbu Hureyrə'nin mərfu rəvayətinə isə, hər hansı bir müxalif rəvayət yoxdur. Dolayısı ilə, onu əsas almaq və gərəyinə görə əməl etmək uyğun düşər. "Zahiru'r-Rivayə"də (haşiyə-8), imam əbu Hənifə'nin görüşü də, bu yöndədir.
"əl-Bahru'r-Raiq"də, belə deyilir:
Cənazə namazının necə qılınacağı mövzusu işlənərkən, bu namazda, əllərin, iftitəh təkbiri xaricində qaldırılmayacağı, daha əvvəl keçmişdi. "Zahiru'r-Rivayə"nin görüşü də, bu yöndədir. Bəxl imamlarından bir çoxu, cənazə namazının hər təkbirində əl qaldırılmasını tərcih etmişlərdir. Nusayr b. Yəhya, cənazə namazında, bəzən əl qaldırar; bəzən isə, qaldırmazdı. (ibn Nuceym, "əl-Bahru'r-Raiq", l, 183)
"Raddu'l-Muxtar"da isə, belə deyilir:
Cənazə namazında hər təkbirdə əl qaldırılacağı rəvayəti, "Duraru'l-Bahr" şərhində keçdiyi üzərə, imam əbu Hənifə'dən nəql edilmişdir. Ancaq birinci görüş (yəni, qaldırılmayacağı görüşü), "əl-Bahr"da (l, 911) bildirildiyi üzərə, "Zahiru'r-Rivayə" görüşüdür.
"İmam əbu Hənifə, bayram namazı təkbirlərində niyə əl qaldırmağı tərcih etdi?" deyə soruşulacaq olsa, buna, belə cavab verərik:
"Çünki, bu mövzudakı xəbərlər, mütləq namazlarla cənazə namazlarında olduğu kimi, fərqli nəql edilməmişdir. Çünki, mütləq namazla cənazə namazlarında, rəvayətlər müxtəlifdir. Bundan dolayı, imam əbu Hənifə, bu 2 namaz cəhətindən (yəni, təkbirdə əl qaldırmamaq kimi) əsas prinsipi tərcih etmişdir."
--------------------------------
--------------------------------
Haşiyə-1:
Mərfu hədis: "sənədi qüvvətli olsun, zəif olsun, Peyğəmbərə istinad olunan hədis"dir.
------------------------------
Haşiyə-2:
Saduq: Lüğətdə, "doğru söyləmək" mənasındakı "sidq" kökündən meydana gələn və "son dərəcə doğru sözlü kimsə" mənasını verən "saduq" kəliməsi, bir hədis termini olaraq: "ravinin, ümumiyyətlə, siqa/güvənilən; bəzən də, zəif olması"nı ifadə edir.
Zəhəbi, ibn Həcər Asqalani və Əli əl-Qari kimi mühəddislər, haqlarında "saduq" ləfzi istifadə edilən ravilərin, siqa ravilərə görə zəbti bir az zəif olsa da, bu qüsurun, onların güvənilən olmasını zədələməyəcəyini bildirmişlərdir.
-----------------------------
Haşiyə-3:
Muallaq hədis: lüğətdə, "asqıda buraxılmış" mənasına gələn bu söz, hədis termini olaraq, "hədisin sənədinin baş tərəfindən (yəni, müəllifin yer aldığı qisimdən) 1 və ya ard-arda bir neçə ravisinin, yaxud bütün ravilərinin zikr edilmədiyi 'Qalə Rasulullah / Allah rəsulu belə buyurdu' deyə, bir başa Peyğəmbərə və ya bir səhabə yaxud bir tabii'yə isnad edilən hədis" deməkdir.
-------------------------------
Haşiyə-4:
Ğarib hədis: lüğətdə, "vətənindən uzaqda tək başına qalan kimsə; başa düşülməsi çətin, qərib qarşılanan söz" mənasına gələn bu kəlimə, bir hədis termini olaraq, "sənəd və ya mətn cəhətindən tək qalmış; yaxud, bənzəri, başqa ravilər tərəfindən rəvayət edilməmiş hədis" deməkdir.
------------------------
Haşiyə-5:
Şazz: lüğətdə, "ümumdan ayrılmaq (tək başına qalmaq)" mənasındakı "şəzz/şüzuz" kökündən meydana gələn "şazz" kəliməsi, bir hədis termini olaraq, "siqa və ya saduq (çox doğru sözlü) olan bir ravinin, zəbtinin çoxluğu, ravi ədədinin çoxluğu və ya başqa bir mürəccih (tərcih etdirici) səbəblə, özündən daha racih (üstün, tərcih edilən) raviyə müxalif olaraq nəql etdiyi və bu müxalifətin, daha üstün olan ravinin rəvayətinin rəddini istilzam etdiyi (gərəkdirdiyi) rəvayət" deməkdir.
Münkər: Lüğətdə, "inkar etmək, bilməmək, xoş qarşılamamaq" mənasındakı "nəkr" kökünün ifəl vəznindən meydana gələn bu kəlimə, bir hədis termini olaraq, "zəif olan ravinin, məqbul olan raviyə, eyni şeyi istilzam edən bir müxalifətlə, müxalif olaraq etmiş olduğu rəvayət" deməkdir.
-------------------------
Haşiyə-6:
İllətli və ya mualləl hədis: lüğətdə, "illəti (xəstəliyi, zəifliyi) üzə çıxarılmış" mənasına gələn bu kəlimə, bir hədis termini olaraq, "özündə, hədisə qüsur verən, gizli və dərin bir səbəbdən ibarət olan bir illətə muttali (xəbərdar) olunan və bununla birlikdə, zahirən illətdən səlim olan rəvayət"dir.
----------------------------
Haşiyə-7:
Cərh və Tədil:
✓ "Cərh" kəliməsi: Lüğətdə, "maddi və mənəvi olaraq yaralamaq" deməkdir.
Hədis terminologiyasında isə, yaddaşı qüvvətli və diqqətli bir alimin:
~ fisq və yalançılıq kimi özündə mövcud olan; və ya
~ güvənilən ravilərin rəvayətinə müxalifət etmək kimi rəvayətində yer alan
bir qüsurdan dolayı, həm özünün, həm də rəvayətinin rədd edilməsidir.
Raviyə belə bir qüsur nisbət edən kimsəyə - "carih"; qüsurlu şəxsə də - "məcruh" deyilir.
✓ "Tə'dil" kəliməsi: Lüğətdə, "dürüstlük; qəlbdə doğru olduğuna dair qənaət yaranan şey" mənasına gələn "adl" və ya "ədalət" kəliməsindən meydana gəlmiş bir məsdər olub, "düzəltmək, doğru hökm vermək, təzkiyə etmək" deməkdir.
Bir hədis termini olaraq da, "ravini, rəvayətinin qəbulunu gərəkdirən sifətlərlə vəsf etmək" mənası daşıyır.
Ravini belə sifətlərlə vəsf edən kimsəyə - "muaddil"; haqqında ədalət sahibi olduğu deyilən kimsəyə də - "adil" deyilir.
"Cərh və tə'dil" isə, bəzi xüsusi ləfzlər istifadə edərək, rəvayətlərinin qəbulu və ya rəddi cəhətindən, ravilərin hallarından və haqlarında istifadə edilən ləfzlərin mərtəbələrindən bəhs edən bir hədis ricalı elmidir.
Qaynaqlarda, bu elmi ifadə etmək üzərə:
~ "rəvayəti qəbul və ya rədd ediləcək ravilər elmi" (mərifətu mən tuqubbilə rəvayətuhu və mən turaddu");
~ "sağlam və və zəif ravilər elmi" (ilmu's-siqat və'd-duafa");
~ "zəif və tərk edilmiş ravilər elmi" (ilmu'd-duafa və'l-mətrukin);
~ "ravilərin sahib olması lazım gələn sifətlər elmi" (mərifətu əvsafi'r-ruvat);
~ "ravilər tərəzisi elmi" (ilmu mizəni'r-rical); və
~ "rical tənqidi elmi" (ilmu nəqdi'r-rical)
kimi adlar da istifadə edilmişdir.
------------------------------
Haşiyə-8:
Zahiru'r-rivayə: İmam Muhamməd b. Həsən əş-Şeybani tərəfindən qələmə alınan və Hənəfi məzhəbinin quruluş dövrü əsas görüşlərini ehtiva edən əsərlərin ortaq adıdır.
Buna, "məsailu'l-üsul" da deyilir. (bax: ibn Abidin, "Rasail", l, 16)
Hənəfi məzhəbinin əsaslarına aid ictihadların, imamlardan sonrakı dövrlərə nəqli, ümumiyyətlə imam Muhammədin kitabları vasitəsilə olmuşdur. Çünki imam Muhammədin həm əsərləri çoxdur, həm də bunlar, dövrümüzə qədər gəlib çıxmışdır. Bu səbəblə, ona, Hənəfi məzhəbinin "naqili / nəql edəni" deyilməkdədir.
İmam Muhammədin, əbu Hənifənin, əbu Yusufun və özünün görüşlərindən topladığı kitabların bir qismi, təvatür və ya şöhrət yolu ilə siqa ravilər tərəfindən nəql edilmişdir. Bir qisminin rəvayəti isə, bu dərəcə sağlam deyildir. Bunlardan birincisinə - "Zahiru'r-Rivayə"; ikincisinə isə - "Nadiru'r-Rivayə" deyilir. (bax: ibn Abidin, "Durru'l-Muxtar", l, 69)
"Zahiru'r-Rivayə" məsələləri, imam Muhammədin topladığı bu 6 kitabda cəm edilmişdir:
1. "əl-Məbsut": imam Muhammədin bizə qədər gələn əsərləri içərisində, ən böyüyüdür. O, bu əsərdə, əbu Hənifə və əbu Yusufun fürua aid görüşlərini nəql etmiş və öz görüşlərini də bunlara əlavə etmişdir. Bu kitaba, "əl-Asl" da deyilir.
2. "əl-Camiu's-Sağir": Bu kitab, 1502 (və ya 1532) məsələ ehtiva etməkdədir. Bunlardan 170'ində ixtilaf vardır. Bu kitabda, əbu Yusuf'un, əbu Hənifə'dən rəvayət etdiyi məsələləri də toplanmışdır.
3. "əl-Camiu'l-Kəbir": əbu Hənifədən, arada vasitə olmadan, şəxsən özündən aldığı məsələləri ehtiva etməkdədir. Məsələlərlə bağlı bəzi açıqlama və təhlillərə yer verilmişdir.
4. "əs-Siyəru's-Sağir": Dövlətlər hüququna dairdir.
5. "əs-Siyəru'l-Kəbir": Bu əsər də, dövlətlər hüququna aiddir. Səraxsi tərəfindən şərh edilmişdir.
6. "əz-Ziyadat" və "Ziyadatu'z-Ziyada": "əl-Camiu'l-Kəbir"də əskik buraxılan məsələlərin tamamlayıcısıdır.
