Ölünü yuduqdan sonra qüsl alınmalıdırmı?
171. Hakim ---> əbu Əli əl-Hafiz ---> əbu'l-Abbas əl-Həmədani əl- Hafiz ---> əbu Şeybə ---> Xalid b. Məxləd ---> Süleyman b. Hilal ---> Amr ---> İkrimə ---> ibn Abbas
isnadı ilə rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Ölülərinizi yumağınızdan dolayı, qüsl etməyiniz lazım gəlməz. Çünki, ölüləriniz, təmiz olaraq ölmüşlərdir və ya onlar, nəcis (pis) deyildirlər. (Bu halda), sadəcə əllərinizi yumağınız kifayət edir."
Hədisi, Beyhaqi rəvayət etmiş və: "Bu hədis, zəifdir. Səbəbi isə, isnadda yer alan əbu Şeybə'dir." demişdir.
əbu Şeybə, İbrahim b. əbi Bəkr b. əbi Şeybə'dir. Nəsai, onun rəvayətlərini dəlil olaraq istifadə etmiş; digər alimlər də, onun siqa olduğunu söyləmişlərdir. Buxari, mühim hədis hafizlərindən ibn Uqdə deyə də tanınan əbu'l-Abbas əl-Həmədani, isnadda yer alan digər ravilərin rəvayətlərini, dəlil olaraq istifadə etmişdir. "ət-Təlxisu'l-Habir"də bildirildiyi üzərə, alimlərin, əbu Şeybə'ni tənqidləri, rəvayət etdiyi mətndə deyil, məzhəbi və digər bəzi səbəblərdən dolayıdır. Hədisin isnadı isə, həsəndir. Məvləvi Sirac Əhməd'in "Tirmizi şərhi"ndə isə (ll, 286), Hakim ən-Nisaburi'nin, bəhsi keçən hədisin, Buxari'nin şərtlərini daşıdığını söylədiyi və Zəhəbi'nin də ona qatıldığı ifadə edilməkdədir. (haşiyə)
-------------------------------
(Haşiyə:
Mövzu ilə bağlı ibn Həcər'in açıqlaması, belədir:
"Ölünü yuyan, qüsl etsin." hədisini,
• Əhməd b. Hənbəl və Beyhaqi,
ibn əbi Zi'b ---> Salih Məvlə't-Təvəmə ---> əbu Hureyrə
isnadı ilə rəvayət etmişlərdir. Hədisdə, "Ölünü daşıyan da, dəstəmaz alsın." əlavəsi də vardır.
Salih, zəif bir ravidir.
Hədisi,
• Bəzzar,
~ Əla ---> atası ---> Muhamməd b. Abdu'r-Rahmən b. Səvban;
bununla bərabər,
~ əbu Bahr əd-Dəqravi ---> Muhamməd b. Amr ---> əbu Sələmə
isnadları ilə, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etmişdir.
Hədisi,
• Tirmizi və ibn Macə,
Əbdü'l-Əziz b. Muxtar yolu ilə və Suheyl b. əbi Salih ---> atası ---> əbu Hureyrə isnadı ilə;
• ibn Hibban, Hammad b. Sələmə vasitəsilə, hər ikisi də, əbu Hureyrə'dən olmaq üzərə,
• əbu Davud, Amr b. Umeyr;
• Əhməd b. Hənbəl isə, əbu İshaq vasitəsilə rəvayət etmişlərdir.
Beyhaqi, hədisin bir çox isnadını zikr etmiş və hamısının da, zəif olduğunu ifadə etdikdən sonra, "Doğrusu, hədisin məvquf olduğudur." demişdir.
Buxari'yə görə də, doğru olan, hədisin məvquf olmasıdır. Tirmizi'nin, Buxari vasitəsilə nəqlinə görə, Əli b. əl-Mədini və Əhməd b. Hənbəl, bu xüsusda səhih bir rəvayətin olmadığını söyləmişlərdir.
Buveyti'nin bildirdiyinə görə, imam Şafi, bəhsi keçən xəbərin səhih olduğunu ifadə etmişdir.
Zühli isə, "Bu mövzuda səhih bir hədis olsaydı, onunla əməl edərdik." demiş; ibnu'l-Munzir də, mövzu ilə bağlı səhih bir hədis mövcud olmadığını bildirmişdir. ibn əbi Hatim də, "əl-İləl"ində, atasının, güvənilən ravilərin, hədisi mərfu olaraq rəvayət etmədiklərini; xəbərin, məvquf olduğunu söylədiyini nəql etmişdir. Daraqutni də, ibn əbi Zi'b rəvayətinin, Salih'dənmi yoxsa Məqburi'dənmi nəql edildiyi, Suheyl ---> atası və ya Qasim b. Abbas ---> Amr b. Umeyr isnadı ilə rəvayət edildiyi xüsusunda ixtilaf olduğunu söyləmişdir. Ona görə, Məqburi rəvayəti, daha səhihdir. Rafii də, alimlərin, mövzu ilə bağlı səhih mərfu bir hədisin olmadığı görüşündə olduqlarını söyləmişdir.
Biz, burda, Tirmizi'nin, hədisi, həsən; ibn Hibban'ın isə, səhih olaraq gördüklərini xatırlatmalıyıq. Hədis,
Abdullah b. Salih ---> Eyyub ---> Uqayl ---> Zühri ---> Səid b. Müsəyyəb ---> əbu Hureyrə (radiyallahu anh)
isnadı ilə, mərfu olaraq rəvayət edilmişdir. Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), "Ölü yuyan kimsə, qüsl etsin." buyurmuşdur.
Hədisi, Daraqutni zikr etmiş və: "Hədisin səhih olması, mübahisəyə açıqdır." demişdir.
Təsbitlərimizə görə, hədisin raviləri, siqadır. İbn Dəqiqu'l-İd, "əl-İmam fi əhədisi'l-əhkam" adlı əsərində, hədislə bağlı, belə deyir:
Nəticə etibarı ilə, hədis, 2 cəhətdən illətlidir:
~ Biri: raviləri cəhətindəndir. Çünki, hədisin tənqidə uğramayan isnadı yoxdur. Hədisin isnadlarının ən yaxşısı,
Suheyl ---> atası ---> əbu Hureyrə
isnadıdır. İbn Hibban və ibn Hazm, isnadın səhih olduğunu ifadə etmişlərsə də, bu da illətlidir. Çünki isnad,
Süfyan ---> Suheyl ---> atası ---> Zaidə'nin azad etdiyi nökər İshaq ---> əbu Hureyrə
şəklində olmalıdır.
Burda, imam Muslim'in, Zaidənin azad etdiyi nökər olan İshaq hədisini, əsərinə aldığını; dolayısı ilə, onun rəvayətini səhih olaraq qəbul etdiyini xatırlatmalıyıq.
İbn Həcər, açıqlamalarına belə davam etməkdədir:
Muhamməd b. Amr'ın, əbu Sələmə ---> əbu Hureyrə rəvayətinin isnadı, həsəndir. Ancaq, Muhamməd b. Amr'dan rəvayət edən hədis hafizləri, hədisi, məvquf olaraq rəvayət etmişlərdir. Nəticə etibarı ilə, isnadlarının çoxluğu səbəbilə, ən pis ehtimal ilə, hədis, həsəndir. Nəvəvi'nin, hədislə bağlı Tirmizi'nin həsən hökmünə etiraz etməsi də, tənqid edilmişdir. Necə ki, Zəhəbi, "Muxtasaru'l-Beyhaqi"də, belə deyir:
Bu hədisin isnadları, bir çox hədisinkindən daha güclüdür. Fəqihlər, onu, dəlil olaraq istifadə etmişlər; məvquf deyil, mərfu rəvayətini əsas almışlardır.
Əhməd b. Hənbəl, əbu Davud və Beyhaqi, mövzu ilə bağlı Aişə (radiyallahu anha)'dan da, rəvayət etmişlərdir. Ancaq, isnadında yer alan Musab b. Şeybə, tənqid edilmişdir. Əbu Zur'a və Buxari, onun zəif olduğunu; ibn Xuzeymə isə, hədisin səhih olduğunu söyləmişlərdir.
