Ölünü öpmək caizdirmi?

2299. Aişə (radiyallahu anha)'dan nəql edildiyinə görə,

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Osman b. Mə'zun (radiyallahu anh) vəfat etdiyində, ağlayaraq və ya gözlərindən yaşlar axaraq, onu öpmüşdür."

Xəbəri, Tirmizi ("Cənaiz"/14) rəvayət etmiş, "Hədis, həsən-səhihdir." demişdir.

 

2300. Aişə (radiyallahu anha) və ibn Abbas (radiyallahu anh)'ın nəqllərinə görə,

"Əbu Bəkr (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, vəfat etdikdən sonra öpmüşdür."

Bu xəbəri, Buxari ("Tibb"/21) rəvayət etmişdir.

Müəllif deyir:

Bu 2 hədis, ölünü öpməyin caizliyinə, açıq bir dəlildir.

(Təhanəvi, "İ'lau's-Sünən")

-----------------------

Əlavələr:

Yenə, Buxari'də (64-cü kitab: "Hərbi yürüşlər" kitabı, 83-cü bab: "Peyğəmbər'in xəstələnməsi və vəfatı" babı, hədis no: 4452-4453), bənzər mənada, belə bir hədis vardır:

Aişə, ona (əbu Sələmə)'yə, belə xəbər vermişdir:

Əbu Bəkr (radiyallahu anh) "Sunh" deyilən yerdəki məskənindən, bir at üzərində gəldi və atından enib, məscidə girdi. Heç kimlə danışmadan, Aişə'nin evinə girdi. Allah rəsuluna doğru getdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in üzü, bir Yəmən parçası ilə örtülmüşdü. Üzünü açdı, sonra üzərinə qapandı. Onu öpüb ağladı, sonra:

"Atam-anam sənə fəda olsun. And olsun Allaha, Allah, sənin üzərində, ölümü, 2 dəfə bir araya gətirməyəcəkdir. Sənin haqqında yazılmış olan o ölümü isə dadmış olmaqdasan."

Read 34 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR