Hansı vaxtlarda cənazə namazı qılınmaz?
İmam Malik'in "Muvatta"sında, Abdu'r-Rahmən b. Huveytib'in azad etdiyi nökər Muhamməd b. əbu Hərmələ'nin nəqlinə görə, əbu Sələmə'nin qızı Zeynəb vəfat etdi. Tariq, Mədinə əmiri idi. Zeynəbin cənazəsi, sübh namazından sonra gətirildi və Cənnətu'l-Baqi məzarlığına dəfn edildi. İmam Muhamməd, "Tariq, sübh namazını, dan yeri ağarmağa başlayınca qılardı." dedi. İbn Hərmələ, rəvayətinə belə davam edir: Abdullah b. Ömər (radiyallahu anh)'ın, Zeynəbin ailəsinə belə dediyini eşitdim:
"Cənazə namazını, ya indi qılarsınız; ya da günəş yüksəlincəyə qədər tərk edərsiniz." (imam Malik, "əl-Muvatta", "Cənaiz"/20)
İmam Malik'in, Nafi'dən nəqlinə görə, Abdullah b. Ömər (radiyallahu anh):
"Əsr və sübh namazları, vaxtlarında qılındığı təqdirdə, bu vaxtların ardından cənazə namazı qılına bilər." demişdir. ("Muvatta", "Cənaiz"/21)
Bu xəbəri, imam Muhamməd də, öz "Muvatta"sında, imam Malik vasitəsilə rəvayət etmiş; sonra: "Biz də, bu görüşü götürürük. Günəş doğmadığı və batmaq üzərə saralıb dəyişmədiyi müddətcə, bu 2 vaxtda cənazə namazı qılmaqda, hər hansı bir beis yoxdur. imam əbu Hənifə'nin görüşü də, bu yöndədir." demişdir. (İmam Muhamməd əş-Şeybani, "əl-Muvatta", s. 165)
Allamə ibn Qudamə, "əl-Muğni"sində, bu açıqlamaya yer verməkdədir:
~ Sübh namazından sonra günəş doğuncaya qədər;
~ Əsr namazından sonra günəşin batmağa üz tutuncaya qədər,
cənazə namazı qılmağa gəlincə, bu mövzuda, hər hansı bir ixtilaf yoxdur. İbnu'l-Munzir, belə demişdir:
Müsəlmanlar, sübh və əsr namazından sonra cənazə namazı qılmağın caizliyi xüsusunda, icma etmişlərdir. Uqbə b. Amir (radiyallahu anh)'ın hədisində işarət edilən 3 vaxtda cənazə namazı qılmaq isə, caiz deyildir. Bunu, əl-Qadi və başqaları ifadə etmişlərdir.
Əsrəm, belə deyir: əbu Abdullah Əhməd b. Hənbəl'dən, gün doğduğunda cənazə namazı qılmağın hökmünü soruşdum. Mənə: "Gün doğarkən cənazə namaz qılmaq, xoşuma gəlmir." deyə cavab verdi. Ardından, Uqbə b. Amir hədisini zikr etdi.
Cabir (radiyallahu anh) və ibn Ömər (radiyallahu anh)'dan buna bənzər bir görüş nəql edilmişdir. Bu görüşü, imam Malik, "Muvatta"sında, ibn Ömərdən rəvayət etmişdir.
Xattabi, belə deyir: Alimlərin əksəriyyətinin görüşü, bu yöndədir.
əbu'l-Xattab'ın, Əhməd b. Hənbəl'dən etdiyi başqa bir nəql, belədir:
Cənazə namazını, bütün vaxtlarda qılmaq, caizdir. İmam Şafi'nin məzhəbi də, bu yöndədir. Çünki, cənazə namazı, sübh və əsr namazından sonra qılınması mübah olan bir namazdır. Dolayısı ilə, fərz namazlar kimi, digər vaxtlarda da qılınmışdır.
Bizim dəlilimiz isə, Uqbə b. Amir (radiyallahu anh)'ın bu rəvayətidir:
"3 vaxt vardır ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), o vaxtlarda, (cənazə) namaz(ı) qılmağımızı və onları torpağa verməyimizi qadağan etdi." (Muslim, "Salatu'l-Musafirin"/293)
Allah rəsulu (sallallahu aleyhi və səlləm), namazı, ölünü torpağa verməklə birlikdə zikr etməsi, "namaz" kəliməsi ilə cənazə namazı qəsd edildiyinə dəlildir. (ibn Qudamə, "əl-Muğni", l, 753, 754)
Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, ibn Ömər (radiyallahu anh) hədisini açıqlayarkən, belə deyir:
Bu hədisdən çıxan nəticə, sübh və əsr namazı, kərahət vaxtına doğru gecikdirildiyində, ibn Ömər'ə görə cənazə namazının qılınmayacağıdır. İbn Ömər, məkruhluğun, mütləq olaraq cənazə namazı ilə günəşin doğması və ya batması əsnasına məxsus deyil; (məkruhluğun), günəşin tam doğmaqda və tam batmaqda olduğu vaxta məxsus olduğu görüşündə idi. ibn əbi Şeybə'nin, Meymun b. Mihran'dan nəqlinə görə, ibn Ömər (radiyallahu anh), günəş doğarkən və batarkən, cənazə namazı qılmağı məkruh görərdi.
İmam Malik, Əvzai, Kufə fəqihləri, Əhməd b. Hənbəl və İshaq'ın görüşü də, ibn Ömər'in görüşü yönündədir. ("Fəthu'l-Bari", lll, 153)