Mövzu ilə bağlı, Əli (radiyallahu anh)'dan və Huzeyfə'dən də hədis rəvayət edilmişdir. Onu, ibn əbi Hatim və "İləl"ində Daraqutni zikr etmiş və səhih olmadığını söyləmişlərdir. Ancaq, onların hədislə bağlı verdikləri hökm, mühəddislərin metodlarına görədir. Fəqihlərin metoduna görə isə, hədis, güclüdür. Çünki, raviləri siqadır.
Beyhaqi, onu,
Ma'mər ---> əbu İshaq ---> atası ---> Huzeyfə
isnadı ilə rəvayət etmiş; və əbu Bəkr b. İshaq əs-Səbii səbəbilə, zəif olduğunu söyləmişdir.
Əli b. əl-Mədini də, bu mövzuda səhih bir hədis olmadığını söyləmişdir.
Yuxarıda açıqladığımız üzərə, hədislə bağlı bəhsi keçən tənqidlər, onun sihhətinə zərər verəcək səviyyədə deyildir. Bunların xaricində, əbu Səid rəvayətini, ibn Vehb, "Cami"sində; Muğirə rəvayətini isə, Əhməd b. Hənbəl, "Müsnəd"ində rəvayət etmişlərdir. Mavərdi, bəzi mühəddislərin, bəhsi keçən hədisi, 120 fərqli sənədlə rəvayət etdiklərini xəbər vermişdir. Bizə görə də, bu, uzaq bir ehtimal deyildir.
Əhməd b. Hənbəl, bəhsi keçən hədisin mənsux olduğunu söyləmişdir. əbu Davud da, onunla eyni görüşdədir. Beyhaqi'nin,
Hakim ---> əbu Əli əl-Hafiz ---> əbu'l-Abbas əl-Həmədani əl-Hafiz ---> əbu Şeybə ---> Xalid b. Məxləd ---> Süleyman b. Hilal ---> Amr ---> İkrimə ---> ibn Abbas
isnadı ilə rəvayət etdiyi hədis də, bunu göstərməkdədir. Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm, belə buyurmuşdur:
"Ölülərinizi yumağınızdan dolayı, qüsl almağınız lazım gəlməz. (Bu halda), sadəcə əllərinizi yumağınız kifayət edir."
Hədisi nəql etdikdən sonra, Beyhaqi,
"Bu hədis, zəifdir. Səbəbi isə, isnadda yer alan əbu Şeybə'dir." demişdir.
əbu Şeybə, İbrahim b. əbi Bəkr b. əbi Şeybə'dir. Nəsai, onun rəvayətlərini dəlil olaraq istifadə etmiş; digər alimlər də, onun siqa olduğunu söyləmişlərdir. Buxari, mühim hədis hafizlərindən ibn Uqdə deyə də tanınan əbu'l-Abbas əl-Həmədani, isnadda yer alan digər ravilərin rəvayətlərini, dəlil olaraq istifadə etmişdir. "ət-Təlxisu'l-Habir"də bildirildiyi üzərə, alimlərin, əbu Şeybə'ni tənqidləri, rəvayət etdiyi mətndə deyil, məzhəbi və digər bəzi səbəblərdən dolayıdır. Hədisin isnadı isə, həsəndir.
Bəhsi keçən hədislə, ölünü yuduqdan sonra qüsl almağı əmr edən əbu Hureyrə hədisi arasındakı ziddiyyət, qüsl almağın məndub olduğu və ya bu hədisdə açıqca ifadə edildiyi üzərə, qüsl ilə, əllərin qüslu (yəni, yuyulması)'nın qəsd edildiyi şəklində açıqlamaqla ortadan qaldırıla bilər.
Xatib əl-Bağdadi'nin açıqlaması da, qüsl əmrinin, məndubluq üçün olduğunu dəstəkləməkdədir. Necə ki, o, Muhamməd b. Abdullah əl-Məhrəmi haqqında məlumat verərkən, Abdullah b. Əhməd b. Hənbəl'in, belə dediyini nəql etməkdədir:
Atam, mənə, Ubeydullah ---> Nafi isnadı ilə ibn Ömər (radiyallahu anh)'ın:
"Biz, ölünü yuyardıq. Daha sonra, bəzilərimiz, qüsl alar; bəzilərimiz isə, almazdıq." dediyini yazdığını söylədi.
- Mən: "Xeyr!" dedim.
- O, bunu: "Burda, əbu Hişam əl-Mahzumi ---> Vuheyb isnadı ilə rəvayət nəql edən Muhamməd b. Ubeydullah deyə bir gənc var, ondan da yaz." dedi.
- Mən: "Bu, səhih bir isnaddır." dedim.
Mövzu ilə bağlı hədislər arasındakı ziddiyyəti ortadan qaldıran ən gözəl izah, budur.)
----------------------------------
172. Abdullah b. Əhməd b. Hənbəl, belə deyir:
Atam, mənə, Ubeydullah ---> Nafi isnadı ilə ibn Ömər (radiyallahu anh)'ın:
"Biz, ölünü yuyardıq. Daha sonra, bəzilərimiz, qüsl alar; bəzilərimiz isə, almazdıq." dediyini yazdığını söylədi.
- Mən: "Xeyr!" dedim.
- O, bunu: "Burda, əbu Hişam əl-Mahzumi ---> Vuheyb isnadı ilə rəvayət nəql edən Muhamməd b. Ubeydullah deyə bir gənc var, ondan da yaz." dedi.
"ət-Təlxisu'l-Habir"də bildirildiyinə görə, bu, səhih bir isnaddır.
Əzizi, "əs-Siracu'l-Munir şərhu'l-Camiu's-Sağir"də (lll, 221):
"Ölü yuyan, qüsl alsın." hədisindəki qüslün, fərz deyil; məndub olduğu mənasına həml edilməsi lazım gəldiyini söyləmişdir.
"əs-Siayə"də (l, 271) nəql edildiyinə görə, Xattabi, "Şərh-u Sünən-i əbi Davud"da, "Ölü yumaqdan dolayı, qüslün; ölü daşımaqdan dolayı da, dəstəmazın fərz olduğunu mənimsəyən hər hansı bir alim tanımıram."
"ət-Təlxisu'l-Habir"də, bəhsi keçən hədis nəql edildikdən sonra, belə deyilməkdədir:
Bəhsi keçən hədis ilə, ölünü yuduqdan sonra qüsl almağı əmr edən əbu Hureyrə hədisi arasındakı ziddiyyət, qüslün, məndub olduğu; və ya bu hədisdə açıqca ifadə edildiyi üzərə, qüsl ilə, əllərin qüsl edilməsi (yəni, yuyulması)'nın qəsd edildiyinə həml etməklə ortadan qaldırıla bilər. Xatib əl-Bağdadi'nin açıqlaması da, qüsl əmrinin, məndubluğa dəlalət etdiyini dəstəkləməkdədir. Necə ki, o, Muhamməd b. Abdullah əl-Məhrəmi haqqında məlumat verərkən, Abdullah b. Əhməd vasitəsilə, bəhsi keçən hədisi nəql etməkdə; qüsl əmrinin, məndubluğa dəlalət etdiyini ifadə etməkdə və:
"Mövzu ilə bağlı hədislər arasındakı ziddiyyəti ortadan qaldıran ən gözəl izah, budur." deməkdədir.
Biz, bəhsi edilən hədislər arasındakı ixtilafın, hədislərdən mərfu olanın, mərfu olanı açıqladığını qəbul etməklə, daha gözəl şəkildə ortadan qaldırıla biləcəyini düşünməkdəyik. Buna görə, bir hədisdə zikr edilən qüsl, digər hədisdə əllərin qüslü (yəni, yuyulması) olaraq açıqlanmışdır. Bəzi səhabələrin qüsl etmələri isə, ağıl yolu ilə açıqlana biləcək bir hal olmadığı kimi; Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə də edildiyinə dair hər hansı bir açıqlama olmadığı üçün, hökmən mərfu olaraq da vəsf edilə bilməz. Ancaq, əbu Hureyrə hədisi, buna imkan verməz kimi görünür, deyilə bilər. Çünki o, qüsldən, əllərin yuyulması mənasının çıxarılmasını çətinləşdirməkdədir.
Mövzu ilə bağlı hədislər arasındakı ziddiyyəti ortadan qaldırmağın ən isabətli yolu, Xatib əl-Bağdadi'nin rəvayətidir. Buna görə, hədisdə edilməsi istənən ən aşağı şey, əllərin yuyulmasıdır.
Bəhsi edilən əbu Hureyrə hədisini, Tirmizi, mərfu olaraq rəvayət etmiş və həsən olduğunu söyləmişdir. Əbu Hureyrə (radiyallahu anh)'ın rəvayət etdiyi hədisə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Ölünü yuyana, qüsl; daşıyana isə, dəstəmaz lazımdır." buyurmuşdur. (Tirmizi, "Cənaiz"/17; əbu Davud, "Cənaiz"/35; ibn Macə, "Cənaiz"/8; Əhməd b. Hənbəl, "Müsnəd", ll, 272.)
Ziyauddin əl-Maqdisi'nin, əbu Səid əl-Xudri (radiyallahu anh)'dan nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Qüsl, ölünü yumaqdan; dəstəmaz isə, onu daşımaqdan dolayı lazımdır." buyurmuşdur.
Əzizi'nin bildirdiyi üzərə (lll, 7), "Kənzu'l-Ummal" müəllifinin müqəddiməsində zikr etdiyi şərtlərə görə, hədisin isnadı, səhihdir.
Hədis, "ət-Təlxisu'l-Habir"də (l, 50),
Abdullah b. Salih ---> Yəhya b. Eyyub ---> Uqayl ---> Zühri ---> Səid b. əl-Müsəuyəb ---> əbu Hureyrə
isnadı ilə mərfu olaraq nəql edilməkdədir. Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Ölünü yuyan, qüsl etsin." buyurmuşdur.
İbn Həcər, hədisi, Daraqutni'nin zikr etdiyini və "Hədisin səhih olması, mübahisəyə açıqdır." açıqlamasını verdiyini xəbər verməkdədir. Təsbitlərimizə görə, hədisin raviləri, siqadır. İbn Dəqiqu'l-İd, "əl-İmam fi əhədisi'l-əhkam" adlı əsərində, hədislə bağlı, belə deyir:
Nəticə etibarı ilə, hədis, 2 cəhətdən illətlidir:
~ Biri: raviləri cəhətindəndir. Çünki, hədisin tənqidə uğramayan isnadı yoxdur. Hədisin isnadlarının ən yaxşısı,
Suheyl ---> atası ---> əbu Hureyrə
isnadıdır. İbn Hibban və ibn Hazm, isnadın səhih olduğunu ifadə etmişlərsə də, bu da illətlidir. Çünki isnad,
Süfyan ---> Suheyl ---> atası ---> Zaidə'nin azad etdiyi nökər İshaq ---> əbu Hureyrə
şəklində olmalıdır.
Burda, imam Muslim'in, Zaidənin azad etdiyi nökər olan İshaq hədisini, əsərinə aldığını; dolayısı ilə, onun rəvayətini səhih olaraq qəbul etdiyini xatırlatmalıyıq. "ət-Təlxisu'l-Habir"də, Mavərdi'nin, bəzi mühəddislərin, bəhsi keçən hədisi, 120 fərqli sənədlə rəvayət etdiklərinə dair verdiyi məlumat da nəql edilməkdədir. Bizə görə də, bu, uzaq bir ehtimal deyildir.
"Hüccətullahi'l-Bəliğa"da (l, 118), belə deyilməkdədir:
Ölü yumaqdan dolayı qüsl almaq, əslində, ölünü yuyanın üzərinə, suların sıçraması səbəbilədir. Ancaq mən, ölmək üzərə olan birinin yanında oldum. Ruhların qəbz edilməsi ilə vəzifəli mələklərin, orda hazır olanların üzərində, heyrət ediləcək dərəcədə ağırlığının olduğunu gördüm və başa düşdüm ki, (qüsl ilə), nəfsin yarılması və içində olduğu ruhi haldan qurtulması lazım gəlməkdədir. Hədisdəki əmri, bax bu mənada başa düşmək lazımdır.
"Məcmau'l-Bihar"da belə deyilməkdədir:
Ölü yumaqdan dolayı qüsl etmək, müstəhəbdir. Bəzi alimlər, bunun, fərz olduğunu söyləmişlərsə də, əksəriyyət, qüslün, ölü bədənindəki nəcasətin, ölünü yuyan kimsə üzərinə sıçrayaraq bulaşması və hara bulaşdığının bilinməməsi halında lazım gələ biləcəyini bildirmişlərdir. Bu izah, əbu Tayyib'in "Şərh-u Sünəni't-Tirmizi"sində də mövcuddur.
Cənazəni daşımaqdan dolayı dəstəmaz almağın müstəhəb olmasının hikmətini isə, şeyxim, belə açıqlamışdır:
Cənazəni daşıyan kimsə, əksəriyyətlə, qorxu və dəhşətə qapıla bilməkdədir. Belə bir halda dəstəmaz alaraq qəlbləri rahatlatmaq, münasibdir.
Bizə görə, ölü yumaqdan dolayı ən aşağı müstəhəb, əlləri yumaq; ən böyüyü isə, qüsl almaqdır. Cənazə daşımaqdan dolayı dəstəmaz almaq da, müstəhəbdir. Bu hallarda, dəstəmaz və qüslün hikməti, təmizliyin yanında qəlbləri rahatlatmaqdır. Ölü yumaqdan dolayı qüsl etmək isə, həm təmizlik, həm də qəlbi rahatlatmaqda təsirli və münasibdir. Çünki, (insan, ölüyə), ölünü yuyarkən, onun daşıdığı vaxtdan daha yaxın olur. Bu da, daha çox təsirlənməyə səbəb olur. "Büluğu'l-Məram"da (l, 18) nəql edilən əbu Səid əl-Xudri rəvayəti də, dəstəmazın, qəlb rahatlığı və yüngüllük verdiyinə dəlalət etməkdədir. Buna görə, Peyğəmbər (sallalahu aleyhi və səlləm):
"Xanımı ilə cima edib (cinsi münasibətdə olub) onu təkrarlamaq istəyən, ikisi arasında dəstəmaz alsın." buyurmuşdur. (Muslim, "Heyz"/27)
Hakim ən-Nisaburi rəvayətində,
"Bu, rahatlıq üçün daha uyğundur." ("əl-Müstədrək", l, 152) əlavəsi də mövcuddur. (Hədis, səhihdir. Bunda, Zəhəbi də, Hakim ən-Nisaburi'yə qatılmaqdadır. Hədisi, ibn Xuzeymə, "Səhih", l, 109; Beyhaqi, "Sünənü'l-Kubra", l, 204; ibn Hibban, "Səhih", lV, 12, səhih bir isnadla).
(Təhanəvi, "İ'lau's-Sünən")
-----------------------------
Əlavələr:
İbn Həcər Asqalani, "Fəthu'l-Bari"də (23-cü Kitab: "Cənazələr", 17-ci bab: "Qadının saçı arxasına buraxılar" babı, hədis no: 1263), belə deyir:
Ölünü yumaq səbəbilə, ölünü yuyan şəxsin qüsl alması, fərz deyildir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ölünü yumağı öyrətdiyi halda, ölünü yuyanın qüsl almasını əmr etməmişdir.
Ancaq bu, etiraza açıqdır. Çünki, ölü yuyanın qüsl etməsi hökmü, bu hadisədən sonra da məşru qılına bilərdi. Xattabi, bunun fərz olduğunu söyləyən kimsənin olmadığını demişdir.
Xattabi'nin bu sözündən anlaşıldığı qədərilə, o, Şafi'nin, bu xüsusdakı görüşünü, hədisin səhih olmasına bağladığını bilməməkdədir.
İbn Bəzizə, belə deyir:
Ən güclü görüş, bunun, müstəhəb olmasıdır.
~ Ölünü yuyan şəxsin qüsl almasının hikməti, ölüyə dairdir. Çünki, yuyan şəxs, qüsl almasının fərz olduğunu qəbul edərsə, ölünü yuyarkən, üzərinə bulaşacaq şeylərdən çəkinməz; ölünü təmizləmə xüsusunda, əlindən gələni edər.
~ Bu qüslün, yuyan şəxsə aid olması da mümkündür. Ta ki, qüsl almaq surətilə, ölünü yumaq vaxtında üzərinə bulaşan kirlərdən təmizlənmiş olduğunu, qəti olaraq bilsin.
